"Zərrab işi” Azərbaycana tərəf uzanır - Təfsilat

01/12/2017 [01:15] - Gündəm (887)



ABŞ-da həbsdə olan azərbaycanlı iş adamı Rza Zərrabın işinin uzantıları Azərbaycana da çatır.  Sosial şəbəkələrdə yayılan məlumatlarda bildirilir ki, Rza Zərrabın işində üç azərbaycanlı iş adamının da adı hallandırılır. Bu iş adamları Əhməd Məmmədov, Vidadi Bədəlov və Xəlil Məmmədovdur.

İstiqlal.az xəbər verir ki, Əhməd Məmmədov “Azər-Türk Bank” ASC-nin "Mərkəz" filialının direktorudur. Bu şəxs “Sığorta Mamed” kimi tanınan "Azərsığorta” şirkətinin İdarə Heyətinin sədri Məmməd Məmmədovun  oğludur. 
Azərbaycanlı iş adamı Vidadi Bədəlov isə Türkiyədə “Cihan Kiymetli Madenler”, “Deniz Kiymetli Madenler” və “Kapital Kiymetli Madenler” adlı “xəyali şirkət” (ofşor) qurub - 2009-2012-ci illərdə pul transferləri də bu şirkətlərlə aparılıb.

Qeyd edək ki, Rza Zərrab artıq istintaqla əməkdaşlıq etməyə başlayıb. O məhkəməyə birinci ifadəsində sesnsasion iddialar səsləndirib. “İran neft-qaz gəlirlərini əldə etdiyi gəlirləri sanksiyalar səbəbindən istifadə edə bilmirdi. Məhməd Hakan Atilla bu məsələdə ən məlumatlı adam idi. “AktivBank” İranla əməkdaşlıq edəcək müştərilərə hesab açılması üçün xüsusi icazənin olmasını bildirdi.

Egemen Bağış (Türkiyənin sabiq Avropa Birliyi işləri üzrə naziri) “AktivBank”da hesab açmaq üçün mənə xüsusi yardım etdi. 2010-2011-ci ildə İran Mərkəzi Bankının sədri Mahmud Bəhmani ilə görüşlər keçirdim. İran Mərkəzi Bankına maliyyə xidməti məsələsində razılıq əldə olundu. Daha sonra “AktivBank” rəhbəri ilə görüşdən sonra hesab açdım. Hesab 5-10 milyon avro ilə dövriyyəyə başladı.

İran Mərkəzi Bankı ilə razılaşmanın pozulmasından sonra aralarında Hüseyn Nəcəfzadənin də olduğu “Bank Mellat” nümayəndələri ilə görüşüb ABŞ sanksiyalarını pozmağa başladıq. “Aktiv Bank” gəlirin önəmli bir hissəni qarşılayırdı”,- deyə o bildirib.
Rza Zərrab həmçinin planlarının həyata keçməsi üçün sabiq iqtisadiyyat naziri Zəfər Çağlayana 45-50 milyon avro civarında rüşvət verdiyini bildirib.

Zərrabın hələ çox faktları açıqlayacağı gözlənilir. Mümkündür ki, bu məsələdə adı hallanan azərbaycanlı iş adamları ilə bağlı da qaranlıq məqamlara aydınlıq gəlsin.
...
Ərdoğanın ərəb təəsübkeşliyi Türkiyəni daha hansı sınağa çəkəcək? - təhlil
Məhkəmə Əli Həsənovun nəvəsinin xeyrinə qərar çıxardı
Fazil Məmmədov səfir göndərilir?- sabiq nazir könüllü sürgünə gedir
İlham Əliyevin icra başçılarına verdiyi vaxt dekabrın 15-də bitir - təfsilat
İlin sonuna daha 2 nazir və 10 icra başçısı işdən çıxarılacaq - təfsilat
Xəbər lenti
17/12/2017 [20:39]:
Azərbaycan 10-dan çox ölkəyə hərbi məhsul ixrac edir - Nazir
17/12/2017 [19:43]:
Türkiyə Şərqi Qüdsdə səfirlik açacaq
17/12/2017 [18:44]:
Yəməndə ərəb koalisiyası toydan qayıdan insanları bombaladı- 10 qadın öldü
17/12/2017 [17:37]:
Yeni il ərəfəsində əfv olmayacaq
17/12/2017 [16:58]:
Ərdoğana qarşı sui-qəsd planı - 9 nəfər həbs edildi
17/12/2017 [15:42]:
Kiyevdə Saakaşvili tərəfdarlarının yürüşü başladı
17/12/2017 [14:51]:
Yol polisi peşəkar velosipedçiləri saxlayıb cərimə meydançasına apardı - Video
17/12/2017 [13:45]:
Surət Hüseynov enerji və maliyyə biznesi ilə məşğuldur
17/12/2017 [13:16]:
Sabah 12 dərəcə isti olacaq
17/12/2017 [12:41]:
Bakıda tikinti şirkətinin rəhbəri və vəkili həbs edildi
17/12/2017 [11:36]:
Nazir: Düşməni məhv edəcək PUA-lar sınaqdan keçirilib
17/12/2017 [11:22]:
Bakıda 40-dan artıq cinayət törədən şəxslər saxlanılıb - rəsmi
17/12/2017 [10:29]:
Saakaşvili Poroşenkoya barışıq təklif edib
17/12/2017 [09:36]:
Ermənistan suriyalı qaçqınları Qarabağda yerləşdirir - rəsmi
17/12/2017 [00:49]:
Bakıda gömrük rəisi işdən çıxarıldı
17/12/2017 [00:31]:
Namiq Qaraçuxurlu xəstəxanaya yerləşdirildi
17/12/2017 [00:19]:
Dövlət qurumlarında boş qalan yüksək vəzifələr - siyahı
17/12/2017 [00:01]:
Qurban Qurbanovun milli komandada maaşı məlum oldu - 1 milyon...
16/12/2017 [23:31]:
İstanbulda “21 Azər” Hərəkatıyla bağlı toplantı keçirilib
16/12/2017 [22:48]:
“İTEC proqramına Azərbaycandan olan iştirakçılar üçün hər il 20 yer ayrılır”
16/12/2017 [22:40]:
Saakaşvili: “Ukrayna uğrunda canımdan keçməyə hazıram”
16/12/2017 [21:29]:
Eldar Mahmudov həbs edilir? - təfsilat
16/12/2017 [20:36]:
Bakıda rəssam Leyla Şahbazovanın fərdi sərgisi açılıb
16/12/2017 [19:27]:
İslam dünyasının yenidən formalaşmağa ehtiyacı var”   - Ərdoğan
16/12/2017 [18:39]:
Mehriban Əliyeva ordenlə təltif olundu
Bütün xəbərlər...
...
Həftənin ən çox oxunanları
İlham Əliyevdən pensiyalarla bağlı sərəncam
Prezident 4 nəfərə rütbə verdi, aralarında Zeynal Nağdəliyevin oğlu da var - Sərəncam
Fazil Məmmədov səfir göndərilir?- sabiq nazir könüllü sürgünə gedir
Məhkəmə Əli Həsənovun nəvəsinin xeyrinə qərar çıxardı
Azərbaycanda yeni nazirlik yaradılır - müsahibə
Fazil Məmmədovun yeznəsi 10 milyonla ölkədən qaçıb - iddia
Prezidentdən komitə sədri barədə sərəncam
İcra hakimiyyətinin baş mühasibi tutuldu
Fazil Məmmədovun 100 hektatlıq mülkünə əl qoyuldu - təfsilat
Azərbaycanın gömrük polkovniki Gürcüstanda həbs edilib - Psixotrop maddə ilə
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin