Ərdoğanın ərəb təəsübkeşliyi Türkiyəni daha hansı sınağa çəkəcək? - təhlil

13/12/2017 [12:13] - Siyasət (564)



ABŞ prezidenti D.Trampın səfirliyi Yerusəlimə köçürmək haqqındakı qərarı neçə gündür ki, dünya mediasının əsas hadisəsi kimi qalmaqdadır. 

Bəlkə elə bunun özü də hər şeydə “sionust sövdələşməsi”nin izlərini axtaran və “Müsəlmanıq deyə bizi sevmirlər!” söyləyən ərəb qardaşlarımıza tutarlı bir mesaj oldu, çünki nəinki islam ölkələri, əksər Avropa dövlətləri və Roma papası Trampı onsuz da gərginlik yaşayan Yaxın Şərqdə “siyasi temperatur”u bir az da yüksəltməməyə çağırdılar. 

Avropa Birliyinin D.Trampın qərarının əleyhinə xüsusi qətnamə qəbul etməsinə isə bircə ölkə - Macarıstan mane oldu və səhv etmiriksə, BMT də məsələyə münasibtini bildirdi və Trampın qərarını pislədi...

Amma artıq qərar qəbul olunub. Baxmayaraq, hələ də bir çoxu onun “geriyə oxunacağı”nı istisna etmir, çünki ABŞ səfirliyini Qərbi Qüdsdə də yerləşdirə bilər, Qərbi Qüdsü isə çox ölkələr, o cümlədən də indi bərk canfəşanlıq edənlərdən biri–Rusiya da hələ bu ilin aprel ayında İsrailin paytaxtı kimi tanımağa qərar vermişdi.          

Qərarla bağlı bəs biz nə deyə bilərdik? Bu haqda düşünəndə ixtiyarsız olaraq adamın yadına V.Jirinovskinin bəyanatları düşür. Bu bəyanatlarında Vladimir Volfvoviç daim deyirdi ki, Fələstin–İsrail problemi heç vaxt həll olunmyacaq, çünki ərəblər və yəhudilər heç vaxt Yerusəlimi biri–birinə güzəşt etməyəcəklər!

Məsələyə bu prizmadan baxanda düşünürsən ki, bəlkə elə böyük siyasətdə də bəzən “Qordiy düyünü”nü kəsməkdən savayı yol qalmır? Təbii ki, Trampı böyük İsgəndərlə müqayisə etməkdən çox–çox uzağıq, amma yenə də fikirləşirsən ki, məsələ hanasısa formada hansısa tərəfin xeyrinə həll olunmalı idi, çünki Yerusəlimə beynəlxalq status verilməsi belə böyük etirazlarla qarşılanırdı, hətta Trampın qərarının ərəfəsində də yəhudilər deyirdilər ki, ABŞ-ın münasibətindən asılı olmayaraq onlar Qüdsü öz paytaxtları sayır və bundan sonra da sayacaqlar...

Amma yenə də tərəddüdlər adamı heç tərk etmir: ABŞ Yaxın Şərqdə ilk dəfə birmənalı şəkildə tərəf tutdu və bu səbəbdən düşünrük ki, bu addımı ilə o, Yaxın Şərqdəki qapıları arxasınca həddindən bərk çırpmadımı?..

Düşünürük ki, bu cür qərarın qəbul olunmasında fələstinlilərin də “əməyi” var. Kimsə üçün sirr deyil ki, məsələn, Fələstin Administrasyasının xərclərinin böyük hissəsini, hətta onun BMT-dəki maliyyə öhdəliklərini ABŞ ödəyirdi. Fələstinlilər isə buna “Həmas” kimi radikal qruplara səs və dəstək verməklə cavab verirdilər. Budur, ABŞ da öz birmənalı seçimini etdi...

İkincisi, prosesdə ərəbləri daha çox dini motivlər, məsələn, əl-Əqsa məscidinin “taleyi” düşündürsə də, ağıllı insanları bir az fərqli məsələlər də qayğılandırır: Trampın qərarı yeni hüquqdankənar təşəbbüslərə təkan olmayacaqmı? Qüdsün statusunun birtərəfli şəkildə müəyyən elilməsi bir presedentə çevrilməyəcəkmi?

Bir sözü qoyub, o birisinə keçmək olsa da, bəzi rusiyalı politoloqlar indiyədək israr edirlər ki, məhz vaxtilə Kosovo ilə bağlı qəbul edilmiş qərar Abxaziyanın, Osetiyanın və Krımın işğalına yol açdı. 
Sözsüz ki, rusiyalı ideoloqlar bəraət tapmaqda mahirdilər və hətta Kosovo ilə bağlı qəbul edilmiş qərar Rusiyanın illərlə, əsrlərlə davam edən imperiya ambisiyalarını ört-basdır etmək iqtidarında deyil, amma bu arqumentləri tamam nəzərə almamaq da olmur.

Əl-Əqsa məscidinə gəldikdə isə, dərhal elan olundu ki, bütün dini məbədlərə münasibətdə status-kvo qorunacaq. Qərəz, dünya ölkələrinin çoxu ərəblərə dəstək verir, nəinki yəhudilərə. Əslində elə həmişə belə olub, tarix boyu yəhudilərin bədxahları daha çox olub, nəinki ərəblərin, hətta indinin özündə də, antisemitizmin yasaq olduğu bir vaxtda yenə də çoxunun yəhudilərə münasibəti birmənalı deyil... 

Bir məqama da toxunmaq istərdik. Ərəb Liqasının 22 üzvü var və bunların əksəriyyəti sırf ərəb dövlətləridir! Onların ən kiçiyinin belə ərazisi İsrailin 22 min kvadrat kilometrlik ərazisilə müqayisə olunmaq dərəcəsindədir.   
Üstəlik, məhz ərəb liderlərinin maksimalizmi, onların regionda, ümumiyyətlə, yəhudi dövlətinin mövcudluğu ilə barışmaq istəməməsi son nəticədə ən “uzunömürlü” münaqişələrdən birinə gətirib çıxardı...     

Bir daha məsələyə beynəlxalq münasibətə gəldikdə, ən çox fəallıq edən Türkiyə prezidentidir. Hətta özünü “islam həmrəylinin flaqmanı” sayan İran, xüsusilə də son vaxtlarda böyük regional iddialara düşən Səudiyyə Ərəbistanı belə ondan geri qalır. 

Biz bu sətirləri yazarkən artıq R.T.Ərdoğanın İslam Əməkdaşlıq Təşkilatının növbədənkənar toplantısını çağırmağa qərar verdiyi elan edlimiş, dövlət başçılarına, o cümlədən də Azərbaycan prezidentinə də dəvət ünvanlanmışdı.

Türkiyə prezidentinin ərəblərə xüsusi simpatiyası yeni hadisə deyil və bu, hətta Türkiyənin özündə suallar doğurur. Amma burada bir ciddi və düşündürücü məqam var: ərəb dünyası Türkiyəyə eyni səmimiyyətlə cavab vermir, üstəlik, Səudiyyə regionun liderinə çevrilməkçün min bir  oyundan çıxır...

Bir detal da var ki, heç ürək açmır. Prezident Ərdoğanın ritorikası getdikcə daha çox İranın keçmiş prezidenti M.Əhmədinejadın tonunu yada salır. NATO üzvü olan ölkənin liderinin anti-Qərb və anti–İsrail mövzusunda belə şövqlə danışması heç də təqdirəlayiq hal deyil, çünki Qərbin və İsrailin siyasətindəki mübahisəli məqamlara daha məqbul bir formada da münasibət bildirmək olardı.          
İrana gəldikdə isə, biz ondan eyni operativliyi və birmənalı mövqeyi otuz ildir Dağlıq Qarabağ probleminə münasibətdə də umuruuq! Fəqət, nəticəsi varmı?..

Elə bu səbəbdən də düşünürük ki, Türkiyə prezidenti yenə də “ərəblərdən daha çox ərəb olmağa” can atır. Amma buna dəyərmi? Bəli, Avropa ölkələri də Trampın qərarıın əleyhinə çıxdılar və Türkiyə də bir bəyanatla kifayətlənə bilərdi.

O ki qaldı Azərbaycana, düşünürük ki, bizim məsələyə münasibətimiz təmkinli olmalı və biz İsrail amilini də nəzərə almalıyıq.

Açığı, bizi son vaxtlarda cəlb edən təkcə Rusiya–Türkiyə münasibətlərindəki mülayimləşmə deyil, həm də Ankara ilə Vaşinqton arasındakı uzun müddətli müttəfiqlik əlaqələridir. Zənnimizcə, Qarabağ problemilə bağlı türk diplomatları Vaşinqton istiqamətində də çalışsalar, bunun yalnız faydası olar. 
Həm də müttəfiqlərdən umacaqlar da sonsuz olmur. Baxın, Türkiyə Amerikadan kürd məsələsində daim dəstək istəyir, Fələstin məsələsində, Suriya məsələsində onunla birgə siyasət yürütməyə çağırır... 

Biz istərdik ki, bu siyahıya Qarabağ da daxil edilsin. Amma digər tərəfdən, Türkiyənin umacaqları həddindən çox deyilmi? Vaşinqton bu “xahiş”lərin hamısını yerinə yetirmək iqtidarındadırmı? Daha düzgün olmazdımı ki, Ankara Vaşinqtonla münasibətlərində iki prioritet nəzərdə tutsun: kürd problemi və Dağlıq Qarabağ məsələsi...

Hüseynbala Səlimov, 
istiqlal.az


...
Ziya Məmmədovun müşaviri həbs oluna bilər - Təfsilat
"Bizim market"də müştərinin qolu sınıb - rəhbərlik müştərini günahkar çıxardıb
Ermənistanda 70 rəsmi milyonçu olduğu halda, bizdə niyə biri də yoxdur? - təhlil
İlham Əliyevin sədr təyin etdiyi Qoşqar Təhməzli kimdir? - dosye
İlham Əliyev generalı istefaya göndərdi - sərəncam
Xəbər lenti
16/01/2018 [13:33]:
Torpaq və mənzil bazarında bahalaşma var
16/01/2018 [13:15]:
Mərkəzi Bank hərrac keçirdi - Dolların qiyməti dəyişmədi
16/01/2018 [12:57]:
Qarabağda daha bir erməni əsgəri öldü
16/01/2018 [12:37]:
Elmar Məmmədyarovla Nalbəndyan görüşəcək
16/01/2018 [12:26]:
Teleqüllənin yaxınlığında çatlar böyüdü - Sürüşmə təhlükəsi
16/01/2018 [12:09]:
Xalq artisti Çingiz Sadıxovla vida mərasimi keçirilir
16/01/2018 [11:57]:
Ali Məhkəmə Əli İnsanovun kassasiya şikayətini təmin etmədi
16/01/2018 [11:34]:
Müəllimlərdən rüşvət istəyən direktor işdən çıxarıldı
16/01/2018 [11:29]:
Rəsmi Bakı Lavrovun Qarabağa dair açıqlamasını alqışlayır
16/01/2018 [11:03]:
Azərbaycan nefti ucuzlaşdı
16/01/2018 [10:44]:
Azərbaycanlı hücumçudan Portuqaliyada növbəti qol
16/01/2018 [10:17]:
Bakıda musiqili interaktiv yeni tamaşa göstəriləcək
16/01/2018 [09:48]:
Rumıniyanın baş naziri istefa verib
16/01/2018 [00:19]:
Fazil Məmmədovla Eldar Mahmudovun iş birliyi – sabiq nazirləri nə birləşdirir?
15/01/2018 [23:45]:
“Bəzi məmurlar öz statuslarından, imtiyazlarından sui-istifadə edirlər” - Keçmiş deputat
15/01/2018 [22:37]:
İran hökuməti Azərbaycandan kredit almağa razılıq verib
15/01/2018 [21:35]:
Göygöldə itkin düşdüyü deyilən rusiyalı alimə 10 sutka həbs verilibmiş
15/01/2018 [20:55]:
Gömrükdə qaçaqmal siqaret aşkarlanıb
15/01/2018 [20:15]:
Elmar Məmmədyarov Fransaya gedir
15/01/2018 [19:45]:
Hacı İbrahim “Xəzər adaları”nın tikintisini başlaya bilmir
15/01/2018 [19:23]:
Əli İnsanovun şikayətinə baxılacaq
15/01/2018 [19:23]:
“Fazil Məmmədov güləşçiləri nəzarəti altında saxlayır”
15/01/2018 [19:07]:
Mirşahin telekanal açır - Komandasında kimlər var?
15/01/2018 [18:48]:
Fransızlar Rusiya dövlətindən 30 milyard avro tələb edirlər
15/01/2018 [18:36]:
Mübariz Mənsimovdan gəmilərin müsadirəsinə reaksiya
Bütün xəbərlər...
...
Həftənin ən çox oxunanları
İlham Əliyev nazir müavinini işdən çıxartdı
Azərbaycanda olan iki rus kəndi köçürülür - Putindən göstəriş
Şəmkirdə “yeni il qalmaqalı” - İcra başçısı məmurlara “çek” yolladı
İlham Əliyev Əhəd Abıyevlə bağlı sərəncam verdi
Fazil Məmmədovdan gözlənilməz addım - nazir müavinini istefaya göndərdi
Fazil Məmmədovun “kassiri” istintaqa cəlb olundu - Eldar Mahmudovla əlbir olduğu üçün
Mikayıl Cabbarov məşhur bəstəkarın oğluna da vəzifə verib
 Nazir icra başçısının kürəkənini də işdən çıxardı
Məlum və naməlum Putin: Onun hədəfi nədir? - Təhlil
Bakıda deputatı komaya saldılar - təfsilat
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin