24 illik sükut: Onu kim pozacaq?-təhlil

08/09/2017 [00:08] - Siyasət (467)



Dörd qətnamə və onların tələblərinə qarşı tamamilə sıfır reaksiya... Nəinki BMT Baş Assambleyasının sessiyaları yaxınlaşanda, hətta ən adi vaxtlarda – təşkilatın adı çəkiləndə belə qeyri–ixtiyari olaraq yadımıza bunlar düşür.

Doğrusu, Qarabağla bağlı ilk qətnamə - 822 saylı qətnamə qəbul olunarkən düşünmürdük ki, belə olacaqdır. O vaxt hələ BMT ilə bağlı müəyyən ümidlər vardı və güman olunurdu ki, hansısa nəticə olacaqdır. 

Hərçənd, həmin vaxtlarda xeyli “uzunömürlü” münaqişələr də mövcud idi. Onlardan biri də elə Yaxın Şərq, ərəb – İsrail münaqişəsi idi. Yarım əsr davam etməsinə rəğmən həmin münaqişə hələ də olunmamış qalırdı. 

Düzü, bizi bir az ümidləndirən həm də soyuq müharibənin bitməsi idi. Soyuq müharibə çağlarında BMT də SSRİ ilə ABŞ - ın yarış məkanına çevrilmişdi. 

Yadıma gəlir, şəxsən elə mən özüm də güman edirdim ki, SSRİ – nin çökməsilə ərəb – İsrail münaqişəsi həllini tapacaqdır. Amma indi təəssüf hissilə deyirəm ki, heç də belə olmadı– çünki SSRİ çöksə də maraqlar öz mövcudluğunu saxladı, yeni Rusiyaya SSRİ-dən həm də sonuncunun geosiyasi ambisiyaları miras qaldı.

Ən maraqlısı odur ki, həmin vaxtlarda bir məsələ də gündəmə gəlmişdi. Bu da BMT-nin reforması ilə bağlı təkliflər idi. Hərə bir söz deyir və bir şey yazırdı. Kimi daimi üzvlərin sayının artırılmasını təklif edir, kimi də bu qurumun, ümumiyyətlə, ləğv olunmasını təklif edirdi. 

Amma bunların heç biri olmadı – nə BMT özü dəyişdi, nə də Dünyanın qalmaqallı siyasi mənzərəsi. İradlar, tənqidlər isə bugünədək davam edir və hər dəfə də adamda belə təsəvvür yaranır ki, nə vaxtsa onları ciddiyə alanlar tapılacaqdır.

Elə məni də bu sətirləri yazmağa vadar edən məhz bu məsələlər oldu. Təbii ki, onlar növbəti sessiyanın gündəminə düşməyəcək. Amma belə  informasiya yayıldı ki, ABŞ prezidenti guya ki, sessiya ərəfəsində dünya liderlərini bir araya gətirmək istəyir. Məqsəd də BMT-nin islahatı haqda düşünüb – daşınmaqdır. 

Yada salaq ki, BMT-nin islahatı prezident D.Trampın seçki platformasını ən əsas müddəalarından idi. Özü də məsələ D.Tramp üçün təkcə bir maliyyə məsələsi də deyildir.     

Amma o da deyildi ki, Rusiya prezidenti sessiyanın işinə qatılmayacaqdır. Bəs Trampın keçirmək istədiyi toplantı necə olacaq – bu haqda hələki heç nə məlum deyildir...

Sessiyada Azərbaycanla bağlı da müəyyən məqamlar vardı. Deyirdilər ki, ola bilsin, Azərbaycan və Ermənistan prezidentləri Nyu – Yorkda bir araya gələcəklər. 

Amma indi demək olar ki, böyük ehtimalla belə olmayacaq və hər iki tərəf çox güman ki, sessiyada öz xarici işlər nazirləri səviyyəsində təmsil olunacaqdır.     

Təəssüf, bu həm də o deməkdir ki, münaqişənin çözülməsilə bağlı indiyədək davam edən pauza hələ bir müddət də, ən azı ilin axırınadək qalacaqdır. Halbuki amerikalı həmsədrin dilindən səslənən təklifləri indi bir ümumi platforma kimi qəbul etmək olar. Hər halda, digər həmsədrlər də təkliflərdə onlar üçün yeni şeyin olmadığını dedilər. Bu isə onu deməyə əsas verir ki, ən azı üç həmsdərin üçünün qəbul etdiyi ortaq bir məxrəc var...

Bu arada Rusiya xarici işlər naziri S.Lavrov bir az da “uzağa” getdi və belə bir fikir dedi ki, Qərb bizim dediklərimizi qəbul etsəydi o halda iki münaqişə-Dağlıq Qarabağ və Dnestryanı münaqişə çoxdan həll olunardı.

Bununla Lavrov nə demək istəyirdi? Doğrudanmı, Qərb nə vaxtsa Moskvanın vasitəçilyinə mane olubdur? Belə hal ağlımıza və yadımıza gəlmir. Əksinə, ABŞ və Fransa münaqişənin çözülməsində Rusiyaya hər an geniş meydan veribdir. 

Bəs onda Lavrov nə sayıqlayır? Güman ki, rusiyalı diplomat tamam başqa bir şey demək istəyir. Nəzərdə tutduğu budur ki, siz bu regionun da mandatını bizə verin, burada bizim “hüquq”larımızı tanıyın və biz də  məsələni bildiyimiz kimi “həll” edək...

Rusiyanın “bildiyini”sə bəzi siyasətçilər çoxdan dilə gətirib. Bir neçə dəfə deyilib ki, Dağlıq Qarabağ problemi o vaxt həll olunacaq ki, Azərbaycan və Ermənistan yenidən Rusiyanın yaratdığı vahid geosiyasi layihənin tərkibində olsun. 

Bu layihə necə nəzərdə tutulur? Avrasiya İttifaqı və yaxud Gömrük Birliyi onu əvəz edərmi? Çox təəssüf ki, bu xüsusda hələ dəqiq heç nə deyilmir. 

Güman ki, ruslar bir az da dərin “inteqrasiya” nəzərdə tuturlar. Bəs bu, nə dərinlikdə ola bilər, – zənn edirik ki, hamı təxmin edir bunu...

Hüseynbala Səlimov, 
istiqlal.az
...
Bakının mərkəzində partlayış: Bir nəfər xəsarət alıb-yenilənib
Sarkisyanın məkrli oyunu - təhlil
Hökumət niyə bahalaşma qərarı verdi? - Şərh
Azərbaycan ordusunun əfsanəvi polkovniki şəhid oldu
İş adamı Ramiz Mehdiyevə şikayət etdi - açıq məktub
Xəbər lenti
24/02/2018 [20:52]:
Bərdədə qatar yük maşını ilə toqquşdu - Video
24/02/2018 [19:57]:
İlham Əliyevdən təhsillə bağlı sərəncam
24/02/2018 [18:57]:
Bakıda mənzildən kişi meyiti tapılıb
24/02/2018 [17:57]:
Salyanda “Ford” və “Mercedes” toqquşub, sürücülər xəsarət alıb
24/02/2018 [16:51]:
Dünən axtarışda olan 60 nəfər saxlanılıb
24/02/2018 [15:47]:
XİN və Baş Prokurorluq Xocalı soyqırımı ilə bağlı birgə bəyanat yayıb
24/02/2018 [14:57]:
Nazir Ramil Usubov 10 rayonun rəislərinə konkret tapşırıqlar verdi
24/02/2018 [13:46]:
Neft yenidən bahalaşır
24/02/2018 [12:47]:
Restoranın bacasından xilas edilən şəxs oğurluğa giribmiş
24/02/2018 [11:37]:
Mərkəzi Klinikanın həkimləri İsa Qəmbərin səhhəti barədə
24/02/2018 [11:16]:
DİM-dən dövlət qulluğuna qəbul olmaq istəyənlərə xəbərdarlıq
24/02/2018 [10:51]:
Vasif Talıbov yeni agentliyə rəhbər təyin etdi
24/02/2018 [10:21]:
Azərbaycan nefti bahalaşdı
24/02/2018 [09:47]:
Xızıda fabrik sürücüsünü döyərək, öz maşını ilə 200 metr sürüyüblər
24/02/2018 [00:09]:
Bakıda vətəndaşa qarşı inanılmaz vəhşilik - Video
23/02/2018 [23:44]:
Bu qurum fəaliyyətini dayandırdı
23/02/2018 [22:47]:
Suriyada xəstəxana raket atəşinə tutuldu
23/02/2018 [21:35]:
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
23/02/2018 [20:43]:
Sosial şəbəkələrdə “İdeal”a etiraz etdilər
23/02/2018 [20:01]:
İlham Əliyevdən sosial müavinətlərlə bağlı sərəncam
23/02/2018 [19:54]:
Əli Həsənovun daha bir nəvəsi barədə qalmaqal
23/02/2018 [19:49]:
Nəsimi rayonunda Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin xatirəsi anılıb
23/02/2018 [19:21]:
Könül Kərimova komunal xərclərini ödəmir - 172 manat borcu var
23/02/2018 [18:57]:
Makedoniyalı siyasətçi: ”Xocalı soyqırımı Ermənistana ləkədir”
23/02/2018 [18:33]:
Əhmədlidə avtobusların hərəkət istiqaməti dəyişdirildi
Bütün xəbərlər...
...
Həftənin ən çox oxunanları
Nərgiz Paşayevanın qızını Bakıda kinoteatra buraxmadılar
İlham Əliyevin qohumu Riyad Əliyev saxlanıldı- 30 sutka həbs verildi
Əli Həsənovun daha bir nəvəsi barədə qalmaqal
Nazir rəis müavinin vəzifəsini aşağı saldı
İlham Əliyevdən yeni təyinatlar
Azərbaycanlı biznesmen öldürüldü - Moskvada amansız "razborka"
İlham Əliyev dövlət xidmətinə 2 müavin təyin etdi - sərəncam
Rövşən Lənkəranskinin qatili bilindi
AzTV sədrinin tutdurduğu iş adamının qızından şok açıqlamalar
Rusiyadakı yanğında ölən azərbaycanlıların sayı 5 nəfərə çatıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin