Xaricdə dövlət universitetlərinin təhsilhaqqı aşağı salınır, Azərbaycanda isə qaldırılır

20/09/2017 [15:50] - Cəmiyyət (134)



Dünyanın bir çox ölkəsində dövlət universitetlərinə tələbə cəlb etmək üçün təhsilhaqqı aşağı salınır və ya umumiyyətlə ləğv edilir. Amma Azərbaycanda vəziyyət tamamilə fərqlidir. Bizim dövlət ali məktəblərində ödənişli yerlərin sayı ildən-ilə artır, pulsuz yerlər azalır. 
Bu il Azərbaycanda həm dövlət, həm də özəl universitetlərdə təhsil haqqı artırılıb. Məsələn, keçən il ödənişi 3800 manat olan BDU-nun Hüquq fakültəsinin təhsil haqqı 4300 manata qədər qalxıb. 
“ADA” Universitetində elə ixtisas var ki, illik ödənişi 6500 manatdır. 
Dövlət İdarəçilik Akademiyasında illik ödənişi 2500 AZN, İqtisad Universitetində 1900-2500 AZN, Bakı Mühəndislik Universitetində 2000-2500 AZN, Dillər Universitetində 1000-2500 AZN, Milli Aviasiya Akademiyasında 1600-2500 AZN, Gömrük Akademiyasında 3000 AZN, Memarlıq və İnşaat Universitetində 2300 AZN, Tibb Universitetində 2000-3000 AZN, Bədən Tərbiyəsi və İdman Akademiyasında 2200 AZN olan ixtisaslar var.
Məsələ ilə bağlı Modern.az-a danışan təhsil eksperti Kamran Əsədov deyib ki, Azərbaycanda 54 ali təhsil müəssiəsində 160 minə yaxın tələbə təhsil alır. 
“Onlardan 70 faizi ödənişli əsaslarlarla, 30 faizi isə ödənişsiz əsaslarla (yəni dövlət sifarişli ixtisaslar) təhsil alırlar. Hər il ali məktəblərə qəbul aparılan plan yerinin 70-71 faizi ödənişli əsaslar, 29-30 faizi isə ödənişsiz əsaslar üçün nəzərdə tutulur. Əlbəttə, müqayisə etsək,  Azərbaycanın iqtisadi resursları ilə təbii ki, ödənişi əsaslarla plan yerlərinin sayı olduqca çoxdur. Azərbaycanda universitetlərdə təhsil haqları Azərbaycan vətəndaşının orta əməkhaqqına uyğun deyil. Nəzərə alsaq ki, Azərbayacan ali məktəblərinin heç biri dünyanın reytinq siyahısında yer almır. Halbuki, bizim universitetlərimizin təhsil haqları dünya reytinqində olan universitetlərdəkindən dəfələrlə çoxdur. Hesab edirəm ki, bu, düzgün yanaşma deyil. Dünya təcrübəsi ilə müqayisə etsək, Azərbaycanda təhsil haqları müəyyən olunarkən yalnız universitetin xərcləri və gəlirləri əsasında müəyyən olunur”.
K.Əsədov bildirib ki, dünyada bu proses fərqlidir, universitetə tələbə cəlb etmək üçün təhsilhaqqını minimuma endirirlər. 
“Məsələn, Türkiyədə bir çox dövlət universitetlərində bəzi ixtisasların ödənişləri Azərbaycan pulu ilə 90-100 manatdır. Halbuki, həmin universitetlərin təhsil səviyyəsi, dünya reytinqində yeri Azərbaycan universitetlərindən dəfələrlə yüksəkdir. Türkiyənin iri şəhərlərində yerləşən universitetlərin təhsil haqları Azərbaycanın bölgələrindəki ən geridə qalmış universitetin təhsil haqqından 5-6 dəfə aşağıdır, təhsil səviyyəsi isə Azərbaycan təhsilindən dəfələrlə yüksəkdir.  Bundan başqa, Türkiyə universitetlərində dərsin başlama müddətinə, yəni dərsin 1-ci, 2-ci, 3-cü növbə olmasında görə, təhsil haqları müxtəlif olaraq müəyyənləşir. Təhsil haqları daha çox axşam saatlarında keçirilən dərslərə görə müəyyən olunur. Məsələn, əgər birinci növbədə təhsil haqqı 100 manatdırsa, bu, ikinci növbədə 200 manat olur. Hətta Türkiyənin dövlət universitetlərinin əksəriyyətində 1-ci növbə üçün təhsil haqqı müəyyən edilmir. Bütün bunların sayəsində 2-ci növbədə oxuyan tələbə rahat şəkildə işləyir, sonra dərsə gəlir. 
Azərbaycan müstəqillik əldə edənə qədər Sovetlər dövründə bu prinsipdən istifadə olunurdu. Yəni, belə deyək ki, bizdə də axşam saatlarında tədris həyata keçirilirdi. İndi isə Azərbaycanda təhsil yalnız 1-ci və 2-ci növbə olaraq müəyyən olunur. Universitetlərdə daha çox 1-ci, 3-cü kurslar səhər növbəsində, 2-ci, 4-cü kurslar isə ikinci növbədə təhsil alır. Yalnız MBA proqramı üzrə magistratura pilləsində təhsil alanların dərsləri saat 7-dən sonra başlayır. Onların da təhsil haqqı dərsin başlama vaxtına görə təyin olunmur. Amma Azərbaycanda təhsil haqları 1-ci və 2-ci növbə üçün standart olaraq müəyyənləşir. Hesab edirəm ki, resursların cəlb olunmasına görə müxtəlif təhsil haqlarının müəyyən olunması bu sahəyə insanların maraq göstərməsinə səbəb olacaq”.
...
İş adamı Ramiz Mehdiyevə şikayət etdi - açıq məktub
Ziya Məmmədovun müşaviri həbs oluna bilər - Təfsilat
"Bizim market"də müştərinin qolu sınıb - rəhbərlik müştərini günahkar çıxardıb
Ermənistanda 70 rəsmi milyonçu olduğu halda, bizdə niyə biri də yoxdur? - təhlil
İlham Əliyevin sədr təyin etdiyi Qoşqar Təhməzli kimdir? - dosye
Xəbər lenti
17/01/2018 [10:51]:
Azərbaycan nefti yenidən bahalaşdı
17/01/2018 [10:17]:
Bələdiyyə sədrini amansızlıqla öldürən şəxsin qardaşı da qətl törədib
17/01/2018 [09:38]:
Hökumət ixracla bağlı yeni qərar verdi - rəsmi
17/01/2018 [00:03]:
İş adamı Ramiz Mehdiyevə şikayət etdi - açıq məktub
16/01/2018 [23:37]:
Ərəblər Azərbaycanda otel biznesi qurmaq istəyirlər
16/01/2018 [22:45]:
Azərbaycanda 10 min söz lüğətdən çıxarılacaq
16/01/2018 [21:21]:
Ziya Məmmədovun müşavirinin tutdurmaq istədiyi şəxsi oğurladılar
16/01/2018 [20:33]:
Ramin Quluzadə Dövlət Dəniz Adminstrasiyasına getdi - Nazir tapşırıqlar verdi
16/01/2018 [19:40]:
Sabah Bakının bu rayonlarında qaz olmayacaq
16/01/2018 [19:19]:
Salyanda inkubator sexi yandı
16/01/2018 [18:40]:
Azərbaycan diasporunun üzvünü oğurlayan şəxslər tutulub
16/01/2018 [18:21]:
“Real Madrid”in prezidenti Kriştianu Ronaldunu satmağa hazırlaşır
16/01/2018 [18:11]:
Son 59 ildə ilk dəfə olaraq Türkiyə prezidenti Vatikana səfər edəcək
16/01/2018 [17:47]:
“Qarabağ” dünyanın ən yaxşı 100 komandası sırasında yer alıb
16/01/2018 [17:45]:
Ağciyər Xəstəlikləri İnstitutunda qalmaqal - Video
16/01/2018 [17:16]:
Dolların yeni məzənnəsi müəyyənləşdi
16/01/2018 [17:08]:
Xalq artisti reanimasiyaya yerləşdirildi
16/01/2018 [16:58]:
Azərbaycanda yeni qurum yaradıldı - Prezident fərman imzaladı
16/01/2018 [16:34]:
İsa Qəmbərin qardaşı onu Almaniyada müalicə etdirmək istəyir
16/01/2018 [16:20]:
Qanunsuz dini təbliğat aparan 142 nəfər məsuliyyətə cəlb olunub
16/01/2018 [15:57]:
Kiyevdə çaxnaşma - Radanın önünə 4 min polis yeridildi
16/01/2018 [15:40]:
Orduya yeni çağırılan gənclər hərbi hissələrə necə qəbul olunur? - Video
16/01/2018 [15:29]:
Azərbaycanda banklara qarşı tədbirlər sərtləşdirilə bilər
16/01/2018 [15:17]:
Şamaxıda vulkan püskürüb
16/01/2018 [15:02]:
Aygün Kazımova Bakının mərkəzində qayda pozdu - Video
Bütün xəbərlər...
...
Həftənin ən çox oxunanları
İlham Əliyev nazir müavinini işdən çıxartdı
Azərbaycanda olan iki rus kəndi köçürülür - Putindən göstəriş
Şəmkirdə “yeni il qalmaqalı” - İcra başçısı məmurlara “çek” yolladı
İlham Əliyev Əhəd Abıyevlə bağlı sərəncam verdi
Fazil Məmmədovun “kassiri” istintaqa cəlb olundu - Eldar Mahmudovla əlbir olduğu üçün
Fazil Məmmədovdan gözlənilməz addım - nazir müavinini istefaya göndərdi
Mikayıl Cabbarov məşhur bəstəkarın oğluna da vəzifə verib
Məlum və naməlum Putin: Onun hədəfi nədir? - Təhlil
Bakıda deputatı komaya saldılar - təfsilat
Mirşahin telekanal açır - Komandasında kimlər var?
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin