Yeni sürücülük vəsiqələri: Şəxsin ad, soyadı ingilis hərflərilə də yazılmalıdırmı?

12/01/2017 [15:17] - Gündəm (168)



 Azərbaycanda sürücülük vəsiqələrinin yeni qaydalarla verilməsinə başlanılıb.
Məsələni şərh edən bəzi ekspertlər bildiriblər ki, yeni sürücülük vəsiqələrində ad, soyad, ata adı və şəxsin doğulduğu yerin adının latın qrafikalı Azərbaycan əlifbası ilə yanaşı ingilis hərflərilə yazılması da vacibdir. 
Ekspertlər vurğulayıblar ki, Azərbaycan vətəndaşları xarici ölkələrə səfər edən zamanı bir çox hallarda sənədlərin oxunmasında problemlər yaranır. Çünki digər ölkələrdə müvafiq qurumların nümayəndələri sürücülük vəsiqələrini yoxlayan zaman latın qrafikalı Azərbaycan əlifbasındakı bəzi hərfləri oxumaqda çətinlik çəkirlər. 
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis polkovniki Kamran Əliyev isə "Report"a açıqlamasında bildirib ki, yeni qaydalara görə, sürücülük vəsiqələrindəki ad, soyad, ata adı, doğuldu yer bölmələrindəki hərflərin dəyişdirilməsi nəzərdə tutulmayıb. O hesab edir ki, Azərbaycanın sürücülük vəsiqələrində ingilis hərflərindən istifadəyə  dəyişdirilməsinə ehtiyac yoxdur: "Çünki Beynəlxalq Vyana Konvensiyasına üzv dövlətlərdə milli sürücülük vəsiqələrində qeyd edilən ad, soyad, ata adı, doğulduğu yer bölmələrindəki yazılara görə irad tuta bilməz. Konvensiyaya üzv dövlətlərin hər birinin öhdəliyinə görə, digər ölkələrin sürücülük vəsiqələri ilə avtomobillərin idarə olunmasına problem yaradılmamalıdır".
Şöbə rəisi deyib ki, xaricə səfər edən zaman bu məsələni araşdırmaq üçün Azərbaycanın sürücülük vəsiqəsi ilə avtomobil icarəyə götürüb və idarə edib: "Hətta özüm də xarici ölkədə məzuniyyətdə olanda icarəyə avtomobil götürdüm və sürdüm. Heç bir problem olmadı. Baxmayaraq ki, mənim soyadımda "ə" hərfi var. Əgər problem olsa şəxsiyyəti təsdiq edən pasport tələb olunur və oradakı rekvizitlərlə sürücülük vəsiqəsindəki rekvizitlərin uyğunluğuna baxılır".
Xarici ölkə vətəndaşlarının öz sürücülük vəsiqələrindən Azərbaycanda necə istifadə etməsinə gəlincə, Əliyev vurğulayıb ki, həmin şəxslər Azərbaycanda yaşamaq haqqında icazə kağızını aldığı gündən 1 ay müddətinə qədər sürücülük vəsiqəsindən istifadə edə bilərlər. Onun sözlərinə görə, 1 aydan artıq müddətdə sürücülük vəsiqəsindən istifadə etmək istəyən xarici vətəndaşlar Azərbaycanda yeni sürücülük vəsiqəsi almalıdır.
Sürücülük vəsiqələri ilə bağlı digər dəyişikliklərə və yeni qaydalara gəlincə, K.Əliyev bildirib ki, artıq sürücülər öz istəklərinə uyğun olaraq avtomat ötürücü qutusu olan nəqliyyat vasitələrini idarə etmək üçün nəzərdə tutulan sürücülük vəsiqəsi ala bilərlər. Belə ki, avtomat ötürücü qutusu olan nəqliyyat vasitələrini idarə etmək üçün imtahan verənlər imtahandan uğurla keçdikdə onlara da adi qaydada sürücülük vəsiqəsi verilir. "Vəsiqənin "Xüsusi qeydlər" bölməsində "avtomat t/r" (avtomat transmisiyyalı) sözləri yazılır. Bu isə o deməkdir ki, bu vəsiqə ilə yalnız avtomat transmissiyalı nəqliyyat vasitəsini idarə etməyə icazə verilir. Ancaq mexanik ötürücü qutusu olan nəqliyyat vasitələrini idarə etmək üçün imtahandan uğurla keçən sürücülər həm mexaniki, həm də avtomat transmissiyalı nəqliyyat vasitəsini idarə edə bilər".
Report
İlham Əliyev tapşırıq verdi: 3 nəfər cəzalandırıldı
Bakı sakini yağdan zəhərləndi və günahkar çıxdı - sənəd-foto
Talassemiya Mərkəzində "açıq bazar"
Qarabağda ağır döyüşlər davam edir - ATƏT bəyanat yaydı
Xocalı soyqırımının 25 ili tamam olur
Xəbər lenti
01/03/2017 [23:31]:
Çovdarovun “Şahbulaq” əməliyyatı – məhkəmə
01/03/2017 [22:37]:
Əli İnsanovun həbs müddəti artırıldı
01/03/2017 [21:40]:
Mərkəzi Bank valyuta ehtiyatlarını kəskin artırıb
01/03/2017 [20:56]:
Qarabağda erməni əsgəri öldürüldü
01/03/2017 [20:23]:
Mehriban Əliyeva Türkan qəsəbəsindəki xüsusi internat məktəbində olub
01/03/2017 [19:52]:
Londonda daşınmaz əmlak ucuzlaşır
01/03/2017 [19:18]:
Şimali İrlandiya yığmasının futbolçusu: "Norveç və Azərbaycanla oyunlarımız həlledici olacaq"
01/03/2017 [18:57]:
Bakıda Kolumbiya film festivalı keçiriləcək
01/03/2017 [18:12]:
İŞİD-in geri çəkiləcək “yolları kəsilib”
01/03/2017 [17:50]:
Cocuq Mərcanlıdakı yaşayış evləri sənədləşdirilir
01/03/2017 [17:08]:
Səfir: "Moldova həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib"
01/03/2017 [17:05]:
Ermənistanda hərbi hissə komandirinin müavini və xidmət rəisi həbs edilib
01/03/2017 [17:04]:
MN: Ermənistan beynəlxalq qurumlara növbəti dəfə böhtan ataraq şantaj etməklə məşğuldur
01/03/2017 [17:01]:
Bakıda evdən 4 min dollarlıq peyk antenası oğurlanıb
01/03/2017 [17:00]:
Azərbaycan Prezidentinin Pakistana səfəri başa çatıb
01/03/2017 [16:41]:
Prezidentliyə namizəd Fransua Fiyonun həyat yoldaşı polis tərəfindən saxlanılıb
01/03/2017 [16:13]:
40 mindən çox şagird IX sinfin buraxılış imtahanında iştirak edəcək
01/03/2017 [15:49]:
Duman, çiskin olacaq
01/03/2017 [15:14]:
Bakıda dəhşətli hadisə: xəstənin gözünü çıxardılar
01/03/2017 [15:05]:
İlham Əliyev Ermənistan ilə diplomatik münasibətlər qurmadığına görə Pakistana minnətdarlıq edib
01/03/2017 [15:04]:
Ötən il Azərbaycanda 42 hamilə qadında İİV aşkarlanıb
01/03/2017 [15:02]:
Zərərçəkən: "Çovdarovda ləyaqət olsa, bizim üzümüzə baxa bilməz"
01/03/2017 [14:55]:
Mikayıl Müşfiqin heykəlinin bərpa olunması işlərinə başlanılıb
01/03/2017 [14:38]:
Qazaxıstanda ingilis dilinə rəsmi dövlət dili statusu verilə bilər
01/03/2017 [14:13]:
Azərbaycanda sosial evlər mənzil bazarında maksimum 10% paya malik olacaq
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qarabağda döyüşlər başladı - rəsmi-yenilənib
Azərbaycanın növbəti vitse-prezidentinin adı açıqlandı - rəsmi
Qarabağda ağır döyüşlər davam edir - ATƏT bəyanat yaydı
İlham Əliyev tapşırıq verdi: 3 nəfər cəzalandırıldı
İlham Əliyev 13 fərman, 2 sərəncam imzaladı - siyahı
Avtomobil parklanmasında inqilabi yeniliklər - İlham Əliyevin sərəncamı
Ramil Usubovdan yeni rəislər təyin etdi - siyahı
2 generala yeni vəzifə verildi
Azərbaycan məktəblərində 10-11-ci siniflər ləğv edilir? - açıqlama
Bakıda baş həkim həbs edildi - rəsmi
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin