İcra hakimiyyətinin baş mühasibi tutuldu

14/12/2017 [11:44] - Gündəm (1265)



Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları Binəqədi rayonu İH-nin sabiq baş mühasibi Kəklik Əsədovanı həbs ediblər.


Istiqlal.az xəbər verir ki, "ölkə.az"ın əldə etdiyi məlumata görə, Əsədovaya qarşı bir müddət əvvəl rayon polis idarəsinin İstintaq Şöbəsində cinayət məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlayıb. Şikayətçilər isə əsasən ibtidai sinif müəllimləri olub. Qadın müəyyən məbləğ müqabilində ibtidai sinif müəllimlərinə ünvanlı sosial yardım vəd edib, onlar isə qanunsuz gəlir üçün borc götürüblər. K.Əsədova öz qurbanlarını əmin edib ki, arzu edənlər üçün ünvanlı sosial yardım təşkil edə bilər. Belə yardımı almaq istəyənlər isə dərhal tapılıb.


"Onun qurbanlarının çoxu qadınlar, ibtidai sinif müəllimləri olub. Müttəhimin əlbiri ona belə avam və sadəlövh adamları tapmaqda yardım edib. Amma onlar gözlənilən qədər də avam olmadılar və polisə müraciət etdilər”, - Binəqədi RPİ-dən bildiriblər.


Əsədova qadınlara bildirib ki, onun yaxın rəfiqəsi Əmək və Sosial Müdafiə Nazirliyində çalışır və problemsiz onlar üçün ünvanlı sosial yardım təşkil edə bilər, amma bu, müəyyən məbləğə başa gələcək.


"Müəllimlər fırıldaqçıya inanıblar. Halbuki yerli telekanallarda dəfələrlə ünvanlı sosial yardım üçün müraciət edən şəxslərin siyahısının məhdud olması barədə məlumat yayılmışdı. Zərərçəkənlər əlavə gəlir mənbəyi əldə etmək istəyirdilər, bunun üçün hətta Əsədovanın sözlərinə inanaraq müəyyən məbləğ də ödəməyə hazır idilər. Əsədova onlara ünvanlı sosial yardımın Azərbaycanda hələ ən azı iki il də veriləcəyini vəd etmişdi”, - polisdən bildirilib.


Əsədova Məhbubə Kərimovadan (1981-ci il təvəllüdlü) iki min, Gülər Məmmədovadan (1964-cü il təvəllüdlü) – 1,5 min, Yeganə Mustafayevadan (1967-ci il təvəllüdlü) – 800, Gülbəniz Məmmədovadan (1980-ci il təvəllüdlü) isə 500 manat alıb.


Polisdə daha bir maraqlı faktı qeyd ediblər, belə ki, müəllimlərin bəziləri elementar olaraq ərizə yaza bilməyiblər, bu isə onların qeyri-peşəkar olduqlarını sübut edib. Şikayət edənlər arasında hətta sosial yardım almaq üçün borc götürən də var. Fəaliyyətinin qanuni olduğunu göstərmək üçün Əsədova onlardan ünvanlı sosial yardım almaq üçün tələb olunan sənədlərin surətini çıxarmağı da istəyib.


Kəklik Əsədova Binəqədi İH-də rəsmi olaraq 2007-ci ilə qədər çalışıb, daha sonra bu qurumu Binəqədi qəsəbəsində təmsil edib.


...
Ziya Məmmədovun müşaviri həbs oluna bilər - Təfsilat
"Bizim market"də müştərinin qolu sınıb - rəhbərlik müştərini günahkar çıxardıb
Ermənistanda 70 rəsmi milyonçu olduğu halda, bizdə niyə biri də yoxdur? - təhlil
İlham Əliyevin sədr təyin etdiyi Qoşqar Təhməzli kimdir? - dosye
İlham Əliyev generalı istefaya göndərdi - sərəncam
Xəbər lenti
16/01/2018 [13:33]:
Torpaq və mənzil bazarında bahalaşma var
16/01/2018 [13:15]:
Mərkəzi Bank hərrac keçirdi - Dolların qiyməti dəyişmədi
16/01/2018 [12:57]:
Qarabağda daha bir erməni əsgəri öldü
16/01/2018 [12:37]:
Elmar Məmmədyarovla Nalbəndyan görüşəcək
16/01/2018 [12:26]:
Teleqüllənin yaxınlığında çatlar böyüdü - Sürüşmə təhlükəsi
16/01/2018 [12:09]:
Xalq artisti Çingiz Sadıxovla vida mərasimi keçirilir
16/01/2018 [11:57]:
Ali Məhkəmə Əli İnsanovun kassasiya şikayətini təmin etmədi
16/01/2018 [11:34]:
Müəllimlərdən rüşvət istəyən direktor işdən çıxarıldı
16/01/2018 [11:29]:
Rəsmi Bakı Lavrovun Qarabağa dair açıqlamasını alqışlayır
16/01/2018 [11:03]:
Azərbaycan nefti ucuzlaşdı
16/01/2018 [10:44]:
Azərbaycanlı hücumçudan Portuqaliyada növbəti qol
16/01/2018 [10:17]:
Bakıda musiqili interaktiv yeni tamaşa göstəriləcək
16/01/2018 [09:48]:
Rumıniyanın baş naziri istefa verib
16/01/2018 [00:19]:
Fazil Məmmədovla Eldar Mahmudovun iş birliyi – sabiq nazirləri nə birləşdirir?
15/01/2018 [23:45]:
“Bəzi məmurlar öz statuslarından, imtiyazlarından sui-istifadə edirlər” - Keçmiş deputat
15/01/2018 [22:37]:
İran hökuməti Azərbaycandan kredit almağa razılıq verib
15/01/2018 [21:35]:
Göygöldə itkin düşdüyü deyilən rusiyalı alimə 10 sutka həbs verilibmiş
15/01/2018 [20:55]:
Gömrükdə qaçaqmal siqaret aşkarlanıb
15/01/2018 [20:15]:
Elmar Məmmədyarov Fransaya gedir
15/01/2018 [19:45]:
Hacı İbrahim “Xəzər adaları”nın tikintisini başlaya bilmir
15/01/2018 [19:23]:
Əli İnsanovun şikayətinə baxılacaq
15/01/2018 [19:23]:
“Fazil Məmmədov güləşçiləri nəzarəti altında saxlayır”
15/01/2018 [19:07]:
Mirşahin telekanal açır - Komandasında kimlər var?
15/01/2018 [18:48]:
Fransızlar Rusiya dövlətindən 30 milyard avro tələb edirlər
15/01/2018 [18:36]:
Mübariz Mənsimovdan gəmilərin müsadirəsinə reaksiya
Bütün xəbərlər...
...
Həftənin ən çox oxunanları
İlham Əliyev nazir müavinini işdən çıxartdı
Azərbaycanda olan iki rus kəndi köçürülür - Putindən göstəriş
Şəmkirdə “yeni il qalmaqalı” - İcra başçısı məmurlara “çek” yolladı
İlham Əliyev Əhəd Abıyevlə bağlı sərəncam verdi
Fazil Məmmədovdan gözlənilməz addım - nazir müavinini istefaya göndərdi
Fazil Məmmədovun “kassiri” istintaqa cəlb olundu - Eldar Mahmudovla əlbir olduğu üçün
Mikayıl Cabbarov məşhur bəstəkarın oğluna da vəzifə verib
 Nazir icra başçısının kürəkənini də işdən çıxardı
Məlum və naməlum Putin: Onun hədəfi nədir? - Təhlil
Bakıda deputatı komaya saldılar - təfsilat
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin