Bina söküntüsü narazılığa səbəb olub

14/09/2017 [14:23] - Cəmiyyət (191)



Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsi, 25 ünvanındakı beşmərtəbəli bina söküləcək. Beləliklə də, yolun genişləndirilməsi layihəsi çərçivəsində Səfərəliyev küçəsindən daha 86 ailə köçürüləcək. Amma bina sakinləri təklif edilən kompensasiya ilə razılaşmadığından söküntüyə etiraz edirlər.
“Binadakı mənzillərin əksəriyyəti ümumi yaşayış sahəsi 12 kvadrat metrdən ibarət birotaqlı mənzillərdir. Bizə hər kvadrata görə 1500 manat kompensasiya təklif edirlər. Halbuki, yaşadığımız ünvan şəhərin mərkəzidir, burda evlərin kvadratı 2500-3000 manatdan hesablanır”, - bina sakinləri adından şikayətçi Çinarə Quliyeva deyir.
Ç.Quliyeva söyləyir ki, kompensasiyanın az olması ilə bağlı bütün dövlət qurumlarına, o cümlədən “Azəravtoyol” ASC-yə müraciət ünvanlayıblar və məbləğin artırılmayacağı təqdirdə evlərini tərk etməyəcəklərini deyiblər: “Dedilər 2 aya köçürülmə tamamlanmalıdır, buna görə də, çox narahatıq”.
Kövkəb Səfərəliyeva küçəsi, 26-da köçürülmə zamanı qalmaqal yaranıb, sakinlərin etirazına baxmayaraq, binanın işıq, qaz və su xətti dağıdılıb. Məcburiyyət qarşısında qalan sakinlər evlərindən çıxıblar. “Sentyabrın 13-də binanın zirzəmisindəki kafe köçürüldü, qapı, pəncərə çıxarıldı. Zirzəmidə söküntü aparılacağı təqdirdə bina qəzalı vəziyyətə düşəcək. Biz bundan narahatıq, binanın qəzalı vəziyyətə salınması bəhanə rolunu oynayacaq”, - şikayətçilər söyləyir.
İndi sakinlər ərazidə növbə çəkirlər. “Mən evimi ipoteka krediti ilə 63 min manata almışam, hələ 23 min ödəməliyəm. Evimin kvadratına görə 46 min manat təklif edilir, bu məbləğin tən yarısını kredit üçün ödəyəndən sonra 23 min manata ev ala bilməyəcəyəm. Mənim kimi neçə ailə var”, – Quliyeva əlavə edir.
Sakinlər deyir ki, mənzillərin yenidən qiymətləndirilməsinə ümidlidirlər, əks halda, 86 ailənin yaşadığı evdən çıxarılması mümkün olmayacaq.
Virtualaz.org
...
Kimdir müxalifətçi? - Prezidentə icra başçısından şikayət
Ərdoğanın etirafından sonra hansı yolumuz qaldı? - təhlil
Hakimin ağılsız qərarı "Çelsi"nin azerkeşlərini də təəccübləndirib- məşhur İngiltərə qəzeti
Siyasi məhbusların vəkili Vəkillər Kollegiyasından çıxarıldı
Ərdoğan Soçidən niyə əliboş qayıtdı? - təhlil
Xəbər lenti
25/11/2017 [11:15]:
Həbsdə saxlanılma müddətinin uzadılması qaydası dəyişdirilir
25/11/2017 [10:51]:
“Nar bağı” bədii filmi beynəlxalq mükafata layiq görülüb
25/11/2017 [10:16]:
Qazaxıstanda çadradan istifadə qadağan olunur – qanun layihəsi
25/11/2017 [09:37]:
Tikinti materialları üçün yeni gömrük rüsumları – Nazirlər Kabinetinin qərarı
25/11/2017 [00:51]:
Batumidə hoteldə yanğında ölənlərin sayı 12-yə çatıb - yenilənib
25/11/2017 [00:07]:
Lerik rayonuna güclü qar yağıb
24/11/2017 [23:29]:
Merkel: Şərq Tərəfdaşlığının taleyi Rusiyadan asılıdır
24/11/2017 [22:38]:
ATƏT PA-nın prezidenti: Qarabağ münaqişəsi diqqətdə saxlanımalıdır
24/11/2017 [21:47]:
Tofiq Quliyev və Emin Sabitoğluna həsr olunmuş konsert keçirilib
24/11/2017 [20:58]:
"Qarabağ"ın hücumçusu Rumıniya klubunun hədəfində
24/11/2017 [20:43]:
İlham Əliyevin Brüsselə işgüzar səfəri başa çatıb
24/11/2017 [20:32]:
Dolların noyabrın 27-nə olan məzənnəsi
24/11/2017 [20:04]:
Ərdoğan müxalifət liderini məhkəməyə verib
24/11/2017 [19:41]:
Avropadakı azərbaycanlılar Brüsseldə aksiya keçirib
24/11/2017 [19:17]:
"Qarabağ" "Fənərbaxça" azarkeşlərinə təşəkkür etdi
24/11/2017 [18:57]:
Dərbənddə Nizami Gəncəvinin heykəli bərpa edildi
24/11/2017 [18:34]:
“Aqrolizinq”də korrupsiya halları aşkarlanıb - rəsmi
24/11/2017 [18:11]:
Tramp və Ərdoğan arasında telefon danışığı olub
24/11/2017 [17:48]:
“Bank VTB (Azərbaycan)”ın Müşahidə Şurasına sədr təyin edilib
24/11/2017 [17:29]:
Astarada bayraq qalmaqalı
24/11/2017 [17:12]:
Bakıxanovda ağacları qırıb yerində bina tikən adamlar kimdir?
24/11/2017 [16:56]:
Prezident Milli Məclisə üç qanuna dəyişikliklə bağlı layihə göndərdi
24/11/2017 [16:26]:
Mövlud Çavuşoğlu Azərbaycana gəlir
24/11/2017 [16:19]:
Misirdə məsciddə terakt - 50 ölü, 70 yaralı
24/11/2017 [16:01]:
Prokuror general Novruzəli Orucovun oğluna 6 il həbs cəzası istədi
Bütün xəbərlər...
...
Həftənin ən çox oxunanları
Ərdoğanın etirafından sonra hansı yolumuz qaldı? - təhlil
"Bu nə tərbiyəsizlik, nə əxlaqsızlıq?" - Deputatdan kəskin reaksiya
İlham Əliyev veteran YAP-çılarla bağlı sərəncam verdi - siyahı
Bakıda 6 milyona 48 otaqlı villa satılır: 2100 kv.mert sahəsi, 30 maşınlıq qarajı var - Fotolar
Prezident iki rayonla bağlı fərman verəcək
Ziya Məmmədovun daha iki obyekti əlindən alındı
Nazir əmr verdi, 70 nəfərlik komissiya rayonlarda yoxlamaya başladı - Nələr aşkarlandı?
Azərbaycanın məşhur klinikasında nə baş verir? - təfsilat
Qalmaqallı layihə Milli Məclisdə müzakirəyə çıxarılır
Kimdir müxalifətçi? - Prezidentə icra başçısından şikayət
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin