İlham Əliyevin sədr təyin etdiyi Qoşqar Təhməzli kimdir? - dosye

26/12/2017 [00:02] - Siyasət (2329)



Qida Təhlükəsizliyi Agentliyinin sədri təyin edilib.

İstiqlal.az-ın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı bu gün müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Qoşqar Təhməzli Qida Təhlükəsizliyi Agentliyinin sədri təyin edilib.

İstiqlal.az bildirir ki, Qoşqar Təhməzli 29 may 1970-ci ildə anadan olub. Azərbaycan Tibb Universitetinin 1994-cü il məzunudur. Azərbaycan Tibb Universitetinin və Qərb Universitetinin Tibb elmləri üzrə fəlsəfə doktorudur. 

"Medeks” şirkətinin rəhbəri işləyən Q. Təhməzli Azərbaycanda səhiyyə sahəsində səmərəli fəaliyyətlərinə görə "Tərəqqi” medalı ilə təltif edilib.

Qeyd edək ki, "Medeks” şirkəti müxtəlif profilli tibbi, sanator-kurort müəssisələrin qurulması və avadanlıqlarla təchiz olunması, kosmetoloji mərkəzlərin və Spa komplekslərinin qurulması və müvafiq avadanlıqlarla təchiz olunması və müxtəlif təyinatlı laboratoriyaların (qida, kriminalistik, klinik) qurulması və təchiz olunması ilə məşğuldur. 

Əsas fəaliyyət istiqaməti tibbi, kosmetoloji, laborator, spa və sanator-kurort avadanlıqlarının satışı və texniki servisi, eləcə də tibbi sərf məlzəmələrinin satişindan ibarət olan Medeks MMC 2006-cı ildə təsis edilib. Fəaliyyət göstərdiyi bu illər ərzində şirkət geniş distributorluq şəbəkəsi yaratmağa nail olub. Dünyanın inkişaf etmiş ölkələrinin 80-dən çox nüfuzlu şirkəti ilə əməkdaşlıq edən Medeks MMC ən yeni texnologiyaları müştərilərinə təqdim edir. Böyük layihələrin kompleks şəkildə avadanlıqlarla təchiz olunması ilə yanaşı, geniş spektrli tibbi, laborator və kosmetoloji avadanlıqlar pərakəndə satış mərkəzində müştərilərə təklif olunur.

Lakin şirkət sadəcə avadanlıqların satışı ilə kifayətlənmir. Medeks texniki servis departamenti, dünyanın bir çox ölkələrində təlim keçmiş yüksək ixtisaslı texnik, elektron və kompyüter mühəndislərinin köməyi ilə istifadədə olan tibbi, kosmetoloji və laborator avadanlıqların texnik servisini həyata keçirir. Departamentin  texniki cəhətdən lazımi səviyyədə təchiz olunması çağırışlara təxirəsalınmaz və peşəkar xidmət göstərilməsinə səbəb olur.

Bundan əlavə, Medeksin çoxillik təcrübəyə malik işçi komandası müştərilərinə tibbi, kosmetoloji və SPA mərkəzlərinin, eləcə də müxtəlif təyinatlı laboratoriyaların qurulmasında ilkin məsləhətlərdən və layihələndirmədən başlayaraq obyektin tam hazır vəziyyətdə təhvil verilməsinə kimi geniş xidmət çeşidi təklif edir. Indiyədək şirkət 40-dan artıq müxtəlif profilli dövlət və özəl müəssisələrin qurulmasında iştirak edib. Bu layihələr nəinki Azərbaycanın müxtəlif bölgələrində, hətta ölkəmizin hüdudlarından kənarda da həyata keçirilmişdir.

Medeks MMC hər zaman ən yeni, ən müasir texnologiyaları tətbiq edir və “ilk”lərə imza atmağa çalışır. Qeyd etmək yetərlidir ki, Azərbaycanda eşitmə qüsurlu şəxslərin, xüsusən də azyaşlı uşaqların koxlear implant əməliyyatlarını LOR Hospitalın cərrahi dəstəyi ilə ilk dəfə həyata keçirən məhz Medeks şirkəti olub. Ötən bir il ərzində 95 pasient həm xarici, həm də yerli cərrahlar tərəfindən əməliyyat olunaraq eşitmə protezləri ilə təmin olunublar.

Medeks fəaliyyət göstərdiyi bu on il ərzində bir sıra mötəbər tədbirlərin iştirakçısı olub, müxtəlif mükafatlarla təltif olunub. 2009-cu ildə Medeks Azərbaycanda Tibbi nominasiya üzrə “İlin şirkəti” elan edilib, 2012-ci ildə isə Avropa Biznes Assambleyasının Vyana şəhərində keçirilən təqdimat mərasimində tibb, kosmetologiya və laboratoriyalar nominasiyasında “Ən yaxşı şirkət” mükafatını qazanıb. Qoşqar Təhməzli isə şirkətin rəhbəri olaraq “Ən yaxşı top-menecer” adına layiq görülüb. Hər il Azərbaycanda təşkil edilən Beynəlxalq Səhiyyə Sərgisində də Medeks MMC dövri olaraq çox uğurla iştirak edir.

...
İş adamı Ramiz Mehdiyevə şikayət etdi - açıq məktub
Ziya Məmmədovun müşaviri həbs oluna bilər - Təfsilat
"Bizim market"də müştərinin qolu sınıb - rəhbərlik müştərini günahkar çıxardıb
Ermənistanda 70 rəsmi milyonçu olduğu halda, bizdə niyə biri də yoxdur? - təhlil
İlham Əliyevin sədr təyin etdiyi Qoşqar Təhməzli kimdir? - dosye
Xəbər lenti
20/01/2018 [01:02]:
Məşhur klinikaının sahibi: Barəmdə cinayət işinin açılması yalandır
20/01/2018 [00:10]:
20 Yanvar faciəsindən 28 il ötür
19/01/2018 [23:41]:
Bakıda ruhi xəstə maşın qaçıraraq qəza törədib – iki yaralı - Foto
19/01/2018 [22:37]:
Mübariz Mənsimovun daha bir tankeri həbs olundu
19/01/2018 [21:33]:
Hövsanda zəncirvari yol qəzası baş verib
19/01/2018 [20:52]:
Azərbaycan Ordusunun hərbçisi şəhid olub
19/01/2018 [20:23]:
“Sobesendik” qəzetinin azərbaycanlı yaradıcısı vəfat edib
19/01/2018 [19:59]:
İlham Əliyev Silahlı Qüvvələr haqqında qanunun tətbiqi barədə fərman imzalayıb
19/01/2018 [19:53]:
Bakı Metropolitenində tuneldə qalan qatar depoya göndərilib
19/01/2018 [19:47]:
Donald Trampın verəcəyi ziyafətin bileti 100 min dollardır
19/01/2018 [19:18]:
Bələdəiyyələrə əlavə səlahiyyət verilir - Yollardakı parklama yerlərindən pul yığacaqlar
19/01/2018 [19:02]:
Ağsuda mənşəyi məlum olmayan bir ton ət aşkarlanıb
19/01/2018 [18:51]:
Yerevanda qiymətlərin yüksəlməsinə qarşı etiraz aksiyası keçirilir - Video
19/01/2018 [18:33]:
Rövşən Lənkəranskinin qardaşı danışdı
19/01/2018 [18:21]:
İlham Əliyevdən QMİ ilə bağlı sərəncam
19/01/2018 [17:57]:
Bakı Atatürk Liseyində 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
19/01/2018 [17:40]:
Azərbaycana Rusiyadan müasir hərbi texnikalar gətirildi - Video
19/01/2018 [17:15]:
Mərkəzi Bank 3 günlük rəsmi məzənnəni açıqladı
19/01/2018 [16:44]:
Ermənilərdən növbəti təxribat - Bir əsgərimiz şəhid oldu
19/01/2018 [16:25]:
Dövlət qulluğuna qəbul və sınaq imtahanlarının vaxtı açıqlanıb
19/01/2018 [16:09]:
Azərbaycanlı ailə polisi girov götürdü, arvadı özünü bıçaqladı - Almaniyada şok
19/01/2018 [15:47]:
Türkiyənin müdafiə naziri: Afrinə girəcəyik
19/01/2018 [15:18]:
Azərbaycanda kütləvi şəkildə at kəsiləcək - İcazə verildi
19/01/2018 [14:53]:
"Bu acı günündə qardaş Azərbaycanın kədərini bölüşürük" - Türkiyə səfriliyi
19/01/2018 [14:51]:
Sabah Bakıda 8 dərəcə isti olacaq
Bütün xəbərlər...
...
Həftənin ən çox oxunanları
İlham Əliyev nazir müavinini işdən çıxartdı
Həkim yaydığı videoya görə işdən çıxarıldı - Prezidentə müraciət
İş adamı Ramiz Mehdiyevə şikayət etdi - açıq məktub
Fazil Məmmədovun “kassiri” istintaqa cəlb olundu - Eldar Mahmudovla əlbir olduğu üçün
Bakıda deputatı komaya saldılar - təfsilat
Mirşahin telekanal açır - Komandasında kimlər var?
Fazil Məmmədovun "sağ əli" də məzuniyyətə göndərildi
Mübariz Mənsimovdan gəmilərin müsadirəsinə reaksiya
Ziya Məmmədovun müşavirinin tutdurmaq istədiyi şəxsi oğurladılar
Azərbaycanda yeni qurum yaradıldı - Prezident fərman imzaladı
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin