Salyandakı tükürpədici qətliamın təfərrüatları

07/12/2017 [12:44] - Cəmiyyət (170)



Salyan şəhərinin “Zavod” məhəlləsi adlanan ərazisində 2014-cü ildə baş vermiş və üstü indi açılmış tükürpədici ailə qətliamının təfərrüatları məlum olub. virtualaz.org Salyandakı mənbələrdən öyrənib ki, qətliamı törədən şəxs-ailə başçısı Əliyev Fərhad Məhərrəm oğlu istintaqa ilkin ifadəsində dörd qızını və arvadını “ailə münaqişəsi” zəminində öldürdüyünü bildirib.

Məlum olub ki, manyak-ata övladlarını və arvadını əvvəlcə dəmir parçası ilə döyərək öldürüb, sonra bir-bir boğazlarını kəsib. Qətliamı törətdikdən sonra o, meyitləri yaşadıqları evin yataq otağının altında, zirzəmidə təxminən 1 metr dərinlikdə quyu qazaraq yan-yana, üzü qibləyə düzüb. Qatil meyitlərin üstünü köhnə odeyalla örtüb və torpaqlayıb, daha sonra həmin evdə oğlu ilə birlikdə yaşamaqda davam edib. Qətldə F.Əliyevin oğlu Fəqanın da iştirak etdiyi təxmin edilir, hazırda onun qətliamda rolu araşdırılır.


Qətlə yetrilən ananın-Mehparə Əliyevanın 1961-ci il təvəllüdlü olduğu məlum olub. Onun qızları İradə 1985-ci il, Rəqibə 1998-ci il, Sevda 1987-ci il, Ümidə isə 1991-ci il təvəllüdlüdür.

Salyan sakinlərindən aldığımız məlumata görə F.Əliyevin yaşadığı və üç il əvvəl qətliamın törədildiyi həmin ev yarıuçuq daxmadır, baxımsız vəziyyətdədir həyəti tikan, alaq basıb. Qətlə yetirilən ana və qızları namuslu, zəhmətkeş insanlar kimi tanınıblar. Ailənin demək olar ki, bütün ehtiyacları ananın çiyinlərindəymiş.

Ana və qızları yoxa çıxdıqdan sonra Salyan rayon Polis İdarəsində onlar “itkin düşmüş şəxslər” kimi axtarışda olublar. Lakin ana və qızlarının Azərbaycanın dövlət sərhədlərini keçmədiyi dəqiqləşsə də nəyə görəsə onların axtarışı demək olar ki, aparılmayıb. Baxmayaraq ki, qətliamı törədən şəxs və oğlu Salyanda əyyaş, davakar, cinayətə meylli adamlar kimi tanınırdılar. Və onların evlərində tez-tez münaqişələrin baş verdiyi sirr deyildi.

Xəbər verdiyimiz kimi bu hadisənin üstü “Xəzər TV”-də Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verilişindən sonra açılıb. Belə ki, proqramda Salyanda 3 il əvvəl yoxa çıxan ana və dörd qızının Türkiyəyə getdiyi barədə ehtimal müzakirəyə çıxarılıb. Mehparə Əliyevanın bacısı isə studiya ilə əlaqə saxlayaraq deyib ki, Dövlət Sərhəd Xidməti ana və qızlarının ölkə sərhədlərini keçmədiyini müəyyən edib. Və onların taleyini qadının ərindən və oğlundan soruşmaq lazımdır.

Proqramda danışılanlardan belə məlum olur ki, Əliyev Fərhad və oğlu rayonda ana və qızlarının Türkiyədə olduqları haqda şaiyələr yayıblar, yaxud onların Bakıda, qalan şəhərlərdə olduğu haqda danışılıb.

Bu proqram efirə gedəndən sonra Salyanda qatil-manyak və oğlu arasında mübahisə yaranıb. Salyan sakinlərindən biri deyib ki, ötən gün şəhərdəki ucuz kafelərdən birinin qarşısında manyak-qatillə oğlu arasında bərk mübahisə getdyini görüb. Belə ki, oğul harasa getmək istəsə də sərxoş halda olan atası ona “getmə” deyirmiş. Daha sonra mübahisə davaya çevrilib, kafenin pəncərəsinin şüşəsi sındırılıb. Mübahisə edənlər kafedən uzaqlaşıblar, hadisə yerinə polis gəlib. Lakin kafedəkilər bu mübahisənin səbəbi ilə maraqlanmayıblar. Manyak-qatillə oğlu nəhayət ötən gecə bərk sərxoş halda polisə gedərək törətikləri hadisəni etiraf ediblər.

Virtualaz.org-un Salyan bürosu xəbər verir ki, ana və qızlarının cəsədlərinin qalıqları hazırda Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyin Salyan Rayonlararası Zona Mərkəzinə aparılıb. Cəsədlərin Bakıdan gedən istintaq qrupunun iştirakı ilə müayinə olunacağı gözlənilir.
...
Bakının mərkəzində partlayış: Bir nəfər xəsarət alıb-yenilənib
Sarkisyanın məkrli oyunu - təhlil
Hökumət niyə bahalaşma qərarı verdi? - Şərh
Azərbaycan ordusunun əfsanəvi polkovniki şəhid oldu
İş adamı Ramiz Mehdiyevə şikayət etdi - açıq məktub
Xəbər lenti
23/02/2018 [23:44]:
Bu qurum fəaliyyətini dayandırdı
23/02/2018 [22:47]:
Suriyada xəstəxana raket atəşinə tutuldu
23/02/2018 [21:35]:
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
23/02/2018 [20:43]:
Sosial şəbəkələrdə “İdeal”a etiraz etdilər
23/02/2018 [20:01]:
İlham Əliyevdən sosial müavinətlərlə bağlı sərəncam
23/02/2018 [19:54]:
Əli Həsənovun daha bir nəvəsi barədə qalmaqal
23/02/2018 [19:49]:
Nəsimi rayonunda Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin xatirəsi anılıb
23/02/2018 [19:21]:
Könül Kərimova komunal xərclərini ödəmir - 172 manat borcu var
23/02/2018 [18:57]:
Makedoniyalı siyasətçi: ”Xocalı soyqırımı Ermənistana ləkədir”
23/02/2018 [18:33]:
Əhmədlidə avtobusların hərəkət istiqaməti dəyişdirildi
23/02/2018 [18:14]:
DTX, DİN və komitə birgə əməliyyat keçirdi
23/02/2018 [18:01]:
Erməni əsgər yaralanıb
23/02/2018 [17:39]:
AvroLiqada 1/8 finalın püşkü atıldı
23/02/2018 [17:16]:
Manat və dolların 3 günlük məzənnəsi
23/02/2018 [16:57]:
Moldova prezidenti Azərbaycana səfər edəcək
23/02/2018 [16:24]:
İsa Qəmbər yenə xəstəxanaya yerləşdirildi
23/02/2018 [16:07]:
Bakıda su dammasına görə 20 nəfər dalaşdı - Hamilə qadın döyüldü
23/02/2018 [15:47]:
Əroğandan Pentaqona sərt cavab
23/02/2018 [15:26]:
Mehriban Əliyeva İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədrini qəbul edib
23/02/2018 [15:10]:
ALDP İraq Türkməneli Partiyası ilə əməkdaşlıq müqaviləsi imzaladı
23/02/2018 [15:02]:
Parlament sürücülərlə bağlı dəyişikliyi təsdiqlədi - 150 manatdan 1000 manata qədər cərimə
23/02/2018 [14:47]:
Şəxsiyyət vəsiqələri ilə bağlı dəyişiklik
23/02/2018 [14:21]:
5 min məhkumla bağlı təqdimat göndəriləcək - Əli Hüseynlidən açıqlama
23/02/2018 [13:57]:
Samir Şərifov hindistanlı həmkarı ilə görüşüb
23/02/2018 [13:22]:
2017-ci ilin 6 ayı ərzində Azərbaycana 16 min 477  turist gəlib - Səfir
Bütün xəbərlər...
...
Həftənin ən çox oxunanları
Nərgiz Paşayevanın qızını Bakıda kinoteatra buraxmadılar
İlham Əliyevin qohumu Riyad Əliyev saxlanıldı- 30 sutka həbs verildi
Nazir rəis müavinin vəzifəsini aşağı saldı
İlham Əliyevdən yeni təyinatlar
Azərbaycanlı biznesmen öldürüldü - Moskvada amansız "razborka"
İlham Əliyev dövlət xidmətinə 2 müavin təyin etdi - sərəncam
Bakıda DTX-nın adından istifadə edən dələduz tutuldu
Rövşən Lənkəranskinin qatili bilindi
Heydər Əliyev prospektində dəhşətli qəza - 4 maşın toqquşub, 2 ölü 2 yaralı
Rusiyadakı yanğında ölən azərbaycanlıların sayı 5 nəfərə çatıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin