Binəqədi ilə Abşeron arasındakı yeni qəsəbənin yol dərdi - Fotolar

07/12/2017 [16:18] - Cəmiyyət (110)



Qəsəbə sakinləri bərbad vəziyyətdə olan yolla bağlı müvafiq qurumlardan kömək istəyirlər.
 
"Biz - aşağıda imza edənlər bildiririk ki, son illər Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu daxili və xarici siyasəti yekdilliklə dəstəkləyirik. Dövlətimizin başçısının təşəbbüsü və əzmkarlığı ilə əldə olunan yüksək sosial-iqtisadi inkişafı ürəkdən alqışlayırıq. Sevindirici haldır ki, ölkə rəhbərinin təşəbbüsü və qayğısı sayəsində son illərdə Azərbaycanda bir çox yeni yollar salınıb. Bir sıra yollar isə əsaslı şəkildə təmir-bərpa edilərək istifadəyə verilib. Hətta bəzi bölgələrdə ən ucqar məntəqələrə də gediş-gəliş imkanı yaradılıb. Lakin təəssüflə qeyd edirik ki, bizim yaşadığımız qəsəbənin bərbad yolu bu sahədəki inkişafa kölgə salan faktlardandır. Halbuki, bu qəsəbə paytaxt Bakıya çox yaxın yerləşir. Bir hissəsi Bakının Binəqədi rayonu Biləcəri qəsəbəsinin, digər hissəsi isə Abşeron rayonu Masazır qəsəbəsinin ərazisindədir".
 
Modern.az xəbər verir ki, bu cümlələr, Binəqədi rayonunun Biləcəri qəsəbəsi ilə Abşeron rayonunun Masazır qəsəbəsi arasındakı yaşayış massivinin sakinlərinin "525-ci qəzet"in redaksiyasına ünvanladıqları şikayət məktubundandır.
 
Məktubda dərin təəssüflə qeyd edilir ki, əsasən qaçqın və məcburi köçkünlərin, eləcə də digər bölgələrdən buraya köçmüş vətəndaşların məskunlaşdıqları qəsəbənin cəmi bir kilometrdən azca artıq olan başlıca giriş-çıxış yolu az qala keçilməz vəziyyətə düşüb: "Qəsəbə yolunun Binəqədi Şosesindən, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə İdarəsindən üzüyuxarı, "Cantəpə" adlanan ticarət-iaşə obyektinə qədərki hissəsi hazırda, demək olar ki, fəlakət həddindədir. Qəsəbənin yeganə ictimai nəqliyyatı olan 142 saylı avtobus da məhz bu bərbad yolla hərəkət etməyə məcburdur. Yolun bərbadlığı fərdi maşınların və marşrut avtobuslarının hərəkətinə problem yaratmaqdan əlavə, bir sıra başqa fəsad və təhlükələrə də səbəb olur. Səkilərin olmaması, quraq mövsümdə toz-torpaq, yağmurlu aylarda isə palçıq, lehmə dolu gölməçələr üzündən piyadalar da bu yolda çox çətinliklə hərəkət edirlər".
 
Qəsəbə sakinləri hazırkı şəraitdə bu problemin yerli icra orqanları, həmçinin, bələdiyyələrin imkanları ilə öz həllini tapacağına ümidlərini itiriblər. Çünki sakinlər indiyədək bu məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərova, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovaya, Biləcəri və Masazır bələdiyyələrinə müraciət ediblər. Lakin hələ də onlar tərəfindən problemin həlli yönündə tədbir görülməyib, sözügedən yolun təmiri ilə bağlı addım atılmayıb.
 
Bu səbəbdən də sakinlər çıxış yolunu Milli Məclisin sədri Oqtay Əsədova, baş nazirin müavini Abid Şərifova, Milli Məclisin deputatı Cavid Qurbanova və "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədova müraciətdə görərək, onlara da məktublar ünvanlayıblar.
 
Müraciətə imza atmış yüzlərlə qəsəbə sakini adları çəkilən rəsmilərdən və müvafiq qurumların rəhbərlərindən sözügedən yolun abadlaşdırılmasına lazımi köməklik göstərilməsini xahiş edir: "Ümidvarıq ki, xahişimizi müsbət cavabsız qoymayacaq, bu addımınızla həm ölkənin ümumi inkişafına, həm də bizim qəsəbəyə layiqli töhfə verəcəksiniz".
...
Ərdoğanın ərəb təəsübkeşliyi Türkiyəni daha hansı sınağa çəkəcək? - təhlil
Məhkəmə Əli Həsənovun nəvəsinin xeyrinə qərar çıxardı
Fazil Məmmədov səfir göndərilir?- sabiq nazir könüllü sürgünə gedir
İlham Əliyevin icra başçılarına verdiyi vaxt dekabrın 15-də bitir - təfsilat
İlin sonuna daha 2 nazir və 10 icra başçısı işdən çıxarılacaq - təfsilat
Xəbər lenti
17/12/2017 [20:39]:
Azərbaycan 10-dan çox ölkəyə hərbi məhsul ixrac edir - Nazir
17/12/2017 [19:43]:
Türkiyə Şərqi Qüdsdə səfirlik açacaq
17/12/2017 [18:44]:
Yəməndə ərəb koalisiyası toydan qayıdan insanları bombaladı- 10 qadın öldü
17/12/2017 [17:37]:
Yeni il ərəfəsində əfv olmayacaq
17/12/2017 [16:58]:
Ərdoğana qarşı sui-qəsd planı - 9 nəfər həbs edildi
17/12/2017 [15:42]:
Kiyevdə Saakaşvili tərəfdarlarının yürüşü başladı
17/12/2017 [14:51]:
Yol polisi peşəkar velosipedçiləri saxlayıb cərimə meydançasına apardı - Video
17/12/2017 [13:45]:
Surət Hüseynov enerji və maliyyə biznesi ilə məşğuldur
17/12/2017 [13:16]:
Sabah 12 dərəcə isti olacaq
17/12/2017 [12:41]:
Bakıda tikinti şirkətinin rəhbəri və vəkili həbs edildi
17/12/2017 [11:36]:
Nazir: Düşməni məhv edəcək PUA-lar sınaqdan keçirilib
17/12/2017 [11:22]:
Bakıda 40-dan artıq cinayət törədən şəxslər saxlanılıb - rəsmi
17/12/2017 [10:29]:
Saakaşvili Poroşenkoya barışıq təklif edib
17/12/2017 [09:36]:
Ermənistan suriyalı qaçqınları Qarabağda yerləşdirir - rəsmi
17/12/2017 [00:49]:
Bakıda gömrük rəisi işdən çıxarıldı
17/12/2017 [00:31]:
Namiq Qaraçuxurlu xəstəxanaya yerləşdirildi
17/12/2017 [00:19]:
Dövlət qurumlarında boş qalan yüksək vəzifələr - siyahı
17/12/2017 [00:01]:
Qurban Qurbanovun milli komandada maaşı məlum oldu - 1 milyon...
16/12/2017 [23:31]:
İstanbulda “21 Azər” Hərəkatıyla bağlı toplantı keçirilib
16/12/2017 [22:48]:
“İTEC proqramına Azərbaycandan olan iştirakçılar üçün hər il 20 yer ayrılır”
16/12/2017 [22:40]:
Saakaşvili: “Ukrayna uğrunda canımdan keçməyə hazıram”
16/12/2017 [21:29]:
Eldar Mahmudov həbs edilir? - təfsilat
16/12/2017 [20:36]:
Bakıda rəssam Leyla Şahbazovanın fərdi sərgisi açılıb
16/12/2017 [19:27]:
İslam dünyasının yenidən formalaşmağa ehtiyacı var”   - Ərdoğan
16/12/2017 [18:39]:
Mehriban Əliyeva ordenlə təltif olundu
Bütün xəbərlər...
...
Həftənin ən çox oxunanları
İlham Əliyevdən pensiyalarla bağlı sərəncam
Prezident 4 nəfərə rütbə verdi, aralarında Zeynal Nağdəliyevin oğlu da var - Sərəncam
Fazil Məmmədov səfir göndərilir?- sabiq nazir könüllü sürgünə gedir
Məhkəmə Əli Həsənovun nəvəsinin xeyrinə qərar çıxardı
Azərbaycanda yeni nazirlik yaradılır - müsahibə
Fazil Məmmədovun yeznəsi 10 milyonla ölkədən qaçıb - iddia
Prezidentdən komitə sədri barədə sərəncam
İcra hakimiyyətinin baş mühasibi tutuldu
Fazil Məmmədovun 100 hektatlıq mülkünə əl qoyuldu - təfsilat
Azərbaycanın gömrük polkovniki Gürcüstanda həbs edilib - Psixotrop maddə ilə
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin