Yeni qurum yaradılır - Prezidentdən fərman

06/09/2017 [18:49] - Siyasət (1536)



Prezident İlham ƏliyevAzərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. 
"Report"un məlumatına görə, fərmanla Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin Nizamnaməsi” təsdiq edilib.
Müəllif Hüquqları Agentliyində (bundan sonra – Agentlik) təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib: 
Azərbaycan Respublikasının Prezidentinə Agentliyin nizamnaməsinin təsdiq olunması, nizamnamə fondunun miqdarının müəyyən edilməsi, icra orqanının yaradılması, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, Agentliyin yenidən təşkili və ləğv edilməsi. 
Nazirlər Kabinetinə strukturun, işçilərin say həddinin və illik maliyyə hesabatlarının təsdiq edilməsi, təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərinin yaradılmasına razılıq verilməsi, xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri publik hüquqi şəxsin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına razılıq verilməsi, Agentliyə inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi.
Nazirlər Kabineti Agentliyin yaradılması ilə əlaqədar Azərbaycan Respublikası qanunlarının uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, Prezident aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, Agentliyin strukturunu və işçilərinin say həddini bir ay müddətində təsdiq etməli, əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların Agentliyə ödəyəcəyi illik haqqın məbləğini bir ay müddətində təsdiq etməli, Agentlik dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Müəllif Hüquqları Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi əsasında publik hüquqi şəxs statuslu Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzini yaratmalı və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, Müəllif Hüquqları Agentliyinin və onun tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin balansındakı əmlakın yeni yaradılmış publik hüquqi şəxslər dövlət qeydiyyatına alındığı gündən, müvafiq olaraq, Agentliyin və Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin balansına verilməsini bir ay müddətində təmin etməli, nizamnamələri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş publik hüquqi şəxslərin balanslarındakı dövlət əmlakının qiymətləndirilərək onların nizamnamə fondlarında əksini tapması üçün müvafiq təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, bu fərmanda nəzərdə tutulan publik hüquqi şəxslər istisna olmaqla, dövlət adından yaradılan digər publik hüquqi şəxslərin balanslarındakı dövlət əmlakının qiymətləndirilərək onların nizamnamə fondlarında əksini tapması üçün zəruri tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, bu fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Müəyyən edilib ki, Agentliyin ilkin nizamnamə fondu dövlət büdcəsinin vəsaiti hesabına formalaşır və 1 000 000  manat təşkil edir, Agentliyin fəaliyyətinə rəhbərliyi həyata keçirmək məqsədi ilə İdarə Heyəti yaradılır, Agentliyin İdarə Heyəti sədrinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir, bu fərmanda nəzərdə tutulmuş publik hüquqi şəxsin nizamnaməsinin və strukturunun təsdiqini, işçilərinin say həddinin və nizamnamə fondunun miqdarının müəyyən edilməsini, yenidən təşkil və ləğv edilməsini Nazirlər Kabineti, təsisçinin “Publik hüquqi şəxslər haqqında” qanunda qeyd edilən digər səlahiyyətlərini isə Agentlik həyata keçirir, Agentlik dövlət qeydiyyatına alındığı gündən Müəllif Hüquqları Agentliyinin normativ hüquqi aktlarına münasibətdə “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununda nəzərdə tutulmuş səlahiyyəti Agentliyin təklifləri əsasında Nazirlər Kabineti həyata keçirir.

Agentlik dövlət qeydiyyatına alınması üçün bu fərmanın qüvvəyə mindiyi tarixdən üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanun ilə müəyyən edilmiş qaydada Vergilər Nazirliyinə müraciət etməli, dövlət qeydiyyatına alındığı gündən üç gün müddətində bu barədə Nazirlər Kabinetinə məlumat verməli, Maliyyə Nazirliyi bu fərmanda göstərilən məbləğdə maliyyələşməni bir ay müddətində təmin etməlidir.
Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

...
Bakının mərkəzində partlayış: Bir nəfər xəsarət alıb-yenilənib
Sarkisyanın məkrli oyunu - təhlil
Hökumət niyə bahalaşma qərarı verdi? - Şərh
Azərbaycan ordusunun əfsanəvi polkovniki şəhid oldu
İş adamı Ramiz Mehdiyevə şikayət etdi - açıq məktub
Xəbər lenti
24/02/2018 [12:47]:
Restoranın bacasından xilas edilən şəxs oğurluğa giribmiş
24/02/2018 [11:37]:
Mərkəzi Klinikanın həkimləri İsa Qəmbərin səhhəti barədə
24/02/2018 [11:16]:
DİM-dən dövlət qulluğuna qəbul olmaq istəyənlərə xəbərdarlıq
24/02/2018 [10:51]:
Vasif Talıbov yeni agentliyə rəhbər təyin etdi
24/02/2018 [10:21]:
Azərbaycan nefti bahalaşdı
24/02/2018 [09:47]:
Xızıda fabrik sürücüsünü döyərək, öz maşını ilə 200 metr sürüyüblər
24/02/2018 [00:09]:
Bakıda vətəndaşa qarşı inanılmaz vəhşilik - Video
23/02/2018 [23:44]:
Bu qurum fəaliyyətini dayandırdı
23/02/2018 [22:47]:
Suriyada xəstəxana raket atəşinə tutuldu
23/02/2018 [21:35]:
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
23/02/2018 [20:43]:
Sosial şəbəkələrdə “İdeal”a etiraz etdilər
23/02/2018 [20:01]:
İlham Əliyevdən sosial müavinətlərlə bağlı sərəncam
23/02/2018 [19:54]:
Əli Həsənovun daha bir nəvəsi barədə qalmaqal
23/02/2018 [19:49]:
Nəsimi rayonunda Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin xatirəsi anılıb
23/02/2018 [19:21]:
Könül Kərimova komunal xərclərini ödəmir - 172 manat borcu var
23/02/2018 [18:57]:
Makedoniyalı siyasətçi: ”Xocalı soyqırımı Ermənistana ləkədir”
23/02/2018 [18:33]:
Əhmədlidə avtobusların hərəkət istiqaməti dəyişdirildi
23/02/2018 [18:14]:
DTX, DİN və komitə birgə əməliyyat keçirdi
23/02/2018 [18:01]:
Erməni əsgər yaralanıb
23/02/2018 [17:39]:
AvroLiqada 1/8 finalın püşkü atıldı
23/02/2018 [17:16]:
Manat və dolların 3 günlük məzənnəsi
23/02/2018 [16:57]:
Moldova prezidenti Azərbaycana səfər edəcək
23/02/2018 [16:24]:
İsa Qəmbər yenə xəstəxanaya yerləşdirildi
23/02/2018 [16:07]:
Bakıda su dammasına görə 20 nəfər dalaşdı - Hamilə qadın döyüldü
23/02/2018 [15:47]:
Əroğandan Pentaqona sərt cavab
Bütün xəbərlər...
...
Həftənin ən çox oxunanları
Nərgiz Paşayevanın qızını Bakıda kinoteatra buraxmadılar
İlham Əliyevin qohumu Riyad Əliyev saxlanıldı- 30 sutka həbs verildi
Nazir rəis müavinin vəzifəsini aşağı saldı
Əli Həsənovun daha bir nəvəsi barədə qalmaqal
İlham Əliyevdən yeni təyinatlar
Azərbaycanlı biznesmen öldürüldü - Moskvada amansız "razborka"
İlham Əliyev dövlət xidmətinə 2 müavin təyin etdi - sərəncam
Bakıda DTX-nın adından istifadə edən dələduz tutuldu
Rövşən Lənkəranskinin qatili bilindi
Rusiyadakı yanğında ölən azərbaycanlıların sayı 5 nəfərə çatıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin