Açıq Hökumət Platforması hesabat verdi

01/08/2017 [17:45] - Açıq hökumət (290)



Holiday İnn otelində  “Açıq Hökumət Platforması fəaliyyətdə” layihəsinin yekunları təqdim olunub.  Tədbirdə Açıq Hökumət Platforması üzvləri və digər QHT təmsilçiləri, Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının katibliyinin rəhbəri Kamal Cəfərov,  Ədliyyə Nazirliyi  Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinin rəisi Rahim Rəhimov, AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının icraçı direktoru Fərasət Qurbanov, Niderland Krallığının missiya rəhbərinin müavini Aişə Aydın, Avrasiya Əməkdaşlıq Fondunun proqram rəhbəri Murad Nəsibbəyli, Avropa İttifaqı Bakı ofisi, ABŞ, Fransa, İsvec səfirliyi,  Vergilər, Daxili İşlər, Təhsil, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Səhiyyə Nazirliyinin, Dövlət Miqrasiya Xidməti, Dövlət Əmlak Komitəsi, Dövlət Neft Fondunun əməkdaşları iştirak ediblər.

Təkliflər Paketi hökumətə təqdim olunacaq

Tədbiri giriş sözü ilə açan Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev  qeyd edib ki, “Açıq Hökumət Platforması fəaliyyətdə” layihəsi Avrasiya Əməkdaşlıq (AƏF) Fondu tərəfindən maliyyələşdirilib.  AƏF yalnız bu layihəni yox, “Açıq hökumət“ təşəbbüsləri ilə bağlı başqa çoxsaylı layihələri də dəstəkləyib.  Bu layihələr çox geniş fəaliyyətləri ehtiva etməklə Azərbaycanda “Açıq hökumət” islahatlarının həyata keçirilməsinə böyük töhvə verib.

Açıq Hökumət Platforması barədə məlumat verən Ə.Nuriyev bildirib ki, ötən ilin sentyabr ayında Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planına uyğun olaraq yaradılan Platforma bu müddət ərzində çox əhəmiyyətli işlər görüb. Platforma  Azərbaycanda “Açıq hökumət” təşəbbüslərinin tətbiqi ilə bağlı vətəndaş cəmiyyəti ilə məsləhətləşmə (konsultasiya) mexanizmi kimi çıxış edir. Platforma vətəndaş cəmiyyəti-hökumət dialoqunu dəstəkləməklə  açıq müzakirələr, dialoq və əməkdaşlıq üçün çox əlverişli format və müstəvi təqdim edir. Platformanın yaranması ilə hökumət vətəndaş cəmiyyəti əməkdaşlığı yüksək institusional səviyyəyə keçib. Bu mexanizm birgə qərarlaın hazrılanması, qəbulu və həyata keçirilməsini təmin edir:  “Bu müddət ərzində Platforma QHT-lərin fəaliyyətini tənzimləyən qanunvericilik, qrantların verilməsi, xarici donorların qrant vermək hüququ ilə bağlı təkliflər hazırlayıb və hökumətə təqdim edib. Bu təkliflər Nazirlər Kabinetinin qərarlarında nəzərə alınıb. Bu qərarlar qrant müqavilələrinin qeydiyyatına süni maneələr və bürokratiya yarada bilən bir çox tələbləri ləğv edib və qeydiyyat prosedurunu asanlaşdırıb”.


Ə.Nuriyev əlavə edib ki,  Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya, digər dövlət qurumları “Açıq hökumət” təşəbbüslərinin həyata keçirilməsində vətəndaş cəmiyyətinə dəstək verirlər.  AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası 2017-ci ildə bu sahədə 12 layihəni maliyyələşdirib. Eyni zamanda “Açıq hökumət” islahatları hökumətin gündəliyində prioritetlərdən biridir. Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlər “Açıq hökumət” islahatları ilə səsləşir.  Vətəndaş cəmiyyətinin də əsas vəzifələrindən biri bu islahatların daha uğurla həyata keçirilməsinə yardım göstərilməsidir.

Platforma koordinatoru Azərbaycanın Beynəlxalq Açıq Hökumət Tərəfdaşlığı Təşkilatında statusunun dəyişməsindən də söz açıb. Onun sözlərinə görə,  Azərbaycanda bir sıra yerli təşkilatlar, o  cümlədən beynəlxalq təşkilatlar çalışırdılar ki,  Azərbaycan AHT-dən xaric olunsun: “Amma Azərbaycan vətəndaş cəmiyyətinin səyləri, eyni zamanda hökumətin həyata keçirdyi tədbirlər nəticəsində bu planlar baş tutmadı.  Azərbaycan AHT-də fəaliyyətini davam etdirir,  ötən müddət ərzində ölkəmizə verilən tövsiyyələrin əksəriyyəti icra olunub. Vətəndaş cəmiyyəti bununla bağlı hökumətlə fəal işləyib.  Artıq ölkəmizə yenidən 1 il zaman verilib. Bütün maraqlı tərəflərin iştirakıyla yeni tövsiyyələr hazırlanır. Platforma bu istiqamətdə fəal işləyəcək”.

Platforma koordinatoru qeyd edib ki,  Açıq Hökumət Platforması Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planının (MFP)  icrasını diqqətdə saxlayır: “Bu planın hazırlanmasında vətəndaş cəmiyyəti (VCT)  çox geniş iştirak edib.  32 tədbir məhz VCT-nin təklifləri əsasında MFP-yə daxil edilib.  “Açıq Hökumət Platforması fəaliyyətdə” layihəsində MFP-nin bir sıra istiqamətləri ilə bağlı monitorinqlər, tədqiqatlar aparılıb.  Nəticələr ümumiləşdiriləcək və Platforma adından vahid Təkliflər Paketi kimi hökumətə təqdim ediləcək”.

Ə.Nuriyev layihəni maliyyələşdirən Niderland Krallığı, Avrasiya Əməkdaşlıq Fonduna, layihənin əlaqələndiricisi Sabit Bağırova təşəkkürünü bildirib.

Niderland Krallığı və AƏF “Açıq hökumət” təşəbbüslərini diqqətdə saxlayacaq


Niderland Krallığının Azərbaycandakı missiyasının rəhbər müavini Ayşə Aydın qeyd edib ki, Azərbaycanda vətəndaş cəmiyətinin güclənməsinə töhvə  vermək, layihələr əsasındə qanunvericiliyin təkmilləşdirilməsi və “Açıq hökümət” istiqamətində olan layihələrə dəstək vermək çox xoşdur: “Biz bu layihəni bir neçə il qabaq başlamşıq, əsas məqsədimiz Azərbaycan vətəndaş cəmiyyətinin işləməsinə və layihələri icra edilməsi üçün maliyyə dəstəyinin verilməsi olub. Mən şadam ki,  bu müddət ərzində ekspertlər və dövlət nümayəndələri ilə birgə əməkdaşlıqda   layihələr icra edilib. Dövlət qurumları da ekspertlərin rəylərini nəzərə alırlar. Mən şadam ki,  burada iştirak edirəm və düşünürəm ki,  növbəti illərdə də  belə dəstək verilməsinə davam edəcəyik”.

Avrasiya Əməkdaşlıq Fondunun proqram rəhbəri Murad Nəsibbəyli bildirib ki, Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Fondun icra etdiyi  “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramı çərçivəsində “Açıq hökumət” təşəbbüslərinə geniş yer  verilib: “Şəffaflıq, hesabatlılıq, vətəndaş iştirakçılığı ilə bağlı çox yaxşı layihələr icra olunub.  Çox uğurlu nəticələr var.  “Açıq Hökumət Platforması fəaliyyətdə” layihəsi çərçivəsində mühüm işlər görülüb. Avrasiya Əməkdaşlıq Fondu bundan sonra da bu istiqamətdə səylərini davam etdirəcək”.

Azərbaycan AHT-də iştirakla bağlı tövsiyyələrin hazırlanmasında iştirak edəcək

Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın   katibliyinin rəhbəri, ölkəmizin  AHT-də koordinatoru  Kamal Cəfərov qeyd edib ki,  Azərbaycan 2011-ci ildən AHT-yə qoşulub.  Bu müddət ərzində “Açıq hökumət”in təşviqi ilə bağlı iki Milli Fəaliyyət Planı qəbul edilib: “Bu Azərbaycan hökumətinin “Açıq hökumət” islahatlarının həyata keçirilməsi ilə bağlı siyasi iradəsini göstərir. Azərbaycan özü bu tədbirlərin həyata keçirilməsində maraqlıdır.  Birinci Milli Fəaliyyət Planı uğurla icara olunub. Komissiyanın monitorinqinə əsasən MFP 86% icra edilib. Vətəndaş cəmiyyətinin, “Şəffaflıq Azərbaycan” təşkilatının, “Konstitusiya” Araşdırmalar Fondunun apardığı monitorinqlərin nəticələrinə görə 82% icra edilib.  Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı vətəndaş cəmiyyəti tərəfindən hazırlanıb. Vətəndaş cəmiyyətinin təkliflərinin 60% nəzərə alınıb.  MFP-nin monitorinqində də VCT-nin fəal iştirakı nəzərdə tutulur. Hazırda MFP-nin icarsı ilə bağlı Elektron Monitorinq Sistemi tətbiq olunur. Bu sistem dövlət orqanları  tərəfindən tədbirlərin icarasını hərtərəfli izləməyə imkan verir.  Biz bu sistemə daxil olmaq üçün Platformaya da giriş verə bilərik.  Beləliklə birgə monitorinq prosesi aparıla bilər”.

K.Cəfərov bildirib ki, AHT-də Azərbaycanın iştirakı ilə bağlı  tövisyyələrin hazırlanmasında bütün maraqlı tərəflərin cəlb olunması müsbət addımdır: “Avqustun 15-dək  tövsiyyələr hazırlanacaq. Vətəndaş cəmiyyətini bu təkliflərin hazırlanmasına dəvət edirik.  Təkliflərin Açıq Hökumət Platformasına təqdim edilməsini xahiş edirəm. Əvəvlki təcrübədə tövsiyyələrin hazırlanmasına nə yerli VCT, nə də hökumət cəlb edilmişdi. Bu təkliflərin bəzilərinin icra olunması qeyri-mümkün idi”.

18 dəyirmi masa, 500 nəfərdən çox iştirakçı

 
Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun prezidenti Sabit Bağırov   “Açıq Hökumət Platforması fəaliyyətdə” layihəsinin yekunlarını təqdim edib.  S.Bağırov bildirib ki, layihə çərçivəsində, Qeyri-hökumət təşkilatlarının fəaliyyəti üçün əlverişli mühitin inkişafı ilə bağlı təkliflər paketi hazırlanıb və bütün maraqlı tərəflərin iştirakıyla müzakirə olunub. Milli Məclisdə dövlət büdcəsinin layihəsi ilə bağlı  müzakirələrdə vətəndaş cəmiyyəti institutlarının iştirakının qiymətləndirilməsi ilə bağlı tədqiqat aparılıb, təkliflər irəli sürülüb. Dövlət büdcəsinin icrası barədə illik hesabat və Hesablama Palatasının müvafiq rəyinin ictimaiyyətə açıqlanması məqsədi ilə ictimai müzakirələr keçirilib. Səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və büdcə təşkilatlarının illik maliyyə hesabatlarının dərc edilməsi səviyyəsi qiymətləndirililib. Hesablama Palatasının maliyyə nəzarəti tədbirləri barədə ictimaiyyətin məlumatlandırılması məqsədi ilə ictimai müzakirə təşkil olunub. Bələdiyyə qulluqçularının etik davranış qaydaları barədə məlumatlandırılması və peşəkarlığının artırılması sahəsində vəziyyət qiymətləndirilib. Mədən sənayesində şəffaflığın səviyyəsinə dair ictimai müzakirə keçirlib. “ASAN xidmət” mərkəzlərində rəhbər tutulan fəaliyyət prinsipləri və şəffaflıq standartlarının dövlət orqanlarında tətbiqi ilə bağlı tədbirlərin həyata keçirilməsinin qiymətləndirilməsi aparılıb. Sahibkarların qarşılaşdıqları problemlərin həlli və onların müraciətlərinə baxılması məqsədi ilə yaradılmış Appelyasiya Şuralarının fəaliyyətinin qiymətləndirilməsi həyata keçirilib. İqtisadi sahədə həyata keçirilən islahatlar (Strateji Yol Xəritələri), onların məqsədi və mahiyyəti barədə ictimaiyyətin məlumatlandırılması məqsədi ilə 4 dəyirmi masa keçirilib.  Ümumilikdə, layihə çərçivəsində 18 dəyirmi masa keçirilib. İştirakçıların ümumi sayı 500 nəfərdən çox olub.

Platformanın 2017-2020-ci illər üçün Strateji Planı hazırlanıb

Layihə əlaqəndiricisinin çıxışından sonra “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İB-nin icraçı direktoru Rəna Səfərəliyeva “ASAN xidmət” mərkəzlərində rəhbər tutulan fəaliyyət prinsipləri və şəffaflıq standartlarının dövlət orqanlarında tətbiqi ilə bağlı aparılan monitorinqin nəticələrini təqdim edib.  

“Konstitusiya” Araşdırmalar Fondunun eksperti Zaur İbrahmli isə Açıq Hökumət Platformasının 2017-2020-ci illər üçün Strateji Planını təqdim edib.
Nazirlər Kabinetində yeni təyinatlar - tam siyahı
Bu ili də köhnə hökumətlə başa vuracağıq? - Təhlil
Azərbaycanda zəlzələ olub
İlham Əliyev Milli Məclisin qəbul etdiyi qanunu rədd edib - rəsmi
Ziya Məmmədov evini satışa çıxardı - yenilənib
Xəbər lenti
26/09/2017 [23:25]:
“Roma”nın baş məşqçisi: “Qarabağ”a heç bir güzəşt olmayacaq
26/09/2017 [22:29]:
Dolların sabaha olan məzənnəsi
26/09/2017 [21:30]:
General Vilayət Eyvazov Çinə işgüzar səfərə gedib - Fotolar
26/09/2017 [20:23]:
Gəncədə “Dubay bazarı”nda qız üstündə iki nəfəri bıçaqladılar
26/09/2017 [19:27]:
Nura Suridən ATV rəhbərliyinə ittiham - "Müğənniləri öz restoranında pulsuz oxudurdu”
26/09/2017 [19:03]:
“Əgər məni işdən çıxarsalar pasportumu yandıraram” - Kürd referendumunu dəstəkləyən məmurdan hədə dolu bəyanat
26/09/2017 [18:59]:
İsveçdə iri məscid yandırıldı
26/09/2017 [18:41]:
"Roma"ya fəlsəfəmizi göstərməyə çalışacağıq" - Qurban Qurbanov
26/09/2017 [18:37]:
ATV-də dəyişiklik başladı - Məşhur verilişlər bağlandı, iki tanınmış aparıcı işdən getdi
26/09/2017 [18:09]:
Türkiyənin müdafiə naziri Azərbaycana səfər edəcək
26/09/2017 [17:49]:
İlham Əliyevdən Salyanla bağlı sərəncam
26/09/2017 [17:29]:
ATV-nin yeni rəhbəri telekanaldakı son durumdan danışdı
26/09/2017 [17:23]:
Ötən il 4400 nəfər SOCAR-la yollarını ayırıb
26/09/2017 [17:22]:
Bərzanini dəstəkləyən məmurla bağlı - Prokurorluqdan açıqlama
26/09/2017 [17:11]:
"Burada qeyri-adi heç nə yoxdur" - MTRŞ -dən ATV-də baş verənlərə reaksiya
26/09/2017 [16:57]:
Azərbaycan Dəmir Yollarında kütləvi ixtisarlar - "Ərizəni yaz, xoşluqla get"
26/09/2017 [16:27]:
ATV-nin 32 əməkdaşı işdən çıxarıldı
26/09/2017 [16:21]:
Hakimiyyət nümayəndəsinə tabe olmayanlara yeni cəza - Milli Məclis dəyişikliyə hazırlaşır
26/09/2017 [16:17]:
Laçının icra başçısı Bərzanini dəstəkləyən şöbə müdirini cəzalandıracaq - Açıqlama
26/09/2017 [16:01]:
Birləşmiş Ərəb Əmirliklərindən olan nümayəndə heyəti Azərbaycanda səfərdədir
26/09/2017 [15:58]:
Gürcüstan-Rusiya sərhədində partlayış - Ölən və yaralananlar var
26/09/2017 [15:37]:
“Dağlıq Qarabağ probleminin həllində bir az da cəsarət tələb olunur” - Azay Quliyev
26/09/2017 [15:32]:
Rusiyada "Facebook"a qadağa qoyula bilər
26/09/2017 [15:24]:
Beynəlxalq Bankın daha bir vəzifəli şəxsinin məhkəməsi başlayır
26/09/2017 [15:12]:
“İsrail Kürdüstanı xilas edə bilməz!” - Ərdoğan
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
İlham Əliyev Milli Məclisin qəbul etdiyi qanunu rədd edib - rəsmi
Nazim İbrahimov “vuruldu” - Yerinə Mikayıl Cabbarov gəlir
Nazirlər Kabinetində yeni təyinatlar - tam siyahı
Ramil Usubov yeni polis rəisi təyin etdi
Mənsimovun sonu?
Heydər Əsədov Ziya Məmmədovu əvəzlədi - Prezident sərəncamı
Deputatlar quda oldu - Bəylə gəlin spikerə görə şadlıq sarayına gec daxil olublar
Ərdoğanın Nyu-Yorkdakı çıxışı zamanı dava düşüb - Video
Prezidentdən bölgələrlə bağlı göstərişlər
Manatı gözləyən təhlükə - FED dekabrda faiz artımına gedir
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin