MTN əməkdaşları qaçaqmalçılarla necə ortaq biznes qurub? - Məhkəmədə sensasion faktlar açıqlandı

14/09/2017 [14:11] - Gündəm (370)



Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə davam edib.
İstiqlal.az xəbər verir ki, lent.az-ın məlumatına görə,  Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən  prosesdə MTN-in Əməliyyat-Texniki İdarəsinin işçisi olmuş Sevinc İsgəndərova ifadə verib.
O bildirib ki, həmin idarədə bölmə rəisinin köməkçisi işləyib: "İşim məxfi məlumatlarla bağlı telefonların dinləməsindən ibarət olub. İdarənin rəisi Natavan xanım idi. Bizə raportla məlumat gəlirdi, telefonla izləyirdik. Həmin şəxsləri tanımırdım. Antiterror Mərkəzinin rəisi, idarə və şöbə rəisləri telefon dinləmələri ilə bağlı bizə raportla müraciət ediblər. Bizim də işimiz həmin texniki işləri görməkdən ibarət olub. Biz uzun illər məhkəmə qərarı olmadan, nazirin dərkənarı ilə telefon dinləmələrini həyata keçirmişik. Mənə tapşırıqları əsasən Elşad Əzizov verib, o işdə olmayanda isə tapşırıqları birbaşa Natavan Mirvətovadan almışam".
Daha sonra şahid qismində MTN-nin Binəqədi şöbəsinin əməkdaşı Mirələm Həşimov ifadə verib. O, zərərçəkmiş iş adamları Sahib Qurbanov və Zaur Əzimovun epizodları üzrə dindirilib: "Şöbənin növbətçi hissəsindən zəng vurdular, bir nəfərin gəldiyini bildirdilər. Sonra şöbənin rəisi Rafiq Səfərov mənə zəng elədi, həmin şəxsi otağıma aparmağı, izahatını almağımı tapşırdı. Mən də onun tapşırığını icra elədim. Sonra Rafiq Səfərov zəng vurdu və həmin şəxsi otağımdan dəhlizə çıxarmağı dedi. Mən də həmin şəxsdən izahat almadım və onu dəhlizə çıxardım. Sonra onun hara getdiyini bilməmişəm".
Şahid əlavə edib ki, Rafiq Səfərov siqaret qaçaqmalçılığı ilə tutulan şəxsin yanında işləyən fəhləni dindirib: "Dindirilmə zamanı həmin şəxs heç nə bilmədiyini dedi. Bu zaman Rafiq onu şillə ilə vurdu. Bundan 10 gün sonra  şöbəyə Zaur Əzimov gəlib. 15 dəqiqə sonra Rafiq müəllim onu da dəhlizə çıxarmağımı tapşırdı. Mən də onu dəhlizə çıxardım. Sonra onun hara getdiyini bilməmişəm".

 

Mirələm Həşimov qeyd edib ki, Zaur Əzimov və digərlərinin buraxılmasından, Rafiq Səfərovun onlardan pul tələb etməsi və ya almasından xəbəri olmayıb. Şahid bildirib ki, əməliyyatlara Rafiq Səfərovun özü rəhbərlik edib, onun Sahib Qurbanov və Zaur Əzimovdan 100 min dollar almasını ümümi söhbətlərdən eşidib.

 

 

İş üzrə şahid qismində MTN-in Tibb Baş İdarəsinin rəis müavini olmuş Vüqar Mahmudov dindirilib.

 

O, ifadəsində qeyd edib ki, artıq xidmətdən uzaqlaşdırılıb və sərəncama götürülüb.

 

Vüqar Mahmudov deyib ki,  MTN-də 2013-ci ildə işə başlayıb: "Nazirlikdə işləməzdən qabaq kiçik bizneslə məşğul olmuşam.  O zaman İlham adlı şəxslə yaxın dostluq əlaqələri yarandı. Birlikdə iş görməyə başladıq. Ona pul vermişdim, İlham özü işləri görürdü. Qazancdan mənə pul verirdi".

 

Şahid bildirib ki, bir müddət sonra İlhamı Binəqədi rayonun rəisi olan Rafiq Səfərovla tanış edib.

 

Prokurorun suallarına cavab verən Vüqar Mahmudov etiraf edib ki, Rafiqlə İlhamı tanış eləməkdə məqsəd bazarda digər siqaret qaçaqmalçılarının qarşısını almaq olub: "İlham bu işdə uzun müddət idi çalışırdı. Ölkəyə siqaret gətirən hamını əlinin içi kimi bilirdi. Rafiqlə İlham birlikdə işləməyə başladılar. İlham Rafiqə kim siqaret gətirirdisə deyirdi. Rafiq də əməliyyat edib, həmin adamı tuturdu. Malını əlindən alıb İlhama verirdi, o da ucuz qiymətə həmin siqareti satıb Rafiqə pul şəkildə qaytarırdı".

 

Şahid bildirib ki,  bir neçə dəfə İlham ondan xahiş edərək pulu Rafiqə onun verməyini istəyib: "Bir neçə dəfə Rafiq və köməkçisi Heydər İslamova pulu mən vermişəm".

 

Bu zaman təqsirləndirilən general Elçin Quliyev etiraz edib. O bildirib ki,  bunun onun işinə dəxli yoxdur: "Başa düşmürəm, deyirəm, sakit oturum, danışmayım, alınmır. Baxın, bu epizodun mənə nə dəxli var. Bu adamı birinci dəfə görürəm. Rafiq hansısa qaçaqmalçıdan pul alıb, buraxıb, bunun mənə nə dəxli var? Sonda deyəcəksiniz ki, bax, Elçin Quliyev, şahidlər gəlib sizin əməllərinizi etiraf edir". 
Bu zaman hakim bildirib ki, həmin şahidlər ittiham tərəfinin şahidləridir: "İttiham tərəfi bunları irəli sürüb. Sonda bunlara qiymət veriləcək".
Prokuror arayış bildirib ki, ittiham mütəşəkkil dəstə şəklində verilib.
Şahid Vüqar Mahmudov ifadəsini davam etdirərək bildirib ki, bu işdə zərərçəkmiş kimi tanınan Sahib Qurbanov bir dəfə yanına gəlib: "İşdən çıxan zaman yaxınlaşdı. Dedi ki, onun malları məndədi. Dedim, mən heç kimin  malını götürməmişən. Dedim, bu söhbəti sizə kim deyib? O da qeyd etdi ki, rəis müavini Heydər İslamov. Heydərlə danışdım, dedi ki, Sahibə 30 min manat verilməlidir. İlhamla əlaqə yaratdılar, 30 min ödənildi".
Daha bir DTX-a əməkdaşı Hüseyn İlyasov dindirilib. O bildirib ki,  dinləmələri rəhbərliyin tapşırığı ilə ediblər: "Heç bir məhkəmə qərarı olmayıb".
Prosesdə hazırda həbsdə olan Fərhad Atayev və general Teymr Quliyev ifadə verib. Onlar da istintaqa verdikləri ifadələri təsdiq ediblər.
Teymur Quliyev bildirib ki, o, istintaqa umumi məlumat verib: "Rəhbərlik nə tapşırıq verib, onu icra etmişik".
Məhkəmə sebtyabrın 22-də davam edəcək.
Qeyd edək ki, Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub. MTN-lə bağlı həbslər başlayanda o, adı çəkilən qurumun akademiyasına kafedra rəisi təyin edilib. Daha sonra cinayət işi üzrə həbs edilib.

Nazirlər Kabinetində yeni təyinatlar - tam siyahı
Bu ili də köhnə hökumətlə başa vuracağıq? - Təhlil
Azərbaycanda zəlzələ olub
İlham Əliyev Milli Məclisin qəbul etdiyi qanunu rədd edib - rəsmi
Ziya Məmmədov evini satışa çıxardı - yenilənib
Xəbər lenti
26/09/2017 [23:25]:
“Roma”nın baş məşqçisi: “Qarabağ”a heç bir güzəşt olmayacaq
26/09/2017 [22:29]:
Dolların sabaha olan məzənnəsi
26/09/2017 [21:30]:
General Vilayət Eyvazov Çinə işgüzar səfərə gedib - Fotolar
26/09/2017 [20:23]:
Gəncədə “Dubay bazarı”nda qız üstündə iki nəfəri bıçaqladılar
26/09/2017 [19:27]:
Nura Suridən ATV rəhbərliyinə ittiham - "Müğənniləri öz restoranında pulsuz oxudurdu”
26/09/2017 [19:03]:
“Əgər məni işdən çıxarsalar pasportumu yandıraram” - Kürd referendumunu dəstəkləyən məmurdan hədə dolu bəyanat
26/09/2017 [18:59]:
İsveçdə iri məscid yandırıldı
26/09/2017 [18:41]:
"Roma"ya fəlsəfəmizi göstərməyə çalışacağıq" - Qurban Qurbanov
26/09/2017 [18:37]:
ATV-də dəyişiklik başladı - Məşhur verilişlər bağlandı, iki tanınmış aparıcı işdən getdi
26/09/2017 [18:09]:
Türkiyənin müdafiə naziri Azərbaycana səfər edəcək
26/09/2017 [17:49]:
İlham Əliyevdən Salyanla bağlı sərəncam
26/09/2017 [17:29]:
ATV-nin yeni rəhbəri telekanaldakı son durumdan danışdı
26/09/2017 [17:23]:
Ötən il 4400 nəfər SOCAR-la yollarını ayırıb
26/09/2017 [17:22]:
Bərzanini dəstəkləyən məmurla bağlı - Prokurorluqdan açıqlama
26/09/2017 [17:11]:
"Burada qeyri-adi heç nə yoxdur" - MTRŞ -dən ATV-də baş verənlərə reaksiya
26/09/2017 [16:57]:
Azərbaycan Dəmir Yollarında kütləvi ixtisarlar - "Ərizəni yaz, xoşluqla get"
26/09/2017 [16:27]:
ATV-nin 32 əməkdaşı işdən çıxarıldı
26/09/2017 [16:21]:
Hakimiyyət nümayəndəsinə tabe olmayanlara yeni cəza - Milli Məclis dəyişikliyə hazırlaşır
26/09/2017 [16:17]:
Laçının icra başçısı Bərzanini dəstəkləyən şöbə müdirini cəzalandıracaq - Açıqlama
26/09/2017 [16:01]:
Birləşmiş Ərəb Əmirliklərindən olan nümayəndə heyəti Azərbaycanda səfərdədir
26/09/2017 [15:58]:
Gürcüstan-Rusiya sərhədində partlayış - Ölən və yaralananlar var
26/09/2017 [15:37]:
“Dağlıq Qarabağ probleminin həllində bir az da cəsarət tələb olunur” - Azay Quliyev
26/09/2017 [15:32]:
Rusiyada "Facebook"a qadağa qoyula bilər
26/09/2017 [15:24]:
Beynəlxalq Bankın daha bir vəzifəli şəxsinin məhkəməsi başlayır
26/09/2017 [15:12]:
“İsrail Kürdüstanı xilas edə bilməz!” - Ərdoğan
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
İlham Əliyev Milli Məclisin qəbul etdiyi qanunu rədd edib - rəsmi
Nazim İbrahimov “vuruldu” - Yerinə Mikayıl Cabbarov gəlir
Nazirlər Kabinetində yeni təyinatlar - tam siyahı
Ramil Usubov yeni polis rəisi təyin etdi
Mənsimovun sonu?
Heydər Əsədov Ziya Məmmədovu əvəzlədi - Prezident sərəncamı
Deputatlar quda oldu - Bəylə gəlin spikerə görə şadlıq sarayına gec daxil olublar
Ərdoğanın Nyu-Yorkdakı çıxışı zamanı dava düşüb - Video
Prezidentdən bölgələrlə bağlı göstərişlər
Manatı gözləyən təhlükə - FED dekabrda faiz artımına gedir
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin