Hansı ali məktəbin güzəştli tələbəsi çoxdur? - siyahı

23/09/2017 [20:36] - Mədəniyyət (106)



Dövlət ali məktəblərində müxtəlif kateqoriyadan olan tələbələr arasında müəyyən güzəştlərə malik olan gənclər var. Məsələn, məcburi köçkün tələbələr dövlət ali məktəblərinin ödənişli ixtisaslarında təhsil aldıqları müddətdə ödənişdən azaddırlar.

Maraqlıdır,  hazırda ali məktəblərdə nə qədər məcburi köçkün gənc təhsil alır?

Bakı Dövlət Universitetinin mətbuat katibi  Pərvanə İbrahimova:

“Ümumiyyətlə, ali təhsil müəssisələrində 4 kateqoriya üzrə güzəşt mövcuddur. Bunlar qaçqın və məcburi köçkünlər, şəhid ailələri, Qarabağ müharibəsi əlillərinin övladları və valideyn himayəsindən məhrum olanlardır. Bu kateqoriyadan olan tələbələr təhsil haqlarından azaddırlar.
Qeyd edilən kateqoriyadan olan tələbələrin universitetimiz üzrə ümumi sayı 1535 nəfərdir. Bu il qəbul olunanların sayı isə 515 nəfərdir”.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mənsur İbrahimli:

“Azərbaycan Dövlət Pedaqoji Universitetində bakalavriat səviyyəsində II, III, IV kurslar üzrə  340 nəfər, magistr səviyyəsində 28 nəfər məcburi köçkün tələbə ali təhsil alır.
 2017-2018-ci tədris ilində isə ali təhsilin bakalavriat səviyyəsinə 155, magistr səviyyəsinə isə 19 nəfər məcburi köçkün tələbər qəbul olunub”.

Azərbaycan Texniki Universitetinin mətbuat xidmətinin rəhbəri Nicat Abdullayev:

“Hazırda Azərbaycan Texniki Universitetində 326 nəfər qaçqın və məcburi köçkün olan tələbə təhsil alır.  Əyani və qiyabi şöbələr üzrə Nəqliyyat fakültəsində 62, Elektrotexnika və energetikada 49, Radiotexnika və rabitədə 45, Maşınqayırmada 60, Metalurgiyada 37, Avtomatika və kompyuter texnikasında 140, Mühəndis biznesi və menecmentdə 14, Xüsusi texnika və texnologiya fakültəsində 3 məcburi köçkün tələbə var. Bu il AzTU-ya ümumilikdə 89 nəfər məcburi köçkün tələbə qəbul olunub”.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) ictimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Bəhruz Nəzərov:

“Bu il ümumilikdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə 2471 bakalavr qəbul olunub. Onlardan 885-i ödənişli əsaslarla, 1586-sı isə dövlət hesabına təhsil alır. Magistr səviyyəsinə isə 512 nəfər qəbul olunub. Onlardan 231-i dövlət hesabına, 281-i isə ödənişli əsaslarla təhsil alır.
Bu il qəbul olanlardan 124 bakalavr, 21 magistr məcburi köçkün tələbələrdir. 10 bakalavr, 2 magistr valideyn himayəsindən məhrum olanlardır. 16 bakalavr isə şəhid ailələrinin övladlarıdır. Bu tələbələr təhsil aldıqları müddətdə təhsil haqlarından tamamilə azaddırlar”.

 Azərbaycan Memarlıq və İnşaat Universitetinin mətbuat katibi Nəcibə Mirzəyeva:

“AzMİU-da ümumilikdə 789 nəfər məcburi köçkün təhsil alır. Onlardan 138 nəfəri bu il daxil olub. 24 nəfər abituriyent isə ali məktəbimizə qəbul olunub, amma qeydiyyatdan keçməyib. Onlar ödənişli əsaslarla daxil olan şəxslərdir ki, maddi imkansızlıq ucbatından, təhsil haqqını ödəyə bilmədikləri üçün oxuya bilmirlər”.

Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidmətinin rəhbəri Günel Aslanova:

“ATU-da ümumilikdə 326 məcburi köçkün təhsil alır. Bu il isə  62 məcburi köçkün tələbə qəbul olunub. Qeyd edim ki, bu tələbələr  güzəştli kateqoriyaya daxildirlər və təhsil haqlarından tamamilə azaddırlar”.
Kreml Bakıdakı dostlarını növbəti dəfə necə məyus etdi? - təhlil
Vergi müfəttişlərindən inanılmaz dələduzluq - özəl
Hökumətin sosial fəlakət siyasəti – təhlil
Bakıda gömrükçülər həbs edildi - aralarında deputatın qohumu da var
Nazir şöbə müdirini işdən çıxartdı
Xəbər lenti
24/10/2017 [11:07]:
Həbsdən qaçışa görə vəzifəli şəxslər saxlanıldı - Adlar
24/10/2017 [10:47]:
Binəqədinin bir hissəsinə su məhdudiyyətlərlə veriləcək
24/10/2017 [10:15]:
Ölkədə seysmik vəziyyətin fon səviyyəsi 8-9 baldır
24/10/2017 [09:52]:
Bərdənin su təchizatında problem yarandı
24/10/2017 [09:32]:
Ermənistanda rusiyalı əsgər xidmət yoldaşını öldürüb
24/10/2017 [01:03]:
İlin ən yaxşı futbolçusu məlum olub
24/10/2017 [00:21]:
İlham Əliyevdən daha bir sərəncam
23/10/2017 [23:29]:
Bakıda xarici qonaqlara xüsusi taksilər xidmət göstərəcək
23/10/2017 [22:38]:
Maltalı jurnalist neftə görə öldürülüb
23/10/2017 [21:47]:
Çeçenistanda “Rosqvardiya”çı 4 xidmət yoldaşını qətlə yetirib
23/10/2017 [20:54]:
Bağlanan 11 bankın əmanətçilərinə 748 milyon manat ödənilib
23/10/2017 [20:25]:
"Çudo Peçka”nın 27 əməkdaşı istintaqda dindirilib
23/10/2017 [20:18]:
Müsavat Bakı meriyasının qarşısında piket keçirəcək
23/10/2017 [19:57]:
Türkiyə İŞİD sıralarında döyüşmüş keçmiş hərbçini Rusiyaya təhvil verib
23/10/2017 [19:42]:
Avropa Birliyi Ermənistanın təxribatları barədə məlumatlandırılıb
23/10/2017 [19:25]:
Azərbaycan Karate Federasiyasında böhran - "Onları saxlaya bilmirik"
23/10/2017 [19:21]:
Sarkisyan Rusiya ilə vahid qoşun qruplaşması yaradılması haqda sazişi təsdiqlədi
23/10/2017 [19:10]:
Dövlət ipoteka kreditlərinin maksimal məbləği 50% artırılıb
23/10/2017 [18:42]:
Cəlilabadda məktəbə 2 nəfər direktorluq edir - Qalmaqal
23/10/2017 [18:22]:
Uşaqların dini mərasimlərə aparılması rəsmən qadağan olunur
23/10/2017 [18:07]:
Məhbusların qaçması ilə bağlı Penitensiar Xidmətin üç əməkdaşı istintaqa cəlb edilib
23/10/2017 [18:05]:
Bakıda 108 min manatlıq dondurma qalmaqalı
23/10/2017 [17:55]:
Hərbiçilərin kompensasiyası ilə bağlı dəyişiklik - Baş nazir qərar verdi
23/10/2017 [17:53]:
Növbəti 3 gündə güclü geomaqnit həyəcanlaşması gözlənilir - Xəbərdarlıq
23/10/2017 [17:30]:
Həbsdən qaçan "Qoca" kimdir?
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
“Bakıda böyük partlayış olacaq” - Əməkdar memardan həyəcan təbili
Prezidentdən polislə bağlı sərəncam
Sükan arxasında söhbət edənlər necə müəyyən ediləcək? - Açıqlama
Daha 3 dövlət qurumunun xidməti avtomobilləri əlindən alındı
Vəzirov 1989-cu ildə Bakıda olan ABŞ səfirinə nə deyib?
Nazir müavini nazirlə quda oldu
Kəmaləddin Heydərov qadın generalı istefaya göndərdi
Fətullah Gülənin Azərbaycanda əsas adamı həbs olundu
Hökumətin sosial fəlakət siyasəti – təhlil
Kapitan gəmini partlatmaq istədi - Bakıda
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin