Ərdoğanın etirafından sonra hansı yolumuz qaldı? - təhlil

23/11/2017 [13:35] - Siyasət (1823)



Prezident R.T.Ərdoğan bircə cümləsilə bütün suallara nöqtə qoydu, yoxsa neçə gün idi ki, hamı bir sual üzərində baş sındırırdı: “Görəsən, prezidentlər nə danışıb, nə müzakirə ediblər?”.Türkiyə prezidentinin şərhi isə çox lakonik oldu: ”Putin elə də ümidli deyil...”

Qərəz, bir daha o şey baş verdi ki, məhz elə onun baş verəcəyi də gözlənilirdi – nəticəsizlik... Səfər ərəfəsində də, sonra da bundan yazdıq və hətta bədbinliyimizin səbəblərini də bircə-bircə izah etdik. 
Bəs indi nə etməli və nə çarə yapmalı? Rusiyanın “qarnının ağrısı” hamıya bəllidir – bu, Bakını da Avrasiya və Gömrük İttifaqında, hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında görməkdir.
Prinsipcə, bunları qəbul edə bilərik, amma nəticəsi o, olacaq ki, Qarabağı qaytarmaq eşqilə yaşadığımız halda durub bütün Azərbaycanı  itirəcəyik!

Ona görə də Qarabağı Rusiyadan xahiş–minnətlə “dilənməyin” yollarını aramaq əvəzinə öz üstünlüklərimizdən yararlanaraq onu qaytarmağın əsl üsullarını bulmalıyıq.

Baxın, demokratik İspaniyanın hökuməti demokratik Avropanın göbəyində kataloniyalıları, zəif ölkə olan İraq isəkürdləri necə operativ şəkildə neytrallaşdıravə izolyasiya edə bildilər!

Nahaq yerə demirlər ki, qətiyyət uğurun təməlidir. Yerli siyasət və diplomatiya adamları tərəddüd etməyə başlayanda bu, siyasətin “böyük oyunçu”larına da sirayət edir, onlar da, necə deyər, əllərini ağdan qaraya vurmaq istəmirlər.  

Məsəl var, deyir ki, boğulanların xilası ilk növbədə onların özündən asılıdır. Biz də, bir daha deyirəm ki, bunun yollarını və yaxud üsullarını aramalıyıq. Bütün göstəricilər-iqtisadiyyatdan tutmuş demoqrafiyaya qədər hamısı bizim xeyrimizədir. Deməli, sadəcə, işləməliyik..

Bunun üçün isə Rusiyanı və İranı “sıxmağın” yollarını tapmalı, Gürcüstanla Ermənistanın münasibətlərini bir az da soyutmalıyıq. Əsas da İran istiqamətində səylərimizi artırmalıyıq–qoy, İraq kürdlərinin məsələsində olduğu kimi, Qarabağ məsələsində də prinsipiallıq və təbii ki, operativlik göstərsinlər. 

Cənublu soydaşlarımızla da işləməyə başlamalıyıq ki, onlar hökumətlərinə təzyiq etsinlər. Məqsədimiz də heç də İranda separatist tendensiyalara təkan vermək deyil, sadəcə, özümüzün kiçik ölkəmizdə erməni separatizminə son qoymaqdır. 

Bakı-Tbilisi-Ankara və Bakı–Moskva–Tehran regional üçbucaqları formatında əməkdaşlığı gücləndirməli, Azərbaycanın regionun tranzit mərkəzinə çevrilməsi üçün səylərimizi bir az da artırmalıyıq. 

İranı, Azərbaycanı və Rusiyanı birləşdirəcək Şimal–Cənub dəhlizini də daim diqqətdə saxlamalı və eləcə də Bakı-Tbilisi-Qars layihəsini inkişaf etdirməliyik.

Bakı–Tbilisi-Qars siyasi və hərbi əhəmiyyətlibir layihədir. Azərbaycanla Türkiyə arasında nəhayət, dəmiryolu əlaqəsi yarandı və o, bizə prinsipcə, Naxçıvanın da blokadasına son qoymağa, ölkənin bu hissəsilə dəmiryolu əlaqələrini bərpa etməyə imkan verir. Üstəlik, Bakı-Tbilisi-Qars xəttilə hərbi–strateji daşımaları da həyata keçirə bilərik...

Daha bir mühüm məqamsa, layihənin geoiqtisadi tərəflərilə bağlıdır. İndiyədəkyalnız yazılarda oxuyurduq ki, Azərbaycanın böyük geosiyasi önəmi var, hazırda isə bu, reallığa çevrilir və “Əsrin əfsanəsi” adlanan layihənin–“İpək yolu”nun da tezliklə gerçəkləşəcəyinə ümidəri artırır.

Ən yaxın zamanlar üçünsə Avropa ilə münasibətlərimizi sahmanlamalıyıq. Bu həftə Brüsseldə Avropa Birliyinin növbəti “Şərq tərəfdaşlığı” sammiti işə başlayacaq. Hətta ermənilər də bir “layihə”– deklarasiya hazırlayıblar və indi min oyundan çıxırılar ki, AB ilə onu imzalaya bilsinlər!
Düzdür, bir qulaqları Moskvaya tuşlanıb ki, görək, boss nə deyəcək? Boss isə hələ susur, qəti bir rəsmi münasibət bildirmir və hələki yalnız politoloqlar və jurnalistlər özlərini didib – tökürlər ki, əcaba, bu haylar iki ərə eyni vaxtda necə arvadlıq edəcəklər?!.. Ola bilsin, xəbəri onlara öz uşaqları – erməni əsilli və internet mənbələrinə görə ata familiyası da Kalantarov, ya da Kalantaryan olan cənab Lavrov çatdıracaq...   

Bizim hökumətinsə niyyətlərindən hələ xəbərsizik,məlumatlarımıza görə şanlı hökumətimiz Avropa Birliyilə hansısa bir saziş və ya sənəd imzalamağa tələsmir. Amma bunu da bir tərəfə qoyuruq. Heç olmasa, Avropa Şurası ilə münasibətləri yoluna qoymalıyıq, ona görə ki, önəmli siyasi tribunadır. 
Tələb də bəllidir və ən azı ölkənin və dövlətin maraqları naminə ona əməl etmək lazımdır. 

Bəlli olduğu kimi, hakim Yeni Azərbaycan Partiyası Heydər Əliyevin partiyasıdır. İndiki siyasi komandanın da böyük hissəsi onun kadrlarıdır. Ona görə də prosesləri götür– qoy edərkən mən özümə bir sual verirəm:  Görəsən, Heydər Əliyev özü bu situasiyada necə hərəkət edərdi?
Nədənsə, məndə əminlik var ki, hətta onun vaxtında Avropa Birliyilə assosiasiya sazişinin imzalanması məsələsi meydana gəlsəydi, biz həmin sazişi də imzalayacaqdıq və o, Rusiyanın təzyiqlərini neytrallaşdırmağın yollarını tapacaqdı!

Birincisi, Heydər Əliyevin şəksiz üstünlükləri vardı. Onun Rusiyanın xoş münasibətinə, dəstəyinə və ya “siyasi himayə”sinə qətiyyən ehtiyacı yox idi. Buna görə də daha sərbəst idi və zərurət olanda axına qarşı da üzə bilirdi... 

İkincisi, Heydər Əliyevin vaxtında Azərbaycan hətta MDB-də öz müstəvisini qurmuşdu və buna görə də GUAM yaranmışdı və biz də Ukrayna, Gürcüstan və Moldova ilə birlikdə idik, siyasətimizi onlarla koordinasiya edirdik, çox güman Avropa strukturlarına münasibətdə də elə onlarla birlikdə olacaqdıq.

Son sözlərimi başqa cür yozmayın. Sadəcə, adi siyasi analitik kimi əminəm ki, Avropa ilə soyuq münasibətlər yaxşı heç nə vəd etmir bizə...

Bizsiz də “təmiz” Avropa arzulayan siyasətçilər kontinentin özündə yetərincədir və onlar müsəlman ölkələrini Avropa institutlarında görməkdən çox da sevinc duymurlar. 

Özümüzə gəldikdəsə, Avropadan iki əllə yapışmalıyıq, çünki həm onlardan çox şey öyrənər, həm də təhlükəsizliyimizçün bir platforma da taparıq...

Hüseynbala Səlimov, 
istiqlal.az

...
Ərdoğanın ərəb təəsübkeşliyi Türkiyəni daha hansı sınağa çəkəcək? - təhlil
Məhkəmə Əli Həsənovun nəvəsinin xeyrinə qərar çıxardı
Fazil Məmmədov səfir göndərilir?- sabiq nazir könüllü sürgünə gedir
İlham Əliyevin icra başçılarına verdiyi vaxt dekabrın 15-də bitir - təfsilat
İlin sonuna daha 2 nazir və 10 icra başçısı işdən çıxarılacaq - təfsilat
Xəbər lenti
17/12/2017 [20:39]:
Azərbaycan 10-dan çox ölkəyə hərbi məhsul ixrac edir - Nazir
17/12/2017 [19:43]:
Türkiyə Şərqi Qüdsdə səfirlik açacaq
17/12/2017 [18:44]:
Yəməndə ərəb koalisiyası toydan qayıdan insanları bombaladı- 10 qadın öldü
17/12/2017 [17:37]:
Yeni il ərəfəsində əfv olmayacaq
17/12/2017 [16:58]:
Ərdoğana qarşı sui-qəsd planı - 9 nəfər həbs edildi
17/12/2017 [15:42]:
Kiyevdə Saakaşvili tərəfdarlarının yürüşü başladı
17/12/2017 [14:51]:
Yol polisi peşəkar velosipedçiləri saxlayıb cərimə meydançasına apardı - Video
17/12/2017 [13:45]:
Surət Hüseynov enerji və maliyyə biznesi ilə məşğuldur
17/12/2017 [13:16]:
Sabah 12 dərəcə isti olacaq
17/12/2017 [12:41]:
Bakıda tikinti şirkətinin rəhbəri və vəkili həbs edildi
17/12/2017 [11:36]:
Nazir: Düşməni məhv edəcək PUA-lar sınaqdan keçirilib
17/12/2017 [11:22]:
Bakıda 40-dan artıq cinayət törədən şəxslər saxlanılıb - rəsmi
17/12/2017 [10:29]:
Saakaşvili Poroşenkoya barışıq təklif edib
17/12/2017 [09:36]:
Ermənistan suriyalı qaçqınları Qarabağda yerləşdirir - rəsmi
17/12/2017 [00:49]:
Bakıda gömrük rəisi işdən çıxarıldı
17/12/2017 [00:31]:
Namiq Qaraçuxurlu xəstəxanaya yerləşdirildi
17/12/2017 [00:19]:
Dövlət qurumlarında boş qalan yüksək vəzifələr - siyahı
17/12/2017 [00:01]:
Qurban Qurbanovun milli komandada maaşı məlum oldu - 1 milyon...
16/12/2017 [23:31]:
İstanbulda “21 Azər” Hərəkatıyla bağlı toplantı keçirilib
16/12/2017 [22:48]:
“İTEC proqramına Azərbaycandan olan iştirakçılar üçün hər il 20 yer ayrılır”
16/12/2017 [22:40]:
Saakaşvili: “Ukrayna uğrunda canımdan keçməyə hazıram”
16/12/2017 [21:29]:
Eldar Mahmudov həbs edilir? - təfsilat
16/12/2017 [20:36]:
Bakıda rəssam Leyla Şahbazovanın fərdi sərgisi açılıb
16/12/2017 [19:27]:
İslam dünyasının yenidən formalaşmağa ehtiyacı var”   - Ərdoğan
16/12/2017 [18:39]:
Mehriban Əliyeva ordenlə təltif olundu
Bütün xəbərlər...
...
Həftənin ən çox oxunanları
İlham Əliyevdən pensiyalarla bağlı sərəncam
Prezident 4 nəfərə rütbə verdi, aralarında Zeynal Nağdəliyevin oğlu da var - Sərəncam
Fazil Məmmədov səfir göndərilir?- sabiq nazir könüllü sürgünə gedir
Məhkəmə Əli Həsənovun nəvəsinin xeyrinə qərar çıxardı
Azərbaycanda yeni nazirlik yaradılır - müsahibə
Fazil Məmmədovun yeznəsi 10 milyonla ölkədən qaçıb - iddia
Prezidentdən komitə sədri barədə sərəncam
İcra hakimiyyətinin baş mühasibi tutuldu
Fazil Məmmədovun 100 hektatlıq mülkünə əl qoyuldu - təfsilat
Azərbaycanın gömrük polkovniki Gürcüstanda həbs edilib - Psixotrop maddə ilə
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin