Bakıda daha bir söküntü qalmaqalı - Məcburi köçkünlər Saleh Məmmədovu ittiham edir

07/12/2017 [15:25] - Cəmiyyət (137)



Metronun “28 May” stansiyasının yaxınlığında – Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsində 142 ailənin yaşadığı beşmərtəbəli bina yolların genişləndirilməsi layihəsi çərçivəsində sökülür. Binada 85 yerli sakin, 57 məcburi köçkün  ailəsi yaşayır. Mayın əvvəlindən yerli sakinlərə bildişlər təqdim edilib.  Onlara mənzillərin ümumi sahəsinə uyğun 16-20 min manat kompensasiya ödənilir. Bu isə sakinlərin narazılığına səbəb olub.

Bu barədə virtualaz.org saytına sakinlər danışıblar.

Kövkəb Səfərəliyeva küçəsində köhnə, istismar müddətini tamamlanmış binaların sökülməsi, sakinlərin köçürülməsi ilə “Azəravtoyol” ASC məşğul olur. Amma Bakıda bundan əvvəl söküntü aparılan digər ərazilərdən fərqli olaraq bu binada qəribə vəziyyət yaranıb. Köçməyə razılaşan sakinlərin evlərindən qapı-pəncərə çıxarılır, elektrik xətti kəsilir, tavan, döşəmə dağıdılır. Beləliklə də bina qəzalı vəziyyətə salınır. Nəticədə köçmək istəməyənlərin bu binada yaşaması qeyri-mümkün olur, yaxud əsl işgəncəyə çevrilir. Qeyd edək ki, bu Bakıda əvvəllər də söküntülər zamanı inadkar sakinləri evlərindən qaçmağa məcbur etmək üçün tətbiq edilən, yaxşı işə yarayan taktikadır.

“Evdə yorğana bürünüb otururuq”

Sakinlərin də sözlərinə görə, bina qəsdən qəzalı vəziyyətə salınır ki, onlar köçməyə məcbur olsunlar. “Artıq 20 ailə köçdü. Dərhal da onların mənzillərində otaqların qapı-pəncərəsi çıxarıldı. İndi küləkdən evdə oturmaq mümkün deyil. Balaca bir otağı 2 elektrik sobası qızdırmır. Qışda kimin qapısına gedəcəyik? Hələ indidən evdə yorğana bürünüb otururuq”, -Əhməd adlı sakin deyir.

Digər sakin isə deyir ki, qapı-pəncərə söküləndən sonra yağan yağış dəhlizə qədər axır. Buna görə də gecə-gündüz allaha dua edirlər ki, yağış yağmasın.

“Saleh Məmmədov dedi ki, 1 qəpik artıq ödəməyəcəm”

Sakinlərin sözlərinə görə, digər yataqxanada məskunlaşan ailələrə 45 min manat kompensasiya ödənilib. “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov isə deyib ki, bu yataqxanada sakinlərə kompensasiya yaşayış sahəsinin ölçüsünə görə ödəniləcək, razılaşmayanlar çarə axtarsınlar.
Əliyar Baxışov tramvay-trolleybus parkının işçisi kimi 25 il əvvəl bu yataqxanada bir  otaqla təmin edilib. Deyir ki, yataqxanada yaşayan digər sakinlər kimi onun da maddi imkanı olmadığından ev ala bilməyib. İndi isə 16 min manatla küçələrdə yaşamağa məcburdur.  “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədovla görüşüb, amma aldığı cavabdan şoka düşüb.
“Kompensasiya hesablanarkən Nazirlər Kabinetinin 9 iyun,  2015 ci tarixli qərarı, yəni yaşayış sahəsi az olan mənzillərin qiymətləndirilməsi qaydası pozulub. 3 dəfə Saleh Məmmədovun qəbulunda olduq. Dedi ki, otaqlara hər kvadratmetrə görə 1500 manatdan bir qəpik yuxarı ödənilməyəcək. İstəmirsinizsə köçməyin”-sakin deyir.
Saleh Məmmədov narazı sakinlərə onu da deyib ki, kompensasiya alanların otaqlarını dərhal sökəcəklər. Narazılar işıq, su xəttini kəsəndən sonra təkrar müraciət etsinlər.
Ə.Baxışov onu da qeyd edir ki, baş nazirin müavini Abid Şərifovla görüşmək üçün dəfələrlə Nazirlər Kabinetinə gediblər, hər dəfə də Şərifovun məşğul olduğunu eşidiblər. “Biz yalnız ondan soruşmaq istəyirik, 16 min manatla harada mənzil ala bilərik. Bizim taleyimiz necə olacaq? Qərar verərkən bazar qiymətlərini niyə nəzərə almırlar? Amma təəssüf ki, Şərifov bizi qəbul etmək istəmir”, -şikayətçi söyləyir.

Yeni ildə məktubdan süpriz çıxacaq?

Məcburi köçkünlər isə deyirlər ki, yerlilərdən fərqli olaraq onların taleyi müammalıdır. Çünki dəqiq məlumat verən yoxdur. “Məcburi köçkün ailələrini qeydiyyata alıblar. Bizə dedilər ki, siz yerlilərə qatışmayın, sakit oturun. Yeni ildə süpriz olacaq, məktubdan xoş xəbər çıxa bilər. Biri də deyir ki, yeni il hədiyyəsi olaraq köçürülə bilərsiz”, -adını açıqlamaq istəməyən, Füzuli rayonundan köçkün düşən qadın deyir.
Digərləri də deyirlər ki, köçürüləcəkləri günü səbirsizliklə gözləyirlər. Çünki balaca otaqda yayda istidən, qışda soyuqdan yaşamaqdan beziblər. “Oğlumun birinin 33, digərinin 38 yaşı var. Ev olmadığından evləndirə bilmirəm. Bəlkə bizə ev və ya kompensasiya verərlər”,-köçkün əlavə edir.  
Vidadi adlı köçkün isə söyləyir ki, bina qəzalı vəziyyətə düşdüyündən qışda nə edəcəklərini bilmirlər.
Köçkün qadınlardan biri isə ayaqyoluna baxmağımızı təklif edir. Uçub-tökülmüş, çirkdən divarının rəngi bilinməyən ayaqyolundan gələn üfunət dəhlizin o başından adamı boğur. Kanalizasiya xətti işləmədiyindən çirkab suları beşinci mərtəbədən birinci mərtəbəyə qədər damır.
“25 ildir bu çirkabın içində uşaq böyüdürük. Bu yataqxanada doğulan uşaqlar hərbi xidməti başa vurublar. Çoxu müxtəlif xəstəlikdən əziyyət çəkir”, -Nərgiz adlı köçkün əlavə edir.
Yataqxananın qarşısında çoxmərtəbəli binalar tikilir.  Sakinlər deyirlər ki, yolun genişləndirilməsi bəhanədir, çünki artıq yeni yol çəkilib. Görünür, binanın yerində ya yeni göydələn tikiləcək, ya da göydələndə yaşayanların istirahəti üçün park salınacaq...
...
Ərdoğanın ərəb təəsübkeşliyi Türkiyəni daha hansı sınağa çəkəcək? - təhlil
Məhkəmə Əli Həsənovun nəvəsinin xeyrinə qərar çıxardı
Fazil Məmmədov səfir göndərilir?- sabiq nazir könüllü sürgünə gedir
İlham Əliyevin icra başçılarına verdiyi vaxt dekabrın 15-də bitir - təfsilat
İlin sonuna daha 2 nazir və 10 icra başçısı işdən çıxarılacaq - təfsilat
Xəbər lenti
17/12/2017 [20:39]:
Azərbaycan 10-dan çox ölkəyə hərbi məhsul ixrac edir - Nazir
17/12/2017 [19:43]:
Türkiyə Şərqi Qüdsdə səfirlik açacaq
17/12/2017 [18:44]:
Yəməndə ərəb koalisiyası toydan qayıdan insanları bombaladı- 10 qadın öldü
17/12/2017 [17:37]:
Yeni il ərəfəsində əfv olmayacaq
17/12/2017 [16:58]:
Ərdoğana qarşı sui-qəsd planı - 9 nəfər həbs edildi
17/12/2017 [15:42]:
Kiyevdə Saakaşvili tərəfdarlarının yürüşü başladı
17/12/2017 [14:51]:
Yol polisi peşəkar velosipedçiləri saxlayıb cərimə meydançasına apardı - Video
17/12/2017 [13:45]:
Surət Hüseynov enerji və maliyyə biznesi ilə məşğuldur
17/12/2017 [13:16]:
Sabah 12 dərəcə isti olacaq
17/12/2017 [12:41]:
Bakıda tikinti şirkətinin rəhbəri və vəkili həbs edildi
17/12/2017 [11:36]:
Nazir: Düşməni məhv edəcək PUA-lar sınaqdan keçirilib
17/12/2017 [11:22]:
Bakıda 40-dan artıq cinayət törədən şəxslər saxlanılıb - rəsmi
17/12/2017 [10:29]:
Saakaşvili Poroşenkoya barışıq təklif edib
17/12/2017 [09:36]:
Ermənistan suriyalı qaçqınları Qarabağda yerləşdirir - rəsmi
17/12/2017 [00:49]:
Bakıda gömrük rəisi işdən çıxarıldı
17/12/2017 [00:31]:
Namiq Qaraçuxurlu xəstəxanaya yerləşdirildi
17/12/2017 [00:19]:
Dövlət qurumlarında boş qalan yüksək vəzifələr - siyahı
17/12/2017 [00:01]:
Qurban Qurbanovun milli komandada maaşı məlum oldu - 1 milyon...
16/12/2017 [23:31]:
İstanbulda “21 Azər” Hərəkatıyla bağlı toplantı keçirilib
16/12/2017 [22:48]:
“İTEC proqramına Azərbaycandan olan iştirakçılar üçün hər il 20 yer ayrılır”
16/12/2017 [22:40]:
Saakaşvili: “Ukrayna uğrunda canımdan keçməyə hazıram”
16/12/2017 [21:29]:
Eldar Mahmudov həbs edilir? - təfsilat
16/12/2017 [20:36]:
Bakıda rəssam Leyla Şahbazovanın fərdi sərgisi açılıb
16/12/2017 [19:27]:
İslam dünyasının yenidən formalaşmağa ehtiyacı var”   - Ərdoğan
16/12/2017 [18:39]:
Mehriban Əliyeva ordenlə təltif olundu
Bütün xəbərlər...
...
Həftənin ən çox oxunanları
İlham Əliyevdən pensiyalarla bağlı sərəncam
Prezident 4 nəfərə rütbə verdi, aralarında Zeynal Nağdəliyevin oğlu da var - Sərəncam
Fazil Məmmədov səfir göndərilir?- sabiq nazir könüllü sürgünə gedir
Məhkəmə Əli Həsənovun nəvəsinin xeyrinə qərar çıxardı
Azərbaycanda yeni nazirlik yaradılır - müsahibə
Fazil Məmmədovun yeznəsi 10 milyonla ölkədən qaçıb - iddia
Prezidentdən komitə sədri barədə sərəncam
İcra hakimiyyətinin baş mühasibi tutuldu
Fazil Məmmədovun 100 hektatlıq mülkünə əl qoyuldu - təfsilat
Azərbaycanın gömrük polkovniki Gürcüstanda həbs edilib - Psixotrop maddə ilə
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin