Hacı Məmmədovun sirli ölümü - “O, yaxşı əhval-ruhiyyədə idi və xəstə deyildi”

05/12/2017 [15:30] - Gündəm (586)



Ədliyyə Nazirliyinin İxtisaslaşdırılmış Müalicə müəssisəsindəki kamerasında Daxili İşlər Nazirliyi (DİN) Cinayət Axtarış Baş İdarəsinin sabiq baş əməliyyat müvəkkili, polkovnik-leytenant Hacı Məmmədovun özünü asması gündəmin əsas mövzusuna çevrilib.
Məlumata görə, H.Məmmədov dekabrın 3-də, axşamüstü 5-6 radələrində boynuna dolanan mələfənin dartılması nəticəsində əmələ gələn asfiksiya – boğulma nəticəsində həyatla vidalaşıb. Əsasən vərəmli dustaqların saxlanıldığı, xüsusilə ciddi nizam-intizamın hökm sürdüyü bir müəssisədə məşhur arestantın sirli ölümünü ilkin olaraq Xəzər Rayon Prokurorluğunun müstəntiqləri araşdırmağa  başlayıblar. Az keçməyib ki, işi Xəzər Rayon Prokurorluğundan alıb Bakı Şəhər Prokurorluğuna verməklə sonrakı araşdırılmasını həvalə ediblər.
H.Məmmədovun 10 ildən artıq saxlandığı MTN-in Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyevi də beləcə mələfədən asılı vəziyyətdə aşkar etmişdilər. Onun kamerasına da ilk olaraq rayon prokurorluğunun müstəntiqləri gəlmişdi və az sonra işi alıb Bakı Şəhər Prokurorluğuna vermişdilər. Və sonda iş xitam olundu…
Məşhur arestantın ölüm xəbərini ilkin olaraq primtime.az saytı yayıb. Gecə saatlarında yayılan xəbərə H.Məmmədovun ailə üzvləri münasibət bildirərkən deyiblər ki, onun ölümü barədə məlumatsızdırlar. Dekabrın 4-də günortadan sonra Hacı Məmmədovun ölüm xəbəri rəsmi təsdiqini tapsa da, ailəyə bu haqda rəsmi olaraq məlumat verilməyib, meyitinin haradan götürülə biləcəyini belə kimsə deməyib. Günün sonunda isə vəkili Afət Qazıyeva bildirib ki, bəzi müayinələrdən sonra meyit yaxınlarına təhvil veriləcək.

Hacı Məmmədovun kamerasından əlyazma tapılıb 

Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən də Hacı Məmmədovun ölümü ilə bağlı açıqlama verilib. Xəbərə görə, H.Məmmədov kameranın pəncərəsinin dəmir barmaqlığından mələfə ilə özünü asmaqla intihar edib.

“Məhkum H.T.Məmmədov Penitensiar Xidmətin İxtisaslaşdırılmış müalicə müəssisəsində ”Ağciyərlərin dessiminasiya olunmuş vərəmi, dağılma mərhələsində” diaqnozu, habelə şəkərli diabet, digər daxili orqanlarına metastazlar vermiş sağ ağciyərin xərçəngi xəstəliyi ilə əlaqədar müalicə kurslarına cəlb edilib” deyə, PX-dən verilən açıqlamada bildirilib.

H.Məmmədovun ölümündən sonra müstəntiqlər onun kamerasında əlyazma aşkar ediblər. Həmin əlyazma müəllifi qohumlarından, eləcə də saxlandığı müəssisənin əməkdaşlarından üzrxahlıq etməklə heç kəsdən narazı olmadığını ifadə edib.

Qardaşı qızı: “Hacı Məmmədov vərəm xəstəsi olmayıb”

Hacı Məmmədovun qardaşı qızı Leyla Məmmədova virtualaz.org-a deyib ki, sonuncu dəfə əmisi ilə 1 həftə  əvvəl danışıb. O, yaxşı əhval-ruhiyyədə imiş və xəstə deyilmiş. Bundan savayı, ailə üzvləri mütəmadi olaraq ona baş çəkiblər və sonuncu dəfə belə ziyarət 2 həftə öncə olub.

O əlavə edib ki, əmisi vərəm xəstəsi olmayıb. Buna görə də DTX-nin təcridxanasından köçürüləndən dərhal sonra “vərəm zonası”na köçürülməsi şübhə doğurur.

MTN-dən köçürülməsini niyə tələb edirdi?

Yada salaq ki, Hacı Məmmədov və daha 26 nəfər 2005-ci il martın 9-dan 10-na keçən gecə MTN-in həyata keçirdiyi “Qara kəmər” əməliyyatı nəticəsində həbs ediliblər. H.Məmmədova qarşı Cinayət Məcəlləsinin 80 maddəsi ilə ittiham irəli sürülüb, barəsində əmlakı müsadirə olunmaqla ömürlük həbs cəzası çıxarılıb. 2005-ci ilin martında H.Məmmədovun həbsindən sonra onu və digər şəxsləri MTN-in istintaq təcridxanasında saxlayırdılar. 2007-ci ildə H.Məmmədov və onunla birlikdə həbs olunan şəxslərin bir çoxunun barələrində ömürlük həbs cəzası çıxarıldı. H.Məmmədov istisna olmaqla iş üzrə ömürlük həbs cəzası alan digər şəxsləri Qobustan həbsxanasına köçürdülər. Eldar Mahmudov MTN rəhbərliyində qaldığı illərdə H.Məmmədovun Qobustana köçürülməsinin qarşısı alınırdı. 2011-ci ilin sentyabrında Hacı Məmmədov yaxınları ilə əlaqə saxlayaraq ölüm aclığına başladığını demişdi. Bildirmişdi ki, ölüm aclığını MTN-in təcridxanasından Qobustana  köçürülənə qədər davam etdirəcək.

“Xahiş elədi ki, onu Qobustana köçürsünlər”

Həmin vaxt bu haqda “Yeni Müsavat”a anası Almaz Məmmədova bu sözləri demişdi. Sitat: “Bu gün evə zəng etmişdi. Dedi ki, daha orada qalmaq istəmir. Xahiş elədi ki, onu Qobustana köçürsünlər. Bununla bağlı ”Qırmızı Xaç” Komitəsinə də müraciətini çatdırmağımızı istədi. Deyir ki, daha orada qala bilmir”.

A.Məmmədova oğlunun bir çox xəstəliklərdən əziyyət çəkdiyini, son 1 ayda oğluna apardıqları yeməklərin qəbul edilmədiyini də söyləmişdi.

Sonrakı illərdə də H.Məmmədov MTN təcridxanasından köçürülməsini ara-sıra tələb edirdi. MTN-in təcridxanasında monitorinq hüququ tanınan İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri mərhum Elçin Behbudov vasitəsilə bu istəyi haqda ictimaiyyətə məlumatlar ötürürdü.


Hacı Məmmədov Eldar Mahmudovun girovuna  çevrilmişdi

2015-ci ilin oktyabrında E.Mahmudov postunu itirənə qədər H.Məmmədovun istək və tələbini, ən başlıcası isə qanunun tələbini yerinə yetirən olmurdu. Onu 2005-ci ilin martında saldıqları MTN-in istintaq təcridxanasından qanunun tələb etdiyi tərzdə Qobustan həbsxanasına   köçürmək istəmirdilər.

H.Məmmədov faktiki olaraq Eldar Mahmudovun girovuna çevrilmişdi. Eldar Mahmudov işdən çıxarılıb MTN-də həbslər gerçəkləşdiriləndən sonra H.Məmmədovun səsi daha ucadan eşidilməyə başlamışdı. O, vəkil tutub barəsindəki cinayət işinin yenidən araşdırlmasını tələb edirdi. Ali Məhkəməyə müraciət edərək “Qara kəmər” əməliyyatı üzrə aparılan ibtidai istintaq dövründə saxta, qondarma ifadələr verməyə məcbur edildiyini diqqətə çatdırdı. Lakin gözlənilənlərin əksinə olaraq, Ali Məhkəmə Hacı Məmmədovun şikayətini heç bir əsas göstərmədən təmin etmədi.


Hacı Məmmədovun bacısı hansı ilginc həqiqətlərin üstünün açılacağını deyirdi?

Həmin günlərdə  H.Məmmədovun bacısı Arifə Məmmədova “Yeni Müsavat”a müsahibə verib arestant qardaşına vəkil tutduqlarını təsdiqləmişdi. Çox ilginc açıqlamalar vermişdi.

A.Məmmədovanın müsahibəsi qəzetin 28 noyabr 2015-ci il tarixli sayında “Hacı Məmmədovun işində şok gəlişmə – ”ömürlük”də yatan general həbsdən çıxa bilər” sərlövhəsi altında dərc edilmişdi.

A.Məmmədovanın həmin günlərdə söylədiklərini bir daha xatırladaq:” Qabaqda proseslər var. Hacı nə bilirsə, açıb deyəcək. Tələsməyin, hər şey ortaya çıxacaq.  Hə, yenidən istintaq araşdırması olacaq. Vəkil aparıb sənədləri verib, gələn həftə Hacı ilə görüşəcək. 3 ilə yaxındır ki, bizimlə görüşdən imtina edirdi. Telefonla da danışmırdı. Bizi görmək belə istəmirdi. Eldar Mahmudovu çıxardılar, görüşmək istədi. Əvvəllər isə qəti şəkildə bizimlə görüşdən imtina edirdi, deyirdi ki, zəhləm gedir hamıdan, heç kimi görmək istəmirəm. Hacı Məmmədov 3 nəfəri öldürübsə, baxın görün bunlar, Eldar Mahmudov nələr edib! Bunlara inam qalıb? Mən çox şeyləri deyəcəyəm. Tələsməyin. Biz istəmirik ki, hələlik bunlar yazılsın. Gözləyin”.

“Hər şeyi açıb deyəcək”

A.Məmmədova H.Məmmədovla görüşündən də danışmışdı: “Köhnə işlərdən danışdı, dedi ki, Zakir Nəsirov günahsızdır, çıxmalıdır. Onu məcbur ediblər. Özü hər şeyi açıb deyəcək. Vəkili gözləyir, yazıb verəcək. O istəyir ki, bütün bu məsələlər rəsmi  olsun. Hər şeyi açıb deyəcək”.

“Bilmirsən ki, kim bu işə baş qoşursa, axırı ölümdür?”

A.Məmmədova “o dövrdə niyə demirdi” sualına belə cavab vermişdi: “Necə desin? Ora yerdir? Özləri ”julik”in böyüyü idilər. Hər şeyi açıb deyəcəyik”.

Bildirmişdi ki, MTN-də saxlanıldığı müddətdə H. Məmmədova təzyiqlər olub: “Onu bu illər ərzində təzyiq altında saxlayıblar orada. Hər şeyi bir-bir deyəcək. Bilmirsən ki, kim bu işə baş qoşursa, axırı ölümdür? Səməd Əliyev rəhmətə gedib. Başqa vəkildir. Biz Səməd Əliyev öləndən sonra ona vəkil tutmaq istəmişdik, özü imtina edirdi. Oğlu Teymur neçə dəfə MTN-ə zəng vururdu, deyirdilər ki, vəziyyəti yaxşıdır, amma sizi görmək istəmir, danışmaq istəmir, vəkil də istəmir. Hacı mənə zəng edib dedi ki, Elçin Behbudovla əlaqə saxla, ona de ki, təcili yanıma gəlsin. Mən də zəng elədim, Elçinə dedim. 2 gündən sonra Elçin Behbudov öldü. Hacının yanına gedə bilmədi. Sonra dedilər ki, ürəyi tutub, ölüb. Mənə dedi ki, zəng elə, zəng eləyib dedim, o da 2 gündən sonra öldü”.

A.Məmmədova demişdi ki, H.Məmmədov başına gələnlərlə bağlı ətraflı şəkildə yazaraq istintaqa təqdim edəcək.
H.Məmmədov bildiklərinin bir qismini yazıb Ali Məhkəməyə vəkili vasitəsilə göndərmişdi. Amma Ali Məhkəmə onun yenidən istintaq araşdırması aparmaq istəyinə, faktiki isə həqiqətlərin üzə çıxmasına “yox” dedi.
Məşhur arestantın müraciətinə Ali Məhkəmədən  cavab veriləndən az sonra – 2016-cı ilin aprelində nəhayət ki, onu həmin vaxt artıq DTX-yə çevrilmiş MTN-in istintaq təcridxanasından çıxardılar. Amma yenə də Qobustan həbsxanasına  köçürmədilər. H.Məmmədov meyiti aşkarlanan müalicə müəssisəsinə köçürüldü və orada həyatla vidalaşmalı oldu. 

Eldar Mahmudovun təzyiqləri altında ifadələr verən, sonradan Ali Məhkəmə tərəfindən danışması əngəllənən H.Məmmədov sirli ölümü ilə heç vaxt açılmayacaq və Azərbaycanın yaxın tarixinə qanla yazılan bir çox mübhəmləri özü ilə qəbirə apardı.

Qeyd edək ki, Hacı Məmmədov və digərləri 2005-ci il martın 10-da MTN-in keçirdiyi “Qara kəmər” əməliyyatı zamanı həbs olunublar. 2006-cı ildən 2007-ci ilə qədər davam edən məhkəmə zamanı H.Məmmədov yarımçıq ifadələr verməklə, bir-birinə zidd olan fikirlər səsləndirib. Məhkəmənin keçirildiyi günlərdə mətbuatda onun həqiqəti gizlətməyə çalışdığı haqda çoxsaylı yazılar dərc olunub. Hacı Məmmədovun yarımçıq ifadələri ilə yaddaşlarda qalan məhkəmənin sonunda onun özü də daxil olmaqla, DİN-in keçmiş şöbə müdiri Kamil Sədrəddinov, nazirliyin Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi Zakir Nəsirov və digər 7 nəfər ömürlük həbs cəzasına məhkum ediliblər. Zamində olan 3 nəfərdən biri – İbrahim Bağırovun işi xitam edilib. Digər 2 nəfər – Azər Əliyev və Aqil Hüseynov isə 2 il şərti cəza alıblar. Onlar saxta sənəd hazırlamaqda, dələduzluq və sair bu kimi əməllərdə təqsirli bilinirdilər. Qalan 13 nəfərə isə 8 ildən 15 ilədək həbs cəzası verilmişdi. Z.Nəsirovun cəzası 2016-cı ildə müddətli cəza ilə əvəzlənib və əfv olunaraq azadlığa buraxılıb(musavat.com).

...
Ərdoğanın ərəb təəsübkeşliyi Türkiyəni daha hansı sınağa çəkəcək? - təhlil
Məhkəmə Əli Həsənovun nəvəsinin xeyrinə qərar çıxardı
Fazil Məmmədov səfir göndərilir?- sabiq nazir könüllü sürgünə gedir
İlham Əliyevin icra başçılarına verdiyi vaxt dekabrın 15-də bitir - təfsilat
İlin sonuna daha 2 nazir və 10 icra başçısı işdən çıxarılacaq - təfsilat
Xəbər lenti
17/12/2017 [20:39]:
Azərbaycan 10-dan çox ölkəyə hərbi məhsul ixrac edir - Nazir
17/12/2017 [19:43]:
Türkiyə Şərqi Qüdsdə səfirlik açacaq
17/12/2017 [18:44]:
Yəməndə ərəb koalisiyası toydan qayıdan insanları bombaladı- 10 qadın öldü
17/12/2017 [17:37]:
Yeni il ərəfəsində əfv olmayacaq
17/12/2017 [16:58]:
Ərdoğana qarşı sui-qəsd planı - 9 nəfər həbs edildi
17/12/2017 [15:42]:
Kiyevdə Saakaşvili tərəfdarlarının yürüşü başladı
17/12/2017 [14:51]:
Yol polisi peşəkar velosipedçiləri saxlayıb cərimə meydançasına apardı - Video
17/12/2017 [13:45]:
Surət Hüseynov enerji və maliyyə biznesi ilə məşğuldur
17/12/2017 [13:16]:
Sabah 12 dərəcə isti olacaq
17/12/2017 [12:41]:
Bakıda tikinti şirkətinin rəhbəri və vəkili həbs edildi
17/12/2017 [11:36]:
Nazir: Düşməni məhv edəcək PUA-lar sınaqdan keçirilib
17/12/2017 [11:22]:
Bakıda 40-dan artıq cinayət törədən şəxslər saxlanılıb - rəsmi
17/12/2017 [10:29]:
Saakaşvili Poroşenkoya barışıq təklif edib
17/12/2017 [09:36]:
Ermənistan suriyalı qaçqınları Qarabağda yerləşdirir - rəsmi
17/12/2017 [00:49]:
Bakıda gömrük rəisi işdən çıxarıldı
17/12/2017 [00:31]:
Namiq Qaraçuxurlu xəstəxanaya yerləşdirildi
17/12/2017 [00:19]:
Dövlət qurumlarında boş qalan yüksək vəzifələr - siyahı
17/12/2017 [00:01]:
Qurban Qurbanovun milli komandada maaşı məlum oldu - 1 milyon...
16/12/2017 [23:31]:
İstanbulda “21 Azər” Hərəkatıyla bağlı toplantı keçirilib
16/12/2017 [22:48]:
“İTEC proqramına Azərbaycandan olan iştirakçılar üçün hər il 20 yer ayrılır”
16/12/2017 [22:40]:
Saakaşvili: “Ukrayna uğrunda canımdan keçməyə hazıram”
16/12/2017 [21:29]:
Eldar Mahmudov həbs edilir? - təfsilat
16/12/2017 [20:36]:
Bakıda rəssam Leyla Şahbazovanın fərdi sərgisi açılıb
16/12/2017 [19:27]:
İslam dünyasının yenidən formalaşmağa ehtiyacı var”   - Ərdoğan
16/12/2017 [18:39]:
Mehriban Əliyeva ordenlə təltif olundu
Bütün xəbərlər...
...
Həftənin ən çox oxunanları
İlham Əliyevdən pensiyalarla bağlı sərəncam
Prezident 4 nəfərə rütbə verdi, aralarında Zeynal Nağdəliyevin oğlu da var - Sərəncam
Fazil Məmmədov səfir göndərilir?- sabiq nazir könüllü sürgünə gedir
Məhkəmə Əli Həsənovun nəvəsinin xeyrinə qərar çıxardı
Azərbaycanda yeni nazirlik yaradılır - müsahibə
Fazil Məmmədovun yeznəsi 10 milyonla ölkədən qaçıb - iddia
Prezidentdən komitə sədri barədə sərəncam
İcra hakimiyyətinin baş mühasibi tutuldu
Fazil Məmmədovun 100 hektatlıq mülkünə əl qoyuldu - təfsilat
Azərbaycanın gömrük polkovniki Gürcüstanda həbs edilib - Psixotrop maddə ilə
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin