Gənclər və İdman Nazirliyində korrupsiya faktları - Rəsmi

23/11/2017 [19:45] - Gündəm (319)



Hesablama Palatası Gənclər və İdman Nazirliyində aparılan yoxlamaların nəticələrini açıqlayıb.

Audit Gənclər və İdman Nazirliyi üzrə ümumilikdə 37.203,5 min manat məbləğində vəsaiti əhatə edib.

Müəyyən edilib ki, təqdim olunan büdcə proqnoz layihələrində nazirliyin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri tam qiymətləndirilməyib, müvafiq hesablamalar aparılmayıb, bəzi xərclər üzrə hesabat dövrünün icra rəqəmləri nəzərə alınmayıb:

""Vahid təqvim planına uyğun olaraq keçirilən respublika və beynəlxalq kütləvi bədən tərbiyəsi tədbirləri üçün vəsaitlərin xərclənməsi Qaydaları və Normaları”nın, "Vahid təqvim planına uyğun olaraq keçirilən respublika və beynəlxalq gənclər tədbirləri üçün vəsaitlərin xərclənməsi Normaları”nın tələbləri gözlənilməyərək müxtəlif təyinatlar üzrə "Normalar”dan artıq, eləcə də "Normalar”da nəzərdə tutulmayan istiqamətlər üzrə vəsait proqnozlaşdırılıb və icra olunub. Keçiriləcək ölkə miqyaslı və beynəlxalq tədbirlərin sayı da düzgün proqnozlaşdırılmayıb. Əmək Məcəlləsinin tələbləri gözlənilməyərək artıq məzuniyyət və müavinət haqqı ödənilib, staj dövründə olan işçiyə mükafat ödənilib. Nazirliyin tabeliyində olan təsərrüfat hesablı olimpiya idman komplekslərinin işlək və texniki baxımdan yararlı vəziyyətdə saxlanılması məqsədilə ayrılmış maliyyə yardımının istifadəsi barədə müvafiq hesabatlar ətraflı şəkildə təqdim edilməyib".

Bundan başqa, İdmançılara göstərilməli olan müvafiq tibbi xidmətlər, eləcə də həmin tibbi müayinələrin dövriliyi ilə bağlı müvafiq normativ sənəd hazırlanmayıb:

"Nazirliyin tabeliyində olan büdcədən maliyyələşdirilən təşkilat tərəfindən aparılması mümkün olan müayinələr müəyyən edilməyib, əhalinin sağlam həyat tərzinə cəlb olunmasının və bədən tərbiyəsi və idman qurğularından və avadanlıqlarından səmərəli istifadə edilməsinin norma və qaydaları nazirlik tərəfindən hazırlanmayıb. Bəzi hallarda isə müqavilələrin icra müddətinin bitməsinə baxmayaraq, müqavilə öhdəliklərinin yerinə yetirilməsi təmin edilməyib.

Maliyyə hesabatları "Büdcə təşkilatları üçün Milli Mühasibat Standartlarına uyğun olaraq Mühasibat uçotunun təşkili və aparılmasına dair Təlimat”ın tələblərinə uyğun tərtib edilsə də, bəzi hallarda müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri hesabatlarda düzgün əks etdirilməyib. "Aktivlərin və öhdəliklərin inventarizasiyası qaydalar”ının, "Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair qaydaları”n tələbləri nəzərə alınmayıb, auditlə əhatə olunan illərdə nazirliyin debitor borclarının vaxtında bağlanmaması hallarına rast gəlinib".

Hesablama Palatasının Kollegiyası Gənclər və İdman Nazirliyitərəfindən yol verilmiş nöqsanların əksər hissəsinin audit dövründə aradan qaldırıldığını nəzərə almaqla qərar qəbul edib:

"Auditlə müəyyən edilmiş digər nöqsanların qısa müddət ərzində aradan qaldırılmaqla nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan  qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cəzalandırılması və görülmüş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə Gənclər və İdman Nazirliyinə Kollegiya qərarının surətinin göndərilməsi qərara alınıb. Auditin nəticələri barədə Milli Məclisə (MM) məlumat təqdim edilib". 
APA
...
Ərdoğanın ərəb təəsübkeşliyi Türkiyəni daha hansı sınağa çəkəcək? - təhlil
Məhkəmə Əli Həsənovun nəvəsinin xeyrinə qərar çıxardı
Fazil Məmmədov səfir göndərilir?- sabiq nazir könüllü sürgünə gedir
İlham Əliyevin icra başçılarına verdiyi vaxt dekabrın 15-də bitir - təfsilat
İlin sonuna daha 2 nazir və 10 icra başçısı işdən çıxarılacaq - təfsilat
Xəbər lenti
17/12/2017 [20:39]:
Azərbaycan 10-dan çox ölkəyə hərbi məhsul ixrac edir - Nazir
17/12/2017 [19:43]:
Türkiyə Şərqi Qüdsdə səfirlik açacaq
17/12/2017 [18:44]:
Yəməndə ərəb koalisiyası toydan qayıdan insanları bombaladı- 10 qadın öldü
17/12/2017 [17:37]:
Yeni il ərəfəsində əfv olmayacaq
17/12/2017 [16:58]:
Ərdoğana qarşı sui-qəsd planı - 9 nəfər həbs edildi
17/12/2017 [15:42]:
Kiyevdə Saakaşvili tərəfdarlarının yürüşü başladı
17/12/2017 [14:51]:
Yol polisi peşəkar velosipedçiləri saxlayıb cərimə meydançasına apardı - Video
17/12/2017 [13:45]:
Surət Hüseynov enerji və maliyyə biznesi ilə məşğuldur
17/12/2017 [13:16]:
Sabah 12 dərəcə isti olacaq
17/12/2017 [12:41]:
Bakıda tikinti şirkətinin rəhbəri və vəkili həbs edildi
17/12/2017 [11:36]:
Nazir: Düşməni məhv edəcək PUA-lar sınaqdan keçirilib
17/12/2017 [11:22]:
Bakıda 40-dan artıq cinayət törədən şəxslər saxlanılıb - rəsmi
17/12/2017 [10:29]:
Saakaşvili Poroşenkoya barışıq təklif edib
17/12/2017 [09:36]:
Ermənistan suriyalı qaçqınları Qarabağda yerləşdirir - rəsmi
17/12/2017 [00:49]:
Bakıda gömrük rəisi işdən çıxarıldı
17/12/2017 [00:31]:
Namiq Qaraçuxurlu xəstəxanaya yerləşdirildi
17/12/2017 [00:19]:
Dövlət qurumlarında boş qalan yüksək vəzifələr - siyahı
17/12/2017 [00:01]:
Qurban Qurbanovun milli komandada maaşı məlum oldu - 1 milyon...
16/12/2017 [23:31]:
İstanbulda “21 Azər” Hərəkatıyla bağlı toplantı keçirilib
16/12/2017 [22:48]:
“İTEC proqramına Azərbaycandan olan iştirakçılar üçün hər il 20 yer ayrılır”
16/12/2017 [22:40]:
Saakaşvili: “Ukrayna uğrunda canımdan keçməyə hazıram”
16/12/2017 [21:29]:
Eldar Mahmudov həbs edilir? - təfsilat
16/12/2017 [20:36]:
Bakıda rəssam Leyla Şahbazovanın fərdi sərgisi açılıb
16/12/2017 [19:27]:
İslam dünyasının yenidən formalaşmağa ehtiyacı var”   - Ərdoğan
16/12/2017 [18:39]:
Mehriban Əliyeva ordenlə təltif olundu
Bütün xəbərlər...
...
Həftənin ən çox oxunanları
İlham Əliyevdən pensiyalarla bağlı sərəncam
Prezident 4 nəfərə rütbə verdi, aralarında Zeynal Nağdəliyevin oğlu da var - Sərəncam
Fazil Məmmədov səfir göndərilir?- sabiq nazir könüllü sürgünə gedir
Məhkəmə Əli Həsənovun nəvəsinin xeyrinə qərar çıxardı
Azərbaycanda yeni nazirlik yaradılır - müsahibə
Fazil Məmmədovun yeznəsi 10 milyonla ölkədən qaçıb - iddia
Prezidentdən komitə sədri barədə sərəncam
İcra hakimiyyətinin baş mühasibi tutuldu
Fazil Məmmədovun 100 hektatlıq mülkünə əl qoyuldu - təfsilat
Azərbaycanın gömrük polkovniki Gürcüstanda həbs edilib - Psixotrop maddə ilə
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin