Ziya Məmmədovun nazir qudası da hədəfdə - təfsilat

19/09/2017 [12:42] - Gündəm (1648)



Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qudası, kənd təsərrüfatı naziri Heydər Əsədovun başı üzərində “qara buludlar əsir”.

 İstiqlal.az-a daxil olan məlumatda iddia olunur ki, Heydər Əsədov artıq hakimiyyət komandasında oyundan kənar vəziyyətə salınıb. Məlumata görə, prezidentin rayonlarda aqrar sektora həsr olunmuş müşavirələrində Heydər Əsədovun görünməməsi də bununla bağlıdır. Məlumat üçün deyək ki, həmin müşavirələrdə  aqrar sektordakı vəziyyətlə bağlı adətən iqtisadiyyat naziri Şahin Mustafayev məruzə edir. Lənkəranda keçirilən müşavirəni nümunə kimi göstərmək olar.

Bildirilir ki, Heydər Əsədovun kənd təsərrüfatı sahəsinə rəhbərliyi artıq formal xarakter daşıyır. Yaxın vaxtlarda onun vəzifəsinə əlvida deyəcəyi iddia olunur.

Heydər Əsədovun hədəfə gəlməsi müxtəlif səbəblərlə izah edilir. Bəzi mənbələr onun “qara siyahı”ya düşməsini Ziya Məmmədovun qudası olmaqla əlaqələndirirlər. Lakin onun vəzifəsinin öhdəsindən layiqincə gələ bilmədiyini də səbəb kimi göstərənlər var. İstənilən halda Heydər Əsədovun karyerası bitmək üzrədir. 

Məlumat üçün deyək ki, Heydər Əsədov kənd təsərrüfatı naziri olmamışdan əvvəl Hesablama Palatasının sədri vəzifəsində çalışıb. Bundan əvvəl isə Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığının rəhbəri, maliyyə nazirinin müavini olub. Samir Şərifov maliyyə naziri təyin olunandan sonra bu vəzifədən uzaqlaşdırılıb. Mətbuatın yazdığına görə, elə bu səbəbdən Heydər Əsədov Samir Şərifovu devirərərk maliyyə naziri olmaq sevdasına düşüb. Zaman-zaman bu vəzifə uğrunda mübarizə aparıb. Maliyyə Nazirliyinə nəzarəti ələ keçirmək istəyən bəzi oliqarxlar da bu məsələdə Heydər Əsədova dəstək verib.  Lakin Samir Şərifovu hələ ki, devirmək mümkün olmayıb.

Sonda yada salaq ki, Heydər Əsədov bir neçə ay əvvəl oğlu ilə gündəmə gəlmişdi. Mediada yayılan xəbərlərə görə, nazirin oğlu Asif Əsədzadə Londonda “Porche” markalı maşınla avtoşluq edib. Olayın görüntüləri də sosial şəbəkələrdə və internet mediada yayılmışdı.

...
Ziya Məmmədovun müşaviri həbs oluna bilər - Təfsilat
"Bizim market"də müştərinin qolu sınıb - rəhbərlik müştərini günahkar çıxardıb
Ermənistanda 70 rəsmi milyonçu olduğu halda, bizdə niyə biri də yoxdur? - təhlil
İlham Əliyevin sədr təyin etdiyi Qoşqar Təhməzli kimdir? - dosye
İlham Əliyev generalı istefaya göndərdi - sərəncam
Xəbər lenti
16/01/2018 [13:33]:
Torpaq və mənzil bazarında bahalaşma var
16/01/2018 [13:15]:
Mərkəzi Bank hərrac keçirdi - Dolların qiyməti dəyişmədi
16/01/2018 [12:57]:
Qarabağda daha bir erməni əsgəri öldü
16/01/2018 [12:37]:
Elmar Məmmədyarovla Nalbəndyan görüşəcək
16/01/2018 [12:26]:
Teleqüllənin yaxınlığında çatlar böyüdü - Sürüşmə təhlükəsi
16/01/2018 [12:09]:
Xalq artisti Çingiz Sadıxovla vida mərasimi keçirilir
16/01/2018 [11:57]:
Ali Məhkəmə Əli İnsanovun kassasiya şikayətini təmin etmədi
16/01/2018 [11:34]:
Müəllimlərdən rüşvət istəyən direktor işdən çıxarıldı
16/01/2018 [11:29]:
Rəsmi Bakı Lavrovun Qarabağa dair açıqlamasını alqışlayır
16/01/2018 [11:03]:
Azərbaycan nefti ucuzlaşdı
16/01/2018 [10:44]:
Azərbaycanlı hücumçudan Portuqaliyada növbəti qol
16/01/2018 [10:17]:
Bakıda musiqili interaktiv yeni tamaşa göstəriləcək
16/01/2018 [09:48]:
Rumıniyanın baş naziri istefa verib
16/01/2018 [00:19]:
Fazil Məmmədovla Eldar Mahmudovun iş birliyi – sabiq nazirləri nə birləşdirir?
15/01/2018 [23:45]:
“Bəzi məmurlar öz statuslarından, imtiyazlarından sui-istifadə edirlər” - Keçmiş deputat
15/01/2018 [22:37]:
İran hökuməti Azərbaycandan kredit almağa razılıq verib
15/01/2018 [21:35]:
Göygöldə itkin düşdüyü deyilən rusiyalı alimə 10 sutka həbs verilibmiş
15/01/2018 [20:55]:
Gömrükdə qaçaqmal siqaret aşkarlanıb
15/01/2018 [20:15]:
Elmar Məmmədyarov Fransaya gedir
15/01/2018 [19:45]:
Hacı İbrahim “Xəzər adaları”nın tikintisini başlaya bilmir
15/01/2018 [19:23]:
Əli İnsanovun şikayətinə baxılacaq
15/01/2018 [19:23]:
“Fazil Məmmədov güləşçiləri nəzarəti altında saxlayır”
15/01/2018 [19:07]:
Mirşahin telekanal açır - Komandasında kimlər var?
15/01/2018 [18:48]:
Fransızlar Rusiya dövlətindən 30 milyard avro tələb edirlər
15/01/2018 [18:36]:
Mübariz Mənsimovdan gəmilərin müsadirəsinə reaksiya
Bütün xəbərlər...
...
Həftənin ən çox oxunanları
İlham Əliyev nazir müavinini işdən çıxartdı
Azərbaycanda olan iki rus kəndi köçürülür - Putindən göstəriş
Şəmkirdə “yeni il qalmaqalı” - İcra başçısı məmurlara “çek” yolladı
İlham Əliyev Əhəd Abıyevlə bağlı sərəncam verdi
Fazil Məmmədovdan gözlənilməz addım - nazir müavinini istefaya göndərdi
Fazil Məmmədovun “kassiri” istintaqa cəlb olundu - Eldar Mahmudovla əlbir olduğu üçün
Mikayıl Cabbarov məşhur bəstəkarın oğluna da vəzifə verib
 Nazir icra başçısının kürəkənini də işdən çıxardı
Məlum və naməlum Putin: Onun hədəfi nədir? - Təhlil
Bakıda deputatı komaya saldılar - təfsilat
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin