Prezidentdən Cavid Qurbanovla bağlı sərəncam

07/09/2017 [00:41] - Siyasət (1805)



Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 mart tarixli 2016 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 mart tarixli 2016 nömrəli Sərəncamının 1-ci hissəsində “Qüdrət Qurbanov – Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi” sözlərindən sonra “Cavid Qurbanov – “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri” sözləri əlavə edilsin”.
Bununla da Cavid Qurbanov hökumətlərarası komissiyanın tərkibinə daxil edilib.
Qeyd edək ki, Nəqliyyat Nazirliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ləğv ediləndən sonra sabiq nəqliyyat naziri Ziya Məmmədov komissiyanın tərkibindən çıxarılıb.
Onu da qeyd edək ki, baş nazirin müavini Abid Şərifovun başçılıq etdiyi hökumətlərarası komissiyasının tərkibinə Yavər Camalov (müdafiə sənayesi naziri), Heydər Əsədov (kənd təsərrüfatı naziri), Əbülfəs Qarayev (mədəniyyət və turizm naziri), Mikayıl Cabbarov (təhsil naziri), Ramin Quluzadə (nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri), Azad Rəhimov (gənclər və idman naziri), Əlövsət Baxşiyev (Naxçıvan Muxtar Respublikasının baş naziri), Elman Rüstəmov (Mərkəzi Bankının sədri), İlqar Fətizadə (maliyyə nazirinin birinci müavini), Sahil Babayev (iqtisadiyyat və sənaye nazirinin müavini), Xələf Xələfov (xarici işlər nazirinin müavini), Sahib Ələkbərov (vergilər nazirinin müavini), Toğrul Musayev (ədliyyə nazirinin müavini), Aydın Əliyev (Dövlət Gömrük Komitəsinin sədri), Nazim İbrahimov (Diasporla İş üzrə Dövlət Komitəsinin sədri), Kərəm Həsənov (Əmlak Məsələləri Dövlət Komitəsinin sədri), Ramiz Həsənov (Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri), Qüdrət Qurbanov (Dövlət Dəniz Administrasiyasının rəisi), Faiq Bağırov (Azərbaycanın Türkiyədəki səfiri), Ağadayı Ağayev (Nazirlər Kabineti Aparatının xarici iqtisadi əlaqələr şöbəsinin müdiri) və Niyaz Əlizadə (Ticarət və Sənaye Palatasının prezidenti) daxildir.
Komissiyanın daha bir üzvü – sabiq energetika naziri Natiq Əliyev isə vəfat edib.

Nazirlər Kabinetində yeni təyinatlar - tam siyahı
Bu ili də köhnə hökumətlə başa vuracağıq? - Təhlil
Azərbaycanda zəlzələ olub
İlham Əliyev Milli Məclisin qəbul etdiyi qanunu rədd edib - rəsmi
Ziya Məmmədov evini satışa çıxardı - yenilənib
Xəbər lenti
26/09/2017 [23:25]:
“Roma”nın baş məşqçisi: “Qarabağ”a heç bir güzəşt olmayacaq
26/09/2017 [22:29]:
Dolların sabaha olan məzənnəsi
26/09/2017 [21:30]:
General Vilayət Eyvazov Çinə işgüzar səfərə gedib - Fotolar
26/09/2017 [20:23]:
Gəncədə “Dubay bazarı”nda qız üstündə iki nəfəri bıçaqladılar
26/09/2017 [19:27]:
Nura Suridən ATV rəhbərliyinə ittiham - "Müğənniləri öz restoranında pulsuz oxudurdu”
26/09/2017 [19:03]:
“Əgər məni işdən çıxarsalar pasportumu yandıraram” - Kürd referendumunu dəstəkləyən məmurdan hədə dolu bəyanat
26/09/2017 [18:59]:
İsveçdə iri məscid yandırıldı
26/09/2017 [18:41]:
"Roma"ya fəlsəfəmizi göstərməyə çalışacağıq" - Qurban Qurbanov
26/09/2017 [18:37]:
ATV-də dəyişiklik başladı - Məşhur verilişlər bağlandı, iki tanınmış aparıcı işdən getdi
26/09/2017 [18:09]:
Türkiyənin müdafiə naziri Azərbaycana səfər edəcək
26/09/2017 [17:49]:
İlham Əliyevdən Salyanla bağlı sərəncam
26/09/2017 [17:29]:
ATV-nin yeni rəhbəri telekanaldakı son durumdan danışdı
26/09/2017 [17:23]:
Ötən il 4400 nəfər SOCAR-la yollarını ayırıb
26/09/2017 [17:22]:
Bərzanini dəstəkləyən məmurla bağlı - Prokurorluqdan açıqlama
26/09/2017 [17:11]:
"Burada qeyri-adi heç nə yoxdur" - MTRŞ -dən ATV-də baş verənlərə reaksiya
26/09/2017 [16:57]:
Azərbaycan Dəmir Yollarında kütləvi ixtisarlar - "Ərizəni yaz, xoşluqla get"
26/09/2017 [16:27]:
ATV-nin 32 əməkdaşı işdən çıxarıldı
26/09/2017 [16:21]:
Hakimiyyət nümayəndəsinə tabe olmayanlara yeni cəza - Milli Məclis dəyişikliyə hazırlaşır
26/09/2017 [16:17]:
Laçının icra başçısı Bərzanini dəstəkləyən şöbə müdirini cəzalandıracaq - Açıqlama
26/09/2017 [16:01]:
Birləşmiş Ərəb Əmirliklərindən olan nümayəndə heyəti Azərbaycanda səfərdədir
26/09/2017 [15:58]:
Gürcüstan-Rusiya sərhədində partlayış - Ölən və yaralananlar var
26/09/2017 [15:37]:
“Dağlıq Qarabağ probleminin həllində bir az da cəsarət tələb olunur” - Azay Quliyev
26/09/2017 [15:32]:
Rusiyada "Facebook"a qadağa qoyula bilər
26/09/2017 [15:24]:
Beynəlxalq Bankın daha bir vəzifəli şəxsinin məhkəməsi başlayır
26/09/2017 [15:12]:
“İsrail Kürdüstanı xilas edə bilməz!” - Ərdoğan
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
İlham Əliyev Milli Məclisin qəbul etdiyi qanunu rədd edib - rəsmi
Nazim İbrahimov “vuruldu” - Yerinə Mikayıl Cabbarov gəlir
Nazirlər Kabinetində yeni təyinatlar - tam siyahı
Ramil Usubov yeni polis rəisi təyin etdi
Mənsimovun sonu?
Heydər Əsədov Ziya Məmmədovu əvəzlədi - Prezident sərəncamı
Deputatlar quda oldu - Bəylə gəlin spikerə görə şadlıq sarayına gec daxil olublar
Ərdoğanın Nyu-Yorkdakı çıxışı zamanı dava düşüb - Video
Prezidentdən bölgələrlə bağlı göstərişlər
Manatı gözləyən təhlükə - FED dekabrda faiz artımına gedir
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin