Qayıdan belə qayıdır və ya Saakaşvilinin növbəti hədəfi nə olacaq? - təhlil

14/09/2017 [09:05] - Siyasət (777)



Hələ yekun söz demək çox tez olsa da, Gürcüstanın eks–prezidenti M.Saakaşvili Ukraynaya döndü. Özü də elə-belə dönmədi, kifayət qədər siyasi effekt yaratmaqla qayıtdı. 

Bir daha göstərdi ki, Ukraynada da vaxtını boş keçirməyib və özünə xeyli tərəfdaş toplaya bilibdir və bu tərəfdaşların sırasında Y.Timoşenko və Lvovun meri kimi çox tanınmış simalar da var.
İndi Ukraynanın hakimiyyəti yaman vurnuxma içindədir, M.Saakaşviliyə qarşı hansı “ittiham”ı irəli sürməyi götür–qoy edirlər. Hətta prezident P.Poroşenko da belələrinin sırasındadır, - özü də ən ön cərgədədir, çünki Saakaşvili ilk növbədə onun üçün təhlükəlidir... 

Təbii, M.Saakaşvilinin həbs olunması və yaxud da saxlanılması, daha sonra isə ikinci bir ünvana ekstradisiya olunması istisna olunmur. Bircə onu deyək ki, hazırda Ukrayna hakimiyyətinin yadına Şərq vilayətləri və yaxud da ki, Krım düşmür, indi onların bir nömrəli problemi M. Saakaşvilidir və elə vəziyyətin gülünclüyü də bundadır. Saakaşvili olayı Ukraynanın siyasi isteblişmentinin nə qədər “qərbpərəst” və ya nə qədər “demokrat” olduğunu çox gözəlcə göstərdi... 

Bəli, Ukrayna neçə illərdir ki, öz oliqarxalrının pəncəsindən qurtula bilmir və təsadüfi deyil ki, hətta iki rəngli inqilabdan sonra bu ölkənin qazancı yalnız və yalnız böyük problemlərdir...
Ukraynaya baxanda adamın ağlından keçən ilk fikir bu, olur ki, əcəba, siyasətdə doğrudanmı məsuliyyət hissi heç olmur?.. 

Bəli, Saakaşvili bəlkə də birinci siyasət adamı idi ki, korrupsiya problemini necə var, ortaya qoydu və bundan vahimələnən ukraynalı oliqarxlar dərhal əl-ayağa düşdülər və “Nə edək? Necə edək?” sualının da bircə cavabı oldu: “Onu ölkədən qovaq!”...

Qovdular da... Amma deyəsən, bir az tələsiblər. Budur, Saakaşvili yenidən Ukraynadadır... Daha bir məsələni deyim ki, digər ölkələrdə də vaxtilə “qayıdış”ı immitasiya edənlər olmuşdu. Amma M.Saakaşviliyə baxanda bir fikir gəlir adamın ağlına: bax, qayıdan belə qayıdır...

Bir daha deyirəm ki, yekun söz demək hələ tezdir. Saakaşvili də siyasətdə naşı adam deyil, əgər müəyyən vədlər və təminatlar olmasaydı o da geri dönməyə tərəddüd edərdi. Güman ki, Ukrayna hakimiyyəti də bunu nəzərə alır. Əks təqdirdə onu elə ölkənin qapısından geri qaytarar və yaxud da dərhal həbs edərdilər. Amma bunu etmədilər, deməli onları bu addımlardan çəkindirən məqamlar var...

Hakimiyyətinin imkanları hələ tamam tükənməyib, prinsipcə, M.Saakaşvilini bundan sonra da həbs də edə bilərlər. Amma böyük ehtimalla özlərini biabır etmək istəmirlər. Hamı deyər ki, bu, necə Avropa ölkəsidir ki, adamı tənqidi fikirlərinə görə ölkədən də qovurlar?

Ona görə də bugün üçün demək olar ki, M.Saakaşvili Ukrayna hakimiyyəti üçün möhkəm başağrısı olacaqdır. Bunu birmənalı şəkildə demək olar...

M.Saakaşvili geriyə elə -belə dönməyibdir və böyük ehtimalla onun böyük siyasətə qayıtmaq fikri var. Bundan sonra oynanılacaq ssenarini təxminən belə fərz edirik. Bir daha deyirik ki, Ukrayna hakimiyyəti va – bank gedərək gürcü Çesini həbs etdirə də bilər. Amma bu, biabırçlıq və yaxud da böyük qalmaqal yoludur. 

Daha çox ehtimal olunan budur ki, onun vətəndaşlığı bərpa olunmayacaq və buna görə də Saakaşvili istəməsə də böyük siyasətdən kənarda qalacaqdır. 

Hər halda, biz belə güman edirik və onunla da razıyıq ki, vəziyyətin durulması üçün hələ bir azacıq gözləmək və prosesləri izləmək lazımdır. Ən yaxın günlərdə Ukrayna hakimiyyətinin nə planlaşdırdığı və ya necə hərəkət etmək istədiyi bilinəcək. İstisna deyil ki, oliqarxlar ən axmaq bir ssenariyə əl atsınlar–Saakaşvilini həbs etsinlər. Bir daha deyirik ki, bunu da qətiyyən inkar etmirik...
Bircə məsələ var ki, onların Rusiya ilə münasibətləri tamam korlanıbdır və soyuq məntiq deyir ki, bu adamlar Qərblə münasibətlərini korlanmaq və tamamilə siyasi vakuuma yuvarlanmaq istəməzlər. Amma kim bilir?.. Var –dövlət, sərvət elə şeydir ki, müəyyən həddən sonra adamın gözünü tamam, büsbütün örtür...

O ki qaldı Saakaşvilinin siyasi planlarına, düşünürük ki, Ukraynada vəziyyəti yalnız bu adam düzəldə bilərdi. Düzdür, hər yerdə olduğu kimi Ukraynada da millətçilik deyilən anlayış var və bu aspektdən çıxış edənlər deyir ki, gürcü Mixeil heç bir halda Ukraynada birinci postu tuta bilməz. 
Amma Saakaşvilinin geri dönüşünü seyrək şəkildə izləmək yetər ki, bunun heç də belə olmadığını dərk edəsən. Nə isə, gəlin prosesi tələsik çözməyə çalışmayaq. 

Bir məsələ aydındır ki, gözləri bərəlmiş Ukrayna oliqarxaları tez və operativ hərəkət edəcəklər. Onlar ya M.Saakaşvilini dərhal həbs edəcək, ya da bir az əvvəldə dediyim kimi, onun sadəcə, vətəndaşlığını bərpa etməyəcəklər. 

Bizə nədənsə belə gəlir ki, ikinci ssenari daha çox ehtimal olunur. Amma kimi bilir? Sərvətlərini itirə bilməkdən qorxuya düşən və gözləri hədəqəsindən çıxan oliqarxlar son nəticədə hər şeyə əl ata bilərlər...

Hüseynbala Səlimov,
istiqlal.az

...
Ərdoğanın etirafından sonra hansı yolumuz qaldı? - təhlil
Hakimin ağılsız qərarı "Çelsi"nin azerkeşlərini də təəccübləndirib- məşhur İngiltərə qəzeti
Siyasi məhbusların vəkili Vəkillər Kollegiyasından çıxarıldı
Ərdoğan Soçidən niyə əliboş qayıtdı? - təhlil
Şəkidə sakinlər icra başçısını qovublar - etiraz aksiyası
Xəbər lenti
24/11/2017 [00:19]:
İlham Əliyev sərəncam verdi
24/11/2017 [00:02]:
Dağıstanın Azərbaycanla həmsərhəd rayonunda atışma: 2 ölü-yenilənib
23/11/2017 [23:39]:
“Ünvanlı sosial yardım alanları ələbaxımlılıqdan uzaqlaşdırmalıyıq” – Siyavuş Novruzov
23/11/2017 [22:37]:
"Türkiyə NATO-dan uzaqlaşıb, Rusiyaya doğru getmir" - Çavuşoğlu
23/11/2017 [21:42]:
Avropa Birliyindən Bakı və Yerevana çağırış
23/11/2017 [20:57]:
Azərbaycan millisi FİFA reytinqində daha iki pillə gerilədi
23/11/2017 [20:33]:
İlham Əliyev NATO baş katibini Azərbaycana dəvət etdi
23/11/2017 [19:57]:
Rusiyada vəhşicəsinə döyülən azərbaycanlı tələbə öldü
23/11/2017 [19:45]:
Gənclər və İdman Nazirliyində korrupsiya faktları - Rəsmi
23/11/2017 [19:30]:
Qarabağla bağlı "Putin Planı"na aydınlıq gətirildi - Zaxarovadan açıqlama
23/11/2017 [19:12]:
Yalçın İmanov Vəkillər Kollegiyasından necə çıxarılıb? - İclasın stenoqramı
23/11/2017 [18:59]:
Lənkəranda büdcə korrupsiyası üzə çıxdı - Rəsmi
23/11/2017 [18:42]:
Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsində yoxlama - Palata nöqsanlar aşkarladı
23/11/2017 [18:15]:
Əsgərimizin meyiti təmas xəttində tapıldı - Nazirlik məlumat yaydı
23/11/2017 [18:03]:
Nazir əmr verdi, 70 nəfərlik komissiya rayonlarda yoxlamaya başladı - Nələr aşkarlandı?
23/11/2017 [17:49]:
Yalçın İmanova ilk beynəlxalq dəstək
23/11/2017 [17:39]:
Meksikalı “Koko” Bakıda
23/11/2017 [17:15]:
Qaraqoyunlu, Ağqoyunlu dövləti olmayıb... - Tarxiçidən maraqlı fikirlər
23/11/2017 [17:03]:
Qazaxıstan və Azərbaycan: Strateji tərəfdaşlar - səfir yazır
23/11/2017 [16:57]:
"Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə sərnişin daşınmasına başlanılacaq" - Cavid Qurbanov
23/11/2017 [16:42]:
"Kürd referendumu"nu dəstəkləyən məmur işdən çıxarıldı
23/11/2017 [16:15]:
Bir manatlıq pullar dəmir olacaq - Mərkəzi Bankdan açıqlama
23/11/2017 [15:55]:
"Qarabağ”-“Çelsi” oyunu zamanı 30 mindən çox sərnişin daşınıb - Rəsmi
23/11/2017 [15:39]:
Rusiyada bir qrup azərbaycanlıya ağır cəza verildi - 86 il həbs
23/11/2017 [15:21]:
"AST Telman" Fransadan sığınacaq istədi və Rusiyaya meydan oxudu - "Əlimdə kompromatlar var"
Bütün xəbərlər...
...
Həftənin ən çox oxunanları
Rusiyalı ekspert: 7 rayonun Azərbaycana qaytarılması artıq mümkün deyil
"Bu nə tərbiyəsizlik, nə əxlaqsızlıq?" - Deputatdan kəskin reaksiya
İlham Əliyev veteran YAP-çılarla bağlı sərəncam verdi - siyahı
Azərbaycanda mənzil satışı qaydaları dəyişdirilir - layihə
Ərdoğanın etirafından sonra hansı yolumuz qaldı? - təhlil
Ziya Məmmədovun daha iki obyekti əlindən alındı
Qalmaqallı layihə Milli Məclisdə müzakirəyə çıxarılır
“Yalandır, 1000 manat yox, 160 manat pensiya alıram” - Rasim Balayev
Moskvada kriminal aləmin "kralı" kim olacaq? - "Quli"ni də dəstəkləyənlər var
Azərbaycanın məşhur klinikasında nə baş verir? - təfsilat
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin