Vitse-admiraldan sərt bəyanat - "Hakimlər qanunlarla yox, prokurorluğun sifarişi ilə qərar qəbul edirlər"

28/09/2017 [17:14] - Gündəm (573)



Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) keçmiş komandanı, 8 il 6 ay şərti cəza almış vitse-admiral Şahin Sultanov yenidən məhkəmə önünə çıxarılıb. 
İstiqlal.az xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində onun işi üzrə məhkəmənin ilkin baxış iclası keçirilib.

Vitse-admiral və onunla birlikdə mühakimə olunub, hökmdən narazı qalaraq, apellyasiya şikayəti verənlərin işinə Bakı Apellyasiya Məhkəməsində Elşad Şamayevin sədrlik etdiyi hakimlər kollegiyası baxır.
Bu iş üzrə apellyasiya məhkəməsində bundan əvvəl də məhkəmənin hazırlıq iclası keçirilmişdi. O zaman məlum olmuşdu ki, prokurorluq da Şahin Sultanov və digərlərinə şərti cəza verilməsindən narazı qalıb və apellyasiya protesti verib. Həmin iclasda təqsirləndirilən şəxslər və vəkilləri etiraz etdilər ki, protesti vermək üçün qanunda nəzərdə tutulan müddət ötürülüb. Ona görə də protest qəbul olunmamalıdır.
Amma apellyasiya məhkəməsi bu məsələyə baxmaq üçün işi yenidən Bakı Hərbi Məhkəməsinə qaytardı. Baxmayaraq ki, protest hökmdən dörd ay sonra verilirdi, məhkəmə onun qəbul olunması haqda qərar çıxartdı.
Bugünkü məhkəmədə Şahin Sultanov bir daha Hərbi Prokurorluğun apellyasiya protestinə etiraz edib. O bildirib ki, Hərbi Prokurorluq tərəfindən apellyasiya protestinin verilməsi üçün müddət aprelin 6-da bitib: "Qanuna əsasən, Hərbi Prokurorluğun vəsatətinin təmin edilməsi üçün prokurorluq gecikməyə görə üzrlü səbəb göstərməli idi. Belə səbəb isə yoxdur. Özləri dörd ay yubadıblar".

Şahin Sultanovun vəkili Telman Abdıyev vəsatətlə çıxış edərək,  prosesin məhkəmə istintaqı ilə keçirilməsini istəyib: "Cinayət işi üzrə şahid qismində adı keçən Əli Allahverdiyevin yenidən məhkəmədə dindirilməsini tələb edirik".
Amma vəsatətlərin heç biri təmin olunmayıb.
Məhkəmənin baxış oktyabrın 4-nə təyin olunub.
Vitse-admiral eyni zamanda, Məhkəmə-Hüquq Şurasına da müraciət edib. Göstərib ki, məhkəmənin uydurma səbəbi "üzrlü" sayıb prokurorluğun 4 ay gecikmiş vəsatətini qəbul etməsi Azərbaycan qanunlarına qarşı saymamazlıq və hörmətsizlikdir.
"Bakı Hərbi Məhkəməsinin ədalətsiz və əsassız hökm çıxarması, dörd ay ərzində apellyasiya şikayətini və sənədləri Bakı Apellyasiya Məhkəməsinə göndərməməsi, heç bir qanuni əsas olmadan Hərbi Prokurorluğun protestlə bağlı vəsatətini təmin etməsi göstərir ki, hakimlər qanunlar əsasında yox, Hərbi Prokurorluğun istəyi və sifarişi əsasında qərar qəbul edirlər. Belə çıxır ki, məhkəmə prokurorluğu protestə görə lazım gəlsəydi, altı ay da gözləyə bilərdi", - deyə Şahin Sultanov Məhkəmə Hüquq Şurasına yazır.
Ş.Sultanov 2014-cü ilin aprelində həbs olunub. Həmin vaxt Hərbi Prokurorluq açıqlama yaymışdı ki, Hərbi Dəniz Qüvvələrində aparılan yoxlamalar zamanı pozuntular aşkarlanıb. Həmin ilin dekabrında Sultanov barəsində həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olundu və o, azadlığa buraxıldı.
Ş.Sultanov Cinayət Məcəlləsinin 313 (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinib və ona 8 il 6 ay şərti cəza verilib. Prokuror isə onun 13 il azadlıqdan məhrum edilməsini istəmişdi.
Aytən Məmmədova
Xəbərə dair fotolar (Şəkilləri böyütmək üçün tıklayın)
...
İş adamı Ramiz Mehdiyevə şikayət etdi - açıq məktub
Ziya Məmmədovun müşaviri həbs oluna bilər - Təfsilat
"Bizim market"də müştərinin qolu sınıb - rəhbərlik müştərini günahkar çıxardıb
Ermənistanda 70 rəsmi milyonçu olduğu halda, bizdə niyə biri də yoxdur? - təhlil
İlham Əliyevin sədr təyin etdiyi Qoşqar Təhməzli kimdir? - dosye
Xəbər lenti
20/01/2018 [01:02]:
Məşhur klinikaının sahibi: Barəmdə cinayət işinin açılması yalandır
20/01/2018 [00:10]:
20 Yanvar faciəsindən 28 il ötür
19/01/2018 [23:41]:
Bakıda ruhi xəstə maşın qaçıraraq qəza törədib – iki yaralı - Foto
19/01/2018 [22:37]:
Mübariz Mənsimovun daha bir tankeri həbs olundu
19/01/2018 [21:33]:
Hövsanda zəncirvari yol qəzası baş verib
19/01/2018 [20:52]:
Azərbaycan Ordusunun hərbçisi şəhid olub
19/01/2018 [20:23]:
“Sobesendik” qəzetinin azərbaycanlı yaradıcısı vəfat edib
19/01/2018 [19:59]:
İlham Əliyev Silahlı Qüvvələr haqqında qanunun tətbiqi barədə fərman imzalayıb
19/01/2018 [19:53]:
Bakı Metropolitenində tuneldə qalan qatar depoya göndərilib
19/01/2018 [19:47]:
Donald Trampın verəcəyi ziyafətin bileti 100 min dollardır
19/01/2018 [19:18]:
Bələdəiyyələrə əlavə səlahiyyət verilir - Yollardakı parklama yerlərindən pul yığacaqlar
19/01/2018 [19:02]:
Ağsuda mənşəyi məlum olmayan bir ton ət aşkarlanıb
19/01/2018 [18:51]:
Yerevanda qiymətlərin yüksəlməsinə qarşı etiraz aksiyası keçirilir - Video
19/01/2018 [18:33]:
Rövşən Lənkəranskinin qardaşı danışdı
19/01/2018 [18:21]:
İlham Əliyevdən QMİ ilə bağlı sərəncam
19/01/2018 [17:57]:
Bakı Atatürk Liseyində 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
19/01/2018 [17:40]:
Azərbaycana Rusiyadan müasir hərbi texnikalar gətirildi - Video
19/01/2018 [17:15]:
Mərkəzi Bank 3 günlük rəsmi məzənnəni açıqladı
19/01/2018 [16:44]:
Ermənilərdən növbəti təxribat - Bir əsgərimiz şəhid oldu
19/01/2018 [16:25]:
Dövlət qulluğuna qəbul və sınaq imtahanlarının vaxtı açıqlanıb
19/01/2018 [16:09]:
Azərbaycanlı ailə polisi girov götürdü, arvadı özünü bıçaqladı - Almaniyada şok
19/01/2018 [15:47]:
Türkiyənin müdafiə naziri: Afrinə girəcəyik
19/01/2018 [15:18]:
Azərbaycanda kütləvi şəkildə at kəsiləcək - İcazə verildi
19/01/2018 [14:53]:
"Bu acı günündə qardaş Azərbaycanın kədərini bölüşürük" - Türkiyə səfriliyi
19/01/2018 [14:51]:
Sabah Bakıda 8 dərəcə isti olacaq
Bütün xəbərlər...
...
Həftənin ən çox oxunanları
İlham Əliyev nazir müavinini işdən çıxartdı
Həkim yaydığı videoya görə işdən çıxarıldı - Prezidentə müraciət
İş adamı Ramiz Mehdiyevə şikayət etdi - açıq məktub
Fazil Məmmədovun “kassiri” istintaqa cəlb olundu - Eldar Mahmudovla əlbir olduğu üçün
Bakıda deputatı komaya saldılar - təfsilat
Mirşahin telekanal açır - Komandasında kimlər var?
Fazil Məmmədovun "sağ əli" də məzuniyyətə göndərildi
Mübariz Mənsimovdan gəmilərin müsadirəsinə reaksiya
Ziya Məmmədovun müşavirinin tutdurmaq istədiyi şəxsi oğurladılar
Azərbaycanda yeni qurum yaradıldı - Prezident fərman imzaladı
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin