Məhkəmə Əli Həsənovun nəvəsinin xeyrinə qərar çıxardı

11/12/2017 [14:15] - Gündəm (2683)



Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun həbsdə olan nəvəsi Nail Allahverdiyevin işi üzrə məhkəmə istintaqı başa çatıb. İstiqlal.az xəbər verir ki,  bu gün məhkəmədə prokuror çıxış etməli idi. Amma hansısa səbəbdən məhkəmə istintaqının yenilənməsi, işin bir daha təkrar araşdırılmasına qərar verilib.

İki nəfərin ölümü, daha üçünün yaralandığı qəzaya görə həbs olunan Nail Allahverdiyevin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Əhməd Quliyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır. Allahverdiyevin işi üzrə məhkəmə iclaslarına jurnalistlər buraxılmasa da, vəkillər vasitəsilə prosedə baş verənlərdən xəbər tutmaq olur.

Bu gün keçirilən məhkəmədə Nail Allahverdiyevin vəkilləri məhkəmə istintaqının təzələnməsi haqda vəsatət qaldırıblar. Bildiriblər ki, müdafiə tərəfi məhkəməyə bir sıra sənədlər təqdim edib. Vəkillər həmin sənədlərin iş üçün əhəmiyyətli olduğunu bildirərək, araşdırılmasını istəyiblər.
İttihama görə, qəza zamanı maşını yüksək sürətlə idarə edən ail Allahverdiyevin xəsarət yetirdiyi piyadalar arasında Türkiyə vətəndaşları Mutallib və Songül Tekiş cütlüyü də olub. Onlar hadisədən sonra bir neçə gün Bakıda xəstəxanada saxlansalar da, sonradan İstanbula aparılıb, orada klinikaya yerləşdiriliblər. Tekiş cütlüyü zərərçəkmiş qismində tanınsa da, məhkəməyə nə özləri gəlib, nə də nümayəndə göndəriblər. Dekabrın 11-də keçirilən məhkəmədə isə Allahverdiyevin vəkili onların məktubunu təqdim edib. Yazıblar ki, təqsirləndirilən şəxsdən şikayət və tələbləri yoxdur.

Hakimlər müdafiə tərəfinin vəsatətini təmin edib – məhkəmə  istintaqının yenilənməsinə qərar verilib. Məmur nəvəsinin məhkəməsi dekabrın 18-nə qalıb.

Xatırladaq ki, N.Allahverdiyevin həbsinə səbəb olmuş qəza avqustun 3-də axşam saat 21:00 radələrində paytaxtın Heydər Əliyev prospektində baş verib. Allahverdiyevin idarə etdiyi «Mercedes-Gelandewagen» yolu keçən piyadalar Vaqif Əsədovu və Tekiş cütlüyünü vurub, ardınca «VAZ 21015» markalı avtomobilə çırpılıb. Bundan sonra yolun kənarındakı maneəni aşaraq köməkçi yola keçən «Mercedes-Gelandewagen» yanmağa başlayıb. Qəza nəticəsində piyada V.Əsədov və avtomobildə N.Allahverdiyevin yanında olmuş 31 yaşlı M.Əliyev dünyasını dəyişib.

N.Allahverdiyevin ittiham olunduğu CM-nin 263.3 maddəsində 5 ildən 10 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Aytən, 
istiqlal.az

...
Ziya Məmmədovun müşaviri həbs oluna bilər - Təfsilat
"Bizim market"də müştərinin qolu sınıb - rəhbərlik müştərini günahkar çıxardıb
Ermənistanda 70 rəsmi milyonçu olduğu halda, bizdə niyə biri də yoxdur? - təhlil
İlham Əliyevin sədr təyin etdiyi Qoşqar Təhməzli kimdir? - dosye
İlham Əliyev generalı istefaya göndərdi - sərəncam
Xəbər lenti
16/01/2018 [13:33]:
Torpaq və mənzil bazarında bahalaşma var
16/01/2018 [13:15]:
Mərkəzi Bank hərrac keçirdi - Dolların qiyməti dəyişmədi
16/01/2018 [12:57]:
Qarabağda daha bir erməni əsgəri öldü
16/01/2018 [12:37]:
Elmar Məmmədyarovla Nalbəndyan görüşəcək
16/01/2018 [12:26]:
Teleqüllənin yaxınlığında çatlar böyüdü - Sürüşmə təhlükəsi
16/01/2018 [12:09]:
Xalq artisti Çingiz Sadıxovla vida mərasimi keçirilir
16/01/2018 [11:57]:
Ali Məhkəmə Əli İnsanovun kassasiya şikayətini təmin etmədi
16/01/2018 [11:34]:
Müəllimlərdən rüşvət istəyən direktor işdən çıxarıldı
16/01/2018 [11:29]:
Rəsmi Bakı Lavrovun Qarabağa dair açıqlamasını alqışlayır
16/01/2018 [11:03]:
Azərbaycan nefti ucuzlaşdı
16/01/2018 [10:44]:
Azərbaycanlı hücumçudan Portuqaliyada növbəti qol
16/01/2018 [10:17]:
Bakıda musiqili interaktiv yeni tamaşa göstəriləcək
16/01/2018 [09:48]:
Rumıniyanın baş naziri istefa verib
16/01/2018 [00:19]:
Fazil Məmmədovla Eldar Mahmudovun iş birliyi – sabiq nazirləri nə birləşdirir?
15/01/2018 [23:45]:
“Bəzi məmurlar öz statuslarından, imtiyazlarından sui-istifadə edirlər” - Keçmiş deputat
15/01/2018 [22:37]:
İran hökuməti Azərbaycandan kredit almağa razılıq verib
15/01/2018 [21:35]:
Göygöldə itkin düşdüyü deyilən rusiyalı alimə 10 sutka həbs verilibmiş
15/01/2018 [20:55]:
Gömrükdə qaçaqmal siqaret aşkarlanıb
15/01/2018 [20:15]:
Elmar Məmmədyarov Fransaya gedir
15/01/2018 [19:45]:
Hacı İbrahim “Xəzər adaları”nın tikintisini başlaya bilmir
15/01/2018 [19:23]:
Əli İnsanovun şikayətinə baxılacaq
15/01/2018 [19:23]:
“Fazil Məmmədov güləşçiləri nəzarəti altında saxlayır”
15/01/2018 [19:07]:
Mirşahin telekanal açır - Komandasında kimlər var?
15/01/2018 [18:48]:
Fransızlar Rusiya dövlətindən 30 milyard avro tələb edirlər
15/01/2018 [18:36]:
Mübariz Mənsimovdan gəmilərin müsadirəsinə reaksiya
Bütün xəbərlər...
...
Həftənin ən çox oxunanları
İlham Əliyev nazir müavinini işdən çıxartdı
Azərbaycanda olan iki rus kəndi köçürülür - Putindən göstəriş
Şəmkirdə “yeni il qalmaqalı” - İcra başçısı məmurlara “çek” yolladı
İlham Əliyev Əhəd Abıyevlə bağlı sərəncam verdi
Fazil Məmmədovdan gözlənilməz addım - nazir müavinini istefaya göndərdi
Fazil Məmmədovun “kassiri” istintaqa cəlb olundu - Eldar Mahmudovla əlbir olduğu üçün
Mikayıl Cabbarov məşhur bəstəkarın oğluna da vəzifə verib
 Nazir icra başçısının kürəkənini də işdən çıxardı
Məlum və naməlum Putin: Onun hədəfi nədir? - Təhlil
Bakıda deputatı komaya saldılar - təfsilat
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin