Generalın oğlu azadlığa buraxıla bilər - Zərərçəkmiş şikayətini geri götürüb

14/09/2017 [15:48] - Gündəm (271)



Binəqədi Rayon Məhkəməsində hakim Rəşad Əliyevin sədrliyi ilə xuliqanlıqda ittiham olunan Rüstəm Orucovun və Kənan Vəliyevlə Pərviz Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bu barədə virtualaz.org saytına vəkil Kamandar Nəsibov məlumat verib. Vəkilin sözlərinə görə, zərərçəkmiş Sənan Səmədov məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslərdən şikayət və tələbi olmadığını bildirib: “Məhkəmədə zərərçəkmiş və iş üzrə dindirilən üç şahid - Elçin Ağayev, Elxan Xəlilov və Əsgər Qasımov qeyd etdilər ki, baş vermis hadisədə Pərviz və Kənanın heç bir iştirakı olmayıb. Onlar yalnız hadisə baş verəndən sonra həmin əraziyə gəliblər. Eyni zamanda, orada ictimai asayişin pozulması da olmayıb. Kimin kimi vurduğunu həmin şəxslər görməyiblər. Bir də baxıblar ki, Sənan yıxılıb. Baş vermis hadisə cəmi 20-25 saniyə çəkib”.
Vəkil bildirib ki, bu məsələ yalnız inzibati qaydada həll olunmalıdır.
Məhkəmənin növbəti prosesi sentyabrın 22-nə təyin edilib.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı rəsmi məlumata əsasən, bu il iyulun 3-də Bakı şəhər sakini R.Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi “BMW” markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə, ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.
Qeyd edilməlidir ki, R.Orucov piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib hadisə yerindən qaçdığına görə, hələ 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olub, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib. Yuxarıda qeyd olunmuş xuliqanlıq hadisəsi də məhz onun şərti azadlıqda olduğu dövrdə baş verib.
Faktla bağlı 2017-ci il 4 iyul tarixində Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.
R.Orucov həmin maddə ilə ittiham olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
K.Vəliyev və P.Abbasovun barəsində isə polis nəzarəti qətimkan tədbiri seçilməyib.
Qeyd edək ki, R.Orucov Novruzəli Orucovun oğludur. General-mayor Novruzəli Orucov Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən azad edilib.

...
Ərdoğanın etirafından sonra hansı yolumuz qaldı? - təhlil
Hakimin ağılsız qərarı "Çelsi"nin azerkeşlərini də təəccübləndirib- məşhur İngiltərə qəzeti
Siyasi məhbusların vəkili Vəkillər Kollegiyasından çıxarıldı
Ərdoğan Soçidən niyə əliboş qayıtdı? - təhlil
Şəkidə sakinlər icra başçısını qovublar - etiraz aksiyası
Xəbər lenti
24/11/2017 [00:19]:
İlham Əliyev sərəncam verdi
24/11/2017 [00:02]:
Dağıstanın Azərbaycanla həmsərhəd rayonunda atışma: 2 ölü-yenilənib
23/11/2017 [23:39]:
“Ünvanlı sosial yardım alanları ələbaxımlılıqdan uzaqlaşdırmalıyıq” – Siyavuş Novruzov
23/11/2017 [22:37]:
"Türkiyə NATO-dan uzaqlaşıb, Rusiyaya doğru getmir" - Çavuşoğlu
23/11/2017 [21:42]:
Avropa Birliyindən Bakı və Yerevana çağırış
23/11/2017 [20:57]:
Azərbaycan millisi FİFA reytinqində daha iki pillə gerilədi
23/11/2017 [20:33]:
İlham Əliyev NATO baş katibini Azərbaycana dəvət etdi
23/11/2017 [19:57]:
Rusiyada vəhşicəsinə döyülən azərbaycanlı tələbə öldü
23/11/2017 [19:45]:
Gənclər və İdman Nazirliyində korrupsiya faktları - Rəsmi
23/11/2017 [19:30]:
Qarabağla bağlı "Putin Planı"na aydınlıq gətirildi - Zaxarovadan açıqlama
23/11/2017 [19:12]:
Yalçın İmanov Vəkillər Kollegiyasından necə çıxarılıb? - İclasın stenoqramı
23/11/2017 [18:59]:
Lənkəranda büdcə korrupsiyası üzə çıxdı - Rəsmi
23/11/2017 [18:42]:
Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsində yoxlama - Palata nöqsanlar aşkarladı
23/11/2017 [18:15]:
Əsgərimizin meyiti təmas xəttində tapıldı - Nazirlik məlumat yaydı
23/11/2017 [18:03]:
Nazir əmr verdi, 70 nəfərlik komissiya rayonlarda yoxlamaya başladı - Nələr aşkarlandı?
23/11/2017 [17:49]:
Yalçın İmanova ilk beynəlxalq dəstək
23/11/2017 [17:39]:
Meksikalı “Koko” Bakıda
23/11/2017 [17:15]:
Qaraqoyunlu, Ağqoyunlu dövləti olmayıb... - Tarxiçidən maraqlı fikirlər
23/11/2017 [17:03]:
Qazaxıstan və Azərbaycan: Strateji tərəfdaşlar - səfir yazır
23/11/2017 [16:57]:
"Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə sərnişin daşınmasına başlanılacaq" - Cavid Qurbanov
23/11/2017 [16:42]:
"Kürd referendumu"nu dəstəkləyən məmur işdən çıxarıldı
23/11/2017 [16:15]:
Bir manatlıq pullar dəmir olacaq - Mərkəzi Bankdan açıqlama
23/11/2017 [15:55]:
"Qarabağ”-“Çelsi” oyunu zamanı 30 mindən çox sərnişin daşınıb - Rəsmi
23/11/2017 [15:39]:
Rusiyada bir qrup azərbaycanlıya ağır cəza verildi - 86 il həbs
23/11/2017 [15:21]:
"AST Telman" Fransadan sığınacaq istədi və Rusiyaya meydan oxudu - "Əlimdə kompromatlar var"
Bütün xəbərlər...
...
Həftənin ən çox oxunanları
"Bu nə tərbiyəsizlik, nə əxlaqsızlıq?" - Deputatdan kəskin reaksiya
İlham Əliyev veteran YAP-çılarla bağlı sərəncam verdi - siyahı
Azərbaycanda mənzil satışı qaydaları dəyişdirilir - layihə
Ərdoğanın etirafından sonra hansı yolumuz qaldı? - təhlil
Ziya Məmmədovun daha iki obyekti əlindən alındı
Qalmaqallı layihə Milli Məclisdə müzakirəyə çıxarılır
“Yalandır, 1000 manat yox, 160 manat pensiya alıram” - Rasim Balayev
Moskvada kriminal aləmin "kralı" kim olacaq? - "Quli"ni də dəstəkləyənlər var
Azərbaycanın məşhur klinikasında nə baş verir? - təfsilat
Benzinin bahalaşması avtomobil satışını iflic edib - təfsilat
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin