Ötən il 4400 nəfər SOCAR-la yollarını ayırıb

26/09/2017 [17:23] - İqtisadiyyat (67)



SOCAR üzrə müəssisə və təşkilatlar daxil olmaqla, 1 yanvar 2017-ci il tarixinədək işçilərin faktiki sayı 50735 nəfər təşkil edir.
 
"APA-Economics" SOCAR-ın 2016-cı il üzrə illik hesabatına istinadən xəbər verir ki, hesabat dövrü ərzində SOCAR-a 3009 nəfər işə qəbul edilib. Onlardan 1089 nəfəri SOCAR-ın müəssisələrində işləyən, 1920 nəfəri isə kənardan işə qəbul olunan işçilərdir. İşə qəbul edilənlərdən 2 nəfərə ilk iş yeri olduğuna görə əmək kitabçası açılıb.
 
Həmin müddət ərzində 4376 nəfər işdən azad olunub.
 
01.01.2017-ci il tarixinədək SOCAR-da işləyənlərdən 5981 nəfəri rəhbər işçi, 9398 nəfər mütəxəssis, 279 nəfər texniki icraçı və 35077 nəfər fəhlədir. O cümlədən 8532 nəfəri qadın, 188 nəfəri təqaüdçü, 16587 nəfəri ali təhsillidir. 2016-cı il ərzində vəzifəyə təyin olunma ilə əlaqədar SOCAR-ın prezidenti və Kadrların İdarə Edilməsi Komitəsi tərəfindən 115 əmək müqaviləsi bağlanıb. Həmin müddət ərzində 1168 nəfərlə bağlanmış əmək müqaviləsinə xitam verilib.
 
01.01.2016 - 01.01.2017-ci il dövrü ərzində SOCAR üzrə işçilərin sayı 1369 nəfər azalaraq 01.01.2017-ci il tarixinədək 50735 nəfər təşkil edib. İşçilərin sayının azalması struktur islahatlarının aparılması və müəssisələrdə işçilərin sayının optimallaşdırılması ilə əlaqədardır. Həmin dövr ərzində 4376 nəfər işdən azad olunub. 4376 nəfər işdən azad olunanlardan 2505 nəfərin işdən azad olunması işçinin təşəbbüsü və SOCAR-da struktur
dəyişikliyi nəticəsində müəssisələrarası yerdəyişmə səbəbindən olduğunu nəzərə alaraq hesabat ilində əmək müqavilələrinə xitam verilənlərin sayı 1871 nəfər təşkil edir. İşdən azad olunanlardan 716 nəfər təqaüd yaşına görə, 425 nəfərin iş yerlərinin sərbəstləşdirilməsi, 189 nəfərin vəfat etməsi, 5 nəfərin hərbi xidmətə getməsi, 453 nəfərin əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar, 83 nəfər əlilliyə görə (səhhəti ilə əlaqədar) işdən azad olunub. Beləliklə, 2016-cı il ərzində SOCAR üzrə kadr axımı 5,1% təşkil edib. 2016-cı il ərzində SOCAR-ın müəssisələrinə 3009 nəfər işə qəbul olunub. O cümlədən, 1089 nəfər şirkətdaxili yerdəyişmə ilə əlaqədar və 1920 nəfər kənardan işə qəbul olunanlardır.
Kreml Bakıdakı dostlarını növbəti dəfə necə məyus etdi? - təhlil
Vergi müfəttişlərindən inanılmaz dələduzluq - özəl
Hökumətin sosial fəlakət siyasəti – təhlil
Bakıda gömrükçülər həbs edildi - aralarında deputatın qohumu da var
Nazir şöbə müdirini işdən çıxartdı
Xəbər lenti
24/10/2017 [11:07]:
Həbsdən qaçışa görə vəzifəli şəxslər saxlanıldı - Adlar
24/10/2017 [10:47]:
Binəqədinin bir hissəsinə su məhdudiyyətlərlə veriləcək
24/10/2017 [10:15]:
Ölkədə seysmik vəziyyətin fon səviyyəsi 8-9 baldır
24/10/2017 [09:52]:
Bərdənin su təchizatında problem yarandı
24/10/2017 [09:32]:
Ermənistanda rusiyalı əsgər xidmət yoldaşını öldürüb
24/10/2017 [01:03]:
İlin ən yaxşı futbolçusu məlum olub
24/10/2017 [00:21]:
İlham Əliyevdən daha bir sərəncam
23/10/2017 [23:29]:
Bakıda xarici qonaqlara xüsusi taksilər xidmət göstərəcək
23/10/2017 [22:38]:
Maltalı jurnalist neftə görə öldürülüb
23/10/2017 [21:47]:
Çeçenistanda “Rosqvardiya”çı 4 xidmət yoldaşını qətlə yetirib
23/10/2017 [20:54]:
Bağlanan 11 bankın əmanətçilərinə 748 milyon manat ödənilib
23/10/2017 [20:25]:
"Çudo Peçka”nın 27 əməkdaşı istintaqda dindirilib
23/10/2017 [20:18]:
Müsavat Bakı meriyasının qarşısında piket keçirəcək
23/10/2017 [19:57]:
Türkiyə İŞİD sıralarında döyüşmüş keçmiş hərbçini Rusiyaya təhvil verib
23/10/2017 [19:42]:
Avropa Birliyi Ermənistanın təxribatları barədə məlumatlandırılıb
23/10/2017 [19:25]:
Azərbaycan Karate Federasiyasında böhran - "Onları saxlaya bilmirik"
23/10/2017 [19:21]:
Sarkisyan Rusiya ilə vahid qoşun qruplaşması yaradılması haqda sazişi təsdiqlədi
23/10/2017 [19:10]:
Dövlət ipoteka kreditlərinin maksimal məbləği 50% artırılıb
23/10/2017 [18:42]:
Cəlilabadda məktəbə 2 nəfər direktorluq edir - Qalmaqal
23/10/2017 [18:22]:
Uşaqların dini mərasimlərə aparılması rəsmən qadağan olunur
23/10/2017 [18:07]:
Məhbusların qaçması ilə bağlı Penitensiar Xidmətin üç əməkdaşı istintaqa cəlb edilib
23/10/2017 [18:05]:
Bakıda 108 min manatlıq dondurma qalmaqalı
23/10/2017 [17:55]:
Hərbiçilərin kompensasiyası ilə bağlı dəyişiklik - Baş nazir qərar verdi
23/10/2017 [17:53]:
Növbəti 3 gündə güclü geomaqnit həyəcanlaşması gözlənilir - Xəbərdarlıq
23/10/2017 [17:30]:
Həbsdən qaçan "Qoca" kimdir?
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
“Bakıda böyük partlayış olacaq” - Əməkdar memardan həyəcan təbili
Prezidentdən polislə bağlı sərəncam
Sükan arxasında söhbət edənlər necə müəyyən ediləcək? - Açıqlama
Daha 3 dövlət qurumunun xidməti avtomobilləri əlindən alındı
Vəzirov 1989-cu ildə Bakıda olan ABŞ səfirinə nə deyib?
Nazir müavini nazirlə quda oldu
Kəmaləddin Heydərov qadın generalı istefaya göndərdi
Fətullah Gülənin Azərbaycanda əsas adamı həbs olundu
Hökumətin sosial fəlakət siyasəti – təhlil
Kapitan gəmini partlatmaq istədi - Bakıda
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin