Bəzi banklar ilin sonuna kimi ləğv oluna bilər - Palata qərar verəcək

07/09/2017 [16:50] - İqtisadiyyat (799)



Ölkədə bank sisteminin sağlamlaşdırılmasına start verilsə də, proses sona çatdırılmadı.
İstiqlal.az xəbər verir ki, iqtisadçı Natiq Cəfərli Modern.az-a bunun səbəblərini açıqlayıb. O qeyd edib ki, bank sistemində problemlər dərinləşməkdə davam edir: "Prosesin dayandırılması panikanın aradan qaldırmasına yönəlib”.
"Rəsmi rəqəmlər də bunu sübut edir. Həm problemli kreditlərin həcmi artır, həm də ötən illə müqayisədə kreditləşmədə ciddi geriləmə var. Banklar iqtisadi aktivliyi xeyli dərəcədə zəiflədən bir amilə çevrilib. Çünki özlərinin vəziyyəti yaxşı deyil. Əgər rəsmi rəqəmlərə görə problemli kreditlərin həcmi 13-14 faizə yaxınlaşırsa və beynəlxalq qiymətləndirmədə 25-30 faiz civarında göstərilirsə, deməli bankların özlərinin vəziyyəti heç də yaxşı deyil. Sağlamlaşdırma prosesi sürətlə başlasa da, səngidi. Bəzi problemli bankların birləşdirilməsi, bəzilərinin bağlanması gündəmdədir. Sadəcə panika havası yaranmasın deyə proses səngidi. Çünki banklarla bağlı məlumatlar yayılanda insanların güvəni də sarsılmış və depozitlərini sürətlə geri çəkməyə başlamışdılar. Bu prosesi saxlamaq, panikanın yatırılması üçün bankların bağlanması və birləşdirilməsi dayandırıldı. Əslində isə proses sona çatmayıb. Mütləq bank sistemi sağlamlaşdırılmalıdır ki, iqtisadiyyat yenidən canlansın, banklar ayaqda durmağı bacarsın, daha ciddi strukturlara çevrilsinlər ki, prosesdə mühüm rol oynasınlar. Bank kreditləri, bankların iqtisadiyyatda iştirakı olmadan nə ticarətdə, nə istehsalda, nə yeni iş yerlərinin yaradılmasında biznesə dəstək vermək olur. Çünki biznesə uzunmüddətli və ucuz kreditlər lazımdır ki, yeni iş yerləri, istehsal sahələri yaradılsın. Hansı ki, Azərbaycan hökuməti məqsəd olaraq qarşısına qoyub. Amma indiki 20-25 faizə, ağır şərtlərlə verilən biznes kreditlərinə maraq azalıb. İqtisadi aktivlik aşağı olduğu üçün biznes kreditlərindən istifadə olunmur. İstehlak kreditlərində də eyni vəziyyətdir. Əhalinin çox böyük hissəsi kredit borcları altındadır. Son 25-30 faizlik istehlak kreditləri əhalinin qaldıra biləcəyi bir yük deyil. Sağlamlaşdırma proqramları sonuna qədər getməlidir. Çürük, problemləri yüksək olan banklar ya birləşdirilməli, ya da bağlanmalıdır ki, iqtisadiyyatda canlanma olsun. Bu fəaliyyətin təşkil olunmasında da Mərkəzi Bankın və hökumətin dəstəyi lazım olacaq. Banklar öz-özlüyündə düşdükləri vəziyyətdən çıxa bilməyəcəklər”
Ekspertin sözlərinə görə, bank sistemində mövcud vəziyyəti stabilləşdirmək, maliyyə məsələlərini tənzimləmək üçün yaradılan Maliyyə Bazarlarına Nəzarət Palatası ona verilən etimadı doğrultmadı:
"Palatanın verdiyi qərarlar, xüsusilə də nağdsız hesablaşmalarla bağlı addımlar bank sistemində nəninki sadələşməyə, əksinə daha çətin bir durumun yaranmasına səbəb oldu. Obyektivlik naminə deməliyəm ki, bu, təkcə Palatadan asılı məsələ deyildi. Palata Mərkəzi Bank və hökumətlə birgə bankların sağlamlaşdırılması üçün ciddi plan hazırlamalı və tədqiqat həyata keçirməli idi. Təəssüf ki, Palatanın verdiyi qərarların əksəriyyəti əngəlləyici və vəziyyəti mürəkkəbləşdirməyə xidmət etdi. Bu da bank sistemində olan çətin vəziyyətin daha da çətinləşməsinə səbəb oldu. Ona görə də Mərkəzi Bank da, Maliyyə Bazarlarına Nəzarət Palatası da, Maliyyə Nazirliyi də bir-birini tamamlayıcı addımlar atmalıdır. Müxtəlif qurumlar tərəfindən verilən qərarlar effekt vermir. Çünki Mərkəzi Bankın qərarlarını Palata bəyənmir, Palatanın verdiyi qərarlar isə reallıqdan uzaq olduğu üçün həyata keçirilməsi mümkün olmur. Bütün bunlar isə iqtisadiyyata xeyirdən çox, ziyan gətirir. Ona görə də ciddi koordinasiyaya ehtiyac var. Hələlik görünən odur ki, hər üç tərəfin məsələyə fərdi baxışı var və birgəlik nümayiş etdirmək istəmirlər. Bunun da əziyyətini həm banklar, həm də əhali çəkir”.
N.Cəfərli bankların sağlamlaşdırma prosesinin davam etdirilməsinin siyasi qərardan asılı olacağını bildirib:"Palatanın məsləhətləşmiş şəkildə qərar verəcəyi gözlənilir. Əslində doğru olan odur ki, fəaliyyət göstərə bilməyən banklar bazardan çıxarılmalıdır. Ola bilər ki, ilin sonuna doğru biz belə addımların şahidi olacağıq”.

Nazirlər Kabinetində yeni təyinatlar - tam siyahı
Bu ili də köhnə hökumətlə başa vuracağıq? - Təhlil
Azərbaycanda zəlzələ olub
İlham Əliyev Milli Məclisin qəbul etdiyi qanunu rədd edib - rəsmi
Ziya Məmmədov evini satışa çıxardı - yenilənib
Xəbər lenti
26/09/2017 [23:25]:
“Roma”nın baş məşqçisi: “Qarabağ”a heç bir güzəşt olmayacaq
26/09/2017 [22:29]:
Dolların sabaha olan məzənnəsi
26/09/2017 [21:30]:
General Vilayət Eyvazov Çinə işgüzar səfərə gedib - Fotolar
26/09/2017 [20:23]:
Gəncədə “Dubay bazarı”nda qız üstündə iki nəfəri bıçaqladılar
26/09/2017 [19:27]:
Nura Suridən ATV rəhbərliyinə ittiham - "Müğənniləri öz restoranında pulsuz oxudurdu”
26/09/2017 [19:03]:
“Əgər məni işdən çıxarsalar pasportumu yandıraram” - Kürd referendumunu dəstəkləyən məmurdan hədə dolu bəyanat
26/09/2017 [18:59]:
İsveçdə iri məscid yandırıldı
26/09/2017 [18:41]:
"Roma"ya fəlsəfəmizi göstərməyə çalışacağıq" - Qurban Qurbanov
26/09/2017 [18:37]:
ATV-də dəyişiklik başladı - Məşhur verilişlər bağlandı, iki tanınmış aparıcı işdən getdi
26/09/2017 [18:09]:
Türkiyənin müdafiə naziri Azərbaycana səfər edəcək
26/09/2017 [17:49]:
İlham Əliyevdən Salyanla bağlı sərəncam
26/09/2017 [17:29]:
ATV-nin yeni rəhbəri telekanaldakı son durumdan danışdı
26/09/2017 [17:23]:
Ötən il 4400 nəfər SOCAR-la yollarını ayırıb
26/09/2017 [17:22]:
Bərzanini dəstəkləyən məmurla bağlı - Prokurorluqdan açıqlama
26/09/2017 [17:11]:
"Burada qeyri-adi heç nə yoxdur" - MTRŞ -dən ATV-də baş verənlərə reaksiya
26/09/2017 [16:57]:
Azərbaycan Dəmir Yollarında kütləvi ixtisarlar - "Ərizəni yaz, xoşluqla get"
26/09/2017 [16:27]:
ATV-nin 32 əməkdaşı işdən çıxarıldı
26/09/2017 [16:21]:
Hakimiyyət nümayəndəsinə tabe olmayanlara yeni cəza - Milli Məclis dəyişikliyə hazırlaşır
26/09/2017 [16:17]:
Laçının icra başçısı Bərzanini dəstəkləyən şöbə müdirini cəzalandıracaq - Açıqlama
26/09/2017 [16:01]:
Birləşmiş Ərəb Əmirliklərindən olan nümayəndə heyəti Azərbaycanda səfərdədir
26/09/2017 [15:58]:
Gürcüstan-Rusiya sərhədində partlayış - Ölən və yaralananlar var
26/09/2017 [15:37]:
“Dağlıq Qarabağ probleminin həllində bir az da cəsarət tələb olunur” - Azay Quliyev
26/09/2017 [15:32]:
Rusiyada "Facebook"a qadağa qoyula bilər
26/09/2017 [15:24]:
Beynəlxalq Bankın daha bir vəzifəli şəxsinin məhkəməsi başlayır
26/09/2017 [15:12]:
“İsrail Kürdüstanı xilas edə bilməz!” - Ərdoğan
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
İlham Əliyev Milli Məclisin qəbul etdiyi qanunu rədd edib - rəsmi
Nazim İbrahimov “vuruldu” - Yerinə Mikayıl Cabbarov gəlir
Nazirlər Kabinetində yeni təyinatlar - tam siyahı
Ramil Usubov yeni polis rəisi təyin etdi
Mənsimovun sonu?
Heydər Əsədov Ziya Məmmədovu əvəzlədi - Prezident sərəncamı
Deputatlar quda oldu - Bəylə gəlin spikerə görə şadlıq sarayına gec daxil olublar
Ərdoğanın Nyu-Yorkdakı çıxışı zamanı dava düşüb - Video
Prezidentdən bölgələrlə bağlı göstərişlər
Manatı gözləyən təhlükə - FED dekabrda faiz artımına gedir
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin