Azərbaycanda bir neçə vəzifəli şəxs həbs olundu

14/09/2017 [16:05] - Hadisə (644)



Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunan Bilal Məmmədov, Anar Nağdıyev və Xalidə Mirzəyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
İstiqlal.az report-a istinadən xəbər verir ki, hakim Əfqan Hacıyev sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Məhkəmənin hökmü ilə B.Məmmədov 8 il 6, A.Nağdıyev 8 il azadlıqdan məhrum edilibilər. Onlar məhkəmə zalında həbs ediliblər.
X.Mirzəyev barəsində isə 2 il sınaq müddəti olmaqla 3 il 6 ay şərti cəza təyin edilib.
İstintaqla müəyyən edilib ki, 2012-ci ilin fevral ayından başlayaraq 2014-cü ilin may ayınadək "Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt filialının vəzifəli şəxsləri tərəfindən qurumun tabeliyində olan idman bölmələri üzrə ezamiyyə səfərləri, təlim-məşq toplanışlarına pul vəsaitlərinin xərclənməsinə dair tərtib olunmuş sənədlərə tədbirlərə faktiki xərclənmiş pullardan artıq vəsaitin xərclənməsi barədə bilə-bilə yalan məlumatlar daxil etməklə məşqçi müəllimlərin kart hesablarına köçürülməsi və kassa məxaric orderləri əsasında onların adına rəsmişləşdirilməsi təşkil edilməklə 115.395,2 manat büdcə vəsaiti mənimsənilib.
B.Məmmədov və A.Nağdıyev barəsində Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələri ilə ittiham irəli sürülüb, barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. X.Mirzəyeva barəsində isə başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxs qismində dindirilən Bilal Məmmədov ifadəsində 2010-2014-cü illər ərzində "Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt filialının direktoru vəzifəsində çalışdığını, məşqçi müəllimlərə filialın direktor müavini Anar Nağdıyev tərəfindən nağd qaydada pul vəsaitlərinin verilməsindən xəbərsiz olduğunu, məşqlər və yarışlar zamanı hər hansı müəllimdən əməkhaqqı kartını almadığını, əməkhaqqı kartlarından pul çıxarmadığını göstərib.
Anar Nağdıyev də ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, 1996-2005-ci illər ərzində 1 saylı Uşaq Gənclər İdman Məktəbində baş məşqçi, 2005-2015-ə qədər isə "Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt filialında direktor müavini işlədiyini göstərib. Direktor müavini il ərzində keçiriləcək və filialın iştirak edəcəyi yarışların cədvəlini, ilkin smetanı hazırladığını, bunun əsasında filiala pul ayrıldığını bildirib.
Təqsirləndirilən Xalidə Mirzəyeva ona elan olunan ittihamla özünü təqsirli bilməyib. O, ifadəsində əvvəllər baş mühasib, 2013-cü ildən etibarən isə kadrlar üzrə mütəxəssis vəzifəsində işlədiyini, həmçinin əməkhaqqı almadan xəzinədar vəzifəsini icra etdiyini göstərib.
X.Mirzəyeva ifadəsində göstərib ki, B.Məmmədovun əmri ilə filialda xəzinədar işlədiyi zaman əməkhaqqı kartından başqa onun adına əlavə kart sifariş olunub. Həmin karta 52.237,49 manat pul köçürülüb. Pulları alan kimi onları kartla birlikdə B.Məmmədova təhvil verib. Həmin məbləğ direktorun otağındakı seyfdə saxlanılıb.


Nazirlər Kabinetində yeni təyinatlar - tam siyahı
Bu ili də köhnə hökumətlə başa vuracağıq? - Təhlil
Azərbaycanda zəlzələ olub
İlham Əliyev Milli Məclisin qəbul etdiyi qanunu rədd edib - rəsmi
Ziya Məmmədov evini satışa çıxardı - yenilənib
Xəbər lenti
24/09/2017 [00:30]:
Bakıda yeni fırıldaq - Bələdiyyə avtobusu
23/09/2017 [23:47]:
56 məmur işdən çıxarıldı, 111-nə töhmət, 58-nə xəbərdarlıq edildi - Rəsmi
23/09/2017 [22:40]:
"Biz sanksiyaları sərtləşdirməyə hazırıq”  - Merkeldən Kremlə mesaj
23/09/2017 [21:41]:
Lütfi Zadənin dəfninin təşkili Hacıbala Abutalıbova tapşırılıb
23/09/2017 [20:36]:
Hansı ali məktəbin güzəştli tələbəsi çoxdur? - siyahı
23/09/2017 [19:38]:
Elmar Məmmədyarov: "Ərazilərimizin işğalı ilə heç vaxt barışmayacağıq"
23/09/2017 [18:42]:
Koreya kənd təsərrüfatı məhsullarının sərgisi olacaq
23/09/2017 [18:41]:
Beynəlxalq Bankda “unique” əməliyyatı
23/09/2017 [17:39]:
Türkiyədə TANAP-ın sualtı hissəsinin tikintisi başlayıb
23/09/2017 [17:06]:
Milli Şuranın mitinqi başa çatdı
23/09/2017 [16:42]:
Binəli Yıldırım: “Referendum qərarı verənlər bunun əvəzini ödəyəcək”
23/09/2017 [14:47]:
OPEC-in baş katibi Azərbaycanı təriflədi
23/09/2017 [14:05]:
Bakıda şirkətdən 266 min manat oğurlanıb
23/09/2017 [13:31]:
ATƏT-in Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlir
23/09/2017 [12:49]:
Sentyabrın 24-ə olan hava proqnozu
23/09/2017 [12:48]:
Cənub regionunda insan alveri ilə bağlı əhali məlumatlandırılır - layihə
23/09/2017 [12:18]:
Azərbaycanda yığılan Belarus traktorları Türkiyəyə ixrac ediləcək
23/09/2017 [11:53]:
1,7 milyard manatı leqallaşdıran şəxslər məhkəməyə müraciət edib
23/09/2017 [11:21]:
Qızıl 3 dollara yaxın bahalaşıb
23/09/2017 [10:56]:
Azərbaycan nefti cüzi bahalaşıb
23/09/2017 [10:30]:
Məhkəmə Saakaşvilini sərhədi qeyri-qanuni keçməkdə təqsirli bildi
23/09/2017 [09:59]:
Elmar Məmmədyarovun həmsədrlərlə görüşü başa çatıb
23/09/2017 [09:10]:
Azərbaycana payız gəlib
23/09/2017 [00:21]:
Ramil Usubov yeni polis rəisi təyin etdi
22/09/2017 [23:28]:
İstanbul bələdiyyəsinin sədri istefa verib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
İlham Əliyev Milli Məclisin qəbul etdiyi qanunu rədd edib - rəsmi
Nazim İbrahimov “vuruldu” - Yerinə Mikayıl Cabbarov gəlir
"Şeyxi etdiyi ciddi səhvə görə cəzalandırırlar”  - Ekspert
Əmək pensiyaları ilə bağlı dəyişiklik edilir - Yeni qaydalar necə olacaq?
Ziya Məmmədovun nazir qudası da hədəfdə - təfsilat
Azərbaycanlı oliqarxa görə generalların həbsi gözlənilir
Nazirlər Kabinetində yeni təyinatlar - tam siyahı
Allahşükür Paşazadənin kürəkəni həbs edildi
Cahangir Əsgərovun qızının zavodundakı yanğın söndürülüb - Yenilənib - Video
Şeyxin qudasından baş prokurora ittiham - "Oğlumun həbsinin arxasında Zakir Qaralov dayanır"
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin