Evlərin qiyməti neçəyədir? - mənzil bazarında durum

12/01/2017 [14:19] - İqtisadiyyat (428)



Ötən il paytaxtın mənzil bazarı həm aktivlik, həm qiymət baxımından çətin keçdi. Mütəxəssislərin gəldiyi qənaətdən də belə nəticə çıxarmaq olur ki, 2016-cı il daşınmaz əmlak bazarında durum o qədər də ürəkaçan olmayıb”.

 APA Bakının mənzil bazarında son vəziyyətlə bağlı kiçik bir araşdırma aparıb.  Daşınmaz əmlak bazarının  üzrə mütəxəssis Bahadur İbrahimov bildirib ki, bir vaxtlar ən qazanclı peşələrdən sayılan “makler” işinə indi heç kim gəlirli biznes kimi baxmır. Onun sözlərinə görə, 2016-cı il daşınmaz əmlak bazarı üçün ən ağır illərdən biri olub: "2016-cı ilin son üç ayına - oktyabr-dekabr aylarına nəzər salsaq, alqı-satqı tamamilə azalıb. Amma ötən ilin sonlarında ipoteka kreditlərinin verilməyə başlanması ilə az da olsa, canlanma yaranıb. Bunu kiçik həcmli evlərə aid etmək olar. Yəni daha çox böyük ev almaq istəyində olanların sayı azalıb".

 Bəzi ekspertlər 2017-ci ilin birinci yarısından etibarən qiymətlərdə ucuzlaşma olacağını proqnozlaşdırsalar da, bu məsələdə onlar arasında fikir ayrılığı var: "Daşınmaz əmlak bazarında alqı-satqı çox zəif gedir. Ona görə də kirayə mənzil istəyənlərin sayı daha çoxdur. Əhalinin əksər hissəsi ev almaq üçün imkan əldə edə bilmir. Əvvəllər Rusiyada yaşayan həmyerlilərimiz bayramqabağı gəlib mənzil alıb gedirdilər. Amma indi onlar da aldıqları evləri dəyər-dəyməzinə satıb gedirlər”.

 Hazırda Bakıda iki otaqlı mənzillər 55-65 min manata, 3 otaqlılar isə 70-90 min manata satılır. Söhbət birinci mərtəbədə yerləşən köhnə bina evlərindən gedir. Mərtəbələrdən asılı olaraq mənzillərin qiymətində müəyyən fərqlər ola bilər.

 Şəhərin ən bahalı mənzilləri isə əsasən Nizami küçəsində və “Elmlər Akademiyası” metro stansiyasının ətrafındadır. "Elmlər Akademiyası" metro stansiyası ətrafında "Xruşşovka" evlərdə 1 otaqlı mənzillərin qiyməti 57-63 min manat arasında dəyişir. 2 otaqlılar 85-130 min manata, 3 otaqlılar isə 100-180 min manata satılır.

Yasamal rayonunda 1 otaqlı mənzillər 60-70 min manat, “Xruşşovka” binalarda 2 otaqlı mənzillər 60-90 min manata, 3 otaqlı mənzillər isə 100-160 min manata təklif olunur. 

Nizami rayonunda 1 otaqlı köhnə binada olan mənzillər 33 min manatdan başlayır. 2 otaqlı mənzillər 55-68 min manata, 3 otaqlı mənzillər isə 100-130 min manata satılır.

Nərimanov rayonunda 1 otaqlı mənzillər 55-75 min manat, 2 otaqlı mənzillər 75-100 min manat, 3 otaqlı mənzillər isə 100-160 min manatdır. 

 "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin açıqladığı son rəqəmlərə görə, ötən ilin noyabrında ilkin yaşayış mənzil bazarında kvadrat metrin qiymətinə görə təklif olunan ən bahalı mənzillər Səbail (2412 AZN), Nəsimi (1806 AZN) və Nərimanov (1724 AZN) rayonlarında qeydə alınıb. Ən ucuz mənzillər isə Sabunçu (951 AZN) və Suraxanı (923 AZN) rayonlarında yerləşir. Qaradağ, Xəzər və Pirallahı rayonlarında ilk mənzil bazarında təklif yoxdur.

 İqtisadçı Vüqar Bayramlının fikrincə, 2017-ci ildə də mənzil bazarında ilin birinci yarısında qiymətlərin azalması müşahidə ediləcək: "Çünki həm manat, həm dollar ifadəsində qiymət azalmasının olması planlaşdırılır. Bu da birbaşa onunla bağlıdır ki, əmlak bazarında tələb yenə aşağıdır, amma təklif yüksəkdir. Tələbin aşağı olması, vətəndaşların daha çox qənaətə üstünlük verməsi, Rusiyada olan azərbaycanlıların Bakıda və bölgələrdə mənzillərə olan tələbinin azalması alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə bağlıdır".

 Vüqar Bayramlının sözlərinə görə, liberal məzənnəyə keçilərsə, manatın bazar dəyəri müəyyənləşərsə, o zaman 2017-ci ilin ikinci yarısında mənzil bazarında  qiymətlərinin stabilləşməsi və aktivliyin artmasını gözləmək olar.
İlham Əliyev tapşırıq verdi: 3 nəfər cəzalandırıldı
Bakı sakini yağdan zəhərləndi və günahkar çıxdı - sənəd-foto
Talassemiya Mərkəzində "açıq bazar"
Qarabağda ağır döyüşlər davam edir - ATƏT bəyanat yaydı
Xocalı soyqırımının 25 ili tamam olur
Xəbər lenti
01/03/2017 [23:31]:
Çovdarovun “Şahbulaq” əməliyyatı – məhkəmə
01/03/2017 [22:37]:
Əli İnsanovun həbs müddəti artırıldı
01/03/2017 [21:40]:
Mərkəzi Bank valyuta ehtiyatlarını kəskin artırıb
01/03/2017 [20:56]:
Qarabağda erməni əsgəri öldürüldü
01/03/2017 [20:23]:
Mehriban Əliyeva Türkan qəsəbəsindəki xüsusi internat məktəbində olub
01/03/2017 [19:52]:
Londonda daşınmaz əmlak ucuzlaşır
01/03/2017 [19:18]:
Şimali İrlandiya yığmasının futbolçusu: "Norveç və Azərbaycanla oyunlarımız həlledici olacaq"
01/03/2017 [18:57]:
Bakıda Kolumbiya film festivalı keçiriləcək
01/03/2017 [18:12]:
İŞİD-in geri çəkiləcək “yolları kəsilib”
01/03/2017 [17:50]:
Cocuq Mərcanlıdakı yaşayış evləri sənədləşdirilir
01/03/2017 [17:08]:
Səfir: "Moldova həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib"
01/03/2017 [17:05]:
Ermənistanda hərbi hissə komandirinin müavini və xidmət rəisi həbs edilib
01/03/2017 [17:04]:
MN: Ermənistan beynəlxalq qurumlara növbəti dəfə böhtan ataraq şantaj etməklə məşğuldur
01/03/2017 [17:01]:
Bakıda evdən 4 min dollarlıq peyk antenası oğurlanıb
01/03/2017 [17:00]:
Azərbaycan Prezidentinin Pakistana səfəri başa çatıb
01/03/2017 [16:41]:
Prezidentliyə namizəd Fransua Fiyonun həyat yoldaşı polis tərəfindən saxlanılıb
01/03/2017 [16:13]:
40 mindən çox şagird IX sinfin buraxılış imtahanında iştirak edəcək
01/03/2017 [15:49]:
Duman, çiskin olacaq
01/03/2017 [15:14]:
Bakıda dəhşətli hadisə: xəstənin gözünü çıxardılar
01/03/2017 [15:05]:
İlham Əliyev Ermənistan ilə diplomatik münasibətlər qurmadığına görə Pakistana minnətdarlıq edib
01/03/2017 [15:04]:
Ötən il Azərbaycanda 42 hamilə qadında İİV aşkarlanıb
01/03/2017 [15:02]:
Zərərçəkən: "Çovdarovda ləyaqət olsa, bizim üzümüzə baxa bilməz"
01/03/2017 [14:55]:
Mikayıl Müşfiqin heykəlinin bərpa olunması işlərinə başlanılıb
01/03/2017 [14:38]:
Qazaxıstanda ingilis dilinə rəsmi dövlət dili statusu verilə bilər
01/03/2017 [14:13]:
Azərbaycanda sosial evlər mənzil bazarında maksimum 10% paya malik olacaq
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qarabağda döyüşlər başladı - rəsmi-yenilənib
Azərbaycanın növbəti vitse-prezidentinin adı açıqlandı - rəsmi
Qarabağda ağır döyüşlər davam edir - ATƏT bəyanat yaydı
İlham Əliyev tapşırıq verdi: 3 nəfər cəzalandırıldı
İlham Əliyev 13 fərman, 2 sərəncam imzaladı - siyahı
Avtomobil parklanmasında inqilabi yeniliklər - İlham Əliyevin sərəncamı
Ramil Usubovdan yeni rəislər təyin etdi - siyahı
2 generala yeni vəzifə verildi
Azərbaycan məktəblərində 10-11-ci siniflər ləğv edilir? - açıqlama
Bakıda baş həkim həbs edildi - rəsmi
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin