Tibb Univetsitetində kadr dəyişiklikləri - Yaşlı kafedra müdirləri əvəzlənir

13/09/2017 [15:03] - Gündəm (108)



Azərbaycan Tibb Universitetinin (ATU) bir neçə kafedra müdiri yeniləri ilə əvəz olunacaq.
Modern.az-ın əldə etdiyi məlumata görə, bu sırada adları çəkilən Urologiya, Oftalmologiya, Onkologiya , Travmatologiya və ortopediya, Uşaq cərrahlığı kafedralarının müdirlərinin vəzifədən kənarlaşdırılması gündəmdədir.
Urologiya kafedrasının hazırkı rəhbəri sabiq deputat, AMEA-nın müxbir üzvü, tibb elmləri doktoruSudeyif İmamverdiyevdir. O, 1990-cı ildən ATU-da kafedra müdiri kimi fəaliyyət göstərir.
Oftalmologiya kafedrasının hazırkı müdiri tibb elmləri doktoru, məşhur oftalmoloq Paşa Qəlbinurdur. O, 1991-ci ildən etibarən kafedra müdiri kimi fəaliyyət göstərir.
Travmatologiya və ortopediya kafedrasına hazırda travmatoloq-ortoped Əhməd Əhmədzadə rəhbərlik edir. O, 1998-ci ildən kafedra müdiri vəzifəsində işləyir.
Bu kafedranın rəhbərliyinə tibb elmləri namizədi, məşhur travmatoloq-ortoped Cəfər Nəsirlinin gətiriləcəyi gözlənilir.
Uşaq cərrahlığı kafedrasının hazırkı rəhbəri Çingiz Quliyev 1995-ci ilin may ayından bu postu tutur.
Modern.az-a verilən məlumata görə, yeni kafedra müdirinin tibb üzrə fəlsəfə doktoru, tanınmış uşaq cərrahı Ramiz Poluxovun olacağı gözlənilir.
Onkologiya kafedrasının hazırkı rəhbəri deputat, cərrah-onkoloq Əhliman Əmiraslanov da uzun illərdir bu vəfidə çalışır. O, 1993-cü ildə kafedra müdiri vəzifəsinə seçilib.
Kafedranın yeni müdirinin qulaq-burun-boğaz xəstəlikləri və baş-boyun cərrahiyyəsi uzmanı Yusif Hacıyevin olacağı bildirilir.
Modern.az saytı kafedra müdiri vəzifəsinə gətiriləcəyi bildirilən namizədlərlə əlaqə saxlayıb. Əməkdaşımız onlardan kafedraların hazırkı vəziyyəti, hansı dəyişikliklərin edilməsinin mümkünlüyü, yeniliklər ətrafında həmsöhbət olmağa çalışıb.
Travmatoloq-ortoped Cəfər Nəsirli kafedra ilə bağlı şərh verməyin düzgün olmadığı qeyd edib. Lakin ümumi olaraq bildirib ki, travmatologiya istiqamətində dünyada olan bir sıra gəlişmələri kafedrada da tətbiq etmək olar.
Uşaq cərrahı Ramiz Poluxov da ümumi danışıb. O, kafedrada iş getdiyini, yeniliklərin, kadr dəyişikliklərinin olduğunu, kafedra olaraq çox yeniliklərə imza atdıqlarını deyib. Eyni zamanda, yeni texnologiyaların, avadanlıqların nəzərə alınmalı olduğunu vurğulayıb. Cərrahın sözlərinə görə, əsas önəmli məsələ vətəndaşlara düzgün cərrahi xidmət göstərməkdir.
Digər namizədlərlə əlaqə yaratmağa çalışsaq da, mümkün olmayıb.

Nazirlər Kabinetində yeni təyinatlar - tam siyahı
Bu ili də köhnə hökumətlə başa vuracağıq? - Təhlil
Azərbaycanda zəlzələ olub
İlham Əliyev Milli Məclisin qəbul etdiyi qanunu rədd edib - rəsmi
Ziya Məmmədov evini satışa çıxardı - yenilənib
Xəbər lenti
26/09/2017 [23:25]:
“Roma”nın baş məşqçisi: “Qarabağ”a heç bir güzəşt olmayacaq
26/09/2017 [22:29]:
Dolların sabaha olan məzənnəsi
26/09/2017 [21:30]:
General Vilayət Eyvazov Çinə işgüzar səfərə gedib - Fotolar
26/09/2017 [20:23]:
Gəncədə “Dubay bazarı”nda qız üstündə iki nəfəri bıçaqladılar
26/09/2017 [19:27]:
Nura Suridən ATV rəhbərliyinə ittiham - "Müğənniləri öz restoranında pulsuz oxudurdu”
26/09/2017 [19:03]:
“Əgər məni işdən çıxarsalar pasportumu yandıraram” - Kürd referendumunu dəstəkləyən məmurdan hədə dolu bəyanat
26/09/2017 [18:59]:
İsveçdə iri məscid yandırıldı
26/09/2017 [18:41]:
"Roma"ya fəlsəfəmizi göstərməyə çalışacağıq" - Qurban Qurbanov
26/09/2017 [18:37]:
ATV-də dəyişiklik başladı - Məşhur verilişlər bağlandı, iki tanınmış aparıcı işdən getdi
26/09/2017 [18:09]:
Türkiyənin müdafiə naziri Azərbaycana səfər edəcək
26/09/2017 [17:49]:
İlham Əliyevdən Salyanla bağlı sərəncam
26/09/2017 [17:29]:
ATV-nin yeni rəhbəri telekanaldakı son durumdan danışdı
26/09/2017 [17:23]:
Ötən il 4400 nəfər SOCAR-la yollarını ayırıb
26/09/2017 [17:22]:
Bərzanini dəstəkləyən məmurla bağlı - Prokurorluqdan açıqlama
26/09/2017 [17:11]:
"Burada qeyri-adi heç nə yoxdur" - MTRŞ -dən ATV-də baş verənlərə reaksiya
26/09/2017 [16:57]:
Azərbaycan Dəmir Yollarında kütləvi ixtisarlar - "Ərizəni yaz, xoşluqla get"
26/09/2017 [16:27]:
ATV-nin 32 əməkdaşı işdən çıxarıldı
26/09/2017 [16:21]:
Hakimiyyət nümayəndəsinə tabe olmayanlara yeni cəza - Milli Məclis dəyişikliyə hazırlaşır
26/09/2017 [16:17]:
Laçının icra başçısı Bərzanini dəstəkləyən şöbə müdirini cəzalandıracaq - Açıqlama
26/09/2017 [16:01]:
Birləşmiş Ərəb Əmirliklərindən olan nümayəndə heyəti Azərbaycanda səfərdədir
26/09/2017 [15:58]:
Gürcüstan-Rusiya sərhədində partlayış - Ölən və yaralananlar var
26/09/2017 [15:37]:
“Dağlıq Qarabağ probleminin həllində bir az da cəsarət tələb olunur” - Azay Quliyev
26/09/2017 [15:32]:
Rusiyada "Facebook"a qadağa qoyula bilər
26/09/2017 [15:24]:
Beynəlxalq Bankın daha bir vəzifəli şəxsinin məhkəməsi başlayır
26/09/2017 [15:12]:
“İsrail Kürdüstanı xilas edə bilməz!” - Ərdoğan
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
İlham Əliyev Milli Məclisin qəbul etdiyi qanunu rədd edib - rəsmi
Nazim İbrahimov “vuruldu” - Yerinə Mikayıl Cabbarov gəlir
Nazirlər Kabinetində yeni təyinatlar - tam siyahı
Ramil Usubov yeni polis rəisi təyin etdi
Mənsimovun sonu?
Heydər Əsədov Ziya Məmmədovu əvəzlədi - Prezident sərəncamı
Deputatlar quda oldu - Bəylə gəlin spikerə görə şadlıq sarayına gec daxil olublar
Ərdoğanın Nyu-Yorkdakı çıxışı zamanı dava düşüb - Video
Prezidentdən bölgələrlə bağlı göstərişlər
Manatı gözləyən təhlükə - FED dekabrda faiz artımına gedir
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin