İlham Əliyevin işdən çıxartdığı icra başçısı: Ziya Məmmədova dedim ki, uşaq deyiləm...

04/12/2017 [00:04] - Gündəm (1233)



Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Qubanın icra başçısı, Ziya Məmmədovun qohumu və kadrı kimi tanınan Yaşar Məmmədovu tutduğu vəzifədən azad edib.Məsələ ilə bağlı unikal.org-un əməkdaşı sabiq icra başçısı Yaşar Məmmədovla əlaqə saxlayıb və o, suallarımızı cavablandırıb.

- Dünən tutduğunuz vəzifədən azad olundunuz. Bu barədə nə deyə bilərsiniz?

– Əvvala qeyd edim ki, mən prezident İlham Əliyevin əsgəriyəm. 2010-cu ilə kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışmışam. 2010-cu ilin aprel ayından Ucar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində, 27 yanvar 2015-ci ildən Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişəm. Bunları xatırlamaqda məqsədim odur ki, mən ömrüm boyu vətənimə xidmət etmiş adamam. Kifayət qədər vəzifələrdə olmuşam. Dünən də icra başçısı vəzifəsindən azad olundum. İşimi təhfil-təslim etdikdən sonra tərk etmişəm. Bundan sonra da qalan ömrümü prezident İlham Əliyevin əsgəri kimi, vətənimə həsr etməyə hazıram.

- Mətbuatda keçmiş nəqliyyat naziri Ziya Məmmədovun yaxın adamı kimi təqdim olunursuz. Məhz ölkə başçısının bu sərəncamı sabiq nazirin yaxını olduğunuz üçün verdiyi deyilir...

– Kim nə yazır qoy yazsın. Onu deyim ki, Ziya müəllim mənim bibim oğludur. Azərbaycanın ən yaxşı nazirlərindən biri olub. Mən onun etiklərini heç vaxt dana bilmərəm. Onunla fəxr edirəm. O, Azərbaycana düşmən deyil ki? Mən onu tarixdən silə bilmərəm?

- Qohumluq əlaqələriniz işdən azad olunmağınıza nə kimi təsir göstərdi?

-İşdən azad olunmağıma gəldikdə isə bir daha deyirəm mən prezidentin əsgəriyəm. Prezident İlham Əliyevin işdən çıxarılmam ilə bağlı sərəncamını şərh edə bilmərəm. Vəzfəyə təyin edən və vəzifədən azad edən cənab Prezidentdir. Görünür, belə məsləhət bilib. Məni icra başçısı kimi, 8 il vəzifədə saxlayan İlham Əliyev olub. Yuxarıda qeyd etdiyim kimi, 5 il Ucar, 2 ildən artıq Quba rayonunda icra başçısı vəzifəsində çalışmışam. Bununla belə, 10 ildən artıq polis rəisi vəzifəsində olmuşam. Mən hazırda evimdəyəm, istirahət edirəm….

- İlham Əliyevin dünənki sərəncamından sonra Ziya Məmmədovla əlaqə saxlamısınız?

– Bəli, dünən Ziya Məmmədovun özü mənə zəng vurdu və bəzi məsləhətlərini verdi. Bildirdi ki, birdən çaşıb hansısa “fikir” söyləyərsən? Çaşarsan ha birdən… Məni bu məsələdə diqqətli olmağa çağırdı.

– Bəs siz nə dediniz?

– Ziya müəllimə cavab olaraq bildirdim ki, mən uşaq deyiləm. Harada, nəyi danışmağı yaxşı bilirəm. Onu bu məsələdə narahat olmamağa çağırdım.

– Bundan sonra dolanmağınız üçün hansı işlə məşğul olacaqsınız?

– Mən keçmiş polis əməkdaşı olduğum üçün 950 manat pensiya alıram. Allah bərəkət versin. Normal yaşamağım üçün yetərli məbləğdir.
...
Bakının mərkəzində partlayış: Bir nəfər xəsarət alıb-yenilənib
Sarkisyanın məkrli oyunu - təhlil
Hökumət niyə bahalaşma qərarı verdi? - Şərh
Azərbaycan ordusunun əfsanəvi polkovniki şəhid oldu
İş adamı Ramiz Mehdiyevə şikayət etdi - açıq məktub
Xəbər lenti
23/02/2018 [23:44]:
Bu qurum fəaliyyətini dayandırdı
23/02/2018 [22:47]:
Suriyada xəstəxana raket atəşinə tutuldu
23/02/2018 [21:35]:
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
23/02/2018 [20:43]:
Sosial şəbəkələrdə “İdeal”a etiraz etdilər
23/02/2018 [20:01]:
İlham Əliyevdən sosial müavinətlərlə bağlı sərəncam
23/02/2018 [19:54]:
Əli Həsənovun daha bir nəvəsi barədə qalmaqal
23/02/2018 [19:49]:
Nəsimi rayonunda Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin xatirəsi anılıb
23/02/2018 [19:21]:
Könül Kərimova komunal xərclərini ödəmir - 172 manat borcu var
23/02/2018 [18:57]:
Makedoniyalı siyasətçi: ”Xocalı soyqırımı Ermənistana ləkədir”
23/02/2018 [18:33]:
Əhmədlidə avtobusların hərəkət istiqaməti dəyişdirildi
23/02/2018 [18:14]:
DTX, DİN və komitə birgə əməliyyat keçirdi
23/02/2018 [18:01]:
Erməni əsgər yaralanıb
23/02/2018 [17:39]:
AvroLiqada 1/8 finalın püşkü atıldı
23/02/2018 [17:16]:
Manat və dolların 3 günlük məzənnəsi
23/02/2018 [16:57]:
Moldova prezidenti Azərbaycana səfər edəcək
23/02/2018 [16:24]:
İsa Qəmbər yenə xəstəxanaya yerləşdirildi
23/02/2018 [16:07]:
Bakıda su dammasına görə 20 nəfər dalaşdı - Hamilə qadın döyüldü
23/02/2018 [15:47]:
Əroğandan Pentaqona sərt cavab
23/02/2018 [15:26]:
Mehriban Əliyeva İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədrini qəbul edib
23/02/2018 [15:10]:
ALDP İraq Türkməneli Partiyası ilə əməkdaşlıq müqaviləsi imzaladı
23/02/2018 [15:02]:
Parlament sürücülərlə bağlı dəyişikliyi təsdiqlədi - 150 manatdan 1000 manata qədər cərimə
23/02/2018 [14:47]:
Şəxsiyyət vəsiqələri ilə bağlı dəyişiklik
23/02/2018 [14:21]:
5 min məhkumla bağlı təqdimat göndəriləcək - Əli Hüseynlidən açıqlama
23/02/2018 [13:57]:
Samir Şərifov hindistanlı həmkarı ilə görüşüb
23/02/2018 [13:22]:
2017-ci ilin 6 ayı ərzində Azərbaycana 16 min 477  turist gəlib - Səfir
Bütün xəbərlər...
...
Həftənin ən çox oxunanları
Nərgiz Paşayevanın qızını Bakıda kinoteatra buraxmadılar
İlham Əliyevin qohumu Riyad Əliyev saxlanıldı- 30 sutka həbs verildi
Nazir rəis müavinin vəzifəsini aşağı saldı
İlham Əliyevdən yeni təyinatlar
Azərbaycanlı biznesmen öldürüldü - Moskvada amansız "razborka"
İlham Əliyev dövlət xidmətinə 2 müavin təyin etdi - sərəncam
Bakıda DTX-nın adından istifadə edən dələduz tutuldu
Rövşən Lənkəranskinin qatili bilindi
Heydər Əliyev prospektində dəhşətli qəza - 4 maşın toqquşub, 2 ölü 2 yaralı
Rusiyadakı yanğında ölən azərbaycanlıların sayı 5 nəfərə çatıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin