"Qarabağ"-ın tarixi uğurunun sadə səbəbləri

24/08/2017 [17:26] - Köşə (1506)
Qadir İbrahimli


Bu yazını 8 gün öncə – “Qarabağ” “Kopenhagen”ə qalib gələndə yazmaq istəyirdim. Ancaq düşündüm ki, qoy “Qarabağ” qrup mərhələsinə adlasın, sonra yazaram. 

2000-ci ildə “Qalatasaray” UEFA kubokunu qazananda  yazmışdım ki, türk diplomatlarının bacarmadığını “"Qalatasaray” bacardı. Eyni sözləri bun gün “Qarabağ” haqda məmnuniyyətlə demək olar. Avaropanın 32 nəhəng klubu sırasına qatılmaq təkcə qürurverici deyil, həm də böyük diplomatik qələbədir. 

Bu qələbənin memarı Qurban Qurbanov haqda yazmaq istəyirəm. Daha doğrusu, ölkənin ən parlaq menecerlərindən biri olan Qurbanun uğurlarına iqtisadçı kimi yanaşmaq fikrim var. 

Son 13 ildə Azərbaycan klublarına 100 milyonlarla sərmayə yatırılıb. Azərbaycan futbolçuları məvaciblərinin səviyyəsinə görə postsovet məkanında liderlər qrupuna daxildir. Ancaq “Qarabağ”ı, qismən də “Qəbələ”ni çıxmaq şərti ilə ciddi nəticələr yoxdur. Və yəqin ki, bu gedişlə heç olmayacaq da. 

Böyük iddialarla yaradılan “Xəzər-Lənkəran” klubu bu gün artıq yoxdur. Türkiyədə yaşayan milyarder Mübariz Məsimova məxsus bu klubun çökməsi bərbad menecmentin nəticəsi oldu. M.Məsimov klubun idarəetməsini peşəkar menecerlərə həvalə etmək əvəzinə, qohum-əqrabasına tapşırdı. Qohum-əqraba isə təbii ki, ciddi nəticələr haqda yox, milyarderin pullarını mənimsəmək haqda düşünürdülər. Və düşüncələrini də 100 faiz reallaşdırdılar. 

Klub bağlananda lənkəranlı azarkeşlərdən biri mənə əsəbi şəkildə yazmışdı: Abromoviçin qohum-əqrabası yoxdur ki, “Çelsi”ni  Quus Hiddinqə tapşırıb?

Düzdür, cənab Məsimovun qohum-əqrabası baş məşqçi deyildi. Ancaq nə qədər absurd olsa da, strateji qərarları baş məşqçi yox, məhz onlar verirdi...

Oxşar problemlər başqa klublarımızda da var. Ölkənin ən qocaman klubu olan “Neftçi” hələ də beynəlxalq yarışlarda uğur qazana bilməyib. Klubun maliyyə problemi yoxdur – SOCAR kimi nəhəngin himayəsi altındadır. Ancaq menecmentin düzgün qurulmaması ciddi uğurlara imza atmağa imkan vermir.

Yaxın dövrün ən böyük oliqarxlarından biri olan Cahangir Hacıyevin 2 futbol klubu var idi – “İnter” və “Simurq”.  C.Hacıyev həbs ediləndən sonra bəlli oldu ki, klublar oliqarxa çirlki pulları yumaq üçün lazım imiş...

Əslində bizim klubların himayədarlarına çox vaxt elə çirkli məqsədlər üçün lazım olur. Məqsədə çatandan sonra klub da dağılır. Necə ki, “Şəmkir”, “Turan” dağıldı. Baxmayaraq ki, hər iki klub ayrı-ayrı vaxtlarda Azərbaycan çempionu olmuşdu. 

Nəticədə 10 milyonluq ölkənin güclülər dəstəsində cəmi 8 klub qalıb - ”“Qarabağ”, “Qəbələ”, “İnter”, “Neftçi”, “Zirə”, AZAL, “Kəpəz” və “Sumqayıt”. 

Düzdür, belə vəziyyətin yaranmasının bir səbəbi də ölkədəki monopoliya mühitidir. Klubların əksəriyyəti də monopolistlərə məxsusdur. Konkret desək, məmurlara. Adi bir faktı diqqətinizə çatdırım. 

Ötən əsrin 80-ci illərinin əvvəllərində “Neftçi” yoldaşlıq görüşündə “Qalatasaray”-ın qapısından 5 cavabsız top keçirtmişdi. Onda Türkiyədəki iqtisadi mühit indi bizdə mövcud olan  mühitlə eyni idi – iqtisadiyyat monopolistlərin əlində idi və Türkiyə futbolu çox zəif idi. Ancaq Turqut Özalın liberal islahatlarından sonra Türkiyədə rəqabətədavamlı biznes mühiti yarandı və futbol da biznes növü kimi inkişaf etməyə başladı və klubların idarə edilməsi peşəkar menecerlərə tapşırılıdı. 

Başqa bir misal. Sovet dövründə futbolu çox zəif olan Baltika ölkələri müstəqillik illərdində futbol ölkələrinə çevrildi. Çünki bu ölkələrdə rəqabətə davamlı biznes mühiti var. 

Birmənalı şəkildə demək olar ki, “Qarabağ”ın uğuru təsadüfü və ya möcüzə deyil. Bu uğur rasional menecmentin məntiqi nəticəsidir. Yəni əslində səbəblər çox sadə və aydındır. Burada Qurbana, “Qarabağ”-ın fədakar oyunçuları ilə yanaşı, klubun təsisçisi “Azərsun” rəhbərliyinə də nəticəyə görə təşəkkür etmək lazım gəlir.

Birincisi, klubun rəhbərliyi tamamilə düzgün taktika seçərək, kluba zəruru büdcə ayırıb və baş məşqçi Qurban Qurbanova sərbəstlik verib. “Qarabağ”-ın uğurlarından da görünür ki, baş məşqçi ilə klub rəhbərliyi arasında qarşılıqlı etimad mühiti olub. Qarşılıqlı etimad mühiti isə uğurun fundamental şərtlərindən biridir. 

İkincisi, Q.Qurbanov istedadlı menecer kimi sərncamında olan resurslardan effektiv faydalanaraq Avropa miqyaslı klub yarada bilib. Yəni o qədər də bahalı transferlərdə istifadə etmədən rüsursları düzgün dəyərləndirib və real iş ortaya qoya bilib. 

Qısa desək, uğurun qısa düsturu belədir: Klub rəhbərliyi ilə baş məşqçi arasında qarşlılıqlı etimad + baş məşqçinin sərbəst qərarlar qəbul etməsinə şərait yaratmaq + Qurbanın istedadlı menecerliyi = uğurlu nəticələr.

Əslində bu düstur biznesin bütün növləri üçün keçərlidir. Əgər Qurban və “Azərsun” bunu bacarıbsa, başqa klublar da istəsələr bunu bacararlar, sadəcə ya istəmirlər, ya da o səviyyədə qərarlar qəbul etməyə kafaları çatmır.
...
Bakının mərkəzində partlayış: Bir nəfər xəsarət alıb-yenilənib
Sarkisyanın məkrli oyunu - təhlil
Hökumət niyə bahalaşma qərarı verdi? - Şərh
Azərbaycan ordusunun əfsanəvi polkovniki şəhid oldu
İş adamı Ramiz Mehdiyevə şikayət etdi - açıq məktub
Xəbər lenti
24/02/2018 [13:46]:
Neft yenidən bahalaşır
24/02/2018 [12:47]:
Restoranın bacasından xilas edilən şəxs oğurluğa giribmiş
24/02/2018 [11:37]:
Mərkəzi Klinikanın həkimləri İsa Qəmbərin səhhəti barədə
24/02/2018 [11:16]:
DİM-dən dövlət qulluğuna qəbul olmaq istəyənlərə xəbərdarlıq
24/02/2018 [10:51]:
Vasif Talıbov yeni agentliyə rəhbər təyin etdi
24/02/2018 [10:21]:
Azərbaycan nefti bahalaşdı
24/02/2018 [09:47]:
Xızıda fabrik sürücüsünü döyərək, öz maşını ilə 200 metr sürüyüblər
24/02/2018 [00:09]:
Bakıda vətəndaşa qarşı inanılmaz vəhşilik - Video
23/02/2018 [23:44]:
Bu qurum fəaliyyətini dayandırdı
23/02/2018 [22:47]:
Suriyada xəstəxana raket atəşinə tutuldu
23/02/2018 [21:35]:
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
23/02/2018 [20:43]:
Sosial şəbəkələrdə “İdeal”a etiraz etdilər
23/02/2018 [20:01]:
İlham Əliyevdən sosial müavinətlərlə bağlı sərəncam
23/02/2018 [19:54]:
Əli Həsənovun daha bir nəvəsi barədə qalmaqal
23/02/2018 [19:49]:
Nəsimi rayonunda Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin xatirəsi anılıb
23/02/2018 [19:21]:
Könül Kərimova komunal xərclərini ödəmir - 172 manat borcu var
23/02/2018 [18:57]:
Makedoniyalı siyasətçi: ”Xocalı soyqırımı Ermənistana ləkədir”
23/02/2018 [18:33]:
Əhmədlidə avtobusların hərəkət istiqaməti dəyişdirildi
23/02/2018 [18:14]:
DTX, DİN və komitə birgə əməliyyat keçirdi
23/02/2018 [18:01]:
Erməni əsgər yaralanıb
23/02/2018 [17:39]:
AvroLiqada 1/8 finalın püşkü atıldı
23/02/2018 [17:16]:
Manat və dolların 3 günlük məzənnəsi
23/02/2018 [16:57]:
Moldova prezidenti Azərbaycana səfər edəcək
23/02/2018 [16:24]:
İsa Qəmbər yenə xəstəxanaya yerləşdirildi
23/02/2018 [16:07]:
Bakıda su dammasına görə 20 nəfər dalaşdı - Hamilə qadın döyüldü
Bütün xəbərlər...
...
Həftənin ən çox oxunanları
Nərgiz Paşayevanın qızını Bakıda kinoteatra buraxmadılar
İlham Əliyevin qohumu Riyad Əliyev saxlanıldı- 30 sutka həbs verildi
Nazir rəis müavinin vəzifəsini aşağı saldı
Əli Həsənovun daha bir nəvəsi barədə qalmaqal
İlham Əliyevdən yeni təyinatlar
Azərbaycanlı biznesmen öldürüldü - Moskvada amansız "razborka"
İlham Əliyev dövlət xidmətinə 2 müavin təyin etdi - sərəncam
Bakıda DTX-nın adından istifadə edən dələduz tutuldu
Rövşən Lənkəranskinin qatili bilindi
Rusiyadakı yanğında ölən azərbaycanlıların sayı 5 nəfərə çatıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin