Azərbaycanda olan iki rus kəndi köçürülür - Putindən göstəriş

10/01/2018 [20:03] - Gündəm (1794)



Rusiyanın Dağıstan Muxtar Respublikasının rəhbərliyi Azərbaycanın iki kəndinin - Xraxoba və Uryanoba kəndlərinin sakinlərinin muxtar respublikaya köçürülməsi məqsədilə 2018-ci ildə 210 milyon rubl (6 milyon 279 min manat) ayıracaq.


TASS xəbər verir ki, bu barədə Dağıstanın İqtisadiyyat və Ərazi İnkişafı Nazirliyindən bildiriblər.


"2018-ci ildə Xraxoba və Uryanoba kəndlərinin sakinlərinin Azərbaycandan Dağıstan ərazisinə köçürülməsi məsələsinin tamamilə həll ediləcəyi gözlənilir. Bu məqsədlə 2018-ci ildə 210,5 milyon rubl məbləğində vəsait nəzərdə tutulub ki, bunun da 200 min rublu federal büdcədən ayrılacaq", - Nazirlikdən qeyd ediblər.


2017-ci ildə Xraxoba və Uryanoba kəndlərinin 370-dən çox sakini mənzil almaq üçün birdəfəlik ödənişlər vasitəsilə köçmək istəyini bildiriblər. Siyahıda Xraxoba kəndinin 366 (135 ailə) və Uryanoba kəndinin isə 11 sakini (3 ailə) yer alıb.


Qeyd edək ki, Xraxoba və Uryanoba kəndləri Azərbaycanın ərazisində, Rusiya ilə sərhəddən 60 km məsafədə yerləşirlər. Kəndlərin salındığı ərazi XX əsrin ortalarında otlaq ərazi kimi Dağıstan MSSR-ə icarəyə verilib. İcarə müddəti 2004-cü ildə sona çatıb, ancaq Rusiyanın rəsmi vətəndaşları olan sərhəd kəndlərinin sakinləri oranı tərk etmək istəməyib.


2010-cu ilin sentyabr ayında Rusiya və Azərbaycan ərazilərin mənsubiyyəti ilə bağlı bütün məsələlər üzrə razılığa gələrək dövlət sərhədi haqqında saziş imzalayıblar. 2013-cü ilin avqust ayında isə Rusiya prezidenti Vladimir Putin Azərbaycanda yaşayan həmin Rusiya vətəndaşlarının köçürülməsinə dair tapşırıq verib/Trend.

...
İş adamı Ramiz Mehdiyevə şikayət etdi - açıq məktub
Ziya Məmmədovun müşaviri həbs oluna bilər - Təfsilat
"Bizim market"də müştərinin qolu sınıb - rəhbərlik müştərini günahkar çıxardıb
Ermənistanda 70 rəsmi milyonçu olduğu halda, bizdə niyə biri də yoxdur? - təhlil
İlham Əliyevin sədr təyin etdiyi Qoşqar Təhməzli kimdir? - dosye
Xəbər lenti
20/01/2018 [01:02]:
Məşhur klinikaının sahibi: Barəmdə cinayət işinin açılması yalandır
20/01/2018 [00:10]:
20 Yanvar faciəsindən 28 il ötür
19/01/2018 [23:41]:
Bakıda ruhi xəstə maşın qaçıraraq qəza törədib – iki yaralı - Foto
19/01/2018 [22:37]:
Mübariz Mənsimovun daha bir tankeri həbs olundu
19/01/2018 [21:33]:
Hövsanda zəncirvari yol qəzası baş verib
19/01/2018 [20:52]:
Azərbaycan Ordusunun hərbçisi şəhid olub
19/01/2018 [20:23]:
“Sobesendik” qəzetinin azərbaycanlı yaradıcısı vəfat edib
19/01/2018 [19:59]:
İlham Əliyev Silahlı Qüvvələr haqqında qanunun tətbiqi barədə fərman imzalayıb
19/01/2018 [19:53]:
Bakı Metropolitenində tuneldə qalan qatar depoya göndərilib
19/01/2018 [19:47]:
Donald Trampın verəcəyi ziyafətin bileti 100 min dollardır
19/01/2018 [19:18]:
Bələdəiyyələrə əlavə səlahiyyət verilir - Yollardakı parklama yerlərindən pul yığacaqlar
19/01/2018 [19:02]:
Ağsuda mənşəyi məlum olmayan bir ton ət aşkarlanıb
19/01/2018 [18:51]:
Yerevanda qiymətlərin yüksəlməsinə qarşı etiraz aksiyası keçirilir - Video
19/01/2018 [18:33]:
Rövşən Lənkəranskinin qardaşı danışdı
19/01/2018 [18:21]:
İlham Əliyevdən QMİ ilə bağlı sərəncam
19/01/2018 [17:57]:
Bakı Atatürk Liseyində 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
19/01/2018 [17:40]:
Azərbaycana Rusiyadan müasir hərbi texnikalar gətirildi - Video
19/01/2018 [17:15]:
Mərkəzi Bank 3 günlük rəsmi məzənnəni açıqladı
19/01/2018 [16:44]:
Ermənilərdən növbəti təxribat - Bir əsgərimiz şəhid oldu
19/01/2018 [16:25]:
Dövlət qulluğuna qəbul və sınaq imtahanlarının vaxtı açıqlanıb
19/01/2018 [16:09]:
Azərbaycanlı ailə polisi girov götürdü, arvadı özünü bıçaqladı - Almaniyada şok
19/01/2018 [15:47]:
Türkiyənin müdafiə naziri: Afrinə girəcəyik
19/01/2018 [15:18]:
Azərbaycanda kütləvi şəkildə at kəsiləcək - İcazə verildi
19/01/2018 [14:53]:
"Bu acı günündə qardaş Azərbaycanın kədərini bölüşürük" - Türkiyə səfriliyi
19/01/2018 [14:51]:
Sabah Bakıda 8 dərəcə isti olacaq
Bütün xəbərlər...
...
Həftənin ən çox oxunanları
İlham Əliyev nazir müavinini işdən çıxartdı
Həkim yaydığı videoya görə işdən çıxarıldı - Prezidentə müraciət
İş adamı Ramiz Mehdiyevə şikayət etdi - açıq məktub
Fazil Məmmədovun “kassiri” istintaqa cəlb olundu - Eldar Mahmudovla əlbir olduğu üçün
Bakıda deputatı komaya saldılar - təfsilat
Mirşahin telekanal açır - Komandasında kimlər var?
Fazil Məmmədovun "sağ əli" də məzuniyyətə göndərildi
Mübariz Mənsimovdan gəmilərin müsadirəsinə reaksiya
Ziya Məmmədovun müşavirinin tutdurmaq istədiyi şəxsi oğurladılar
Azərbaycanda yeni qurum yaradıldı - Prezident fərman imzaladı
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin