Daha 4 icra başçısının adı qara siyahıya düşdü - Fazil Məmmədovun kadrları

07/12/2017 [11:08] - Gündəm (394)



Vergilər naziri Fazil Məmmədovun vəzifəsindən çıxarılması onun kurasiyasında olan rayonların icra başçılarının yuxusuna haram qatıb.

İlk növbədə F.Məmmədovun bacısının həyat yoldaşı olan Binəqədi rayon icra başçısı Xaləddin İsgəndərov çıxılmaz duruma düşüb. 2015-ci ildə Azadlıq prospektindəki 16 mərtəbəli yaşayış binasının yanmasından sonra bilinmişdi ki, binaya tezalışan üzlük onun icazəsi və tələbi ilə vurulub. Lakin  həmin dövrdə X.İsgəndərov yanğın olayında yaxasını kənar saxlaya bilmişdi. Halbuki ilk sorğu-suala tutulmalı olan şəxs məhz Xaləddin İsgəndərov idi. Məlum idi ki, Xaləddin İsgəndərovun istintaqdan kənar qalması böyük və əsas nazirliklərdən birinə başçılıq edən qohumunun xahişlərinə söykənir. Həmin vaxt binadakı yanğının külünə binanın üzlənməsi işini həyata keçirmiş “Global Stone” şirkətinin təsisçisi Miryusif Mahmudovu “bulaşdırdılar”. M.Mahmudov məhkəmədə bildirmişdi ki, binanın üzlənməsi təklifi Xaləddin İsgəndərovdan gəlib, ortaya icra başçısının imzası ilə sənəd də çıxarıldı.

Həbsə göndərilənlərdən biri də X.İsgəndərovun 1-ci müavini işləmiş Qəzənfər Novruzov oldu. Onun həbsinin X.İsgədərovun ikinci plana keçirilməsi üçün atılan addım olduğu da bilinirdi. Həmin dövrdə F.Məmmədovun qohumu X.İsgəndərov yanğın olayından başqalarını qurban verməklə çıxarıldı. İndi isə Fazil Məmmədov vəzifəsini itirib, onun özü ilə bağlı qeyri-müəyyənlik hökm sürür. 

Uzun illər F.Məmmədov onun “qubernatorluğuna” daxil olan rayonların icra başçılarını qohumu Xaləddin İsgəndərovun üzərindən idarə edirdi. Gədəbəyin icra başçısı Ramiz Yediyarov, Şəmkirin icra başçısı Alimpaşa Məmmədov və Yardımlının icra başçısı  Rəcəb Babaşov vaxtilə vergilər sistemində yüksək postlar tutmuşdular. Hazırda gecəsi-gündüzünə qarışan başçılardan biri də Gədəbəyin icra başçısı, sahibkarların qəniminə çevrilən Ramiz Yediyarovdur.

Fazil Məmmədovun vəzifəsindən qəfil çıxarılmasından sonra R.Yediyarovu kabinetində çox pəjmürdə görüblər. Yada salaq ki, Ramiz Yediyarov icra başçısı təyin olunan qədər Şəmkir rayon Vergilər Şöbəsinin rəisi postunu tuturdu. Sabiq vergilər nazirinin daha bir kadrı Qazaxdan Yardımlıya icra başçısı göndərilən Rəcəb Babaşovdur. R.Babaşov icra başçısı postuna Vergilər Nazirliyində İri Vergi Ödəyiciləri Departamentinin rəisi vəzifəsindən gətirilib. Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu ilə qudadır.

R.Babaşovun Sabirabadda, paytaxtda, ölkənin bir çox regionlarında və hətta xaricdə böyük mal-mülk sahibidir. R.Babaşovun MTN generalları ilə münasibətlərini tənzimləyən Vergilər Nazirliyinin Vergi Cinayətlərinin Təhqiqi Departamentinin rəisi olmuş, hazırda “MTN işi” ilə bağlı həbsdə olan Vidadi Məmmədov idi. Xəzər rayonu ərazisində MTN rəhbəri Eldar Mahmudova məxsus villanın xərcinin bir hissəsini R.Babaşov tərəfindən ödənildiyi haqda iddialar da vardı. Fazil Məmmədovun bu kadrının da adı sahibkarlara qarşı qanunsuzluqlarda keçir. Bakı Vergilər Departamentində rəis müavini işləmiş R.Babaşovun avtoyuma məntəqələri, ticarət obyektləri, restoranları var və s. ticarət obyektləri var.


Sabiq vergi nazirinin daha bir kadrı Şəmkirin icra başçısı Alimpaşa Məmmədovdur.  Vergilər Nazirliyi Bakı şəhər Vergilər Departamentinin rəisi vəzifəsində çalışmış A.Məmmədov 2014-cü ildə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. O, nazirlikdə ən müxtəlif vəzifələrdə işləyib və F.Məmmədovun “vuran əli” sayılıb. Hələ 2014-cü ildə musavat.com yazmışdı ki, Salyanda işləyərkən sahibkarlarla qanunsuz rəftarına görə barəsində prokurorluqda cinayət işi başlanıb. Buna görə də nazir onu Şəmkirə göndərib. Hazırda Fazil Məmmədovun kadrları olan icra başçıları təşviş içindədirlər. Yaxın günlərdə F.Məmmədovun taleyinin necə olunacağı bilinəcək və icra başçılarının da fərmanı verilmiş olacaq.

Musavat.com
...
Ərdoğanın ərəb təəsübkeşliyi Türkiyəni daha hansı sınağa çəkəcək? - təhlil
Məhkəmə Əli Həsənovun nəvəsinin xeyrinə qərar çıxardı
Fazil Məmmədov səfir göndərilir?- sabiq nazir könüllü sürgünə gedir
İlham Əliyevin icra başçılarına verdiyi vaxt dekabrın 15-də bitir - təfsilat
İlin sonuna daha 2 nazir və 10 icra başçısı işdən çıxarılacaq - təfsilat
Xəbər lenti
17/12/2017 [20:39]:
Azərbaycan 10-dan çox ölkəyə hərbi məhsul ixrac edir - Nazir
17/12/2017 [19:43]:
Türkiyə Şərqi Qüdsdə səfirlik açacaq
17/12/2017 [18:44]:
Yəməndə ərəb koalisiyası toydan qayıdan insanları bombaladı- 10 qadın öldü
17/12/2017 [17:37]:
Yeni il ərəfəsində əfv olmayacaq
17/12/2017 [16:58]:
Ərdoğana qarşı sui-qəsd planı - 9 nəfər həbs edildi
17/12/2017 [15:42]:
Kiyevdə Saakaşvili tərəfdarlarının yürüşü başladı
17/12/2017 [14:51]:
Yol polisi peşəkar velosipedçiləri saxlayıb cərimə meydançasına apardı - Video
17/12/2017 [13:45]:
Surət Hüseynov enerji və maliyyə biznesi ilə məşğuldur
17/12/2017 [13:16]:
Sabah 12 dərəcə isti olacaq
17/12/2017 [12:41]:
Bakıda tikinti şirkətinin rəhbəri və vəkili həbs edildi
17/12/2017 [11:36]:
Nazir: Düşməni məhv edəcək PUA-lar sınaqdan keçirilib
17/12/2017 [11:22]:
Bakıda 40-dan artıq cinayət törədən şəxslər saxlanılıb - rəsmi
17/12/2017 [10:29]:
Saakaşvili Poroşenkoya barışıq təklif edib
17/12/2017 [09:36]:
Ermənistan suriyalı qaçqınları Qarabağda yerləşdirir - rəsmi
17/12/2017 [00:49]:
Bakıda gömrük rəisi işdən çıxarıldı
17/12/2017 [00:31]:
Namiq Qaraçuxurlu xəstəxanaya yerləşdirildi
17/12/2017 [00:19]:
Dövlət qurumlarında boş qalan yüksək vəzifələr - siyahı
17/12/2017 [00:01]:
Qurban Qurbanovun milli komandada maaşı məlum oldu - 1 milyon...
16/12/2017 [23:31]:
İstanbulda “21 Azər” Hərəkatıyla bağlı toplantı keçirilib
16/12/2017 [22:48]:
“İTEC proqramına Azərbaycandan olan iştirakçılar üçün hər il 20 yer ayrılır”
16/12/2017 [22:40]:
Saakaşvili: “Ukrayna uğrunda canımdan keçməyə hazıram”
16/12/2017 [21:29]:
Eldar Mahmudov həbs edilir? - təfsilat
16/12/2017 [20:36]:
Bakıda rəssam Leyla Şahbazovanın fərdi sərgisi açılıb
16/12/2017 [19:27]:
İslam dünyasının yenidən formalaşmağa ehtiyacı var”   - Ərdoğan
16/12/2017 [18:39]:
Mehriban Əliyeva ordenlə təltif olundu
Bütün xəbərlər...
...
Həftənin ən çox oxunanları
İlham Əliyevdən pensiyalarla bağlı sərəncam
Prezident 4 nəfərə rütbə verdi, aralarında Zeynal Nağdəliyevin oğlu da var - Sərəncam
Fazil Məmmədov səfir göndərilir?- sabiq nazir könüllü sürgünə gedir
Məhkəmə Əli Həsənovun nəvəsinin xeyrinə qərar çıxardı
Azərbaycanda yeni nazirlik yaradılır - müsahibə
Fazil Məmmədovun yeznəsi 10 milyonla ölkədən qaçıb - iddia
Prezidentdən komitə sədri barədə sərəncam
İcra hakimiyyətinin baş mühasibi tutuldu
Fazil Məmmədovun 100 hektatlıq mülkünə əl qoyuldu - təfsilat
Azərbaycanın gömrük polkovniki Gürcüstanda həbs edilib - Psixotrop maddə ilə
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin