Dərəyə yuvarlanan 175 saylı xəttin sahibi məmur çıxdı - təfsilat

08/01/2018 [13:38] - Gündəm (616)



Ötən gün Xətai rayonu, Zığ şossesində hərəkət edərkən dərəyə aşaran 175 saylı marşurut xətti ilə bağlı bəzi qaranlıq məqamları üzə çıxarıb. Movqe.az-ın apardığı araşdırma zamanı bəlli olub ki, soyğunçuluq maddəsi ilə məhkum olunan, sürücülük vəsiqəsi olmadan avtobus idarə edərək qəza törədən  Kamran Ağayevə sərnişinlərin həyatını etibar edən marşurutun sahibi Laçın Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Babək Aslanovdur.  

B. Aslanov Movqe.az-ın əməkdaşı ilə söhbətində 175 saylı xəttin ona məxsus olduğunu təsdiqləyib. Amma B. Aslanov qəza baş verən avtobusların onun adına olmadığını bildirib. B. Aslanov deyib ki, o, xətdə sərnişindaşımanı başqa şəxslərə həvalə edib: “ Avtobuslar mənim deyil. Mən xətti başqa şəxslərə icarəyə vermişəm. Avtobuslarda mənim adıma deyil. Siz Nəriman Süleymanovla əlaqə saxlayın”.

B. Aslanov dövlət qulluqçusu olduğu halda sahibkarlıq fəaliyyəti ilə məşğul olmağın mümkünsüzlüyü ilə bağlı sualımıza isə belə cavab verib: “Mən, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Laçın Rayon Şöbəsinin İdarə Heyyətinin sədriyəm. 175 saylı marşurutu da dörd aydır ki, almışam.  İndi Laçın Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini vəzifəsində çalışmıram. Siz mənim verdiyim nömrə ilə əlaqə saxlayın”. 

B. Aslanovun bizə verdiyi mobil əlaqə nömrəsi ilə danışdığımız Eldəniz Qasımov isə175 saylı xəttin rəisi vəzifəsində çalışdığını bildirdi: “Mən xəttə səhər çıxışı 05:45 radələrində şəxsən özüm vermişəm. Yol vərəqi də indi qəzanı törədən Ağayev Tərlan Hüseynağa oğlunun adına verilib. Loru dildə desək, mən avtobusu Tərlanın qəza törədən qardaşına deyil, onun öz adına vermişəm. Yolda sərnişin daşıyarkən o avtobusu qardaşına verib. Bundan nə mənim, nə də dispetçerlərin xəbəri olub. Çünki, dispetçerlərin olmadığı dayanacaqda avtobus Kamran Ağayevə verilib. O da gedib hadisə törədib. O ki, qaldı adına yol vərəqəsi verilən Tərlan Ağayevə, onun sürücülük vəsiqəsi də var, avtobusu idarə etmək üçün lazımi kateqoriyası da”.

Həmsöhbətimiz sonda xətdə avtobusların B. Aslanovun razılığı ilə istismara verildiyini söyləyib. 
B. Aslanov hazırda Laçın Rayon İcra Hakimiyyətində çalışmadığını söyləsə də, icra hakimiyyətindən B. Aslanovun həmin işində çalışdığını bildirdilər. Movqe.az məsələ ilə bağlı dəqiqləşdirmə aparmaq üçün Laçın Rayon İcra Hakimiyyətinə rəsmi sorğu ünvanlayıb. Sorğuya cavab verildikdən sonra B. Aslanovun sahibkarlıq fəaliyyətinin nə dərəcədə qanuna uyğun olduğuna aydınlıq gətiriləcək. 

Qeyd edək ki, 175 saylı xətt sentyabr ayından yeni sahibkara istismara verilib. Əvvəlki sahibkar isə sərnişindaşıma ilə bağlı tələblərə əməl etmədiyi üçün xətdən kənarlaşdırılıb. 

Xatırladaq ki, 175 saylı avtobusda 15 nəfərin xəsarət alması ilə baş verən ağır yol nəqliyyat hadisəsi zamanı sürücü Kamran Ağayev hadisə yerindən qaçsa da,  hüquq mühafizə orqanlarının operativ əməliyyatı şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Faktla bağlı Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263-1.2 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Hazırda iş üzrə hadisənin baş vermə səbəblərinin müəyyən edilməsi, eləcə də sərnişinlərin daşınması və təhlükəsizliyi ilə əlaqədar mövcud qanunvericiliyin tələblərinin pozulması hallarına yol vermiş şəxlərin dairəsinin müəyyənləşdirilməklə məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. 
...
İş adamı Ramiz Mehdiyevə şikayət etdi - açıq məktub
Ziya Məmmədovun müşaviri həbs oluna bilər - Təfsilat
"Bizim market"də müştərinin qolu sınıb - rəhbərlik müştərini günahkar çıxardıb
Ermənistanda 70 rəsmi milyonçu olduğu halda, bizdə niyə biri də yoxdur? - təhlil
İlham Əliyevin sədr təyin etdiyi Qoşqar Təhməzli kimdir? - dosye
Xəbər lenti
20/01/2018 [01:02]:
Məşhur klinikaının sahibi: Barəmdə cinayət işinin açılması yalandır
20/01/2018 [00:10]:
20 Yanvar faciəsindən 28 il ötür
19/01/2018 [23:41]:
Bakıda ruhi xəstə maşın qaçıraraq qəza törədib – iki yaralı - Foto
19/01/2018 [22:37]:
Mübariz Mənsimovun daha bir tankeri həbs olundu
19/01/2018 [21:33]:
Hövsanda zəncirvari yol qəzası baş verib
19/01/2018 [20:52]:
Azərbaycan Ordusunun hərbçisi şəhid olub
19/01/2018 [20:23]:
“Sobesendik” qəzetinin azərbaycanlı yaradıcısı vəfat edib
19/01/2018 [19:59]:
İlham Əliyev Silahlı Qüvvələr haqqında qanunun tətbiqi barədə fərman imzalayıb
19/01/2018 [19:53]:
Bakı Metropolitenində tuneldə qalan qatar depoya göndərilib
19/01/2018 [19:47]:
Donald Trampın verəcəyi ziyafətin bileti 100 min dollardır
19/01/2018 [19:18]:
Bələdəiyyələrə əlavə səlahiyyət verilir - Yollardakı parklama yerlərindən pul yığacaqlar
19/01/2018 [19:02]:
Ağsuda mənşəyi məlum olmayan bir ton ət aşkarlanıb
19/01/2018 [18:51]:
Yerevanda qiymətlərin yüksəlməsinə qarşı etiraz aksiyası keçirilir - Video
19/01/2018 [18:33]:
Rövşən Lənkəranskinin qardaşı danışdı
19/01/2018 [18:21]:
İlham Əliyevdən QMİ ilə bağlı sərəncam
19/01/2018 [17:57]:
Bakı Atatürk Liseyində 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
19/01/2018 [17:40]:
Azərbaycana Rusiyadan müasir hərbi texnikalar gətirildi - Video
19/01/2018 [17:15]:
Mərkəzi Bank 3 günlük rəsmi məzənnəni açıqladı
19/01/2018 [16:44]:
Ermənilərdən növbəti təxribat - Bir əsgərimiz şəhid oldu
19/01/2018 [16:25]:
Dövlət qulluğuna qəbul və sınaq imtahanlarının vaxtı açıqlanıb
19/01/2018 [16:09]:
Azərbaycanlı ailə polisi girov götürdü, arvadı özünü bıçaqladı - Almaniyada şok
19/01/2018 [15:47]:
Türkiyənin müdafiə naziri: Afrinə girəcəyik
19/01/2018 [15:18]:
Azərbaycanda kütləvi şəkildə at kəsiləcək - İcazə verildi
19/01/2018 [14:53]:
"Bu acı günündə qardaş Azərbaycanın kədərini bölüşürük" - Türkiyə səfriliyi
19/01/2018 [14:51]:
Sabah Bakıda 8 dərəcə isti olacaq
Bütün xəbərlər...
...
Həftənin ən çox oxunanları
İlham Əliyev nazir müavinini işdən çıxartdı
Həkim yaydığı videoya görə işdən çıxarıldı - Prezidentə müraciət
İş adamı Ramiz Mehdiyevə şikayət etdi - açıq məktub
Fazil Məmmədovun “kassiri” istintaqa cəlb olundu - Eldar Mahmudovla əlbir olduğu üçün
Bakıda deputatı komaya saldılar - təfsilat
Mirşahin telekanal açır - Komandasında kimlər var?
Fazil Məmmədovun "sağ əli" də məzuniyyətə göndərildi
Mübariz Mənsimovdan gəmilərin müsadirəsinə reaksiya
Ziya Məmmədovun müşavirinin tutdurmaq istədiyi şəxsi oğurladılar
Azərbaycanda yeni qurum yaradıldı - Prezident fərman imzaladı
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin