Bakıda II İndoneziya Mədəniyyət Festivalının açılışı olub

12/09/2017 [14:33] - Mədəniyyət (181)



Ötən həftə Heydər Əliyev Sarayında İndoneziya mədəniyyəti festivalının açılışı keçirilib. 
Əvvəlcə iştirakçılar sarayın foyesində İndoneziyanmı milli mədəniyyətini əks etdirən sərgi ilə tanış olub. Tədbiri giriş sözüylə açan səfir Hüsnan Bəy Fənani Azərbaycan ilə İndoneziya arasında mövcud olan mədəni əlaqələrdən bəhs edib. 

Hər iki ölkənin dost və tərəfdaş olduğunu vurğulayaraq, bildirib ki, festival ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə təsadüf edir: “İkitərəfli siyasi və iqtisadi əlaqələrimiz yüksək səviyyədədir, bu festival Azərbaycan xalqına, xüsusilə Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkən məcburi köçkünlərə həmrəylik əlaməti olaraq keçirilir. Azərbaycanın zəngin mədəniyyət və çoxmillətlilik xüsusiyyətlərə malikdir. İndoneizyada 1340 etnik qrup var. Hər iki ölkə tolerantlıq və həmrəyliyin inkişafının vacibliyini anlayır. Müxtəliflik bizi zənginləşdirir. Əminəm ki, festival ölkələrimiz arasında əməkdaşlığın möhkəmləndirilməsi naminə güclərini birləşdirilməsində körpü rolunu oynayacaq”.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxışında  bu festivalın bizə dost, qardaş olan İndoneziyanın mədəniyyəti ilə bağlı sayca ikinci tədbiri olduğunu xatırladıb: “Ötən il Beynəlxalq Muğan Mərkəzində paytaxt sakinləri və şəhərimizin qonaqları bu ölkənin çoxçeşidli, rəngarəng mədəniyyəti ilə yaxından tanış olmaq imkanı qazanmışdı. Hər iki xalqın mənəvi yaxınlığı din birliyi və bundan irəli gələn mənəvi bağlılıq, multikultural dəyərlər sədaqətə, düzgün baxışa söykənir. İndoneziya rəsmləri bütün beynəlxalq tədbirlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsində ölkəmizin haqlı mövqeyini dəstəkləyir. Davamlı, ikitərəfli görüşlərdə mənəvi yaxınlıqdan doğan birliyi əməli birliyə çevirməyə çalışırıq. Mədəniyyətlə bağlı atılan bu addımlar buna ən gözəl, parlaq nümunədir. Əbəs yerə demirlər ki, mədəniyyətin sərhədi yoxdur. Mədəniyyət daşıyıcıları hansı dildə danışmalarından və hansı dinə mənsub olmalarından asılı olmayaraq bəşəriyyətə, insanlığa sevgi aşılayırlar. Onlar əslində sülh, məhəbbət, dostluq, qardaşlıq elçiləridir”.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov bildirib ki, münaqişə nəticəsində ərazimizin 20 faizi - tarixi torpaqlarımız olan Dağlıq Qarabağ və ətrafdakı 7 rayon işğal olunub. Həmin ərazilərdə etnik təmizləmə siyasəti aparılıb və bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Sonra İndoneziyanın məşhur caz musiqiçisi Dhiki Darmavanın çıxışı və professional rəqqasların ifasında bu ölkənin ənənəvi və milli rəqs nömrələri təqdim edilib. Üç gün davam edən festival Dənizkənarı Milli Parkda mahnılarla, rəqslərlə, “Fun walk” yürüşü ilə başa çatıb. Festivalın davamı olaraq, “YARAT” Müasir İncəsənət Mərkəzində sentyabrın 12-də İndoneziyanın məşhur musiqiçi və rəssamları ilə görüş keçiriləcək.

İstiqlal.az
...
Bakının mərkəzində partlayış: Bir nəfər xəsarət alıb-yenilənib
Sarkisyanın məkrli oyunu - təhlil
Hökumət niyə bahalaşma qərarı verdi? - Şərh
Azərbaycan ordusunun əfsanəvi polkovniki şəhid oldu
İş adamı Ramiz Mehdiyevə şikayət etdi - açıq məktub
Xəbər lenti
23/02/2018 [23:44]:
Bu qurum fəaliyyətini dayandırdı
23/02/2018 [22:47]:
Suriyada xəstəxana raket atəşinə tutuldu
23/02/2018 [21:35]:
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
23/02/2018 [20:43]:
Sosial şəbəkələrdə “İdeal”a etiraz etdilər
23/02/2018 [20:01]:
İlham Əliyevdən sosial müavinətlərlə bağlı sərəncam
23/02/2018 [19:54]:
Əli Həsənovun daha bir nəvəsi barədə qalmaqal
23/02/2018 [19:49]:
Nəsimi rayonunda Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin xatirəsi anılıb
23/02/2018 [19:21]:
Könül Kərimova komunal xərclərini ödəmir - 172 manat borcu var
23/02/2018 [18:57]:
Makedoniyalı siyasətçi: ”Xocalı soyqırımı Ermənistana ləkədir”
23/02/2018 [18:33]:
Əhmədlidə avtobusların hərəkət istiqaməti dəyişdirildi
23/02/2018 [18:14]:
DTX, DİN və komitə birgə əməliyyat keçirdi
23/02/2018 [18:01]:
Erməni əsgər yaralanıb
23/02/2018 [17:39]:
AvroLiqada 1/8 finalın püşkü atıldı
23/02/2018 [17:16]:
Manat və dolların 3 günlük məzənnəsi
23/02/2018 [16:57]:
Moldova prezidenti Azərbaycana səfər edəcək
23/02/2018 [16:24]:
İsa Qəmbər yenə xəstəxanaya yerləşdirildi
23/02/2018 [16:07]:
Bakıda su dammasına görə 20 nəfər dalaşdı - Hamilə qadın döyüldü
23/02/2018 [15:47]:
Əroğandan Pentaqona sərt cavab
23/02/2018 [15:26]:
Mehriban Əliyeva İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədrini qəbul edib
23/02/2018 [15:10]:
ALDP İraq Türkməneli Partiyası ilə əməkdaşlıq müqaviləsi imzaladı
23/02/2018 [15:02]:
Parlament sürücülərlə bağlı dəyişikliyi təsdiqlədi - 150 manatdan 1000 manata qədər cərimə
23/02/2018 [14:47]:
Şəxsiyyət vəsiqələri ilə bağlı dəyişiklik
23/02/2018 [14:21]:
5 min məhkumla bağlı təqdimat göndəriləcək - Əli Hüseynlidən açıqlama
23/02/2018 [13:57]:
Samir Şərifov hindistanlı həmkarı ilə görüşüb
23/02/2018 [13:22]:
2017-ci ilin 6 ayı ərzində Azərbaycana 16 min 477  turist gəlib - Səfir
Bütün xəbərlər...
...
Həftənin ən çox oxunanları
Nərgiz Paşayevanın qızını Bakıda kinoteatra buraxmadılar
İlham Əliyevin qohumu Riyad Əliyev saxlanıldı- 30 sutka həbs verildi
Nazir rəis müavinin vəzifəsini aşağı saldı
İlham Əliyevdən yeni təyinatlar
Azərbaycanlı biznesmen öldürüldü - Moskvada amansız "razborka"
İlham Əliyev dövlət xidmətinə 2 müavin təyin etdi - sərəncam
Bakıda DTX-nın adından istifadə edən dələduz tutuldu
Rövşən Lənkəranskinin qatili bilindi
Heydər Əliyev prospektində dəhşətli qəza - 4 maşın toqquşub, 2 ölü 2 yaralı
Rusiyadakı yanğında ölən azərbaycanlıların sayı 5 nəfərə çatıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin