Azərbaycanın məşhur klinikasında nə baş verir? - təfsilat

23/11/2017 [10:41] - Cəmiyyət (951)



Bir aydan çoxdur ki, xalq artisti Leyla Şıxlinskaya və onun rəhbərliyi altında olub, onun adını daşıyan klinika barəsində mətbuatda ard-arda yazılar dərc olunur. Bir ay öncə yayılan məlumatda qeyd olunurdu ki, “Leyla Şıxlinskaya”nın fəaliyyəti ilə əlaqədar cinayət işi başlanıb.

Femida.az saytının yaydığı məlumatda bildirilib ki, Leyla Şıxlinskayaya qarşı  CM-in 213-cü (vergidən yayınma) maddəsi ilə cinayət işi Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində başlansa da, istintaq davam etdirilməsi üçün iş Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Departamentinə göndərilib.

Yayılan məlumatlarda o da qeyd olunurdu ki, cinayət işi aktrisanın rəhbərlik etdiyi “Leyla Şıxlinskaya” klinikasının vergidən yayınması ilə bağlıdır. Klinikanın yayındırdığı verginin məbləğinin iki milyon manatdan çox olduğu bildirilirdi.

Bütün bunların ardınca Leyla Şıxlinskayanın rəhbərlik etdiyi klinikanın yeddi əməkdaşı onun ifadəsi əsasında saxlanıldı. Noyabrın 20-də isə “Leyla Şıxlinskaya” Klinikasında baş mühasib işləyən Şəhla Abbasova, mühasib Səkinə Əfəndiyeva, klinikanın əməkdaşları Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüseyeva, Yelena Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə klinikanın nümayəndəsi Günay Sultanova mülki iddia ilə çıxış edib.

O, təqsirləndirilən şəxslər tərəfindən klinikaya dəyən 804 min, 343 manat məbləğində ziyanın ödənilməsini istəyib. Məhkəmə baxışı noyabrın 24-nə təyin olunub.

Klinikanın yuxarıda adını sadaladığımız əməkdaşları Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) və 313- cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunurlar.

Onlardan Şəhla Abbasova  4 il əvvəl Leyla Şıxlinskaya ilə mübahisəyə görə işdən ayrılıb. Güman olunur ki, bütün baş verənlər də onun adı ilə bağlıdır.

Məsələyə aydınlıq gətirmək, “Leyla Şıxlinskaya” klinikasında hazırkı vəziyyəti öyrənmək üçün “Yeni Müsavat”ın əməkdaşı klinikanın yerləşdiyi ünvana yollanıb.

Müşahidə etdik ki, klinikada iş öz axarında davam edir. Qapıda mühafizə olsa da, o, maşınlara nəzarət etdiyi üçün piyadaların içəri keçməsində heç bir məhdudiyyət yoxdur. Klinikanın bir binası isə hazırda təmirə bağlanıb. Orada hazırda ustalar işləyirlər. Digər binalarda isə normal iş prosesi davam edir. Xüsusilə də uşaq mərkəzinin qarşısında övladını müayinə üçün gətirən xeyli sayda valideyn vardı. Onlar bildirdilər ki, klinikada işləyən həkimlər əvvəlki kimi uşaqlarını qəbul edib, yoxlayırlar. Qiymətlər barəsində söylədilər ki, burada qiymət hər zaman yüksək olub. Ancaq qiymətə uyğun olaraq keyfiyyət də yaxşıdır. Daha sonra isə klinikanın digər şöbəsinə yollandıq. Müşahidə etdik ki,  içəri girən kimi qeydiyyat şöbəsində çalışanlar müraciət edənləri qəbul edib,  problemləri ilə maraqlanırlar. Onlara Leyla Şıxlinskaya ilə görüşmək istədiyimizi söylədik. Bildirdilər ki, Leyla xanım hazırda ölkədə olmadığı üçün onu baş həkim əvəzləyir. Bizi baş həkimlə görüşdürmələrini xahiş etsək də, bu da mümkün olmadı. Qeydiyyat şöbəsində əyləşən xanımlar telefonla danışdıqdan sonra dəstəyi bizə uzatdılar. Özünü baş həkimin köməkçisi kimi təqdim edən xanım bildirdi ki, klinikada hər şey qaydasındadır: “Bildiyiniz kimi, ”Leyla Şıxlinskaya" klinikası artıq öz sözünü deyib və gördüyümüz peşəkar iş də göz önündədir. Digər məsələlərlə bağlı isə mətbuata və ictimaiyyətə açıqlayacaq sözümüz yoxdur. Bircə onu deyə bilərəm ki, klinikamızda hər bir iş öz axarında davam edir. Heç bir problemimiz də yoxdur".

Daha sonra klinikanın həyətində gəzib, gördüyümüz həkimlərlə də söhbət etdik. Onlar  da söylədilər ki, maaşlarında hansısa problem yoxdur. Həkimlər qeyd etdilər ki, əslində yayılan söhbətlər və vergi ilə bağlı məsələlər uzun müddət öncə yaşanıb: “Həmin məsələnin üstündən xeyli vaxt keçib. Sadəcə olaraq, məhkəmə prosesi olduğu üçün yenidən gündəmə gəlib. Nə o vaxt, nə də indi maaşlarımızda problem olmayıb. Klinikamızda yüksək keyfiyyətli xidmətimiz davam edir”.

Onu da qeyd edək ki, məsələ ilə bağlı Leyla Şıxlinskaya lent.az saytına açıqlamasında aşağıdakıları bildirmişdi:

“Bu işdə mənim heç bir rolum yoxdur. Mən klinikanın sadəcə təsisçisiyəm, heç bir hüquqi sənəddə imzam yoxdur. Heç bir işə qarışmıram. Bu şəxslər - baş mühasib Şəhla Abbasova, mühasib Səkinə Əfəndiyeva, kassir Aytən Poladova və digərləri bütün haqq-hesabları özləri aparıblar. Onlar əvvəl mənim pulumu kəsdilər. Klinikadan mənə pul çatmırdı. Sonra da dövləti aldatmağa, külli miqdarda vəsaiti ələ keçirməyə başladılar. Bildiyimə görə, 700 min manatdan çox vəsaiti ələ keçiriblər və istintaq da bunu sübuta yetirib”.

Leyla Şıxlınskaya əlavə edib ki, klinikanı yaradarkən çoxlu maliyyə vəsaiti sərf edib və mühasibatlığın, oraya rəhbərlik edən şəxslərin törətdiyi əməldən sonra buranı yenidən formalaşdırmaq, təmir edib yeni avadanlıqlar almaq qərarına gəlib: “Həmin şəxslər qanun qarşısında cavab verəcək. Vaxtilə bura gələndə qəbul otağında oturan insanlar sonradan mənim mərhəmətimdən istifadə edib vəzifə tutdular və belə bir çirkin əməl törətdilər”.
...
Ərdoğanın ərəb təəsübkeşliyi Türkiyəni daha hansı sınağa çəkəcək? - təhlil
Məhkəmə Əli Həsənovun nəvəsinin xeyrinə qərar çıxardı
Fazil Məmmədov səfir göndərilir?- sabiq nazir könüllü sürgünə gedir
İlham Əliyevin icra başçılarına verdiyi vaxt dekabrın 15-də bitir - təfsilat
İlin sonuna daha 2 nazir və 10 icra başçısı işdən çıxarılacaq - təfsilat
Xəbər lenti
17/12/2017 [20:39]:
Azərbaycan 10-dan çox ölkəyə hərbi məhsul ixrac edir - Nazir
17/12/2017 [19:43]:
Türkiyə Şərqi Qüdsdə səfirlik açacaq
17/12/2017 [18:44]:
Yəməndə ərəb koalisiyası toydan qayıdan insanları bombaladı- 10 qadın öldü
17/12/2017 [17:37]:
Yeni il ərəfəsində əfv olmayacaq
17/12/2017 [16:58]:
Ərdoğana qarşı sui-qəsd planı - 9 nəfər həbs edildi
17/12/2017 [15:42]:
Kiyevdə Saakaşvili tərəfdarlarının yürüşü başladı
17/12/2017 [14:51]:
Yol polisi peşəkar velosipedçiləri saxlayıb cərimə meydançasına apardı - Video
17/12/2017 [13:45]:
Surət Hüseynov enerji və maliyyə biznesi ilə məşğuldur
17/12/2017 [13:16]:
Sabah 12 dərəcə isti olacaq
17/12/2017 [12:41]:
Bakıda tikinti şirkətinin rəhbəri və vəkili həbs edildi
17/12/2017 [11:36]:
Nazir: Düşməni məhv edəcək PUA-lar sınaqdan keçirilib
17/12/2017 [11:22]:
Bakıda 40-dan artıq cinayət törədən şəxslər saxlanılıb - rəsmi
17/12/2017 [10:29]:
Saakaşvili Poroşenkoya barışıq təklif edib
17/12/2017 [09:36]:
Ermənistan suriyalı qaçqınları Qarabağda yerləşdirir - rəsmi
17/12/2017 [00:49]:
Bakıda gömrük rəisi işdən çıxarıldı
17/12/2017 [00:31]:
Namiq Qaraçuxurlu xəstəxanaya yerləşdirildi
17/12/2017 [00:19]:
Dövlət qurumlarında boş qalan yüksək vəzifələr - siyahı
17/12/2017 [00:01]:
Qurban Qurbanovun milli komandada maaşı məlum oldu - 1 milyon...
16/12/2017 [23:31]:
İstanbulda “21 Azər” Hərəkatıyla bağlı toplantı keçirilib
16/12/2017 [22:48]:
“İTEC proqramına Azərbaycandan olan iştirakçılar üçün hər il 20 yer ayrılır”
16/12/2017 [22:40]:
Saakaşvili: “Ukrayna uğrunda canımdan keçməyə hazıram”
16/12/2017 [21:29]:
Eldar Mahmudov həbs edilir? - təfsilat
16/12/2017 [20:36]:
Bakıda rəssam Leyla Şahbazovanın fərdi sərgisi açılıb
16/12/2017 [19:27]:
İslam dünyasının yenidən formalaşmağa ehtiyacı var”   - Ərdoğan
16/12/2017 [18:39]:
Mehriban Əliyeva ordenlə təltif olundu
Bütün xəbərlər...
...
Həftənin ən çox oxunanları
İlham Əliyevdən pensiyalarla bağlı sərəncam
Prezident 4 nəfərə rütbə verdi, aralarında Zeynal Nağdəliyevin oğlu da var - Sərəncam
Fazil Məmmədov səfir göndərilir?- sabiq nazir könüllü sürgünə gedir
Məhkəmə Əli Həsənovun nəvəsinin xeyrinə qərar çıxardı
Azərbaycanda yeni nazirlik yaradılır - müsahibə
Fazil Məmmədovun yeznəsi 10 milyonla ölkədən qaçıb - iddia
Prezidentdən komitə sədri barədə sərəncam
İcra hakimiyyətinin baş mühasibi tutuldu
Fazil Məmmədovun 100 hektatlıq mülkünə əl qoyuldu - təfsilat
Azərbaycanın gömrük polkovniki Gürcüstanda həbs edilib - Psixotrop maddə ilə
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin