İlham Əliyevin qara siyahısında olan daha 2 icra başçısı - təfsilat

03/12/2017 [15:35] - Siyasət (1375)



Sabiq nəqliyyat naziri Ziya Məmmədov vəzifədən azad ediləndən və onun nazirliyi ləğv olunandan sonra onun mal-mülkünün, biznesinin əlindən alınması prosesi başladı. Habelə uzun illər ərzində onun müxtəlif vəzifələrə yerləşdirdiyi qohumları, yaxınları, kadrları tutduqları postlardan kənarlaşdırılmağa başladılar. 

Əlbəttə, dövlət rəhbərliyi bu addımları atmaqda tam haqlıdır. Nədən ki, Ziya Məmmədov nazir səlahiyyətlərindən sui-istifadə edərək, məhz dövlətdən oğurladığı pullar hesabına oliqarxa çevrilmişdi. Onun oğlu Anar Məmmədovun (Azərbaycandan qaçıb, hazırda ölkə xaricindədir) idarəetməsinə verdiyi böyük biznesi – tikinti, sığorta şirkətləri, “Bank of Azeribaijan”, özəl mülkə çevirdiyi Bakı Beynəlxalq Avtovağzalı, Qubadakı istirahət mərkəzi, Ucardakı heyvan və quşçuluq fermaları, ölkə boyunca saysız-hesabsız villaları xalqdan, büdcədən xortumladığı vəsait hesabına idi. Həmin mülklər, biznes strukturları təbii ki, xalqa, cəmiyyətə harınlıq səviyyəsində davranışlar sərgiləyən, nəhayətdə çörəyini yedikləri iqtidara qarşı siyasi səhvlər edən Məmmədovların əlində qala bilməzdi.

Yuxarıda sadalanan mal-mülkləri, biznes strukturları Ziya Məmmədovun əlindən alınıb. Onun aşkarlanan villaları da bu və ya digər şəkildə dövlət nəfinə keçirilib. Məsələn, oktyabrın sonunda Ziya Məmmədovun Göyçayın Potu və Hüngütlü kəndləri ərazisindəki 40 hektardan çox bağ sahəsi və o ərazidə inşa etdirdiyi möhtəşəm villası əlindən alındı, “AzNAR” QSC-nin balansına verildi. Həmin mülkə görə “AzNAR”ın ödədiyi 4,5 milyon manat isə Ziya Məmmədovun nazir olarkən dövlətə vurduğu ziyanın bir qismi kimi dövlətə köçürüldü.

Nəzərə çatdıraq ki, Ziya Məmmədov nazir postundan uzaqlaşdırılandan və Nəqliyyat Nazirliyi bir struktur kimi ləğv edilib, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə birləşdiriləndən sonra sabiq nazirin dönəmində NN-də baş verən maxinasiyalar araşdırılıb və 100 milyon manatdan çox büdcədən oğurladığı üzə çıxıb. Məmmədova mal-mülkünü satıb, zərəri ödəmək şərti qoyulub.
Bundan başqa, Z.Məmmədov nazir postundan uzaqlaşdırılandan sonra onun ən yaxın adamları – hansı ki, onun korrupsiya maşınları sayılırdılar – tutduqları postdan kənarlaşdırıldılar. İlk vurulanlardan biri də Göyçayın icra başçısı Mübariz Ağayev olmuşdu.

Prezidentin sərəncamı ilə Qubanın icra başçısı, Ziya Məmmədovun qohumu və kadrı Yaşar Məmmədov tutduğu vəzifədən azad edilib. Y.Məmmədov Qubadan əvvəl Ucarın icra başçısı idi. İnsanlara qan uddurmaqla yaddaşlarda qalıb.

Ziya Məmmədovun kadrları bununla məhdudlaşmır. Hazırda Ucarın icra başçısı olan Mənsur Məmmədov, Zərdabın icra başçısı Lütfəli Babayev də Z.Məmmədovun birbaşa kadrı olmuş şəxslərdir. Mənsur Məmmədov Ziya Məmmədovun yaxın qohumudur.

Heç şübhəsiz ki, Yaşar Məmmədovdan sonra növbə onlarındır(musavat.com).
...
Ərdoğanın ərəb təəsübkeşliyi Türkiyəni daha hansı sınağa çəkəcək? - təhlil
Məhkəmə Əli Həsənovun nəvəsinin xeyrinə qərar çıxardı
Fazil Məmmədov səfir göndərilir?- sabiq nazir könüllü sürgünə gedir
İlham Əliyevin icra başçılarına verdiyi vaxt dekabrın 15-də bitir - təfsilat
İlin sonuna daha 2 nazir və 10 icra başçısı işdən çıxarılacaq - təfsilat
Xəbər lenti
17/12/2017 [20:39]:
Azərbaycan 10-dan çox ölkəyə hərbi məhsul ixrac edir - Nazir
17/12/2017 [19:43]:
Türkiyə Şərqi Qüdsdə səfirlik açacaq
17/12/2017 [18:44]:
Yəməndə ərəb koalisiyası toydan qayıdan insanları bombaladı- 10 qadın öldü
17/12/2017 [17:37]:
Yeni il ərəfəsində əfv olmayacaq
17/12/2017 [16:58]:
Ərdoğana qarşı sui-qəsd planı - 9 nəfər həbs edildi
17/12/2017 [15:42]:
Kiyevdə Saakaşvili tərəfdarlarının yürüşü başladı
17/12/2017 [14:51]:
Yol polisi peşəkar velosipedçiləri saxlayıb cərimə meydançasına apardı - Video
17/12/2017 [13:45]:
Surət Hüseynov enerji və maliyyə biznesi ilə məşğuldur
17/12/2017 [13:16]:
Sabah 12 dərəcə isti olacaq
17/12/2017 [12:41]:
Bakıda tikinti şirkətinin rəhbəri və vəkili həbs edildi
17/12/2017 [11:36]:
Nazir: Düşməni məhv edəcək PUA-lar sınaqdan keçirilib
17/12/2017 [11:22]:
Bakıda 40-dan artıq cinayət törədən şəxslər saxlanılıb - rəsmi
17/12/2017 [10:29]:
Saakaşvili Poroşenkoya barışıq təklif edib
17/12/2017 [09:36]:
Ermənistan suriyalı qaçqınları Qarabağda yerləşdirir - rəsmi
17/12/2017 [00:49]:
Bakıda gömrük rəisi işdən çıxarıldı
17/12/2017 [00:31]:
Namiq Qaraçuxurlu xəstəxanaya yerləşdirildi
17/12/2017 [00:19]:
Dövlət qurumlarında boş qalan yüksək vəzifələr - siyahı
17/12/2017 [00:01]:
Qurban Qurbanovun milli komandada maaşı məlum oldu - 1 milyon...
16/12/2017 [23:31]:
İstanbulda “21 Azər” Hərəkatıyla bağlı toplantı keçirilib
16/12/2017 [22:48]:
“İTEC proqramına Azərbaycandan olan iştirakçılar üçün hər il 20 yer ayrılır”
16/12/2017 [22:40]:
Saakaşvili: “Ukrayna uğrunda canımdan keçməyə hazıram”
16/12/2017 [21:29]:
Eldar Mahmudov həbs edilir? - təfsilat
16/12/2017 [20:36]:
Bakıda rəssam Leyla Şahbazovanın fərdi sərgisi açılıb
16/12/2017 [19:27]:
İslam dünyasının yenidən formalaşmağa ehtiyacı var”   - Ərdoğan
16/12/2017 [18:39]:
Mehriban Əliyeva ordenlə təltif olundu
Bütün xəbərlər...
...
Həftənin ən çox oxunanları
İlham Əliyevdən pensiyalarla bağlı sərəncam
Prezident 4 nəfərə rütbə verdi, aralarında Zeynal Nağdəliyevin oğlu da var - Sərəncam
Fazil Məmmədov səfir göndərilir?- sabiq nazir könüllü sürgünə gedir
Məhkəmə Əli Həsənovun nəvəsinin xeyrinə qərar çıxardı
Azərbaycanda yeni nazirlik yaradılır - müsahibə
Fazil Məmmədovun yeznəsi 10 milyonla ölkədən qaçıb - iddia
Prezidentdən komitə sədri barədə sərəncam
İcra hakimiyyətinin baş mühasibi tutuldu
Fazil Məmmədovun 100 hektatlıq mülkünə əl qoyuldu - təfsilat
Azərbaycanın gömrük polkovniki Gürcüstanda həbs edilib - Psixotrop maddə ilə
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin