İlham Əliyevin icra başçılarına verdiyi vaxt dekabrın 15-də bitir - təfsilat

10/12/2017 [00:02] - Siyasət (866)



Prezident İlham Əliyevin  bu ilin iyul ayının 12-də Nazirlər Kabinetinin geniş müşavirəsində ölkə iqtisadiyyatına özəl sərmayələrin artırılması ilə bağlı icra başçılarına verdiyi vaxt gələn həftə - dekabrın 15-də bitir. Xatırladaq ki, nazirlərin, Prezident Administrasiya rəhbərliyinin də iştirak etdiyi müşavirədə  ölkə iqtisadiyyatına özəl sərmayələrin artırılmasının vacibliyi haqda danışan dövlət başçısı icra başçıları qarşısında konkret müddət qoymuşdu.

Prezident çıxışında demişdi ki, özəl sərmayənin cəlb edilməsi üçün təkcə mərkəzi icra orqanları məsuliyyət daşımırlar: “Xüsusilə, bölgələrdə investisiyaları cəlb etmək üçün icra başçıları gərək fəal olsunlar. Bəzi yerlərdə bu fəallıq, nəticələr var, amma bəzi yerlərdə bu fəallıq yoxdur, biganəlik var”.

Dövlət başçısı konkret olaraq icra başçılarına vaxt da vermişdi. “İlin sonunda - dekabr ayında Prezident Administrasiyası və İqtisadiyyat Nazirliyi mənə məlumat, siyahı verməlidir ki, hansı rayonda nə qədər özəl sərmayə cəlb olunub. Hər bir icra başçısının işinə, o cümlədən bu göstəriciyə görə qiymət veriləcək. Bir daha deyirəm ki, dekabrın 15-də mənə geniş arayış təqdim edilsin və ondan sonra həm yüksək qiymət veriləcək, həm də cəza tədbirləri görüləcək”, deyə, prezident xəbərdarlıq etmişdi.

Məlumata görə, Prezident Administrasiyasından (PA)  bu məsələdə məsul PA-nın Regional idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevdir.

Artıq uzun müddətdir ki, rayonların oliqarxlar-məmurların nəzarətindən çıxarılması və birbaşa mərkəzi icra aparatına tabeçiliyi prosesi gedir ki, bu məsələdə əsas ağırlıq şəxsən Z.Nağdəliyevin üzərindədir. Təsadüfi deyil ki, əvvəllər dövlət başçısını səfərlərində o rayona məsul nazir və deputat gözə dəyirdisə, indi bu cür görüşlərdə Z.Nağdəliyev iştirak edir, əsas təşkilatçılıq da onun məsuliyyətindədir. Sözsüz, bu cür iş prinsipi birbaşa dövlət başçısının tapşırığı ilə gerçəkləşir ki, bu da artıq öz səmərəliliyini göstərməkdədir. Bu baxımdan prezidentin icra başçılarının taleyini həll edəcək arayışı məhz PA və İqtisadiyyat Nazirliyinə həvalə etməsinin səbəbi aydındır.

İkinci tərəfdən, əyalətlərin birbaşa mərkəzi hakimiyyətə tabe edilməsi prezidentə obyektiv informasiya verilməsini də hədəfləyir. Sirr deyil ki, “qubernator” rolunu oynayan nazirlər bəzi hallarda öz adamlarını qorumaq üçün dəridən-qabıqdan da çıxırdılar ki, bu proses də artıq əngəllənib.

“Yeni Müsavat”a daxil olan xəbərə görə, yaxın iki ayda əyalətlərin tam olaraq nazirlərin nəzarətindən çıxarılması prosesi yekunlaşacaq. Vaxtilə mərkəzi hakimiyyətin yükünü azaltmaq üçün tətbiq edilmiş bu idarəçilik artıq köhnəlib, iqtidarın işinə yaramır və hətta inkişaf prosesini əngəlləyir. Üstəlik, əyalətlərdə də geniş səlahiyyətlər almış bəzi məmurlar eyforiyaya girir, özlərini əvəzedilməz və hətta məğlubedilməz hiss edir, özlərinə “balaca padşah”lardan “komanda” belə yaratmaq niyyətinə düşür. İddialara görə, əyalətlərdə pambıqçılığın, üzümçülüyün, fındıqçılığın və digər kənd təsərrüfatı sahələrinin inkişafına dair xeyli işlər görülsə də, bu sahədə problemlər hələ qalmaqdadır. Bildirilir ki, rayona sərmayə cəlb etmək, yeni iş yerləri açmaq, yerli əhalinin problemlərinə daha həssas və çevik münasibət göstərmək əvəzinə, bəzi rayonlarda yenə ciddi irəliləyiş olmayıb. Bu səbəbdən 10-a yaxın icra başçısının dəyişdiriləcəyi ilə bağlı xəbərlər yayılıb.


Başqa bir mənbə isə iddia edir ki, gözlənilən dəyişikliklər  iqtisadi nazirlik və komitələri də əhatə edəcək, ilin sonuna qədər isə bu seferada daha 2 nazir postunu itirəcək.

Deyilənlər doğrudursa, bizi (xüsusən medianı) qarşıda maraqlı həftə və il sonu gözləyir. Biz də gözləyək...

Musavat.com

...
Ziya Məmmədovun müşaviri həbs oluna bilər - Təfsilat
"Bizim market"də müştərinin qolu sınıb - rəhbərlik müştərini günahkar çıxardıb
Ermənistanda 70 rəsmi milyonçu olduğu halda, bizdə niyə biri də yoxdur? - təhlil
İlham Əliyevin sədr təyin etdiyi Qoşqar Təhməzli kimdir? - dosye
İlham Əliyev generalı istefaya göndərdi - sərəncam
Xəbər lenti
16/01/2018 [13:33]:
Torpaq və mənzil bazarında bahalaşma var
16/01/2018 [13:15]:
Mərkəzi Bank hərrac keçirdi - Dolların qiyməti dəyişmədi
16/01/2018 [12:57]:
Qarabağda daha bir erməni əsgəri öldü
16/01/2018 [12:37]:
Elmar Məmmədyarovla Nalbəndyan görüşəcək
16/01/2018 [12:26]:
Teleqüllənin yaxınlığında çatlar böyüdü - Sürüşmə təhlükəsi
16/01/2018 [12:09]:
Xalq artisti Çingiz Sadıxovla vida mərasimi keçirilir
16/01/2018 [11:57]:
Ali Məhkəmə Əli İnsanovun kassasiya şikayətini təmin etmədi
16/01/2018 [11:34]:
Müəllimlərdən rüşvət istəyən direktor işdən çıxarıldı
16/01/2018 [11:29]:
Rəsmi Bakı Lavrovun Qarabağa dair açıqlamasını alqışlayır
16/01/2018 [11:03]:
Azərbaycan nefti ucuzlaşdı
16/01/2018 [10:44]:
Azərbaycanlı hücumçudan Portuqaliyada növbəti qol
16/01/2018 [10:17]:
Bakıda musiqili interaktiv yeni tamaşa göstəriləcək
16/01/2018 [09:48]:
Rumıniyanın baş naziri istefa verib
16/01/2018 [00:19]:
Fazil Məmmədovla Eldar Mahmudovun iş birliyi – sabiq nazirləri nə birləşdirir?
15/01/2018 [23:45]:
“Bəzi məmurlar öz statuslarından, imtiyazlarından sui-istifadə edirlər” - Keçmiş deputat
15/01/2018 [22:37]:
İran hökuməti Azərbaycandan kredit almağa razılıq verib
15/01/2018 [21:35]:
Göygöldə itkin düşdüyü deyilən rusiyalı alimə 10 sutka həbs verilibmiş
15/01/2018 [20:55]:
Gömrükdə qaçaqmal siqaret aşkarlanıb
15/01/2018 [20:15]:
Elmar Məmmədyarov Fransaya gedir
15/01/2018 [19:45]:
Hacı İbrahim “Xəzər adaları”nın tikintisini başlaya bilmir
15/01/2018 [19:23]:
Əli İnsanovun şikayətinə baxılacaq
15/01/2018 [19:23]:
“Fazil Məmmədov güləşçiləri nəzarəti altında saxlayır”
15/01/2018 [19:07]:
Mirşahin telekanal açır - Komandasında kimlər var?
15/01/2018 [18:48]:
Fransızlar Rusiya dövlətindən 30 milyard avro tələb edirlər
15/01/2018 [18:36]:
Mübariz Mənsimovdan gəmilərin müsadirəsinə reaksiya
Bütün xəbərlər...
...
Həftənin ən çox oxunanları
İlham Əliyev nazir müavinini işdən çıxartdı
Azərbaycanda olan iki rus kəndi köçürülür - Putindən göstəriş
Şəmkirdə “yeni il qalmaqalı” - İcra başçısı məmurlara “çek” yolladı
İlham Əliyev Əhəd Abıyevlə bağlı sərəncam verdi
Fazil Məmmədovdan gözlənilməz addım - nazir müavinini istefaya göndərdi
Fazil Məmmədovun “kassiri” istintaqa cəlb olundu - Eldar Mahmudovla əlbir olduğu üçün
Mikayıl Cabbarov məşhur bəstəkarın oğluna da vəzifə verib
 Nazir icra başçısının kürəkənini də işdən çıxardı
Məlum və naməlum Putin: Onun hədəfi nədir? - Təhlil
Bakıda deputatı komaya saldılar - təfsilat
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin