Sabah yağış, sulu qar və qar yağacaq - Yollar buz bağlayacaq

14/01/2018 [14:49] - Cəmiyyət (119)



Yanvarın 15-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacaq, gecə və səhər bəzi yerlərdə intensiv olacağı, sulu qara və qara keçəcəyi ehtimalı var.

İstiqlal.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, hava axşam əsasən yağmursuz keçəcək.

Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 0-2° isti, gündüz 2-5° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında arabir qar yağacağı gözlənilir. Axşama doğru tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə zəif duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° şaxta, dağlıq ərazilərdə 9-14° şaxta, gündüz 1-6° isti təşkil edəcək. Yollar buz bağlayacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-9° şaxta, gündüz 3-6° isti təşkil edəcək. Yollar buz bağlayacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Axşam əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 0-5° isti təşkil edəcək. Yollar buz bağlayacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 6-11° şaxta, gündüz 0-5° şaxta təşkil edəcək. Yollar buz bağlayacaq.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında arabir yağış yağacağı, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-7° isti təşkil edəcək. Yollar buz bağlayacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında yağış, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Dağlarda duman olacaq. Şimal-şərq küləyi gecə və səhər arabir güclənəcək. Havanın temperaturu gecə 0-3° isti, gündüz 3-6° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 2°-dək isti təşkil edəcək. Yollar buz bağlayacaq.

...
İş adamı Ramiz Mehdiyevə şikayət etdi - açıq məktub
Ziya Məmmədovun müşaviri həbs oluna bilər - Təfsilat
"Bizim market"də müştərinin qolu sınıb - rəhbərlik müştərini günahkar çıxardıb
Ermənistanda 70 rəsmi milyonçu olduğu halda, bizdə niyə biri də yoxdur? - təhlil
İlham Əliyevin sədr təyin etdiyi Qoşqar Təhməzli kimdir? - dosye
Xəbər lenti
20/01/2018 [01:02]:
Məşhur klinikaının sahibi: Barəmdə cinayət işinin açılması yalandır
20/01/2018 [00:10]:
20 Yanvar faciəsindən 28 il ötür
19/01/2018 [23:41]:
Bakıda ruhi xəstə maşın qaçıraraq qəza törədib – iki yaralı - Foto
19/01/2018 [22:37]:
Mübariz Mənsimovun daha bir tankeri həbs olundu
19/01/2018 [21:33]:
Hövsanda zəncirvari yol qəzası baş verib
19/01/2018 [20:52]:
Azərbaycan Ordusunun hərbçisi şəhid olub
19/01/2018 [20:23]:
“Sobesendik” qəzetinin azərbaycanlı yaradıcısı vəfat edib
19/01/2018 [19:59]:
İlham Əliyev Silahlı Qüvvələr haqqında qanunun tətbiqi barədə fərman imzalayıb
19/01/2018 [19:53]:
Bakı Metropolitenində tuneldə qalan qatar depoya göndərilib
19/01/2018 [19:47]:
Donald Trampın verəcəyi ziyafətin bileti 100 min dollardır
19/01/2018 [19:18]:
Bələdəiyyələrə əlavə səlahiyyət verilir - Yollardakı parklama yerlərindən pul yığacaqlar
19/01/2018 [19:02]:
Ağsuda mənşəyi məlum olmayan bir ton ət aşkarlanıb
19/01/2018 [18:51]:
Yerevanda qiymətlərin yüksəlməsinə qarşı etiraz aksiyası keçirilir - Video
19/01/2018 [18:33]:
Rövşən Lənkəranskinin qardaşı danışdı
19/01/2018 [18:21]:
İlham Əliyevdən QMİ ilə bağlı sərəncam
19/01/2018 [17:57]:
Bakı Atatürk Liseyində 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
19/01/2018 [17:40]:
Azərbaycana Rusiyadan müasir hərbi texnikalar gətirildi - Video
19/01/2018 [17:15]:
Mərkəzi Bank 3 günlük rəsmi məzənnəni açıqladı
19/01/2018 [16:44]:
Ermənilərdən növbəti təxribat - Bir əsgərimiz şəhid oldu
19/01/2018 [16:25]:
Dövlət qulluğuna qəbul və sınaq imtahanlarının vaxtı açıqlanıb
19/01/2018 [16:09]:
Azərbaycanlı ailə polisi girov götürdü, arvadı özünü bıçaqladı - Almaniyada şok
19/01/2018 [15:47]:
Türkiyənin müdafiə naziri: Afrinə girəcəyik
19/01/2018 [15:18]:
Azərbaycanda kütləvi şəkildə at kəsiləcək - İcazə verildi
19/01/2018 [14:53]:
"Bu acı günündə qardaş Azərbaycanın kədərini bölüşürük" - Türkiyə səfriliyi
19/01/2018 [14:51]:
Sabah Bakıda 8 dərəcə isti olacaq
Bütün xəbərlər...
...
Həftənin ən çox oxunanları
İlham Əliyev nazir müavinini işdən çıxartdı
Həkim yaydığı videoya görə işdən çıxarıldı - Prezidentə müraciət
İş adamı Ramiz Mehdiyevə şikayət etdi - açıq məktub
Fazil Məmmədovun “kassiri” istintaqa cəlb olundu - Eldar Mahmudovla əlbir olduğu üçün
Bakıda deputatı komaya saldılar - təfsilat
Mirşahin telekanal açır - Komandasında kimlər var?
Fazil Məmmədovun "sağ əli" də məzuniyyətə göndərildi
Mübariz Mənsimovdan gəmilərin müsadirəsinə reaksiya
Ziya Məmmədovun müşavirinin tutdurmaq istədiyi şəxsi oğurladılar
Azərbaycanda yeni qurum yaradıldı - Prezident fərman imzaladı
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin