2017-ci ildə dünyada nələr olacaq? - təhlil

12/01/2017 [01:04] - Siyasət (671)



Əslində biz hər bir ilə yekun vurarkən özümüzdən də asılı olmadan növbəti il üçün də proqnoz xarakterli fikirlər səsləndiririk. Amma bəzən bunları daha ətraflı etmək lazım gəlir, çünki il ildən fərqlənir, üstəlik elə siyasi proseslər baş verir ki, onlar nəinki bir il üçün, axtarsan, bütöv bir dövr üçün də əlamətdar olmağı vəd edir...

Bu baxımdan yanaşanda biz istəsək də, istəməsək də, qlobal miqyasda bütün dünya proseslərinə ciddi şəkildə təsir edə biləcək bir məsələ vardır. O da təbii ki, ABŞ-ın yeni hakimiyyətinin siyasi kursunun nəhayət ki, bəlli konturlar almasıdır...

D.Trampın andiçmə mərasiminə sayılı günlər qalıb. Amma prezident seçkisilə bağlı qalmaqallı bəyanatlar hələ bitib-tükənməyir. Rusiyanın bu ölkədəki seçkilərə müdaxiləsi, “kiber-hücumlar” haqqında söhbətlər, hətta bu yönümlü araşdırmalar səngimək bilmir.

Üstəlik, elə bil hakimiyyətdən getmək ərəfəsində B.Obama D.Trampa daha ağır bir miras qoyub getmək, Amerika siyasətini maksimum dərəcədə özünün bu vaxta qədər apardığı siyasi kursa proyeksiya etmək istəyir. Sanki Obama bununla Trampdan həm öz partiyasının seçkidə məğlubiyyətinin əvəzini çıxmağa çalışır, həm də ki, ABŞ siyasətini elə bir vəziyyətə gətirmək istəyir ki, Trampın onun kursunu dəyişmək imkanları tamam məhdud olsun...

O, BİR ÇOX MƏSƏLƏLƏRİ DÜZ DEYİR...

D.Tramp haqqında isə o qədər deyilir, o qədər yazılır ki, bunların sayını bir az da artırmaq səmərəsiz məşğuliyyət olardı. Amma nə deyirsiniz -deyin, mən onun bəyanatlarında aşkar bir məntiq sezməyə başlamışam. Bəli, o məntiqi sadəcə, görmək istəmək lazımdır...

Ona görə də düşünürəm ki, 2017-ci ilin barış və müəyyənlik ili olmasının ehtimalı daha böyükdür, nəinki qarşıdurma və xaos ili olması ehtimalı...

Məsələn, D.Tramp ilk ABŞ  prezidentidir ki, ardıcıl olaraq BMT-ni tənqid edir və onu səmərəsiz quruma çevrilməkdə suçlayır. Məgər haqlı deyilmi? Məgər illərlə digər dövlətlər də imkan düşəndə bunu demirdimi? Məgər biz azərbaycanlılar özümüz də artıq 25 ildir bunları dilə gətirmirikmi?..
Və yaxud da bu adam NATO-nu, xüsusən də Qərbi Avropa ölkələrini tənqid edir. Haqlı deyilmi? İndi Avropa ölkələri İkinci Dünya Savaşından sonrakı ölkələr deyillər və onlar da razılaşmaıdırlar ki, təhlükəsiz həyat üçün də yaxşı pul xərcləmək lazımdır. Avropa ölkələrinin bəzisi isə hətta “iki faizlik tələb”ə əməl etmək istəmirlər...

Üstəlik, NATO ilə Rusiya arasında son bir-iki ildə formalaşmış kəskin konfrontasiya dünyanı yeni soyuq müharibəyə sürükləmirmi? Mən hələ deyə bilmərəm ki, Tramp Rusiyaya yönəlik necə siyasət yürüdəcək?.. 

Gəl, böyük ümid var ki, konfrontasiya aradan qalxacaq. Bu isə Suriyada siyasətin dəyişməsi və hətta ola bilsin, neft böhranının sonu olacaqdır... D.Tramp siyasət adamından daha çox biznes və iş adamıdır. Ona görə də siyasi şablonlara elə də bağlı deyildir. 

Bu gün dünya üzrə ümumdaxili məhsulun 22.8 faizi ABŞ-ın, 13.6 faizi Çinin, yalnız 1.74 faizi isə Rusiyanın payına düşür! Belə bir detal Trampın diqqətinin Rusiyadan daha çox Çinə yönəlməsində belə bəlli məntiqin olması qənaətinə gətirmirmi?..

Tamamilə mümkündür ki, D.Trampın gəlişilə geosiyasi orientirlər dəyişmiş olsun. Bu isə böyük boşalma və mülayimləşmə vəd edir. Əsas istiqamətləri dedik. Bunlardan biri bizim üçün xüsusi önəm kəsb etdiyi üçün onu bir daha qeyd edirik. Bu da neft böhranıdır...

NEFT BÖHRANI DA ÇƏKİLƏ BİLƏR...

Aydındır ki, bu, stimullaşdırılmış məsələdir. Böyük dövlətlər razılığa gəlsə, onu çözmək mümkün olacaq. İndi dünya dövlətləri arasında bəlli bir iqtisadi differensasiyaya yaranıb. Ölkələr var ki, yüksək texnologiyalara və intensiv iqtisadiyyata malikdirlər. Ölkələr də var ki, yalnız və yalnız təbii resurslarına, əlverişli coğrafiyalarına arxayındırlar. 

Sonuncuların da marağı nəzərə alınmalıdır. Belə bir anlaşma isə neftlə bağlı baş verə bilər. Hazırda neft ölkələri böhranlı anlar yaşayırlar və iki böyük dövlət arasındakı konfrontasiya bunun demək olar ki, yeganə bir səbəbidir. 

Ona görə də ümidlər böyükdür. Bu aspektdən yanaşanda bu il həqiqətən böyük anlaşma və barış ili ola bilər. Düzdür, bu anlaşmanın başqa tərəfləri də var. Hər şey ondan asılı deyil ki, Tramp Rusiyaya qarşı nə qədər addım atacaqdır, həm də ondan asılıdır ki, Kreml ona tərəf nə qədər irəliləyə biləcəkdir... 

TƏK TRAMP DEYİL, PUTİN DƏ GERİ ÇƏKİLMƏLİDİR...

V.Putin B.Obamanın bir neçə rus diplomatını ölkədən çıxarmaq qərarının qarşlığını verməyə heç də tələsmədi. Amma bu, hələ hər şey demək deyil. Əsas odur ki, Rusiya öz Ukrayna siyasətində nə qədər geri çəkilə biləcək?.. 

Lap tutaq ki, D.Tramp Krımın ilhaqı ilə barışdı. Bəs Şərqi Ukrayna? Bəs post-sovet məkanında on illərlə davam edən münaqişələr?.. Rusiya bu istiqamətlərdə geri çəkilməyə hazırdırmı?.. Hiss olunan budur ki, Rusiya dünyada ədalətdən daha çox maraqlar balansına ümid edir, ABŞ-la yeni bölgü yarada biləcəyini, dünyanı bölə biləcəyini zənn edir...

Bütün bunlar isə narahatlıq yaradır. Diqqət çəkən odur ki, D.Trampın çıxış və bəyanatlarında “yırtıcı imperializm”in çalarları duyulmur, daha çox harmonik və balanlaşdırılmış dünya nizamına çağırış duyulur. Amma bunu Rusiya tərəfdən də görməliyik. Görəcəyikmi? Görsək, o halda, ABŞ üçün də addım atmaq asan olacaq...

DEMOKRATİYADA GERİLƏMƏ OLA BİLƏR...

Təbii ki, çabaların bir predmeti də qlobal demokratiya ilə bağlıdır. ABŞ azad ölkədir və azad ölkə olaraq da qalacaqdır. Amma bu azad ölkənin digər ölkələrdəki azadlıq proseslərinə dəstəyi heç də az əhəmiyyət kəsb etmir. 
Bəli, bu istiqamətdə müəyyən problemlər yaşana bilər. Problemi də daha çox qismən azad və yaxud qeyri-azad ölkələrin vətəndaşları yaşaya bilər. Dövlətlərin “maraq”larının nəzərə alınması, onların “daxili işlərinə” qarışmamaq bir çox regionlardakı avtoritar rejimlərin daha çox “çiçəklənmə”sinə səbəb ola bilər. 
Bu isə demokratik proseslərin bir az da səngiməsi və hətta arxa plana keçməsinə səbəb ola bilər. Amma nə etmək olar? Görünür, qlobal barış üçün də qurban vermək lazım gəlir... 

TƏK MƏCHUL BİR MƏSƏLƏ – TERROR...

Ən çətin məsələ isə, bilirsiniz, nədir? Tək bir məsələ ilə bağlı – terrorizmlə bağlı konkret söz demək olmur. Demək olmur ki, bu məsələ necə çözüləcək? Onu heç olmasa, cilovlamaq mümkün olacaqmı? Hələ 11 Sentyabr hadisələri baş verərkən bəlli oldu ki, terror əsas beynəlxalq təhdidlərdən biri kimi gündəmə gəlir və gəldi də... 

Amma ötən illər ərzində ona qarşı ciddi beynəlxalq immunitet formalaşmadı və məlum deyil ki, heç olmasa, bundan sonra formalaşa biləcəkmi?..

Məsələ bundadır ki, terror dünyada bir çox neqativ şeylərin təzahürüdür. Bura dünayadakı qlobal sosial-iqtisadi problemlər, bir çox ölkələrdəki kasıblıq və gerilik, ideoloji ixtilaflar, dünyagörüşü və mental fərqlər, siyasi sistem və mənəvi institutlar problemləri aiddir. Ona görə də onu nəzarətə və hədəfə götürmək çətindir... 

Məsələ həm də psixoloji bir məsələdir. Terror sanki həm də bir qisas məsələsidir – bu yolla geridə olanlar irəlidəkilərdən acıqlarnı çıxırlar və ən dəhşətlisi odur ki, geridə olanlar geriliklərinin səbəblərini özlərində deyil, daha irəlidə olanların, daha firavan həyat yaşayanların məkrli planlarında və “gizli sövdələşmə”lərində görürlər. Bu, bir növ inkişafdan qalan dünyanın inkişaf etmiş dünya ilə müharibəsidir. Ona görə də onun həlli inkişafdan qalan bölgələri də inkişaf etmişlərin səviyyəsinə qaldırmaqdır. Bu isə heç də bir ayın, bir ilin və hətta dörd ilin işi deyildir.

Hüseynbala Səlimov, 
istiqlal.az

...
Bakının mərkəzində partlayış: Bir nəfər xəsarət alıb-yenilənib
Sarkisyanın məkrli oyunu - təhlil
Hökumət niyə bahalaşma qərarı verdi? - Şərh
Azərbaycan ordusunun əfsanəvi polkovniki şəhid oldu
İş adamı Ramiz Mehdiyevə şikayət etdi - açıq məktub
Xəbər lenti
23/02/2018 [23:44]:
Bu qurum fəaliyyətini dayandırdı
23/02/2018 [22:47]:
Suriyada xəstəxana raket atəşinə tutuldu
23/02/2018 [21:35]:
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
23/02/2018 [20:43]:
Sosial şəbəkələrdə “İdeal”a etiraz etdilər
23/02/2018 [20:01]:
İlham Əliyevdən sosial müavinətlərlə bağlı sərəncam
23/02/2018 [19:54]:
Əli Həsənovun daha bir nəvəsi barədə qalmaqal
23/02/2018 [19:49]:
Nəsimi rayonunda Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin xatirəsi anılıb
23/02/2018 [19:21]:
Könül Kərimova komunal xərclərini ödəmir - 172 manat borcu var
23/02/2018 [18:57]:
Makedoniyalı siyasətçi: ”Xocalı soyqırımı Ermənistana ləkədir”
23/02/2018 [18:33]:
Əhmədlidə avtobusların hərəkət istiqaməti dəyişdirildi
23/02/2018 [18:14]:
DTX, DİN və komitə birgə əməliyyat keçirdi
23/02/2018 [18:01]:
Erməni əsgər yaralanıb
23/02/2018 [17:39]:
AvroLiqada 1/8 finalın püşkü atıldı
23/02/2018 [17:16]:
Manat və dolların 3 günlük məzənnəsi
23/02/2018 [16:57]:
Moldova prezidenti Azərbaycana səfər edəcək
23/02/2018 [16:24]:
İsa Qəmbər yenə xəstəxanaya yerləşdirildi
23/02/2018 [16:07]:
Bakıda su dammasına görə 20 nəfər dalaşdı - Hamilə qadın döyüldü
23/02/2018 [15:47]:
Əroğandan Pentaqona sərt cavab
23/02/2018 [15:26]:
Mehriban Əliyeva İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədrini qəbul edib
23/02/2018 [15:10]:
ALDP İraq Türkməneli Partiyası ilə əməkdaşlıq müqaviləsi imzaladı
23/02/2018 [15:02]:
Parlament sürücülərlə bağlı dəyişikliyi təsdiqlədi - 150 manatdan 1000 manata qədər cərimə
23/02/2018 [14:47]:
Şəxsiyyət vəsiqələri ilə bağlı dəyişiklik
23/02/2018 [14:21]:
5 min məhkumla bağlı təqdimat göndəriləcək - Əli Hüseynlidən açıqlama
23/02/2018 [13:57]:
Samir Şərifov hindistanlı həmkarı ilə görüşüb
23/02/2018 [13:22]:
2017-ci ilin 6 ayı ərzində Azərbaycana 16 min 477  turist gəlib - Səfir
Bütün xəbərlər...
...
Həftənin ən çox oxunanları
Nərgiz Paşayevanın qızını Bakıda kinoteatra buraxmadılar
İlham Əliyevin qohumu Riyad Əliyev saxlanıldı- 30 sutka həbs verildi
Nazir rəis müavinin vəzifəsini aşağı saldı
İlham Əliyevdən yeni təyinatlar
Azərbaycanlı biznesmen öldürüldü - Moskvada amansız "razborka"
İlham Əliyev dövlət xidmətinə 2 müavin təyin etdi - sərəncam
Bakıda DTX-nın adından istifadə edən dələduz tutuldu
Rövşən Lənkəranskinin qatili bilindi
Heydər Əliyev prospektində dəhşətli qəza - 4 maşın toqquşub, 2 ölü 2 yaralı
Rusiyadakı yanğında ölən azərbaycanlıların sayı 5 nəfərə çatıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin