İlham Əliyevin köməkçisinin qohumundan şikayət edildi - Təfsilat

03/12/2017 [00:44] - Gündəm (2054)



SOCAR-ın “Kompleks Qazma İşləri” Trestinin “Günəşli” istehsalat bölümünün 12 saylı özülündə paltaryuyan işləyən Rumiyyə Kərimova bu yaxınlarda intihara əl atmışdı. Xəstəxanaya yerləşdirilən Rumiyyə Kərimovanın həyatını xilas etmək mümkün olub. Qadının özünü öldürmək istəməsinin səbəbi isə işdə rəhbərliyin əxlaqsız təklifinə “yox” dediyi üçün şərlənərək işdən çıxarılması, nəticədə ailəsinin maddi baxımdan çətin vəziyyətə düşməsidir.

 
Qadını intihar həddinə çatdıran əxlaqsız təklif 

 
Rumiyyə Kərimova 1999-cu ildən neft sahəsində çalışır. O, SOCAR-ın bir neçə idarəsində mühasibatlıq şöbəsində işləyib, bir müddət işsiz qalandan sonra bura xüsusi geyimlərin təmiri və yuyulması üzrə maşinist kimi düzəlib. Onun sözlərinə görə, burada işə başladığı ilk günlərdən orada xeyli vaxtdır xadimə işləyən qadın onu xəbərdar edib. Xəbərdarlıq da bundan ibarət olub ki, özülün rəis müavini Vidadi Həşimovla münasibətin yaxşı olmalıdır. Daha doğrusu, onun özəl qaydalarını rədd eləyə bilməzsən. Əks halda, orada işləmək də mümkünsüz olacaq.

Rumiyyə Kərimova deyir ki, ilk eyhamı zarafat kimi qəbul edib, əhəmiyyət verməyib. Amma sonradan məsələ ciddiləşəndə başa salıb ki, onun əxlaqı hər şeydən üstündür, kimsənin əxlaqsız təklifinə “hə” deyə bilməz. Kərimovanın sözlərinə görə, hətta rəis müavininin sözügedən xadimə qadınla onun haqqındakı danışığını da eşidib. Vidadi Həşimov soruşub ki, buranın “qaydalarını” yeni gələn işçiyə başa saldımı?

Rumiyyə Kərimova söyləyir ki, elə rədd cavabından sonra iş yerində  günü qara olub, son nəticədə onu işdən çıxarıblar. Onun özünü ləkələmək üçün başqa bir kişi əməkdaşı da işdən çıxarıblar ki, guya onların arasında münasibət olub. Rumiyyə Kərimova bildirir ki, namusunu qoruğuna görə onun özünə böhtan atıblar.

“O adamla mənim işdən başqa münasibətim olmayıb. Rəhbərliyin əxlaqsız təklifini rədd etdiyimə görə, iki adamı şərlədilər, iki ailəni çox ağır durumda qoydular. Həyat yoldaşım xəstədir. Onun dərmanlarını ala bilmirəm. Bir tikə çörəyə həsrət qalmışıq. Maddi sıxıntılar bir tərəfdən, üstəlik, ləkələnməyim ... Bütün bunlardan bezib özümü öldürmək istədim, ona görə zəhərlədim. Xəstəxanaya çatdırıb, həyatımı xilas elədilər. Amma belə yaşamaq istəmirəm...”, - Rumiyyə Kərimova bildirib.

 
Prokurorluq da məlumatlıdır

İntihara cəhd faktı üzrə CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Rumiyyə Kərimova hüquq-mühafizə orqanlarına izahatında da işdə başına gətirilənləri danışıb.

Əmək Məcəlləsinin maddə 70 ç bəndi (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) ilə işdən azad edilən Kərimova məhkəməyə üz tutub. Onun şikayətinə dekabrın 12-də Nərimanov rayon Məhkəməsində baxılacaq.

Qadının başına gələnləri ictimailəşdirməsindən sonra isə SOCAR-ın “Kompleks Qazma İşləri” Trestinin rəisi İsgəndər Şirəli biabırçı bir əmr imzalayıb. Guya əmr Vidadi Həşimova töhmət verilməsi haqdadır. Amma səbəb heç də Həşimovun işçilərə əslaqsız təklifi deyil. Əmrdə yazılıb ki, Vidadi Həşimov “özüldə əmək intizamının möhkəmləndirilməsi üçün lazımi tədbir görməyib, əmək müqaviləsi və vəzifə təlimatı ilə üzərinə düşən vəzifələri keyfiyyətsiz icra edib”. İsgəndər Şirəli “vəzinin keyfiyyəsiz icrası” deyəndə isə onun Rumiyyə Kərimova və onunla birlikdə işdən çıxarılan Arzuman Xəlilova nəzarət edə bilməməsini nəzərdə tutur.

 
Rövnəq Abdullayevin də güca çatmayan Şirəli...

 
Ümumiyyətlə, İsgəndər Şirəlinin imzaladığı əmr sənəd adına biabırçılıqdır. Çünki əmrin mətninin böyük bir hissəsi yataq münasibətlərinə aiddir.

Yeri gəlmişkən, SOCAR-dakı mənbələr deyir  ki, Şirəli  heç Rövnəq Abdullayevlə də hesablaşmır. Çünki o, kifayət qədər yüksək yerdən himayə olunur. İsgəndər Şirəlinin İqtisadi-Siyasət məsələri üzrə dövlət müşaviri Vahid Axundovun adamı olduğu bildirilir.

Rumiyyə Kərimovanın ona rəis müavini ilə yaxınlıq təklifi çatdırdığını dediyi xadimə qadından da indi ona qarşı istifadə olunur. Guya, həmin qadın Rumiyyə Kərimova ilə digər iş yoldaşının münasibətinin şahidi olub.

Amma həmin özüldə çalışan digər əməkdaşlar isə mediaya açıqlamalarında Rumiyyə Kərimova və işdən çıxarılan Arzuman Xəlilovun münasibətləri haqda deyilənlərin, əmrdə yazılanların şər-böhtan olduğunu bildirirlər.

 
“Bunlar qadının  çarpayısının altında olub?”

 
Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı bildirib ki, bir qadına qarşı biabırçılığa, SOCAR-da baş verən ləyaqətsizliklərə biganə qalmayacaqlar. Rumiyyə Kərimovanın hüquqlarının müdafiəsi üçün sona qədər mübarizə aparacaqlar. Hüquq müdafiəçisi deyir ki, İsgəndər Şirəlinin imzaladığı biabırçı əmri tərcümə edib diplomatik korpusa, insan hüquqları ilə məşğul olan beynəlxalq təşkilatlara göndərəcəklər.

“Belə əmri imzalamaq üçün utanmaq hissini itirəsən gərək. Bunlar qadının çarpayısının altında olublar məgər? Bunlar əxlaq polisidir? Birincisi, yalandır. İkincisi, qanunvericilikdə bir maddə varmı ki, qadın kiminləsə şəxsi münasibətinə görə işdən çıxarılsın? Rumiyyə Kərimova Əmək Məcəlləsinin 70 ç maddəsi ilə çıxarılıb. O, hansı vəzifə səlahiyyətlərini yerinə yetirməyib? Onu özünün də iştirak etmədiyi iclasın qərarı ilə işdən azad ediblər. Məhkəmədə bütün məsələlər üzə  çıxacaq, Vidadi Həşimovun da maraqları aydınlaşacaq”.

Hüquq müdafiəçisi Rumiyyə Kərimovaya qarşı istifadə olunan xadimə qadını da qınayır: “Özüldə istehsalat sahəsi və xidmət otaqlarını yığışdıran işləyən Qızbəs Əliyeva da bir qeyrət-namus mücəssəməsi kimi, guya, Rumiyyə xanımın özünü yaxşı aparmamasından o qədər hiddətlənib ki, işdə ürəyi gedib. “Qəşəng” bir izahat da yazıb. Bu adamı Neft Daşlarına göndərmək lazımdır. O qədər məlumat tapar ki... İstəsə, lap videoya da çəkər. Yəqin ki, ona bu xidmətlərinə görə tezliklə  bir mükafat da verərlər...”

Aytən

...
Ərdoğanın ərəb təəsübkeşliyi Türkiyəni daha hansı sınağa çəkəcək? - təhlil
Məhkəmə Əli Həsənovun nəvəsinin xeyrinə qərar çıxardı
Fazil Məmmədov səfir göndərilir?- sabiq nazir könüllü sürgünə gedir
İlham Əliyevin icra başçılarına verdiyi vaxt dekabrın 15-də bitir - təfsilat
İlin sonuna daha 2 nazir və 10 icra başçısı işdən çıxarılacaq - təfsilat
Xəbər lenti
17/12/2017 [20:39]:
Azərbaycan 10-dan çox ölkəyə hərbi məhsul ixrac edir - Nazir
17/12/2017 [19:43]:
Türkiyə Şərqi Qüdsdə səfirlik açacaq
17/12/2017 [18:44]:
Yəməndə ərəb koalisiyası toydan qayıdan insanları bombaladı- 10 qadın öldü
17/12/2017 [17:37]:
Yeni il ərəfəsində əfv olmayacaq
17/12/2017 [16:58]:
Ərdoğana qarşı sui-qəsd planı - 9 nəfər həbs edildi
17/12/2017 [15:42]:
Kiyevdə Saakaşvili tərəfdarlarının yürüşü başladı
17/12/2017 [14:51]:
Yol polisi peşəkar velosipedçiləri saxlayıb cərimə meydançasına apardı - Video
17/12/2017 [13:45]:
Surət Hüseynov enerji və maliyyə biznesi ilə məşğuldur
17/12/2017 [13:16]:
Sabah 12 dərəcə isti olacaq
17/12/2017 [12:41]:
Bakıda tikinti şirkətinin rəhbəri və vəkili həbs edildi
17/12/2017 [11:36]:
Nazir: Düşməni məhv edəcək PUA-lar sınaqdan keçirilib
17/12/2017 [11:22]:
Bakıda 40-dan artıq cinayət törədən şəxslər saxlanılıb - rəsmi
17/12/2017 [10:29]:
Saakaşvili Poroşenkoya barışıq təklif edib
17/12/2017 [09:36]:
Ermənistan suriyalı qaçqınları Qarabağda yerləşdirir - rəsmi
17/12/2017 [00:49]:
Bakıda gömrük rəisi işdən çıxarıldı
17/12/2017 [00:31]:
Namiq Qaraçuxurlu xəstəxanaya yerləşdirildi
17/12/2017 [00:19]:
Dövlət qurumlarında boş qalan yüksək vəzifələr - siyahı
17/12/2017 [00:01]:
Qurban Qurbanovun milli komandada maaşı məlum oldu - 1 milyon...
16/12/2017 [23:31]:
İstanbulda “21 Azər” Hərəkatıyla bağlı toplantı keçirilib
16/12/2017 [22:48]:
“İTEC proqramına Azərbaycandan olan iştirakçılar üçün hər il 20 yer ayrılır”
16/12/2017 [22:40]:
Saakaşvili: “Ukrayna uğrunda canımdan keçməyə hazıram”
16/12/2017 [21:29]:
Eldar Mahmudov həbs edilir? - təfsilat
16/12/2017 [20:36]:
Bakıda rəssam Leyla Şahbazovanın fərdi sərgisi açılıb
16/12/2017 [19:27]:
İslam dünyasının yenidən formalaşmağa ehtiyacı var”   - Ərdoğan
16/12/2017 [18:39]:
Mehriban Əliyeva ordenlə təltif olundu
Bütün xəbərlər...
...
Həftənin ən çox oxunanları
İlham Əliyevdən pensiyalarla bağlı sərəncam
Prezident 4 nəfərə rütbə verdi, aralarında Zeynal Nağdəliyevin oğlu da var - Sərəncam
Fazil Məmmədov səfir göndərilir?- sabiq nazir könüllü sürgünə gedir
Məhkəmə Əli Həsənovun nəvəsinin xeyrinə qərar çıxardı
Azərbaycanda yeni nazirlik yaradılır - müsahibə
Fazil Məmmədovun yeznəsi 10 milyonla ölkədən qaçıb - iddia
Prezidentdən komitə sədri barədə sərəncam
İcra hakimiyyətinin baş mühasibi tutuldu
Fazil Məmmədovun 100 hektatlıq mülkünə əl qoyuldu - təfsilat
Azərbaycanın gömrük polkovniki Gürcüstanda həbs edilib - Psixotrop maddə ilə
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin