“Hər oyunda dişimiz və dırnağımızla mübarizə aparacağıq”

11/09/2017 [12:21] - İdman (115)



“Avropanın ən nüfuzlu klub turnirində çıxış etmək bizim çoxdankı arzumuz idi”. Bunu “Qarabağ” futbol komandasının baş məşqçisi Qurban Qurbanov komanda ilə bağlı yazı dərc edən “Frans Press” agentliyinə açıqlamasında deyib.
45 yaşlı mütəxəssis bildirib ki, Ağdam təmsilçisinin Çempionlar Liqasının qrup mərhələsindəki rəqibləri çox güclü və təcrübəlidir. O, “Qarabağ”ın döyüşdən əvvəl təslim olmayacağını söyləyib: “Biz yüksək rəqabət səviyyəsini püşkatma nəticəsində İngiltərə, İtaliya və İspaniyanın top-klubları ilə eyni qrupda düşdükdən dərhal sonra hiss etdik. Qrupdakı rəqiblərimiz çox güclü və təcrübəlidirlər. Amma bu, döyüşdən əvvəl təslim olacağımız demək deyil. Biz hər bir matçda dişimiz və dırnağımızla mübarizə aparmağa hazırıq”.
Q.Qurbanov sentyabrın 12-də İngiltərədə "Çelsi"yə qarşı keçirəcəkləri qarşılaşmanın çətin və ağır olacağını vurğulayıb. Baş məşqçi üzərlərinə düşən işi layiqincə yerinə yetirməyə çalışacaqlarını deyib: “Yarışa Londonda başlayırıq. “Stemford Bric”dəki oyun bizim üçün çox çətin və ağır olacaq. Üzərimizə düşən işi layiqincə yerinə yetirəcəyimizə ümid edirik”.
Nüfuzlu agentliyin hazırladığı geniş məqalədə Nərmin Vəliyeva adlı “Qarabağ” azarkeşinin də fikirlərinə yer verilib. O, Ağdam klubunun uğurunun hər kəsi birləşdirdiyini qeyd edib: “Qarabağ”ın uğuru cavan və qocaları, kişilərlə qadınları, bütün Azərbaycan klublarının tərəfdarlarını birləşdirdi. Onlar ölkədə bizim favoritimizdir. “Qarabağ”ın işğal olunmuş bölgəni təmsil etməsi xüsusilə önəmlidir. İndi bütün dünya bizim problemdən xəbər tutacaq”.
Yazıda erməni separatçılarının 1990-cı illərin əvvəllərində Dağlıq Qarabağı işğal etmələri, “Qarabağ”ın ÇL-in “C” qrupundakı ev oyunlarını Ağdamdan 365 km uzaqda yerləşən Bakıda keçirdiyi qeyd olunub.
“Qarabağ”ın 1951-ci ildə yerli fermerlərin həmkarlar ittifaqı tərəfində təsis olunduğu, komandanın 1991-ci ilə qədər SSRİ-nin II divizonda çıxış etdiyi diqqətə çatdırılıb. Həmçinin, Ağdam təmsilçisinin 2001-ci ildə “Azərsun Holding”in himayəsinə keçənə qədər maddi çətinliklərlə üzləşdiyi, stabil maliyyə qaynağının komandanın ardıcıl 4 dəfə ölkə çempionu olmasına köməklik göstərdiyi yazılıb.
Məqalədə “Qarabağ”ın heyətində Dino Ndlovu, Miçel, Dani Kintana və Riçard Almeyda kimi legionerlərin yer aldığı xatırladılıb, “Qafqazın Barselonası” kimi xarakterizə edilən Ağdam komandasının Gürcüstan “Samtredia”sı, Moldova “Şerif”i və Danimarka “Kopenhagen”ini mübarizədən kənarlaşdıraraq, ÇL-in qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu olduğu vurğulanıb.

...
Kimdir müxalifətçi? - Prezidentə icra başçısından şikayət
Ərdoğanın etirafından sonra hansı yolumuz qaldı? - təhlil
Hakimin ağılsız qərarı "Çelsi"nin azerkeşlərini də təəccübləndirib- məşhur İngiltərə qəzeti
Siyasi məhbusların vəkili Vəkillər Kollegiyasından çıxarıldı
Ərdoğan Soçidən niyə əliboş qayıtdı? - təhlil
Xəbər lenti
25/11/2017 [11:15]:
Həbsdə saxlanılma müddətinin uzadılması qaydası dəyişdirilir
25/11/2017 [10:51]:
“Nar bağı” bədii filmi beynəlxalq mükafata layiq görülüb
25/11/2017 [10:16]:
Qazaxıstanda çadradan istifadə qadağan olunur – qanun layihəsi
25/11/2017 [09:37]:
Tikinti materialları üçün yeni gömrük rüsumları – Nazirlər Kabinetinin qərarı
25/11/2017 [00:51]:
Batumidə hoteldə yanğında ölənlərin sayı 12-yə çatıb - yenilənib
25/11/2017 [00:07]:
Lerik rayonuna güclü qar yağıb
24/11/2017 [23:29]:
Merkel: Şərq Tərəfdaşlığının taleyi Rusiyadan asılıdır
24/11/2017 [22:38]:
ATƏT PA-nın prezidenti: Qarabağ münaqişəsi diqqətdə saxlanımalıdır
24/11/2017 [21:47]:
Tofiq Quliyev və Emin Sabitoğluna həsr olunmuş konsert keçirilib
24/11/2017 [20:58]:
"Qarabağ"ın hücumçusu Rumıniya klubunun hədəfində
24/11/2017 [20:43]:
İlham Əliyevin Brüsselə işgüzar səfəri başa çatıb
24/11/2017 [20:32]:
Dolların noyabrın 27-nə olan məzənnəsi
24/11/2017 [20:04]:
Ərdoğan müxalifət liderini məhkəməyə verib
24/11/2017 [19:41]:
Avropadakı azərbaycanlılar Brüsseldə aksiya keçirib
24/11/2017 [19:17]:
"Qarabağ" "Fənərbaxça" azarkeşlərinə təşəkkür etdi
24/11/2017 [18:57]:
Dərbənddə Nizami Gəncəvinin heykəli bərpa edildi
24/11/2017 [18:34]:
“Aqrolizinq”də korrupsiya halları aşkarlanıb - rəsmi
24/11/2017 [18:11]:
Tramp və Ərdoğan arasında telefon danışığı olub
24/11/2017 [17:48]:
“Bank VTB (Azərbaycan)”ın Müşahidə Şurasına sədr təyin edilib
24/11/2017 [17:29]:
Astarada bayraq qalmaqalı
24/11/2017 [17:12]:
Bakıxanovda ağacları qırıb yerində bina tikən adamlar kimdir?
24/11/2017 [16:56]:
Prezident Milli Məclisə üç qanuna dəyişikliklə bağlı layihə göndərdi
24/11/2017 [16:26]:
Mövlud Çavuşoğlu Azərbaycana gəlir
24/11/2017 [16:19]:
Misirdə məsciddə terakt - 50 ölü, 70 yaralı
24/11/2017 [16:01]:
Prokuror general Novruzəli Orucovun oğluna 6 il həbs cəzası istədi
Bütün xəbərlər...
...
Həftənin ən çox oxunanları
Ərdoğanın etirafından sonra hansı yolumuz qaldı? - təhlil
"Bu nə tərbiyəsizlik, nə əxlaqsızlıq?" - Deputatdan kəskin reaksiya
İlham Əliyev veteran YAP-çılarla bağlı sərəncam verdi - siyahı
Bakıda 6 milyona 48 otaqlı villa satılır: 2100 kv.mert sahəsi, 30 maşınlıq qarajı var - Fotolar
Prezident iki rayonla bağlı fərman verəcək
Ziya Məmmədovun daha iki obyekti əlindən alındı
Nazir əmr verdi, 70 nəfərlik komissiya rayonlarda yoxlamaya başladı - Nələr aşkarlandı?
Azərbaycanın məşhur klinikasında nə baş verir? - təfsilat
Qalmaqallı layihə Milli Məclisdə müzakirəyə çıxarılır
Kimdir müxalifətçi? - Prezidentə icra başçısından şikayət
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin