İlham Əliyev Fazil Məmmədovu niyə cəzalandırdı? - təfsilat

06/12/2017 [00:17] - Siyasət (3344)



Vergilər naziri Fazil Məmmədovun işdən çıxarılması gündəmin əsas mövzusudur. Təbii ki, 18 il vergi sisteminə rəhbərlik edən şəxsin işdən çıxarılmasında təəccüblü heç nə yoxdur - vəzifə daimi deyil. Ancaq F.Məmmədovun işdən çıxarılması qəfil olub və nazir də bu xəbəri mətbuatdan öyrənib.

Naziri günün birinci yarısında Vergilər Nazirliyində dövlət büdcəsinin proqnoz gəlirlərinin icrası və Vergilər Nazirliyinin qarşısında duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirib, bir neçə konkret tapşırıq verib, günün ikinci yarısı isə mətbuatdan öyrənib ki, artıq nazir deyil. Yəni F.Məmmədov işdən çıxarılmasını qətiyyən gözləmirmiş. Görünür, F.Məmmədovun hansısa səhvi onun haqqında qəfil siyasi qərarın çıxarılmasına gətirib çıxarıb. 

Hakimiyyət elitasının aparıcı simalarından olan F,Məmmədovun konkret hansı səhvnin güdazına getməsi hələ bəlli deyil. Ancaq səhvin çox ciddi olması şübhəsizdir və prezidentin qəfil sərəncamı da bununla bağlıdır.  Çünki F.Məmmədov sıradan bir nazir deyildi. ATA-holdinq kimi nəhəng bir təsisatı idarə edirdi. Üstəlik də  onun idarəetməsinə çoxsaylı şirkətlər və 4 rayon (Binəqədi, Şəmkir, İsmayıllı və Gədəbəy) daxildir. Sabiq nəqliyyat naziri Ziya Məmmədov tipli imtiyazlı nazir idi. 

Maraqlıdır ki, Ziya Məmmədovun zərərsizləşdirilməsi düz 3 il çəkdi, F.Məmmədovla qərar isə dərhal verildi. Müxtəlif versiyalar var. F.Məmmədovun "MTN işi" ilə bağlı olmasından tutmuş vergi ödəyicilərinin incidilməsinə qədər. Təbii ki, real səbəblər ortaya çıxmasa, istənilən versiyanın yaşamaq hüququ var və buna hörmətlə yanaşmaq lazımdır. Daha çox inandırıcı versiya budur ki, F.Məmmədov və komandası çox böyük maliyyə sapmalarına yol verdiyi üçün siyasi rəhbərliyin qəzəbinə tuş gəlib.

Onun yerinə təhsli naziri Mikayıl Cabbarovun təyin edilməsi də bu versiyanı gücləndirir. Cəmiyyətdə birmənalı qarşılanmayan M.Cabbarovun oturumuş klanlara qarşı radikal mövqe tutması mübahisə predmeti deyil.  M.Cabbarov bunu sabiq təhsil naziri Misir Mərdanov klanına münasibətdə nümayiş etdirib - hazırda Təhsil Nazirliyində M.Mərdanov klanından əsər-əlamət qalmayıb.

Çox güman ki, M.Cabbarova ilk tapşırıq F.Məmmədov klanını dağıtmaqla bağlı olub. Nazirliklərdəki ənənəvi klanlarına dağıtmaq lazım gələndə, nazir nazirliyin işindən yox, kənardan gətirilir. Yəni ənənəvi komanda ilə hər hansı ünsiyyəti olmasın. Bu baxımdan M.Cabbarov sınaqdan çıxmış kadrdır.

Bununla belə, F.Məmmədovla bağlı bəzi suallar hələ açıq qalır: "ATA-holdinq"in idarçiliyi necə olacaq? F.Məmmədovun nəzarətində olan rayonların icra başçılarını hansı aqibət gözləyir? Yaxın həftələrdə bu sullara tam da olmasa, qismən aydınlıq gətiriləcək.

Qadir İbrahimli,
istiqlal.az
...
Bakının mərkəzində partlayış: Bir nəfər xəsarət alıb-yenilənib
Sarkisyanın məkrli oyunu - təhlil
Hökumət niyə bahalaşma qərarı verdi? - Şərh
Azərbaycan ordusunun əfsanəvi polkovniki şəhid oldu
İş adamı Ramiz Mehdiyevə şikayət etdi - açıq məktub
Xəbər lenti
23/02/2018 [23:44]:
Bu qurum fəaliyyətini dayandırdı
23/02/2018 [22:47]:
Suriyada xəstəxana raket atəşinə tutuldu
23/02/2018 [21:35]:
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
23/02/2018 [20:43]:
Sosial şəbəkələrdə “İdeal”a etiraz etdilər
23/02/2018 [20:01]:
İlham Əliyevdən sosial müavinətlərlə bağlı sərəncam
23/02/2018 [19:54]:
Əli Həsənovun daha bir nəvəsi barədə qalmaqal
23/02/2018 [19:49]:
Nəsimi rayonunda Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin xatirəsi anılıb
23/02/2018 [19:21]:
Könül Kərimova komunal xərclərini ödəmir - 172 manat borcu var
23/02/2018 [18:57]:
Makedoniyalı siyasətçi: ”Xocalı soyqırımı Ermənistana ləkədir”
23/02/2018 [18:33]:
Əhmədlidə avtobusların hərəkət istiqaməti dəyişdirildi
23/02/2018 [18:14]:
DTX, DİN və komitə birgə əməliyyat keçirdi
23/02/2018 [18:01]:
Erməni əsgər yaralanıb
23/02/2018 [17:39]:
AvroLiqada 1/8 finalın püşkü atıldı
23/02/2018 [17:16]:
Manat və dolların 3 günlük məzənnəsi
23/02/2018 [16:57]:
Moldova prezidenti Azərbaycana səfər edəcək
23/02/2018 [16:24]:
İsa Qəmbər yenə xəstəxanaya yerləşdirildi
23/02/2018 [16:07]:
Bakıda su dammasına görə 20 nəfər dalaşdı - Hamilə qadın döyüldü
23/02/2018 [15:47]:
Əroğandan Pentaqona sərt cavab
23/02/2018 [15:26]:
Mehriban Əliyeva İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədrini qəbul edib
23/02/2018 [15:10]:
ALDP İraq Türkməneli Partiyası ilə əməkdaşlıq müqaviləsi imzaladı
23/02/2018 [15:02]:
Parlament sürücülərlə bağlı dəyişikliyi təsdiqlədi - 150 manatdan 1000 manata qədər cərimə
23/02/2018 [14:47]:
Şəxsiyyət vəsiqələri ilə bağlı dəyişiklik
23/02/2018 [14:21]:
5 min məhkumla bağlı təqdimat göndəriləcək - Əli Hüseynlidən açıqlama
23/02/2018 [13:57]:
Samir Şərifov hindistanlı həmkarı ilə görüşüb
23/02/2018 [13:22]:
2017-ci ilin 6 ayı ərzində Azərbaycana 16 min 477  turist gəlib - Səfir
Bütün xəbərlər...
...
Həftənin ən çox oxunanları
Nərgiz Paşayevanın qızını Bakıda kinoteatra buraxmadılar
İlham Əliyevin qohumu Riyad Əliyev saxlanıldı- 30 sutka həbs verildi
Nazir rəis müavinin vəzifəsini aşağı saldı
İlham Əliyevdən yeni təyinatlar
Azərbaycanlı biznesmen öldürüldü - Moskvada amansız "razborka"
İlham Əliyev dövlət xidmətinə 2 müavin təyin etdi - sərəncam
Bakıda DTX-nın adından istifadə edən dələduz tutuldu
Rövşən Lənkəranskinin qatili bilindi
Heydər Əliyev prospektində dəhşətli qəza - 4 maşın toqquşub, 2 ölü 2 yaralı
Rusiyadakı yanğında ölən azərbaycanlıların sayı 5 nəfərə çatıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin