İlham Əliyev Milli Məclisin qəbul etdiyi qanunu rədd edib - rəsmi

21/09/2017 [11:14] - Siyasət (2744)



Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclisin bu il iyunun 13-də qəbul etdiyi “Dövlət qulluğu haqqında” qanuna etdiyi dəyişikliyə etiraz edib.

Etiraz barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin dünən - sentyabrın 20-də keçirilmiş iclasında məlumat verilib.

Etiraza səbəb “Dövlət qulluğu haqqında” qanunun 8.1.2-ci maddəsinə (Dövlət orqanlarının təsnifatı) Məhkəmə-Hüquq Şurası Aparatının daxil edilməsi olub.

Bu siyahıya əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Konstitusiya qanunları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən dövlət orqanları – Azərbaycan Respublikasının Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikasının Hesablama Palatası, Məhkəmə-Hüquq Şurasının Aparatı, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatı (1-ci kateqoriya dövlət orqanları) daxildir.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sentyabrın 20-də iclasında komitə üzvləri Milli Məclis tərəfindən bu il iyunun 13-də qəbul edilmiş "Dövlət qulluğu haqqında" qanuna dəyişikliklər edilməsi barədə qanuna Azərbaycan Prezidentinin etirazı haqqında məsələyə münasibət bildiriblər. Qeyd olunub ki, bu qanunun qəbulu zamanı komitə üzvləri diqqətsizliyə yol veriblər. Müzakirələrdən sonra komitə həmin qanunun məqsədəuyğun olmaması barədə Prezidentin təklifini qəbul edib.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rəfael Cəbrayılov “Report”a açıqlamasında deyib ki, Məhkəmə-Hüquq Şurasının Aparatı məhkəmə hakimiyyətini həyata keçirən ali dərəcəli orqan deyil, ona görə də dövlət başçısının etiraz doğrudur: “Məhkəmə-Hüquq Şurasının Aparatı ali kateqoriyalı dövlət qulluqçuları sırasına daxil edilmişdi. Amma Konstitusiyaya və “Məhkəmə-Hüquq Şurası haqqında” qanununa görə Məhkəmə Hüquq Şurası hakimlərin özünüidarə orqanıdır. Həmin orqan məhkəmə hakimiyyətini həyata keçirən ali dərəcəli orqan deyil. Biz bunu ali kateqariyalı dövlət qulluqçuları sırasına daxil etməklə, səvhə yol vermişdik. Prezident İlham Əliyev də həmin qanunu imzaladı və geri qaytardı. Bu da tam doğru addımdır”.
...
İş adamı Ramiz Mehdiyevə şikayət etdi - açıq məktub
Ziya Məmmədovun müşaviri həbs oluna bilər - Təfsilat
"Bizim market"də müştərinin qolu sınıb - rəhbərlik müştərini günahkar çıxardıb
Ermənistanda 70 rəsmi milyonçu olduğu halda, bizdə niyə biri də yoxdur? - təhlil
İlham Əliyevin sədr təyin etdiyi Qoşqar Təhməzli kimdir? - dosye
Xəbər lenti
17/01/2018 [10:51]:
Azərbaycan nefti yenidən bahalaşdı
17/01/2018 [10:17]:
Bələdiyyə sədrini amansızlıqla öldürən şəxsin qardaşı da qətl törədib
17/01/2018 [09:38]:
Hökumət ixracla bağlı yeni qərar verdi - rəsmi
17/01/2018 [00:03]:
İş adamı Ramiz Mehdiyevə şikayət etdi - açıq məktub
16/01/2018 [23:37]:
Ərəblər Azərbaycanda otel biznesi qurmaq istəyirlər
16/01/2018 [22:45]:
Azərbaycanda 10 min söz lüğətdən çıxarılacaq
16/01/2018 [21:21]:
Ziya Məmmədovun müşavirinin tutdurmaq istədiyi şəxsi oğurladılar
16/01/2018 [20:33]:
Ramin Quluzadə Dövlət Dəniz Adminstrasiyasına getdi - Nazir tapşırıqlar verdi
16/01/2018 [19:40]:
Sabah Bakının bu rayonlarında qaz olmayacaq
16/01/2018 [19:19]:
Salyanda inkubator sexi yandı
16/01/2018 [18:40]:
Azərbaycan diasporunun üzvünü oğurlayan şəxslər tutulub
16/01/2018 [18:21]:
“Real Madrid”in prezidenti Kriştianu Ronaldunu satmağa hazırlaşır
16/01/2018 [18:11]:
Son 59 ildə ilk dəfə olaraq Türkiyə prezidenti Vatikana səfər edəcək
16/01/2018 [17:47]:
“Qarabağ” dünyanın ən yaxşı 100 komandası sırasında yer alıb
16/01/2018 [17:45]:
Ağciyər Xəstəlikləri İnstitutunda qalmaqal - Video
16/01/2018 [17:16]:
Dolların yeni məzənnəsi müəyyənləşdi
16/01/2018 [17:08]:
Xalq artisti reanimasiyaya yerləşdirildi
16/01/2018 [16:58]:
Azərbaycanda yeni qurum yaradıldı - Prezident fərman imzaladı
16/01/2018 [16:34]:
İsa Qəmbərin qardaşı onu Almaniyada müalicə etdirmək istəyir
16/01/2018 [16:20]:
Qanunsuz dini təbliğat aparan 142 nəfər məsuliyyətə cəlb olunub
16/01/2018 [15:57]:
Kiyevdə çaxnaşma - Radanın önünə 4 min polis yeridildi
16/01/2018 [15:40]:
Orduya yeni çağırılan gənclər hərbi hissələrə necə qəbul olunur? - Video
16/01/2018 [15:29]:
Azərbaycanda banklara qarşı tədbirlər sərtləşdirilə bilər
16/01/2018 [15:17]:
Şamaxıda vulkan püskürüb
16/01/2018 [15:02]:
Aygün Kazımova Bakının mərkəzində qayda pozdu - Video
Bütün xəbərlər...
...
Həftənin ən çox oxunanları
İlham Əliyev nazir müavinini işdən çıxartdı
Azərbaycanda olan iki rus kəndi köçürülür - Putindən göstəriş
Şəmkirdə “yeni il qalmaqalı” - İcra başçısı məmurlara “çek” yolladı
İlham Əliyev Əhəd Abıyevlə bağlı sərəncam verdi
Fazil Məmmədovun “kassiri” istintaqa cəlb olundu - Eldar Mahmudovla əlbir olduğu üçün
Fazil Məmmədovdan gözlənilməz addım - nazir müavinini istefaya göndərdi
Mikayıl Cabbarov məşhur bəstəkarın oğluna da vəzifə verib
Məlum və naməlum Putin: Onun hədəfi nədir? - Təhlil
Bakıda deputatı komaya saldılar - təfsilat
Mirşahin telekanal açır - Komandasında kimlər var?
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin