ABŞ-ın Rusiyaya sanksiya siyahısı yayıldı

12/01/2018 [15:51] - Dünya (106)



ABŞ-da prezident Donald Trampın Rusiya rəhbərliyinə yaxın olan yüksək rütbəli şəxslərin sanksiya tətbiq edilməsi məqsədi ilə siyahısının tərtib edilməsinə dair fərmanının icrası üçün ayrılmış müddət bitir. Virtualaz.org xəbər verir ki, siyahı Konqresə yanvarın 29-dan gec olmayaraq təqdim edilməlidir.

“Kreml hesabatı” adlı bu siyahının detalları gizli saxlanılır. Ancaq “Kommersant” qəzetinin Vaşinqtondakı mənbələri təsdiq edirlər ki, siyahıda 50-dən çox yüksək rütbəli məmurun və oliqarxın, habelə onların ailə üzvlərinin adları yer alır. Siyahıda cəmi 300-ə qədər ad var. Lakin mənbələr konkret adlar deməyiblər.

Bu siyahı Rusiya oliqarxlarını möhkəm təşvişə salıb. Çünki onlara qarşı bank hesablarının və aktivlərinin də dondurulması daxil olmaqla sanksiyaların tətbiqi gözlənilir. Nəticədə rusiyalı oliqarxlar tələm-tələsik özlərinə vəkillər tutur, Vaşinqtondakı lobbiçilərin xidmətlərinə baş vururlar.

Bəziləri isə Putindən uzaq durmağa çalışırlar. “Reuters” agentliyi bu günlərdə xəbər vermişdi ki, iri oliqarxlardan biri amerikalılarındiqqətini cəlb etməmək üçün son vaxtlar prezident Putinin iştirak etdiyi publik mərasimlərdə iştirak etməməyə çalışır.

Konqresin qəbul etdiyi və Trampın könülsüz də olsa təsdiqlədiyi sanksiya qanununa əsasən Maliyyə Nazirliyi Milli Kəşfiyyat Agentliyi və Dövlət Departamenti ilə birlikdə Rusiyanın Kremlə bağlı iri sahibkarlarının və siyasi fiqurlarının siyahısını, onların gəlirlərinin həcmini, şəxsi sərvətləri barədə məlumatları, o cümlədən yaxın qohumları və ailə üzvləri ilə bağlı məlumatları, xarici şirkətlərlə işgüzar münasibətləri barədə dosyeni 6 ay ərzində hazırlayıb Konqresə təqdim etməlidir.

“Kommersant”ın dosyenin artıq hazır olduğu barədə məlumatının ardınca rusiyalı siyasətçi Oleq Mitvol həmin siyahını artıq əldə etdiyini bildirib. “Dojd” telekanalının məlumatına görə Mitvol siyahının ona “xarici siyasət dairələrindən” ötürüldüyünü deyib. Siyasətçi vəziyyətdən narahat olduğunu bildirir, çünki “Sberbank”da əmanəti var və həmin bank da siyahıda yer alır.

Mitvol iddia edir ki, onun əlinə keçmiş siyahı son variant deyil və təxminən bir həftə əvvəl hazırlanıb. Ona görə də siyahıda dəyişikliklər edilə bilər. Mitvolun sözlərinə görə, siyahıda cəmi 568 şəxsin adı var. Onların əksəriyyəti Rusiyanın VTB, “Sberbank”, “Bank Moskva”, “Vneşekonombank” kimi iri banklarında rəhbər vəzifələr tuturlar. Habelə siyahıda səhmləri dövlətə məxsus olan bir çox qaz şirkətlərinin, o cümlədən “Rosneft”in və “Qazprom”un törəmə şirkətlərinin adları yer alır. Müdafiə sənayesi ilə bağlı şirkətlər, o cümlədən “Rosoboroneksport” da siyahıdadır.

Fiziki şəxslər arasında isə Putinə yaxın oliqarxlar yer alır. Məsələn, Putinin köhnə dostu hesab edilən Pyotr Kolbin, biznesmenlər Arkadi, Boris və Roman Rotenberglər,, Kovalçuk qardaşları siyahıdadır. Siyahıda xeyli məmur da var. Bunların arasında baş nazirin müavinləri Dmitri Roqozin və Dmitri Kozak, Dövlət Dumasının spikeri Vyaçeslav Volodin, Federasiya Şurasının sədri Valentina Matviyenko və digərləri yer alır.

Putinin sözçüsü Dmitri Peskov bildirib ki, ABŞ-ın sanksiyalarına qərar təsdiqlənəndən sonra adekvat cavab veriləcək.
...
İş adamı Ramiz Mehdiyevə şikayət etdi - açıq məktub
Ziya Məmmədovun müşaviri həbs oluna bilər - Təfsilat
"Bizim market"də müştərinin qolu sınıb - rəhbərlik müştərini günahkar çıxardıb
Ermənistanda 70 rəsmi milyonçu olduğu halda, bizdə niyə biri də yoxdur? - təhlil
İlham Əliyevin sədr təyin etdiyi Qoşqar Təhməzli kimdir? - dosye
Xəbər lenti
20/01/2018 [01:02]:
Məşhur klinikaının sahibi: Barəmdə cinayət işinin açılması yalandır
20/01/2018 [00:10]:
20 Yanvar faciəsindən 28 il ötür
19/01/2018 [23:41]:
Bakıda ruhi xəstə maşın qaçıraraq qəza törədib – iki yaralı - Foto
19/01/2018 [22:37]:
Mübariz Mənsimovun daha bir tankeri həbs olundu
19/01/2018 [21:33]:
Hövsanda zəncirvari yol qəzası baş verib
19/01/2018 [20:52]:
Azərbaycan Ordusunun hərbçisi şəhid olub
19/01/2018 [20:23]:
“Sobesendik” qəzetinin azərbaycanlı yaradıcısı vəfat edib
19/01/2018 [19:59]:
İlham Əliyev Silahlı Qüvvələr haqqında qanunun tətbiqi barədə fərman imzalayıb
19/01/2018 [19:53]:
Bakı Metropolitenində tuneldə qalan qatar depoya göndərilib
19/01/2018 [19:47]:
Donald Trampın verəcəyi ziyafətin bileti 100 min dollardır
19/01/2018 [19:18]:
Bələdəiyyələrə əlavə səlahiyyət verilir - Yollardakı parklama yerlərindən pul yığacaqlar
19/01/2018 [19:02]:
Ağsuda mənşəyi məlum olmayan bir ton ət aşkarlanıb
19/01/2018 [18:51]:
Yerevanda qiymətlərin yüksəlməsinə qarşı etiraz aksiyası keçirilir - Video
19/01/2018 [18:33]:
Rövşən Lənkəranskinin qardaşı danışdı
19/01/2018 [18:21]:
İlham Əliyevdən QMİ ilə bağlı sərəncam
19/01/2018 [17:57]:
Bakı Atatürk Liseyində 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
19/01/2018 [17:40]:
Azərbaycana Rusiyadan müasir hərbi texnikalar gətirildi - Video
19/01/2018 [17:15]:
Mərkəzi Bank 3 günlük rəsmi məzənnəni açıqladı
19/01/2018 [16:44]:
Ermənilərdən növbəti təxribat - Bir əsgərimiz şəhid oldu
19/01/2018 [16:25]:
Dövlət qulluğuna qəbul və sınaq imtahanlarının vaxtı açıqlanıb
19/01/2018 [16:09]:
Azərbaycanlı ailə polisi girov götürdü, arvadı özünü bıçaqladı - Almaniyada şok
19/01/2018 [15:47]:
Türkiyənin müdafiə naziri: Afrinə girəcəyik
19/01/2018 [15:18]:
Azərbaycanda kütləvi şəkildə at kəsiləcək - İcazə verildi
19/01/2018 [14:53]:
"Bu acı günündə qardaş Azərbaycanın kədərini bölüşürük" - Türkiyə səfriliyi
19/01/2018 [14:51]:
Sabah Bakıda 8 dərəcə isti olacaq
Bütün xəbərlər...
...
Həftənin ən çox oxunanları
İlham Əliyev nazir müavinini işdən çıxartdı
Həkim yaydığı videoya görə işdən çıxarıldı - Prezidentə müraciət
İş adamı Ramiz Mehdiyevə şikayət etdi - açıq məktub
Fazil Məmmədovun “kassiri” istintaqa cəlb olundu - Eldar Mahmudovla əlbir olduğu üçün
Bakıda deputatı komaya saldılar - təfsilat
Mirşahin telekanal açır - Komandasında kimlər var?
Fazil Məmmədovun "sağ əli" də məzuniyyətə göndərildi
Mübariz Mənsimovdan gəmilərin müsadirəsinə reaksiya
Ziya Məmmədovun müşavirinin tutdurmaq istədiyi şəxsi oğurladılar
Azərbaycanda yeni qurum yaradıldı - Prezident fərman imzaladı
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin