"Bizim market"də müştərinin qolu sınıb - rəhbərlik müştərini günahkar çıxardıb

29/12/2017 [09:38] - Cəmiyyət (645)



Məhşur "Bizim market" mağazalar şəbəkəsinin Metropolitenin "İnşaatçılar" stansiyasının yaxınlığında yerləşən mağazasında insident olub. Bakı sakini Tünzalə Bayramova yerə duru yağın dağılması nəticəsində yıxılıb və qolu sınıb. Bu bardə istiqlal.az saytına T.Bayramovanın özü xəbər verib.

Onun sözlərinə görə, hadisə 2017-ci ilin iyulun 4-də axşam 8 radələrində baş verib: "Marketə daxil olub müəyyən məhsullar almaq istədim. Yağ bölməsinin qarşısından keçərkən ayağım sürüşdü və yerə yıxıldım. Yağ mənə qədər dağılmışdı. Mən təbii ki, bunu bilmirdim. Huşum getmişdi. Düz 1,5 saat yarıhuşsuz vəziyyətdə qalmışam. Dedim ki, qolum sınıb, buz gətirin, satıcı oğlan buz gətirdi, mühafizə xidməti kənardan durub tamaşa edirdi. Ancaq heç bir başqa yardım olmadı. Özümə gələndən sonra satıcı oğlanın köməyi ilə taksi sifariş verdim və evə gəldim. Səhəri - iyulun 5-də ağrılar artdığı üçün "Semaşko" xəstəxanasına gedib qoluma rentgenə saldırdım. 2 yerdən sınmışdı. Qoluma gips qoyuldu. O vaxtdan 2 dəfə gipsi dəyişiblər. İndi də gipsdəyəm və ağrılar qalır".

Tünzalə Bayramova

T.Bayramova deyir ki, onu ən çox çox ağrıdan qolunun sınması yox, market rəhbərliyinin onu günahkar çıxartmasıdır: “Əgər yerə yağ dağılmışdısa, market rəhbərliyinin borcu idi ki, həmin bölmədə satışı müvəqqəti dayandırıb, təmizlik işləri aparsın. Bu təhlükəsizlik baxımından vacibdir. İkinci, 1,5 saat yerdə  qalmışam, məni ordan qaldırmayıblar, təcili tibbi yardım çağırılmayıb. Hadisədən 10 gün sonra marketə getdim. Müdiriyyət çox kobud şəkildə dedi ki, bu sənin günahın və qismətindir. Guya yağı mən dağıtmışdım. Onlardan təzminat tələb etmək fikrim yox idi, sadəcə, üzrxahlıq gözləyirdim, əksinə məni borclu çıxartdılar. Marketin kamerasında bütün görüntülər var. Onlardan təzminat istəsəydim, dərhal polisə müraciət edər, sınığı rəsmiləşdirərdim. İstəmədim kimsə mənə görə ziyan çəksin. Ancaq bunu müqabilində üzr istəmək əvəzinə həyasızcasına məni günahkar çıxartmaları məni hiddətləndirir, üstündən 5 ay ötsə də onların hərəkətini həzm edə bilmirəm.Onsuz da sınıq ağrıları hələ də davam edir və bütün əsəb sistemim pozulub. Bəlkə də bu ağrılar ömrüm boyu məni təqib edəcək."

Sonda T.Bayramova məsələyə hüquqi  vermək üçün hüquq mühafizə orqanlarına mürciət edəcəyini dedi: "Müalicə xərclərini dostlarım və qohumlarım qarşılayıb. Tutaq ki,  bu hadisə mənim yox, kimsəsizin və ya yoxsulun başına gəlib. Onda necə olacaqdı? Market rəhbərliyinin danışığından anladım ki, onların belə qurbanları çox olub. Ona görə də yaxşı olar ki, məsələyə hüquqi qiymət verilsin və market rəhbərliyinin məsuliyyəti müəyyənləşsin. Orada təhlükəsizlik qaydaları kobud şəkildə pozulub. 2 rəfin ortasına təhlükəsizlik qaydalarına zidd olaraq 3-cü rəf quraşdırılıb. Qolumun sınmasında bu amil ciddi rol oynayıb. Bu məsələni də hüquq-mühafizə orqanları araşdırmalıdır."
...
İş adamı Ramiz Mehdiyevə şikayət etdi - açıq məktub
Ziya Məmmədovun müşaviri həbs oluna bilər - Təfsilat
"Bizim market"də müştərinin qolu sınıb - rəhbərlik müştərini günahkar çıxardıb
Ermənistanda 70 rəsmi milyonçu olduğu halda, bizdə niyə biri də yoxdur? - təhlil
İlham Əliyevin sədr təyin etdiyi Qoşqar Təhməzli kimdir? - dosye
Xəbər lenti
20/01/2018 [01:02]:
Məşhur klinikaının sahibi: Barəmdə cinayət işinin açılması yalandır
20/01/2018 [00:10]:
20 Yanvar faciəsindən 28 il ötür
19/01/2018 [23:41]:
Bakıda ruhi xəstə maşın qaçıraraq qəza törədib – iki yaralı - Foto
19/01/2018 [22:37]:
Mübariz Mənsimovun daha bir tankeri həbs olundu
19/01/2018 [21:33]:
Hövsanda zəncirvari yol qəzası baş verib
19/01/2018 [20:52]:
Azərbaycan Ordusunun hərbçisi şəhid olub
19/01/2018 [20:23]:
“Sobesendik” qəzetinin azərbaycanlı yaradıcısı vəfat edib
19/01/2018 [19:59]:
İlham Əliyev Silahlı Qüvvələr haqqında qanunun tətbiqi barədə fərman imzalayıb
19/01/2018 [19:53]:
Bakı Metropolitenində tuneldə qalan qatar depoya göndərilib
19/01/2018 [19:47]:
Donald Trampın verəcəyi ziyafətin bileti 100 min dollardır
19/01/2018 [19:18]:
Bələdəiyyələrə əlavə səlahiyyət verilir - Yollardakı parklama yerlərindən pul yığacaqlar
19/01/2018 [19:02]:
Ağsuda mənşəyi məlum olmayan bir ton ət aşkarlanıb
19/01/2018 [18:51]:
Yerevanda qiymətlərin yüksəlməsinə qarşı etiraz aksiyası keçirilir - Video
19/01/2018 [18:33]:
Rövşən Lənkəranskinin qardaşı danışdı
19/01/2018 [18:21]:
İlham Əliyevdən QMİ ilə bağlı sərəncam
19/01/2018 [17:57]:
Bakı Atatürk Liseyində 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
19/01/2018 [17:40]:
Azərbaycana Rusiyadan müasir hərbi texnikalar gətirildi - Video
19/01/2018 [17:15]:
Mərkəzi Bank 3 günlük rəsmi məzənnəni açıqladı
19/01/2018 [16:44]:
Ermənilərdən növbəti təxribat - Bir əsgərimiz şəhid oldu
19/01/2018 [16:25]:
Dövlət qulluğuna qəbul və sınaq imtahanlarının vaxtı açıqlanıb
19/01/2018 [16:09]:
Azərbaycanlı ailə polisi girov götürdü, arvadı özünü bıçaqladı - Almaniyada şok
19/01/2018 [15:47]:
Türkiyənin müdafiə naziri: Afrinə girəcəyik
19/01/2018 [15:18]:
Azərbaycanda kütləvi şəkildə at kəsiləcək - İcazə verildi
19/01/2018 [14:53]:
"Bu acı günündə qardaş Azərbaycanın kədərini bölüşürük" - Türkiyə səfriliyi
19/01/2018 [14:51]:
Sabah Bakıda 8 dərəcə isti olacaq
Bütün xəbərlər...
...
Həftənin ən çox oxunanları
İlham Əliyev nazir müavinini işdən çıxartdı
Həkim yaydığı videoya görə işdən çıxarıldı - Prezidentə müraciət
İş adamı Ramiz Mehdiyevə şikayət etdi - açıq məktub
Fazil Məmmədovun “kassiri” istintaqa cəlb olundu - Eldar Mahmudovla əlbir olduğu üçün
Bakıda deputatı komaya saldılar - təfsilat
Mirşahin telekanal açır - Komandasında kimlər var?
Fazil Məmmədovun "sağ əli" də məzuniyyətə göndərildi
Mübariz Mənsimovdan gəmilərin müsadirəsinə reaksiya
Ziya Məmmədovun müşavirinin tutdurmaq istədiyi şəxsi oğurladılar
Azərbaycanda yeni qurum yaradıldı - Prezident fərman imzaladı
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin