Kəmaləddin Heydərova məğlub olan nazirlər - siyahı

08/12/2017 [00:02] - Gündəm (2105)



18 ildən artıqdır vergilər naziri postunu tutan Fazil Məmmədovun 2 gün əvvəl Prezident İlham Əliyev tərəfindən vəzifəsindən azad olunması ətrafında müzakirələr davam edir və çox güman ki, ən azı bu ayın sonunadək də davam edəcək. F.Məmmədovun “vurulması” ilə bağlı mediada müxtəlif istiqamətli təhlillər, şərhlər, rəylər yer almaqdadır.

Əksəriyyət verilən qərarı 2 amillə bağlayır: Fazil Məmmədov səhhəti ilə əlaqədar işdən çıxarılıb və yaxud da onun istefaya göndərilməsi sahibkarların vergidən artan narazılıqları ilə bağlıdır. Fazil Məmmədov özü də açıqlamasında konkret fikir söyləməkdən yayınsa da, işdən çıxarılmasının səhhəti ilə bağlı olduğuna işarə vurub.

Uzun illərdir Vergilər naziri postunu tutan, bu müddət ərzində Azərbaycanın ən qüdrətli oliqarxlarından birinə çevrilən, var-dövləti milyardlarla ölçülən və səs-sədası hətta ofşorlardan belə gələn Fazil Məmmədovun “vurulması” bir başqa kontekstdən də diqqətçəkəndir: F.Məmmədov Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovla münasibətlərini düşmənçilik həddinə çatdırmaqdan çəkinməyib, lakin sonda məğlub olan sayca altı-yeddinci nazir oldu. Bununla da hakim komanda daxilində düşmənçilik elementləri daşıyan daha bir rəqabətə son qoyulmuş oldu!

Xatırlatmaq yerinə düşər ki, Fazil Məmmədov uzun illər hökumət daxilində məhz Kəmaləddin Heydərov çevrəsinə daxil olan, onun tərəfindən dəstəklənən nazirlərdən biri sayılıb. Elə onun nazir vəzifəsinə irəli çəkilməsində də Kəmaləddin Heydərov həlledici rol oynayıb, qərar onun təqdimatı əsasında verilib. Təsdüfi deyil ki, Vergilər Nazirliyi uzun illər Kəmaləddin Heydərovun təsir sferasına daxil olan dövlət qurumlarından biri idi.

Lakin təxminən 2008-2009-cu illərdə vəziyyət dəyişdi. Fazil Məmmədov həmin dövrlərdə Kəmaləddin Heydərovun “patronajlığından” çıxaraq, başqa “gücün” himayəsi altına sığındı. Bununla da münasibətlərdə yaranan soyuqluq, illər keçdikcə gücləndi və son 2-3 ildə hətta düşmənçilik səviyyəsinə çatdı.

Bu düşmənçiliyə əsas səbəb kimi isə, Fazil Məmmədovun ölkədə yaranmış maliyyə böhranı ilə bağlı ona verilmiş əlavə səlahiyyətlərdən istifadə edərək, sözün həqiqi mənasında Kəmaləddin Heydərovun biznes obyektlərinin üzərinə “çokməsi”, onları iri məbləğdə vergi ödəmək məcburiyyətində buraxması göstərilir. Bu “vergi hücumundan” sonra bəzi biznes obyektlərini bağlamaq məcburiyyətində qalan Heydərovu daha çox qəzəbləndirən isə Fazil Məmmədovun onunla bağlı ölkə rəhbərliyinə doğru olmayan məlumatlar verməsi olub. Hansı ki, bu məlumatlar Kəmaləddin Heydərovun etibarını və sədaqətini müəyyən qədər şübhə altına sala bilərdi…

F.Məmmədovun keçmiş “şefinə” növbəti zərbəsi, təxminən 2 il əvvəl Gömrük Komitəsini ləğv elətdirmək cəhdi oldu. Neftin qiymətinin kəskin düşməsilə əlaqədar ölkədə baş qaldıran maliyyə böhranı dövlət idarəsiliyinin optimallaşdırılmasını gündəmə gətirmişdi. Fürsətdən istifadə edən F.Məmmədov, ölkə rəhbərliyini Gömrük Komitəsinin ləğvinə və onun səlahiyyətlərinin Vergilər Nazirliyi ilə ASAN Xidmət arasında bölüşdürülməsinin vacibliyinə inandıra bilmişdi. Həmin vaxt K.Heydərov çətinliklə Gömrük Komitəsini xilas edə bildi. Bu hadisədən sonra Heydərovla Məmmədovun münasibətlərindəki gərginlik daha da artmış, hətta demək olar ki, onlar barışmaz düşmənə çevrilmişdilər.

Fazil Məmmədovun işdən çıxarılmasından cəmi 1 gün əvvəl K.Heydərovun Vergilər Nazirliyinin insan resursları Departamentinin baş direktoru vəzifəsində işləyən yeznəsi Faiq Şahbazovun vəzifəsindən azad olunmasının, barəsində danışdığımız məsələlərlə nə dərəcədə bağlılığının olduğu isə sirr olaraq qalır.

İstənilən halda, F.Məmmədovun hakim komandanı, – “gəmini” birinci tərk etməsi Kəmaləddin Heydərovun növbəti qələbəsidir. Prezidentin 5 dekabr sərəncamı FHN başçısının hakimiyyət daxilindəki mövqelərinin güclənməsinə xidmət edəcək. Çünki Məmmədovun vəzifəsindən çıxarılmasına dair qərar, cəmiyyətdə mövcud olan “hakimiyyət daxilində Kəmaləddin Heydərovla düşmənçilik edənlər gec-tez sıradan çıxarılır” fikrini bir daha təsdiqləmiş oldu.

Cəmiyyətdə belə bir fikrin yaranması isə heç də təsadüfi deyil. 1995-ci ildən mövcud hökumətdə təmsil olunan Kəmaləddin Heydərovla düşmənçilik edənlərin əksəriyyəti vəzifəsini, bəziləri isə hətta azadlığını, varidatını itirib. Keçmiş Milli Təhlükəsizlik naziri Namiq Abbasov, keçmiş İqtisadi İnkişaf nazirləri Fərhad Əliyev və Heydər Babayev, keçmiş Müdafiə naziri Səfər Əbiyev, keçmiş Nəqliyyat naziri Ziya Məmmədov, keçmiş Vergilər naziri Fazil Məmmədov... Bunların hamısını birləşdirən bir ortaq yanları var – hamısı K.Heydərova aşkar və ya gizli, düşmənçilik mövqeyində olub, hamısı da sonda məğlub olublar.

AzPolitika.info
...
Ərdoğanın ərəb təəsübkeşliyi Türkiyəni daha hansı sınağa çəkəcək? - təhlil
Məhkəmə Əli Həsənovun nəvəsinin xeyrinə qərar çıxardı
Fazil Məmmədov səfir göndərilir?- sabiq nazir könüllü sürgünə gedir
İlham Əliyevin icra başçılarına verdiyi vaxt dekabrın 15-də bitir - təfsilat
İlin sonuna daha 2 nazir və 10 icra başçısı işdən çıxarılacaq - təfsilat
Xəbər lenti
17/12/2017 [20:39]:
Azərbaycan 10-dan çox ölkəyə hərbi məhsul ixrac edir - Nazir
17/12/2017 [19:43]:
Türkiyə Şərqi Qüdsdə səfirlik açacaq
17/12/2017 [18:44]:
Yəməndə ərəb koalisiyası toydan qayıdan insanları bombaladı- 10 qadın öldü
17/12/2017 [17:37]:
Yeni il ərəfəsində əfv olmayacaq
17/12/2017 [16:58]:
Ərdoğana qarşı sui-qəsd planı - 9 nəfər həbs edildi
17/12/2017 [15:42]:
Kiyevdə Saakaşvili tərəfdarlarının yürüşü başladı
17/12/2017 [14:51]:
Yol polisi peşəkar velosipedçiləri saxlayıb cərimə meydançasına apardı - Video
17/12/2017 [13:45]:
Surət Hüseynov enerji və maliyyə biznesi ilə məşğuldur
17/12/2017 [13:16]:
Sabah 12 dərəcə isti olacaq
17/12/2017 [12:41]:
Bakıda tikinti şirkətinin rəhbəri və vəkili həbs edildi
17/12/2017 [11:36]:
Nazir: Düşməni məhv edəcək PUA-lar sınaqdan keçirilib
17/12/2017 [11:22]:
Bakıda 40-dan artıq cinayət törədən şəxslər saxlanılıb - rəsmi
17/12/2017 [10:29]:
Saakaşvili Poroşenkoya barışıq təklif edib
17/12/2017 [09:36]:
Ermənistan suriyalı qaçqınları Qarabağda yerləşdirir - rəsmi
17/12/2017 [00:49]:
Bakıda gömrük rəisi işdən çıxarıldı
17/12/2017 [00:31]:
Namiq Qaraçuxurlu xəstəxanaya yerləşdirildi
17/12/2017 [00:19]:
Dövlət qurumlarında boş qalan yüksək vəzifələr - siyahı
17/12/2017 [00:01]:
Qurban Qurbanovun milli komandada maaşı məlum oldu - 1 milyon...
16/12/2017 [23:31]:
İstanbulda “21 Azər” Hərəkatıyla bağlı toplantı keçirilib
16/12/2017 [22:48]:
“İTEC proqramına Azərbaycandan olan iştirakçılar üçün hər il 20 yer ayrılır”
16/12/2017 [22:40]:
Saakaşvili: “Ukrayna uğrunda canımdan keçməyə hazıram”
16/12/2017 [21:29]:
Eldar Mahmudov həbs edilir? - təfsilat
16/12/2017 [20:36]:
Bakıda rəssam Leyla Şahbazovanın fərdi sərgisi açılıb
16/12/2017 [19:27]:
İslam dünyasının yenidən formalaşmağa ehtiyacı var”   - Ərdoğan
16/12/2017 [18:39]:
Mehriban Əliyeva ordenlə təltif olundu
Bütün xəbərlər...
...
Həftənin ən çox oxunanları
İlham Əliyevdən pensiyalarla bağlı sərəncam
Prezident 4 nəfərə rütbə verdi, aralarında Zeynal Nağdəliyevin oğlu da var - Sərəncam
Fazil Məmmədov səfir göndərilir?- sabiq nazir könüllü sürgünə gedir
Məhkəmə Əli Həsənovun nəvəsinin xeyrinə qərar çıxardı
Azərbaycanda yeni nazirlik yaradılır - müsahibə
Fazil Məmmədovun yeznəsi 10 milyonla ölkədən qaçıb - iddia
Prezidentdən komitə sədri barədə sərəncam
İcra hakimiyyətinin baş mühasibi tutuldu
Fazil Məmmədovun 100 hektatlıq mülkünə əl qoyuldu - təfsilat
Azərbaycanın gömrük polkovniki Gürcüstanda həbs edilib - Psixotrop maddə ilə
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin