Xəstəyə dərman aparmırıq

25/11/2017 [13:52] - Köşə (739)
Aytən Məmmədova


Bütün yazı xəstəni xilas etmək üçün vuruşduq. Xərçəng hər gün onu ölümə bir az da yaxınlaşdırırdı. Əldən düşmüşdü, amma ümidini də üzmürdü. Həkimlər bir dərman dedi, Bakının bütün apteklərini ələk-vələk etdik, tapmadıq. Tapacağına söz verənlər də böyük qiymət deyirdi: bir həbi 50 manata təklif edirdilər. İkihəftəlik müalicə prosesinə 1400 manat xərc tələb olunurdu. Adam çox sarsılır. Sanki hamı xəstənin yaxınlarına pul kisəsi kimi yanaşır.

Dostlar ölkədən kənarda xeyli ucuz tapdı. Qalırdı dərmanın gəlib xəstəyə çatması. Nə zülm çəkdik! Dərmanı Türkiyədən Bakıya göndərmək tapıb almaqdan xeyli çətin oldu. Heç kim boynuna çəkmək istəmirdi…

O vaxt emosiyaların təsiri altında “bir qutu dərmanı gətirmək nədi ki, bunu da eləmək istəmirlər, bəs harda qaldı insanlıq?!”, — deyə düşünürdüm. Adamları qınayırdım. Üstündən aylar keçib, soyuq başla düşünəndə qınamıram. Başqa birinə yaxşılıq eləmək istədiyi halda, özü yamanlığa qurban gedənləri az görməmişik axı…

Biri var idi, Gürcüstana gedəndə qatarda kupe yoldaşı onu aldatmışdı. Qatarın yola düşməsinə az qalmış sərnişinlərdən birinə zəng gəlib, danışandan sonra kupe yoldaşına deyib ki, gedə bilməyəcək. Özünü elm adamı kimi təqdim edib, qutudakı 4-5 narı da göstərib, deyib ki, təcili bunları Tiflisdəki laboratoriyaya çatdırmaq lazımdı. Xahiş eləyib ki, onları aparsın. Adam da qutuya baxıb, görüb ki, həqiqətən nardır, razılaşıb. Sərhəddə qatardan düşəndə əməliyyatçılar onu qandallayıb aparıblar. Onda başa düşüb ki, inanıb gətirdiklərinin üzü nar, içi isə narkotik imiş…

Oturduğu yerdə işə düşən o adam il yarıma qədər həbsxanada qaldı. Ta o vaxta qədər ki, “nar göndərən alimi” tapıb həbs elədilər…

Bu hadisə təkcə bir adamın ömründən il yarım oğurlamadı, həm də o adamdakı güvəni, inamı birdəfəlik məhv elədi…
Öz aralarındakı güvən, etibar bir yana, adamlar heç hökumətə də inanmırlar. Çünki dövləti idarə eləyənlər də adamları az aldatmayıb. Vətəndaş ehtiyacı olan anlarda onu tənha qoyan hökumətə necə inansın axı?! Vətəndaş xəstələnir, hökumət “pulun yoxdursa, ayağını uzat, ölümünü gözlə” prinsipi ilə davranır. Uşaq evlərində böyüyənlərin 18 yaşı tamam olan kimi, qapını açıb, onları taleyin ümidinə buraxırlar. Nəticədə onların bir hissəsi işsizlik, evsizlik, səfalət üzündən bir müddət sonra həbsxanada sığınacaq tapmalı olur. Bir ilin içində iki dağıdıcı devalvasiyadan sonra dollarla götürülmüş kreditlərin qaytarılmasında problem yaşayan vətəndaşlara hökumətin münasibətini görmədikmi? Aylıq 150-200 manat pensiyanın ümidinə qalan insanların yox, əksəriyyəti məmur-oliqarxlara məxsus bankların tərəfində dayandı…

Bu ölkədə uşaq dünyaya gəlir, bütün məsuliyyət valideynin çiyinlərində. Sosial sektor iflic vəziyyətində. O uşağa təhsil vermək, sağlam böyütmək, iş tapmaq… Bu prosesdə ortada hökumət yoxdur.
“Mədəniyyət Nazirliyi deyilən bir anlayış mənim üçün artıq yoxdu. Çünki elə bir orqan tanımıram. Bizdə Mədəniyyət Nazirliyi yoxdu. Ancaq Turizm Nazirliyi var. Ummuram da onlardan”, — Xalq artisti Fuad Poladovun bu gün dediyi sözlərdir.

Bəlkə də, hər şey elə hökumətə güvənsizlikdən başlayır. İnsanların bir-birinə inamsızlığı da…
Son illərin statistikasına göz yetirsəniz, görərsiniz ki, dələduzluğa görə məsuliyyətə cəlb olunanların sayı nə qədər artıb. Dələduzluq adamların bir-birinin etibarından sui-istifadə edib, pulunu, əmlakını əlindən almasıdır. Ziyan çəkənlərin bir çoxu da işə düzəlmək üçün pul verib aldananlar olur. Bir neçə ay öncə dələduzluğa görə həbs olunan biri bilirsinizmi işə düzəltmək adı ilə kimi aldatmışdı? Paytaxtın polis idarələrindən birində müstəntiq işləyən şəxsin ailəsini. Müstəntiqin xanımını xəstəxanaya həkim düzəltməkdən ötrü 25 min pul almışdı. Bəlkə də həmin müstəntiq rüşvət alma, rüşvət vermə ilə bağlı nə qədər cinayət işinin istintaqını aparıb…
Aldanan vətəndaşlara qınaqlar da az olmur. Yaddan çıxarmaq olmaz ki, bir çox hallarda adamların davranışını düşdükləri situasiya şərtləndirir.

Azərbaycanda çox az istisnalarla, kimi danışdırsan, Amerikada, Avropada yaşamaq istəyir. Bununla belə, bizdə Qərb adamlarına münasibət birmənalı deyil, onları “soyuq” sayırıq. Doğrudur, orada adamlar ictimai nəqliyyatda bir-birinə yer verməzlər. Amma elə həmin nəqliyyatda da baxmayaraq ki, başlarının üstündə xüsusi nəzarət edən yoxdur, yenə də gediş haqqını ödəyərlər. Dövlət bu cür məsələlərdə vətəndaşına sərbəstlik verir, amma tam nəzarətsiz də qoymur. Avtobusda, tramvayda ara-sıra yoxlamalar olur, sərnişinlərin kartdan istifadə edib-etmədiyini müəyyənləşdirir. Təbii ki, qaydanı pozanlar cərimələnir. Başqa sözlə, vətəndaşa inandığı kimi, onun bu inamdan sui-istifadəsinə də imkan vermir.

Bir filmdə görmüşdüm, uşağın ayağı yer, dili söz tutan kimi valideyn ona ancaq dürüst olmağı öyrətməyə çalışır. Deyir, gələcəkdə dürüst olmayan birinin mədəni, elmli olmasının bir faydası olmaz, bunun ziyanını valideyn olaraq, biz də çəkə bilərik.

Yəqin ki, biz də cəmiyyət olaraq, buna görə itiririk. Nəinki ətrafımıza, heç özümüzə, gördüyümüz işə münasibətdə də dürüst ola bilmirik. Aldadırıq, aldanırıq…
Yenidən aldanmamaq üçün inanmırıq — xəstələrə göndərilən dərmanları da aparmırıq…

...
Bakının mərkəzində partlayış: Bir nəfər xəsarət alıb-yenilənib
Sarkisyanın məkrli oyunu - təhlil
Hökumət niyə bahalaşma qərarı verdi? - Şərh
Azərbaycan ordusunun əfsanəvi polkovniki şəhid oldu
İş adamı Ramiz Mehdiyevə şikayət etdi - açıq məktub
Xəbər lenti
23/02/2018 [23:44]:
Bu qurum fəaliyyətini dayandırdı
23/02/2018 [22:47]:
Suriyada xəstəxana raket atəşinə tutuldu
23/02/2018 [21:35]:
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
23/02/2018 [20:43]:
Sosial şəbəkələrdə “İdeal”a etiraz etdilər
23/02/2018 [20:01]:
İlham Əliyevdən sosial müavinətlərlə bağlı sərəncam
23/02/2018 [19:54]:
Əli Həsənovun daha bir nəvəsi barədə qalmaqal
23/02/2018 [19:49]:
Nəsimi rayonunda Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin xatirəsi anılıb
23/02/2018 [19:21]:
Könül Kərimova komunal xərclərini ödəmir - 172 manat borcu var
23/02/2018 [18:57]:
Makedoniyalı siyasətçi: ”Xocalı soyqırımı Ermənistana ləkədir”
23/02/2018 [18:33]:
Əhmədlidə avtobusların hərəkət istiqaməti dəyişdirildi
23/02/2018 [18:14]:
DTX, DİN və komitə birgə əməliyyat keçirdi
23/02/2018 [18:01]:
Erməni əsgər yaralanıb
23/02/2018 [17:39]:
AvroLiqada 1/8 finalın püşkü atıldı
23/02/2018 [17:16]:
Manat və dolların 3 günlük məzənnəsi
23/02/2018 [16:57]:
Moldova prezidenti Azərbaycana səfər edəcək
23/02/2018 [16:24]:
İsa Qəmbər yenə xəstəxanaya yerləşdirildi
23/02/2018 [16:07]:
Bakıda su dammasına görə 20 nəfər dalaşdı - Hamilə qadın döyüldü
23/02/2018 [15:47]:
Əroğandan Pentaqona sərt cavab
23/02/2018 [15:26]:
Mehriban Əliyeva İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədrini qəbul edib
23/02/2018 [15:10]:
ALDP İraq Türkməneli Partiyası ilə əməkdaşlıq müqaviləsi imzaladı
23/02/2018 [15:02]:
Parlament sürücülərlə bağlı dəyişikliyi təsdiqlədi - 150 manatdan 1000 manata qədər cərimə
23/02/2018 [14:47]:
Şəxsiyyət vəsiqələri ilə bağlı dəyişiklik
23/02/2018 [14:21]:
5 min məhkumla bağlı təqdimat göndəriləcək - Əli Hüseynlidən açıqlama
23/02/2018 [13:57]:
Samir Şərifov hindistanlı həmkarı ilə görüşüb
23/02/2018 [13:22]:
2017-ci ilin 6 ayı ərzində Azərbaycana 16 min 477  turist gəlib - Səfir
Bütün xəbərlər...
...
Həftənin ən çox oxunanları
Nərgiz Paşayevanın qızını Bakıda kinoteatra buraxmadılar
İlham Əliyevin qohumu Riyad Əliyev saxlanıldı- 30 sutka həbs verildi
Nazir rəis müavinin vəzifəsini aşağı saldı
İlham Əliyevdən yeni təyinatlar
Azərbaycanlı biznesmen öldürüldü - Moskvada amansız "razborka"
İlham Əliyev dövlət xidmətinə 2 müavin təyin etdi - sərəncam
Bakıda DTX-nın adından istifadə edən dələduz tutuldu
Rövşən Lənkəranskinin qatili bilindi
Heydər Əliyev prospektində dəhşətli qəza - 4 maşın toqquşub, 2 ölü 2 yaralı
Rusiyadakı yanğında ölən azərbaycanlıların sayı 5 nəfərə çatıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin