Milli iqtisadi idarəetmə modelinin səmərəliliyinə aktivlərdən istifadənin nəticəliliyi prizmasından yanaılması zərurəti haqqında

12/10/2017 [18:45] - Köşə (1157)
Rasim Həsənov
İqtisad elmləri doktoru, professor

Rasim Həsənov

İqtisad elmləri doktoru, professor
 
                                                                  
Dünya iqtisadiyyatında və onun müxtəlif  kəsimlərində son illərdə baş verənlər, xüsusi ilə iqtisadi inkişafın mütamadi olaraq yeni resurslarla (belə resurslar ənənəvi və qeyri ənənəvi ola bilir)  zənginləşən  xarakteri və sürətinin hədsiz volotilliyi, iqtisadi amillərin bütün kompleksinə, o cümlədən  idarəetmənin  şərtləndirdiyi amillərə yeni rakursdan baxılmasını tələb edir. Azərbaycanda dövlət müstəqilliyinin bərpasından ötən dövrdə mili iqtisadi inkişafın təşəkkül yolu nə qədər cəlbedici olsada,  2014-cü ildə başlayan  "problemlər dövrü"  ölkəmizdə, "idarəetmə imkanları" mövzusunu daha da aktuallaşdırır. 


İqtisadi idarəetmənin geniş təsir spektri və zəngin alət arsenalına malik olmasına rəğmən, bu məqalədə,  daha çox ölkəmizdə dövlət iqtisadi idarə etmə sisteminin bəzi  aspektlərindən bəhs edəcəyik. Belə aspektlərə, idarəetmənin mühüm potensial determinantı kimi, "dövlət aktivlərindən"  istifadə vəziyyətinin qiymətləndirilməsi və onun səmərəliliyinin yüksəldilməsi aid edilmişdir. Məsələ ondadır ki, ümumən çox yüksək "inkişaf dövründə" milli təsərrüfatçılıq sisteminin şaxələndirilməsinə yanaşmada, daxili inkişaf potensialının səfərbər olunmaması, “özünü inkişaf” qabiliyyətinin bərpası və  inklyuzivliyin təmin olunması şərtlərinə riayət edilməməsi, iqtisadi sistemin konyunktur dəyişiklərinə görə volotilliyinin hədsiz yüksəlməsi və inkişaf potensialının dayanıqlığının  kəskin azalmasını doğurmuşdur. 2014-cü ildən başlayaraq dünya neft bazarında baş verən konyunktur dəyişikləri və iqtisadi siyasətin “boşluqları” fonunda, Azərbaycanda milli valyutanın 2015-ci ildə iki mərhələdə  qaçılmaz, kəskin devalvasiyası, iqtisadiyyatın fəaliyyəti üçün böyük resurs və bazar problemləri yaratdı. Doğrudur, hətta yaranan problemlərə baxmayaraq həmin hadisənin qiymətləndirilməsində ekspert və tədqiqatçılar arasında fikir birliyi hələdə yoxdur. Milli valyutanın devalvasiyasının iqtisadi siyasətin hədəflərinə, yaxud inkişaf mərhələsinin çağırışlarına adekvat, gecikmiş və ya  zamanında edilmiş reaksiya olması haqqında fikirlər kifayət qədər rəngarəngdir və nə qədər  paradoksal görünsədə əksər fikirlər ayrılıqda doğru hesab edilə bilər.
Araşdırmalarımız göstərir ki, Azərbaycan iqtisadiyyatında yaranmış çağdaş durum əslində,  dövlət aktivlərinin idarəçiliyi xüsusiyyətlərindən qaynaqlanan, struktur və institusional xarakterə malikdir. Burada isə aparıcı səbəb, iqtisadi idarəetmədə təsərrüfatçılıq mexanizminin transformasiyası və mülkiyyətin dövlətsizləşdirilməsinin başa çatdırılmaması hesab edilməlidir. Çağdaş Azərbaycan iqtisadiyyatının davam edən və özündə “böhran potensialını” daşıyan  tranzitivliyinin ifadəsi kimi, bu iki mühüm arzu olunmaz xüsusiyyətin aradan qaldırılması məqsədi ilə,hesab edirik ki, özəlləşdirmə və dövlət aktivlərinin idarəçiliyi fəlsəfəsinə yeni yanaşmanın tətbiqi son dərəcə zəruridir.


Belə ki, fikrimizcə, Azərbaycan iqtisadiyyatında struktur  problemləri iki istiqamətdən qaynaqlanır və iqtisadi sistemin  “özünü inkişaf qabiliyyəti” və dayanıqlığı səviyyəsinə təsir baxıından təhlükəli hesab olunur. Birinci istiqamət, Azərbaycan iqtisadiyyatının Sovet mirası olan “əyalət iqtisadiyyatı” xarakteri ilə bağlıdır. Digər  amil, problemlərin həllinin yüksək  kapital tutumluğudur. Tranzitiv xarakterli ölkələrin əksəriyyəti üçün xarakterik olan, iqtisadiyyatın struktur “harmoniyasızlığının“ həllinin, cari iqtisadi siyasət üçün prioritet olmamasının bir səbəbi də məhz sonuncudur. İnsititutsional xarakterli problemlər, tranzitiv ölkələrdə əsasən, dövlət idarəetmə sistemində  funksiya və vəzifələrin təkrarlanmasına gətirən bürokratiya aparatının hədsiz genişliyi ilə şərtlənir. 
Ekspertlərin  qiymətləndirmələrinə görə  axırıncı iki ildə Azərbaycanda  baş vermiş son maliyyə böhranlarının səbəbi, bilavasitə axınların sadə disbalansı yox, investorların etimadının itməsi nəticəsində maliyyə aktivlərinin  qiymətlərinə təsirləri və ya aktivlərin azalması ilə birgə, xarici valyutada ifadə olunmuş borcların artması fonunda, aktivlərin dəyərinin azalmasına gətirən lokal maliyə valyuta böhranları olmuşdur.  Ona görədə belə bir mülahizəni formalaşdırmaq mümkündür ki, Dövlətin iqtisadi fəaliyyətdə real və faktiki təsirləri, idarəetmə üçün qəbul edilmiş  yanaşmalardan əhəmiyyətli dərəcədə asılıdır. Dövlətin həll edici rolu, daha böyük resurslara malik olması ilə yox, formalaşdırdığı milli təsərrüfatçılıq mühüti və apardığı iqtisadi siyasətin, ilk növbədə dövlət aktivlərindən iqtisadi inkişafı stimullaşdırmaq və zəruri məqamlarda dəstəkləmək xarakteri ilə şərtlənir. Milli iqtisadi sistemlərin inkişafının dünya təcrübəsini və arzu olunan inklyuzivliyi xüsusiyyətlərini nəzərə alaraq, ölkəmizdə dövlət aktivlərindən istifadənin səmərəliliyinin yüksəldilməsi üzrə müəyyən tövsiyyələr irəli sürmək mümkündür.


Məlum olduğu kimi, müstəillik dövründə Azərbaycanda özəlləşdirmə strategiyasını şərtləndirən əsas amillərə və ya hədəflərə, Dövlət mülkiyyətinin özəlləşdirilməsinin seçilmiş məqsədləri -sahibkarlar təbəqəsinin formalaşdırılması; ictimai mülkiyyətin ədalətli bölgüsünün təmin edilməsi və Dövlət büdcəsinin yeni gəlir kanalının yaradılması aid edilə bilər. Lakin, son iyirmi illik təcrübəmiz göstərir ki, ayrılqda normal hesab edilə biləcək bu məqsədlərin uyuşmazlığı səbəbindən, özəlləşdirmənin alınmış nəticələrini məqbul hesab etmək olmaz. Ona görədə, mükiyyətin dövlətsizləşdirilməsinin, dünya təcrübəsindən çıxış edərək, təklif edirik ki, Azərbaycanda özəlləşdirmənin perspektivinə mövcud iqtisadi reallıqlar çərçivəsində müsbət təsir göstərmək imkanına malik olan, məsələn iqtisadiyyatın şaxaləndirilməsinin dəstəklənməsi, işlək fond bazarlarının formalaşdırılması və s.  kimi məsələlərə diqqət yetirilməsi son dərəcə  vacibdir.


Azərbaycan təcrübəsində, dövlət aktivlərinin idarəçiliyində yol verilən  qeyri-səmərəliliklərin qiymətləndirilməsində, iqtisadi siyasətin məqsədlər piramidasında ierarxiyaların düzgün müəyyənləşdirilməməsi, müxtəlif səviyyəli idarəedicilər tərəfindən qərar qəbulunda lokal maraqlarla tənzimlənən subyektivliyin yüksəkliyi amilləri fərqləndirilməlidir. Apardığımız analtik tədqiqatların nəticəsi olaraq Azərbaycanda aktivlərin idarəçiliyində səmərəliliyin aşağı olmasının konkret səbəbləri : qanunlarla verilən  güzəştlər sayəsində, dövlət müəssisələrinin ictimai məsuliyyəti  və cavabdehliyi ilə təsərrüfatçılıq nəticələrinin adekvatlığı prinsipinin  qorunmaması; Dövlət müəssisələrinin formalaşmış ənənə və ya  ”xüsusi statusları” sayəsində de-fakto əldə etdikləri “qeyri-leqal idarəetmə funksiyaları” hesabına, bir çox hallarda inhisarçılıq səviyyəsinə catan daha əlverişli biznes mühütinə malik olması; mühüm struktur yaradıcı əhəmiyyətə  malik, böyük həcmdə dövlət aktivlərini idarəedən bank - kredit müəssisələrinin, o cümlədən Mərkəzi bankın real sektorun tələblərinə adekvat olmayan qeyri-məqbul   fəaliyyəti; Dövlət  borcuna  və  öhdəliklərinə  xidmət  edilməsi  ilə  bağlı  xərclərin sürətlə artması fonunda, borcları “yaradan” dövlət unitar və korporativ müəssisələrinin,  mülkiyyətçinin gəliri kimi, Dövlət büdcəsinə ödəmə və ayırmaların, həmçinin yüksək likvidli aktivlər olan, vahid xəzinə hesabının qalığı və onun  idarəetməyə  verilməsindən  daxilolmaların  azalan dinamikası; Dövlət mülkiyyətinin özəlləşdirilməsindən daxilolmaların  ənənəvi olaraq böyük kəsirlərlə icra edilməsi və özəlləşdirilmiş müəssisələrin tam gücü ilə fəaliyyət göstrəməməsi və s. kimi identifikasiya olunmasını düzgün hesab edirik.


Beləliklə, bütövlükdə Azərbaycan iqtisadiyyatında  müstəqillik dövrünün iqtisadi inkişaf yolunun, iqtisadi aktivlərin idarəçiliyinin səmərəliliyi və nəticəliliyi baxımından təhlilindən alınan nəticələri əsas götürərək, indiki mərhələdə milli iqtisadi siyasətdə - özəlləşdirilmə və "dövlət borclanması" strategiyasına yeni yanaşmanın tətbiqi təxirə salınmaz vəzifəyə çevirilməlidir. Məsələn, özəlləşdirmənin əsas missiyasının, iqtisadiyyatın “dövlətsizləşdirilməsi” kimi qəbul edilməsini təklif edirik. Yeni  yanaşma əsasında, özəlləşdirmənin realizasiyası, Dövlətin bilavasitə iqtisadi fəaliyyətdən rasional və sürətli uzaqlaşması üzrə tapşırıqların formalaşdırılması, o cümlədən  özəlləşdiriləcək dövlət müəssisələri sferasının mümkün qədər genişləndirilməsi, müvafiq  müəssisə  və  obyektlərin,  hissələrin,  torpaq sahələrinin özəlləşdirilməsinin başa çatdırılması, özəlləşdirmədən dövlət büdcəsinə  daxilolmaların  təmin edilməsi və ölkədə fond bazarının normal  fəaliyyətinin, korporativ müəssisələrin səhmlərinin daimi bazarının təmin edilməsi və s. kimi məsələləri ehtiva etməlidir.    


Dövlət zəmanəti ilə  borclanma strategiyasında isə,  nəzarət  zərfi  dövlətə  məxsus  səhmdar cəmiyyətlərində və şirkətlərdə  mövcud  kredit  xəttlərinə  fərdi yanaşmaqla,  borcun  tənzimlənməsi, mütamadi olaraq valyuta  risklərinin qiymətləndirilməsi və  kredit layihələrinin  bağlanması və resurslarının istifadəsinə nəticəlilik və səmərəlilik baxımından dövlət maliyyə nəzarətinin təmin edilməsi; Dövlət borcunun  maliyyə xarakteristikası nəzərə alınmaqla, ən aşağı xərclə tələb olunan  maliyyələşmənin  təmin edilməsi ilə yanaşı,  xarici  makroiqtisadi  şokların büdcəyə  və  uzunmüddətli  xərclərə  təsirinin  azalması  məqsədi ilə borc yükünün valyuta prioritetləri  müəyyənləşdirilməlidir.


Dövlət aktivlərindən istifadənin səmərəliliyinin yüksəldilməsi məqsədi ilə eyni zamanda iqtisadi idarəetmə modelində bir sıra dəyişiklər aparılmalıdır. Dəyişiklərin əsas xəttini təkmil rəqabətliliyin və dövlət aktivlərinin vahid idarəçilik prinsiplərinin formalaşdırılması təşkil etməlidir. Belə yanaşma, ilk növbədə, Büdcə və Rəqabət  məcəllələrinin qəbul edilməsini,  fiskal və monetar siyasətlərin koordinasiyasının gücləndirilməsi,   dövlət gəlir və xərclərinin  büdcədə tam akkumliyasiyasının təmin edilməsi, dövlət müəssisələrinin mahiyyyət etibarı ilə, dövlət vəsaitləri vasitəsi ilə,“xeyirxahlıq” missiyalarının qadağan edilməsi, təkrarlanan funksiyaları icra edən idarəetmə orqanları və təşkilatların birləşdirilməsi vasitəsi ilə, dövlət xərclərinin azadılması, idarəetmə sistemində inzibatçılıq və maliyyələdirmə modellərinin adekvatlığını təmin edilməsi və s. məsələləri ehtiva edir.

Bu məqalə Beynəlxalq Özəl Sahibkarlıq Mərkəzinin dəstəyi ilə həyata keçirilən “İqtisadi islahatlara ekspert dəstəyi” layihəsi çərçivəsində aparılan araşdırmalar əsasında hazırlanıb.

...
Ərdoğanın ərəb təəsübkeşliyi Türkiyəni daha hansı sınağa çəkəcək? - təhlil
Məhkəmə Əli Həsənovun nəvəsinin xeyrinə qərar çıxardı
Fazil Məmmədov səfir göndərilir?- sabiq nazir könüllü sürgünə gedir
İlham Əliyevin icra başçılarına verdiyi vaxt dekabrın 15-də bitir - təfsilat
İlin sonuna daha 2 nazir və 10 icra başçısı işdən çıxarılacaq - təfsilat
Xəbər lenti
17/12/2017 [20:39]:
Azərbaycan 10-dan çox ölkəyə hərbi məhsul ixrac edir - Nazir
17/12/2017 [19:43]:
Türkiyə Şərqi Qüdsdə səfirlik açacaq
17/12/2017 [18:44]:
Yəməndə ərəb koalisiyası toydan qayıdan insanları bombaladı- 10 qadın öldü
17/12/2017 [17:37]:
Yeni il ərəfəsində əfv olmayacaq
17/12/2017 [16:58]:
Ərdoğana qarşı sui-qəsd planı - 9 nəfər həbs edildi
17/12/2017 [15:42]:
Kiyevdə Saakaşvili tərəfdarlarının yürüşü başladı
17/12/2017 [14:51]:
Yol polisi peşəkar velosipedçiləri saxlayıb cərimə meydançasına apardı - Video
17/12/2017 [13:45]:
Surət Hüseynov enerji və maliyyə biznesi ilə məşğuldur
17/12/2017 [13:16]:
Sabah 12 dərəcə isti olacaq
17/12/2017 [12:41]:
Bakıda tikinti şirkətinin rəhbəri və vəkili həbs edildi
17/12/2017 [11:36]:
Nazir: Düşməni məhv edəcək PUA-lar sınaqdan keçirilib
17/12/2017 [11:22]:
Bakıda 40-dan artıq cinayət törədən şəxslər saxlanılıb - rəsmi
17/12/2017 [10:29]:
Saakaşvili Poroşenkoya barışıq təklif edib
17/12/2017 [09:36]:
Ermənistan suriyalı qaçqınları Qarabağda yerləşdirir - rəsmi
17/12/2017 [00:49]:
Bakıda gömrük rəisi işdən çıxarıldı
17/12/2017 [00:31]:
Namiq Qaraçuxurlu xəstəxanaya yerləşdirildi
17/12/2017 [00:19]:
Dövlət qurumlarında boş qalan yüksək vəzifələr - siyahı
17/12/2017 [00:01]:
Qurban Qurbanovun milli komandada maaşı məlum oldu - 1 milyon...
16/12/2017 [23:31]:
İstanbulda “21 Azər” Hərəkatıyla bağlı toplantı keçirilib
16/12/2017 [22:48]:
“İTEC proqramına Azərbaycandan olan iştirakçılar üçün hər il 20 yer ayrılır”
16/12/2017 [22:40]:
Saakaşvili: “Ukrayna uğrunda canımdan keçməyə hazıram”
16/12/2017 [21:29]:
Eldar Mahmudov həbs edilir? - təfsilat
16/12/2017 [20:36]:
Bakıda rəssam Leyla Şahbazovanın fərdi sərgisi açılıb
16/12/2017 [19:27]:
İslam dünyasının yenidən formalaşmağa ehtiyacı var”   - Ərdoğan
16/12/2017 [18:39]:
Mehriban Əliyeva ordenlə təltif olundu
Bütün xəbərlər...
...
Həftənin ən çox oxunanları
İlham Əliyevdən pensiyalarla bağlı sərəncam
Prezident 4 nəfərə rütbə verdi, aralarında Zeynal Nağdəliyevin oğlu da var - Sərəncam
Fazil Məmmədov səfir göndərilir?- sabiq nazir könüllü sürgünə gedir
Məhkəmə Əli Həsənovun nəvəsinin xeyrinə qərar çıxardı
Azərbaycanda yeni nazirlik yaradılır - müsahibə
Fazil Məmmədovun yeznəsi 10 milyonla ölkədən qaçıb - iddia
Prezidentdən komitə sədri barədə sərəncam
İcra hakimiyyətinin baş mühasibi tutuldu
Fazil Məmmədovun 100 hektatlıq mülkünə əl qoyuldu - təfsilat
Azərbaycanın gömrük polkovniki Gürcüstanda həbs edilib - Psixotrop maddə ilə
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin