Azərbaycanda krediti gecikdirənlərin evi məhkəməsiz müsadirə oluna bilər - Banklar Assosiasiyasından ilginc təklif

11/09/2017 [18:34] - Gündəm (797)



Banklar Assosiasiyası ipoteka qanunvericiliyinə dəyişiklik edilməsi barədə təkliflər hazırlayıb. Təkliflər qəbul ediləcəyi halda ipoteka krediti alan şəxs ödənişləri yubadarsa o zaman bank məhkəməyə müraciət etmədən həmin vətəndaşın mənzilini hərraca çıxarıb satmaq hüququna malik olacaq.
Bu haqda  iqtisadçı ekspert Vüqar Bayramov Facebook-da yazıb. O, qeyd edib ki, həmin qaydaların yeni ipoteka müqavilələrinə şamil edilməsi və müqavilələrdə xüsusi bənd kimi yer alması nəzərdə tutulur. Başqa sözlə, əgər təkliflər keçsə ipoteka krediti götürənlər banklarla bağlayacaqları müqavilələr üzrə üzərlərinə belə öhdəlik götürəcəklər ki, krediti vaxtında ödəməsələr aldıqları əmlakın məhkəmə qərarı olmadan satış çıxarılmasına razılıq verirlər.
Lakin qanunvericiliyə bu cür dəyişikliklərin edilməsi təklifi barədə Banklar Assosiasiyasının hər hansı açıqlaması yoxdur.
Vüqar Bayramov isə bildirir ki, Assosiasiyanın bu təklifləri hansı ölkənin və ya ölkələrin təcrübəsinə əsasən hazırladığını müəyyənləşdirmək çətindir. Amma dünya praktikasında məhkəmə qərarı olmadan əmlakın satışa çıxarılması praktikasına çox az rast gəlinir. Onun fikrincə, təkliflər qanun şəklini alarsa ipoteka krediti götürüb ev alanlar krediti gecikdirərsə illərlə ödəni etdikləri mənzilin  əllərindən alınıb satılması ilə üzləşəcəklər.
"Məsələn, vətəndaş ipoteka krediti ilə mənzil alıb, bir neçə il ödəniş edib, amma sonradan ondan asılı olan və ya olmayan səbəblərdən ödənişdə yubanmalar var. Belə çıxır ki, banklar dərhal vətəndaşın mənzilini əlindən alıb satışa çıxaracaqlar. Əslində, bu halda banklar əmlakı satışa çıxarmağa deyil, həmin şəxsə ödənişini bərpa üçün daha münasib şərtlər və ya müəyyən möhlət  təklif etməyə çalışmalıdırlar”-iqtisadçı bildirir.
Ekspert qeyd edir ki, əmlakın taleyi məhkəmə qətnaməsinin çıxarılmasından sonra icra qərarlarına uyğun həll edilə bilər. Onun fikrincə,  Banklar Assosiyasiyasının təklifləri keçsə ipoteka krediti götürmək istəyənlərin sayı kəskin azalacaq. 
Bank üzrə mütəxəssis Əkrəm Həsənov isə hesab edir ki, bu təkliflərin qəbulu mümkün deyil, çünki Azərbaycan Konstitusuyasına ziddir. Ekspertin virtualaz.org-a bildirdiyinə görə burada söhbət yalnız ipoteka kreditlərindən deyil, ümumiyyətlə, ipotekadan gedir.
“İpoteka krediti odur ki, vətəndaş ev almaq istəyir, bankdan kredit götürür və həmin evi girov qoyur. Burada söhbət ipoteka kreditlərindən deyil, ümumiyyətlə, ipotekadan gedir. İpoteka isə daşınmaz əmlakın və avtomobillərin girovudur. Siz krediti  sahibkarılıq və ya digər məqsəd üçün götürməyinizdən asılı olmayaraq evinizi, torpağınızı, avtomobilinizi  girov qoyursunuz. Bu o deməkdir ki, belə girov varsa, borcu qaytarmaqdıqda o, məhkəməsiz əlinizdən alınacaq. Bu ilk növbədə Azərbaycan Konstitusiyasına ziddir. Konstitusiyaya  görə, məhkəmə qərarı olmadan, heç kəs mülkiyyət hüququndan məhrum edilə bilməz. Mən bu təkliflərin parlamentdən keçməsinə və qanun halına salınmasına inanmıram”, - deyə ekspert bildirir.
Ə. Həsənov qeyd edir ki, banklar onsuz da bu gün kütləvi şəkildə vətəndaşların və sahibkarların hüquqlarını pozurlar.  İndi onlara belə bir imkan verilsə, vətəndaşların hüquqlarını pozacaq və kefləri istədiyini edəcəklər.
Ə. Həsənov bildirir ki, bu təklif Azərbaycan bank sistemində 10-15 il əvvəldən müzakirə edilib və heç vaxt dövlət səviyyəsində dəstək görməyib.  İndi isə təkliflərin  əhalinin bankların fəaliyyətindən narazı olduğu bir vaxtda yenidən gündəmə gətirilməsi absurddur.

Nazirlər Kabinetində yeni təyinatlar - tam siyahı
Bu ili də köhnə hökumətlə başa vuracağıq? - Təhlil
Azərbaycanda zəlzələ olub
İlham Əliyev Milli Məclisin qəbul etdiyi qanunu rədd edib - rəsmi
Ziya Məmmədov evini satışa çıxardı - yenilənib
Xəbər lenti
26/09/2017 [23:25]:
“Roma”nın baş məşqçisi: “Qarabağ”a heç bir güzəşt olmayacaq
26/09/2017 [22:29]:
Dolların sabaha olan məzənnəsi
26/09/2017 [21:30]:
General Vilayət Eyvazov Çinə işgüzar səfərə gedib - Fotolar
26/09/2017 [20:23]:
Gəncədə “Dubay bazarı”nda qız üstündə iki nəfəri bıçaqladılar
26/09/2017 [19:27]:
Nura Suridən ATV rəhbərliyinə ittiham - "Müğənniləri öz restoranında pulsuz oxudurdu”
26/09/2017 [19:03]:
“Əgər məni işdən çıxarsalar pasportumu yandıraram” - Kürd referendumunu dəstəkləyən məmurdan hədə dolu bəyanat
26/09/2017 [18:59]:
İsveçdə iri məscid yandırıldı
26/09/2017 [18:41]:
"Roma"ya fəlsəfəmizi göstərməyə çalışacağıq" - Qurban Qurbanov
26/09/2017 [18:37]:
ATV-də dəyişiklik başladı - Məşhur verilişlər bağlandı, iki tanınmış aparıcı işdən getdi
26/09/2017 [18:09]:
Türkiyənin müdafiə naziri Azərbaycana səfər edəcək
26/09/2017 [17:49]:
İlham Əliyevdən Salyanla bağlı sərəncam
26/09/2017 [17:29]:
ATV-nin yeni rəhbəri telekanaldakı son durumdan danışdı
26/09/2017 [17:23]:
Ötən il 4400 nəfər SOCAR-la yollarını ayırıb
26/09/2017 [17:22]:
Bərzanini dəstəkləyən məmurla bağlı - Prokurorluqdan açıqlama
26/09/2017 [17:11]:
"Burada qeyri-adi heç nə yoxdur" - MTRŞ -dən ATV-də baş verənlərə reaksiya
26/09/2017 [16:57]:
Azərbaycan Dəmir Yollarında kütləvi ixtisarlar - "Ərizəni yaz, xoşluqla get"
26/09/2017 [16:27]:
ATV-nin 32 əməkdaşı işdən çıxarıldı
26/09/2017 [16:21]:
Hakimiyyət nümayəndəsinə tabe olmayanlara yeni cəza - Milli Məclis dəyişikliyə hazırlaşır
26/09/2017 [16:17]:
Laçının icra başçısı Bərzanini dəstəkləyən şöbə müdirini cəzalandıracaq - Açıqlama
26/09/2017 [16:01]:
Birləşmiş Ərəb Əmirliklərindən olan nümayəndə heyəti Azərbaycanda səfərdədir
26/09/2017 [15:58]:
Gürcüstan-Rusiya sərhədində partlayış - Ölən və yaralananlar var
26/09/2017 [15:37]:
“Dağlıq Qarabağ probleminin həllində bir az da cəsarət tələb olunur” - Azay Quliyev
26/09/2017 [15:32]:
Rusiyada "Facebook"a qadağa qoyula bilər
26/09/2017 [15:24]:
Beynəlxalq Bankın daha bir vəzifəli şəxsinin məhkəməsi başlayır
26/09/2017 [15:12]:
“İsrail Kürdüstanı xilas edə bilməz!” - Ərdoğan
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
İlham Əliyev Milli Məclisin qəbul etdiyi qanunu rədd edib - rəsmi
Nazim İbrahimov “vuruldu” - Yerinə Mikayıl Cabbarov gəlir
Nazirlər Kabinetində yeni təyinatlar - tam siyahı
Ramil Usubov yeni polis rəisi təyin etdi
Mənsimovun sonu?
Heydər Əsədov Ziya Məmmədovu əvəzlədi - Prezident sərəncamı
Deputatlar quda oldu - Bəylə gəlin spikerə görə şadlıq sarayına gec daxil olublar
Ərdoğanın Nyu-Yorkdakı çıxışı zamanı dava düşüb - Video
Prezidentdən bölgələrlə bağlı göstərişlər
Manatı gözləyən təhlükə - FED dekabrda faiz artımına gedir
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin